İki kəndin sakinləri üsyan etdilər: Artıq belə yaşamaqdan təngə gəlmişik - Qaxda NARAZILIQ
Tarix: 18-02-2022, 12:23 | Çap et
Qax rayonunun iki kəndinin sakinləri maye qazın olmaması səbəbindən təngə gəliblər. DİA.AZ xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a öz narazılıqlarını bildirən sakinlər, dəfələrlə şikayət etmələrinə baxmayaraq, hələ də problemlərinin həllinin tapılmadığını söylədilər. İbaxlı kənd sakini Bənzər Muradova ocaqda yemək bişirməyin çətinliyindən yorulduğunu bildirdi. O, bu çətin günlərin tezliklə bitməsini istəyir. “Biz neçə illərdir ki, maye qazın olmaması səbəbindən əziyyət çəkirik. Yemək bişirmək üçün mətbəxə maye qaz balonu doldurub qoyduq. Bir dəfə qaz partladı və evimizi yanğından güclə qurtardıq. Çünki qaz balonu çox təhlükəlidir. Sonradan nəvələrim bir neçə dəfə qaz balonunun başlığını açıq qoydular. Biz ailəlikcə ölümdən döndük. Məcbur qalıb yenidən ocaqda yemək bişirməyə başladıq. Altmış bir yaşım var. Hər dəqiqə həyətə düşə bilmirəm. Daha çətini qışda olur. Ocaqlıqla evin arasında xeyli məsafə var. Hər dəfə həyətə düşüb, soyuqda yemək bişirib, evə gətirirəm. Dekabr ayında yemək qazanı ilə evə doğru gedəndə həyətdə sürüşüb yıxıldım. Günlərlə ayağa qalxa bilmədim. Bu dövrdə niyə biz bunları yaşamalıyıq axı?” - deyə Bənzər xanım sual edir.
Digər sakin Şükür Muradov isə qış aylarının sərt keçməsindən və yanacağa pul çatdıra bilməmələrindən şikayətlənib: "Qazın olmaması artıq bizi yorub. Qış burada çox sərt keçir. Evlərimizi isitmək çox çətindir. Qışda bizə 2 və ya 3 yük maşını odun almaq lazım gəlir. Odunun kubunun qiyməti 25 manatdır. İndi siz hesablayın, bir qışı keçirmək üçün nə qədər odun lazımdır. Axı bizim elə bir gəlir yerimiz yoxdur ki, bu qədər odun ala bilək. Evdə əlil arabasında oturan nəvəm var. Ona görə evi daim isti saxlamaq məcburiyyətindəyik. Son zamanlar məcbur qalıb, taxta zavodlarından taxta qırıntıları alırıq. O da nazik olduğundan 10 dəqiqə ərzində yanıb qurtarır. Yəni, bir əlimiz odun sobasında olur. Bundan başqa, meşələrimiz qırılıb qurtarmaq üzrədir. Kənddə qaz olsa, heç kim odun almaz, nə də meşələr qırılmaz”. Rayonun Əmbərçay kəndinin sakinləri də maye qazın olmamasından əziyyət çəkirlər. Kənd sakini Nəbi Abdullayevin sözlərinə görə, qaz kəməri kəndlərinin tam önündən keçməsinə baxmayaraq bu yaşayış məntəqəsi qazsızdır: “Magistral yol kəndimizin yanından keçir. Eyni ilə də qazın ana xətt kəməri də buradan keçməsinə baxmayaraq, biz qazın olmamasından illərdir əziyyət çəkirik. Ailədə 4 nəfərik. Qış gələndə nə edəcəyimizi bilmirik. Odun almaq da çox baha başa gəlir. Qış aylarında evdə hamı xəstə olur. Səbəb otaqların soyuq olmasıdır.
Bundan başqa, qonaq gələndə çox əziyyət çəkirik. Yemək hazırlamaq üçün yoldaşım qonağı evdə qoyub, məcbur həyətə düşür. Biz tezliklə bu əziyyətdən canımızı qurtarmaqlarını istəyirik”. Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, gələn il üçün qazlaşdırma layihəsində həmin kəndlərin də adları var: “Həmin kəndlərdəki vəziyyətdən xəbərdarıq. Növbəti layihədə bu kəndlərin də adı var. Gələn il bu kəndlərin maye qaz ilə təmin olunmağı nəzərdə tutulub”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Dünən, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Dünən, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Dünən, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Dünən, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Dünən, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Dünən, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Dünən, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Dünən, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Dünən, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Dünən, 10:38 |
|
|
|
|