Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil .....                     Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... .....                     "Bizdə nə qədər problem olsa da... .....                     Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu .....                     Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər .....                     Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                     Avtomobil bazarında bu maşına tələbat artdı... .....                     Xankəndidə “cızılan plan” Tiflisə yönəldi .....                     “Bunsuz sülh olmayacaq!” .....                     Makronun təşəbbüsü keçmədi .....                     Sülh heç üfüqdə də görünmür .....                     Üçtərəfli görüşdə fiasko: .....                     Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil .....                     Milli kimliyimizə təhlükə: .....                     “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” .....                     Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək .....                     “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” .....                     Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... .....                     Xaçmaza yeni polis rəisi təyin olunub .....                     “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” .....                     “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” .....                     Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər .....                     “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” .....                     Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı .....                     Bəşər Əsədin həyat yoldaşının .....                     MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! .....                     Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur .....                     “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” .....                 

Vasif Talıbovdan “Gestapo” etirafı: “Xan” dövlət sirrini yaydı - İLGİNC FAKTLAR
Tarix: 9-02-2022, 11:55 | Çap et
Vasif Talıbovdan “Gestapo” etirafı: “Xan” dövlət sirrini yaydı
Məlum olduğu kimi, fevralın 7-də Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı Sərəncamla Naxçıvan MR Daxili İşlər nazirinin kimliyi müəyyənləşdi. Muxtar Respublika polislərinin etirazlarına məhəl qoymayan Vasif Talıbov bu vəzifəyə hərbi prokurorluq orqanlarında yetişmiş Rəşad İsmayılovu təyin etdi. Digər bir Sərəncamla Zahid Əjdər oğlu Gözəlov isə nazir vəzifəsinə layiq görüldü. Halbuki Naxçıvanda əlaqə saxladığımız bütün polis əməkdaşları açıq şəkildə Zahid Gözəlovu nazir postuna daha layiqli kadr kimi dəyərləndirirdilər. Polis əməkdaşlarının iradəsinə zidd şəkildə həyata keçirilən bu təyinatlar onu göstərir ki, Naxçıvan MR hakimiyyəti ənənəvi heç kimi saymamaq və öz bildiyini etmək kursunu bundan sonra da davam etdirəcək.

Dərd burasındadır ki, müasir dövlət idarəçiliyi ənənələrinə heç cür uyğunlaşa bilməyən Vasif müəllim həzrətləri Naxçıvan MR DİN-də keçirdiyi müşavirədə Muxtar Respublika polislərindən ciddi islahatlar aparmağı, indiyədək yol verilən nöqsanları aradan qaldırmağı tələb edirdi. Konkret hansı nöqsanlardan bəhs etdiyinə isə aydınlıq gətirmirdi.

Vasif Talıbovun şəxsi nümunə kimi ortaya qoyduğu yeganə yenilik isə bu dəfə yeni naziri kollektivə şəxsən təqdim etməsi oldu. Zira indiyə qədərki bütün nazirlər xüsusi təqdimat mərasimi keçirilmədən vəzifəyə gətirilmişdilər. Bu dəfəki xüsusi təqdimat mərasiminin keçirilməsi Naxçıvan standartları üçün misli görülməmiş addım sayıla bilər. Di gəl ki, bu addım belə, bəzi çevrələr tərəfindən Vasif Talıbovun öz rəqiblərinə, deməli həm də rəsmi Bakıya “burda mənəm, Bağdadda kor xəlifə” mesajını kimi dərk olunur. Baxmayaraq ki, artıq Bağdad belə, “kor xəlifələr” tərəfindən idarə olunmur və bu gedişlə bəhs edilən atalar sözünün bənzətmə hissəsi “Pxenyan” təcrübəsi ilə əvəzlənəcək. Yəni atalar sözü belə olacaq: “Burda mənəm, Pxenyanda Kim Çen İn”.

Bütün bunlar öz yerində. Cənab Vasif Talıbovun məlum çıxışında bizə maraqlı gələn başqa məqam da var. Bəlli olduğu kimi, hüquq fəlsəfəsinə görə, istənilən cinayətkar ünsür cəzasını çəkdikdən sonra günahlarından arınır. Heç kim onu keçmiş əməlinə görə qınaya və şübhəli şəxs kateqoriyasına aid edə bilməz. Bu ilk növbədə İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Qorunması haqqında Avropa Konvensiyasında nəzərdə tutulan Təqsirsizlik prezumpsiyası prinsiplərinə ziddir. Çünki bu prinsipə görə, "hər bir kəs təqsiri qanuna uyğun şəkildə sübuta yetirilməyənədək təqsirsiz bilinməlidir". Təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, hüquq mühafizə orqanları heç kimə keçmişdəki suçuna görə önyarğı ilə baxa bilməz. Vasif Talıbov isə Naxçıvan MR DİN yetkililərinin qarşısında etdiyi çıxışında polislərə faşist rejimlərindən yadigar qalan “fişləmə” (cinayətə meylli şəxslərin qara siyahısını tutma) üsulu ilə fəaliyyət göstərməyi məsləhət bilərək deyirdi: “Polis sahə inspektorları təhkim olunan inzibati sahənin sərhədlərini, ərazisini, xüsusiyyətlərini, əhalinin sayını və əsas məşğulluğunu, yerli adət-ənənələrini, ərazidə baş verən, açılmış və bağlı cinayətlərin sayını, növünü, onun törədilməsinə səbəb olmuş amilləri, qeydiyyatda olan cinayət törətməyə meyilli şəxsləri və onlar haqqında məlumatları bilməlidir”.

Mənbə: https://nuhcixan.az/news/resmi-xronika/59322-muxtar-respublikanin-daxili-isler-orqanlarinin-fealiyyeti-barede-musavire-kecirilib



(07:59-cu dəqiqə)

Ali Məclis Sədrinin bu sözlərindən də göründüyü kimi, o, faktiki olaraq Muxtar Respublikada cinayətə meylli şəxslərin siyahısının tutulduğunu və bu şəxslərin əsasən keçmişdə cinayət törətmiş insanlardan təşəkkül tapdığını etiraf edir. “Penitensiar müəssisələrdən azad edilmiş, islah işi, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, ailə-məişət zəminində mütəmadi münaqişə törədən şəxslər, səhiyyə orqanlarında qeydiyyatda olan narkotik istifadəçiləri, ruhi xəstələr sahə inspektorlarının pasportunda qeydiyyata götürülməklə vaxtında lazımi profilaktik tədbirlər aparılmalıdır. Sahə inspektorları inanılan şəxslərlə işin qurulmasına da diqqətlə yanaşmalı, bu zaman məxfiliyə riayət etməli, müvafiq sənədləşmələr diqqətlə aparılmalıdır”, - cümlələri də Cənab Sədrin potensial cinayətkarlar fəlsəfəsinin ən dolğun etirafı kimi başa düşülə bilər.

Vasif Talıbov həmin çıxışında etiraf edir ki, Naxçıvanda cinayətlərin minimum səviyyədə olmasının başlıca səbəblərindən biri fundamental insan hüquqlarının pozulması müqabilində aparılan proflaktik tədbirlərdir. Başqa sözlə, sahə inspektorları “öz ərazilərinin pasportunu” çıxarır, bu ərazidə yaşayan insanları mütəmadi olaraq nəzarət altında saxlayır: “Profilaktika işi polisin əsas vəzifələrindəndir. Profilaktik işin ən effektli yollarından biri isə polisin əhali ilə sıx təmas qurması, cəmiyyətin içində olması, ehtiyacı olanlara yardım göstərməsi və maarifləndirməsidir. Bununla da qeyri-peşəkar şəraitdə baş verən hüquqpozmaların açılmasında vətəndaşların rolu artırıla bilər. İctimai asayişin təmin edilməsinin əsas şərtlərindən biri də hüquq pozuntusu törətməyə meyilli şəxslərin qeydiyyata alınması və onlarla profilaktik işin təşkilidir”.

Bir sözlə, Ali Məclisin Sədri Naxçıvanda faşist Almaniyasına xas “Gestapo” rejiminin hökm sürdüyünü rəsmən etiraf edir ki, bu da bir çox beynəlxalq hüquq normalarına ziddir. Bu da azmış kimi, Vasif Talıbovun sözügedən etirafları “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra müddəalarını, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bu sahəyə aid müvaifiq normativ hüquqi aktlarının tələblərini də pozur. Nədən ki, nə qədər faşist üsulu olsa da, beynəlxalq hüquq normalarına cavab verməyən bu tətbiqlər dünyanın, demək olar, bütün ölkələri tərəfindən həyata keçirilir. Amma bütün dövlətlər bu faktı bacardıqları qədər məxfi saxlayırlar. Beləcə, beynəlxalq qınaqdan yayınmağa çalışırlar. Əslində “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının 7 sentyabr 2004-cü il tarixli 733-IIQ №-li Qanununun 5.4.2-ci maddəsi (kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında) də bu cür məlumatların açıqlanmasını yasaqlayır. Cənab Sədr isə ağına-bozuna baxmadan Naxçıvanda “Gestapo” rejiminin fəaliyyət göstərdiyini bütün çılpaqlığı ilə ortaya qoyur.

Zənnimizcə, Vasif Talıbovun dövlət sirrini yayması faktı Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyası və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən diqqətdə saxlanılmalı və lazımi ölçü götürülməlidir.
//ovqat.com//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17
Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15
"Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02
“Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00
Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01
MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57
Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50
“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26
Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48
Axşam.az 12 yaşında!
Dünən, 11:47
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Dünən, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Dünən, 11:34
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Dünən, 11:27
İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Dünən, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru