Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... .....                     "Bizdə nə qədər problem olsa da... .....                     Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu .....                     Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər .....                     Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                     Avtomobil bazarında bu maşına tələbat artdı... .....                     Xankəndidə “cızılan plan” Tiflisə yönəldi .....                     “Bunsuz sülh olmayacaq!” .....                     Makronun təşəbbüsü keçmədi .....                     Sülh heç üfüqdə də görünmür .....                     Üçtərəfli görüşdə fiasko: .....                     Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil .....                     Milli kimliyimizə təhlükə: .....                     “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” .....                     Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək .....                     “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” .....                     Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... .....                     Xaçmaza yeni polis rəisi təyin olunub .....                     “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” .....                     “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” .....                     Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər .....                     “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” .....                     Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı .....                     Bəşər Əsədin həyat yoldaşının .....                     MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! .....                     Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur .....                     “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” .....                     Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur .....                 

Naləsi ərşə ucalan məcburi köçkünlərin fəryadı komitə sədrinə çatmır - MALƏSƏF...
Tarix: 25-01-2022, 11:46 | Çap et
Naləsi ərşə ucalan məcburi köçkünlərin fəryadı komitə sədrinə çatmır
Yalnız rəsmi saytlarından başqa heç bir mediada haqqında tək bir pozitiv cümləyə belə rast gəlinməyən Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi barəsində yenə giley, yenə narazılıq var. Sözügedən bu qurum barəsində vətəndaş narazılıqları, demək olar ki, artıq adət halını alıb.

DİA.AZ xəbər verir ki, bir neçə ay öncə, "DogruXeber.az" informasiya portalında Ağdam rayon sakini Ceyhun Xudiyevin yaşamağa vadar olduğu, acınacaqlı durumu təkrar-təkrar yayımlandı. Məsələdə adı çəkilən və məsuliyyəti olan Ağdam rayon İcra Hakimiyyəti susdu.Ağdam rayonunu Milli Məclisdə güya təmsil edən Bəxtiyar Əliyev susdu. Yasamal rayon İcra Hakimiyyəti biraz canfəşanlıq elədi, amma, nəticədə o da susdu. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi desək, ondan da səs-səmir çıxmadı. Adam o qədər car çəkdi, "mənim həyat yoldaşım ankoloji xəstədir. Havasız yerdə yaşamaq ona ziyandır. Ömrünü daha da qısaldır" - deyə.

Kimə deyirsən?!...

Susduqca susdular...



Bir neçə aydan sonra məktublarına, güya tapa bilmədikləri üçün cavab vermədikləri ünvanına, yəni həmin üfunət qoxuyan zirzəmiyə hərbi xidmətə çağırış vərəqəsi göndərildi ki, bəs sənin oğlunun artıq 18 yaşı tamam oldu. Gəlsin vətənə borcunu ödəsin. Amma, həmin oğulun harda doğulduğu, hansı şərtlərdə və hansı şəraitdə böyüdüyü barəsində isə, 18 ildə olduğu kimi, bu gün də maraqlanan olmadı. Yeri gəlmişkən haqqında bəhs etdiyimiz Ağdam rayonundan məcburi köçkün olan Ceyhun Xudiyevin iki oğlu var. Yəni, o zirzəmidə, çox ağır şərtlər altında iki əsgər böyüdüb. Eləcə də, o zirzəmidə yaşayan 10-larla ailədə gələcəyin 10-larla əsgəri böyüyür.

Əlqərəz...

Görünən kəndə nə bələdçi. Artıq, hər kəsə məlumdur ki, Rövşən Rzayevin başı şəxsi biznesləri və yüksək məbləğlərin yer aldığı tender müqavilələrinə, Bəxtiyar Əliyevin az qala 20-yə yaxın vəzifəsinə və şəxsi bizneslərinə qarışıb. Vaqif Həsənov isə çoxlarından fərqli olaraq, özünə də vaxt ayırdığı üçün, deyilənə görə onun da başı şəxsi bizneslərinə və yeyib-içməyə qarışıb. Ceyhun Xudiyev isə hələ də dəyişməyən acınacaqlı yaşam durumu içində çırpınmaqdadır.

Bundan əlavə, bir neçə gün əvvəl redaksiyamıza müraciət edən qaçqın və məcburi köçkünlərin aylardır ala bilmədikləri, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin soruşduğumuzda məsuliyyətini bankın üzərinə atdığı kəsilən "çörəkpulu"ndan da heç bir xəbər yoxdur.

Qaldı ki, iki ilə yaxındır evi yandığı üçün qışın soyuğunda, yayın qızmarında balaca torpaq damda, çox çətin vəziyyətdə yaşamağa məhkum olan Füzuli rayon sakini Elnur Əliyevə, onun da durumunda dəyişən bir şey yoxdur. Dəyişməsi üçün Rövşən Rzayevin biraz vəzifə borclarını xatırlaması, biraz da işlərinə vaxt ayırması lazımdır əslində. Eyni zamanda, vətəndaş müraciətlərinə baxılması lazımdır ki, orda nə deyildiyindən, qaçqın və məcburi köçkünlərin hansı problemlərdən əziyyət çəkməsindən xəbərdar olsunlar.

Füzuli rayon sakini Elnur Əliyevin redaksiyamıza təqdim etdiyi sənədlərdə göstərilir ki, onun evinin bərpası üçün 12.000 (on iki min) AZN ayrılıb. Amma, o məbləği Elnur Əliyev yalnız elə o yazıda görüb, vəssalam.

Əvvəla tikinti materiallarının qiymətlərinin baha olduğu bir dövrdə 12.000 (,on iki min) AZN bir evin tikintisinin başa çatması üçün çox az məbləğdir. İş orasındadır ki, heç o sözügedən məbləğ də vətəndaşa verilməyib.



İndi həmin məbləği kimlər mənimsəyib, hələlik bu barədə bir söz deyə bilmərik.

Ümid edirik, növbəti yayımlarımızda məcburi köçkün, eyni zamanda birinci qrup əlil Elnur Əliyevin probleminin aradan qaldırıldığı barəsində məlumatı diqqətinizə çatdıracağıq.

Hələlik isə bu yalnız bir arzudur. O arzunu reallaşdırmaq isə Rövşən Rzayevin səlahiyyətləri daxilindədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15
"Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02
“Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00
Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01
MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57
Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50
“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26
Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48
Axşam.az 12 yaşında!
Dünən, 11:47
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Dünən, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Dünən, 11:34
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Dünən, 11:27
İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Dünən, 11:25
Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Dünən, 11:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru