“Naxçıvan MR DİN” nağılının qaravəllisi: İfa edir nazir əvəzi Rəşad İsmayılov - Hamam hamam içində...
Tarix: 18-01-2022, 11:46 | Çap et
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında Daxili İşlər Nazirliyində həyata keçirilən köklü islahatlar və Nazirliyin ştat strukturunun real əməliyyat şəraitinə uyğun olaraq yenidən təsdiq olunması daxili işlər orqanlarında idarəçilik və təşkilatçılıq işinin təkmilləşdirilməsinə, orqan və hissələrin qarşısında duran mühüm vəzifə və funksiyaların müasir dövrün tələblərinə uyğun şəkildə icrasına, xidməti və icra intizamının möhkəmlənməsinə əlverişli şərait yaratmaqla polis orqanları əməkdaşlarının üzərinə daha ciddi məsuliyyət qoyub”. DİA.AZ Ovqat.com-a istinadən xəbər verir ki, bu sözləri Naxçıvan MR Daxili İşlər naziri əvəzi polis mayoru Rəşad İsmayılov dünən keçirdiyi 2021-ci ilin yekunlarına dair iclasda deyib. (Mənbə: https://www.instagram.com/naxcivan.mr.din/tv/CY1q_9xFOCV/?utm_medium=copy_link) Sual edə bilərsiniz: Cənab naziri əvəzi böyük bəh-bəhlə öydüyü “struktur islahatları” deyərkən nəyi nəzərdə tutur? Zənnimizcə, bu suala ən dolğun cavabı saytımızın 23-11-2021 tarixli buraxılışında dərc olunan “Fazil Ələkbərovun sonunu gətirən əlbəyaxa döyüşü: Nazir “Cənab sədr”in səbr kasasını necə doldurdu?” sərlövhəli yazıda tapa bilərsiniz. Yazıda qeyd olunur: “...Naxçıvan MR DİN-də “nizam-intizam”ı təmin edə bilmədiyinə görə “öz xoşuyla” “gedər-gəlməz” məzuniyyətinə göndərilən Fazil Ələkbərovdan sonra nazirlikdə böyük miqyaslı “struktur islahatları” aparılıb. Nazirliyin bir neçə şöbəsi ləğv edilib və yerinə hər hansı struktur yaradılmayıb. Ləğv edilən strukturlar bunlardır: Narkotiklərlə mübarizə şöbəsi, İnsan alveri ilə mübarizə İdarəsi, Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi, Maddi texniki təminat şöbəsi, Daxili təhlükəsizlik şöbəsi, Daxili təhqiqatlar şöbəsi, Təhqiqat şöbəsi, Xüsusi təyinatlı əməliyyat taboru və s. Təsəvvür edirsinizmi, Naxçıvan MR DİN-nin nazir əvəzi rəhbəri Rəşad İsmayılov istənilən daxili işlər orqanı üçün “olmazsa olmazlar”dan sayılan struktur vahidlərinin ləğv olunmasını, dolayısıyla qurumun suyu qurumuş dəyirmana çevrilməsini “müasir dövrün tələbləri”, “idarəçilik və təşkilatçılıq işinin təkmilləşdirilməsi” sayır. Halbuki bu strukturlar olmadan DİN də yoxdur. Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası içərisində dövlət olduğunu, onun DİN-də isə ən mühüm strukturlarının olmadığını nəzərə alsaq, yada uşaq vaxtı dinlədiyimiz nağılların proloqu sayılan məşhur qaravəlli düşür: “Hamam hamam içində, Xəlbir saman içində, Dəvə dəlləklik eylər Köhnə hamam içində, Hamamçının tası yox, Baltaçının baltası yox, Orda bir tazı gördüm, Onun da xaltası yox”. Bu qaravəllidə “hamam” sözünü “dövlət”lə, “hamamçı” sözünü isə “DİN”lə əvəz etsək, daşlar tam yerinə oturar. Həmin “qaravəlli”dən sonra nazir əvəzi Rəşad müəllim öz şirin nağılının sonrakı hissəsinə belə davam edib: “2021-ci ildə Daxili İşlər Nazirliyi və Prokurorluqda muxtar respublika ərazisində törədilən cinayət hadisələri üzrə 31 cinayət işi başlanaraq istintaqı aparılıb. Baş verən cinayət hadisələrindən 12-si və ya 24,5%-i ehtiyatsızlıqdan törədilən cinayətlər olub. İl ərzində törədilən cinayətlərin açılması 100% təmin edilib, insan alveri ilə bağlı cinayət hadisəsi qeydə alınmayıb. Həmçinin axtarışda olan 2 təqsirləndirilən şəxsin tutularaq istintaq orqanlarına təhvil verilməsi, ümumiyyətlə axtarışda olan şəxslərin tutulması 100% təmin edilib. Hesabat dövründə keçmiş illərdən qapalı qalan 1 cinayət işi üzrə icraat təzələnərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin müvafiq bəndinə əsasən xitam edilib”. Qeyd edilib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2021-ci il ərzində keçirilən tədbirlər nəticəsində 1 cinayət və 18 inzibati fakt aşkar edilib. 2020-ci illə müqayisədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkarlanan faktların sayı 2 cinayət, 12 inzibati fakt azalıb. Hesabat ilində daxili işlər orqanları tərəfindən həyata keçirilən profilaktik-maarifləndirmə tədbirləri nəticəsində vətəndaşlar tərəfindən 193 ədəd müxtəlif növ silah, 1 ədəd silah üçün binokl, 1 ədəd minaaxtaran, 1 ədəd metalaxtaran, 1 ədəd siqnalkəsən cihaz, 58 ədəd xəzinə və 8631 ədəd müxtəlif növ döyüş sursаtı könüllü olaraq təhvil verilib. Rəşad İsmayılov bildirib ki, hesabat ilində dахili işlər оrqаnlаrı tərəfindən 13 min 854 inzibаti prоtоkоl tərtib еdilib. Onlаrdаn 13 min 334-ü yоl hərəkəti qаydаlаrı əlеyhinə оlаn inzibаti хətаlаrа görə dövlət yol polisi əməkdаşlаrı, 438-i pоlis sаhə inspеktоrlаrı, 82-si isə digər xidmətlər tərəfindən tərtib оlunub. 2020-ci illə müqayisədə inzibаti хətаlаra dair protokolların sayı 3523 vahid və ya 20,3% azalıb ki, buna səbəb polisin xidməti fəaliyyətində profilaktikaya geniş yer verilməsi, əhali arasında aparılan hüquqi maarifləndirmə tədbirlərinin davamlı olaraq həyata keçirilməsidir. Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə əməkdaşlar tərəfindən təhsil müəssisələrində müxtəlif mövzularda 434 dəfə profilaktiki söhbətlər aparılıb. Şəxsi heyət arasında mənəvi-psixoloji durumun yüksəldilməsi istiqamətində görülən işlərdən də bəhs edən Rəşad İsmayılov vurğulayıb ki, xidməti fəаliyyətin yеrinə yеtirilməsində fərqlənən əməkdаşlаrın əməyi qiymətləndirilərək 1146 əməkdаş müхtəlif mükafatlara layiq görülüb. Məruzə ətrafında Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftalıyev, Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Qasım Həsənov, İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis mayoru İman Quliyev, Dövlət Yol Polisi İdarəsinin rəisi, polis mayoru Ayaz Quliyev çıxış ediblər. İclasda ərazi polis orqanlarının qarşısına dəm qazından zəhərlənmə hallarının qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə qabaqlayıcı profilaktik və maarifləndirici tədbirlərə geniş yer verilməsi, Dövlət Yol Polisi İdarəsinin qarşısına isə taksi fəaliyyəti ilə məşğul olan şəxslərin avtomobillərinin texniki vəziyyətinə, xüsusən nəqliyyat vasitələrinin qış aylarında texniki sazlığına, şəhərdaxili yollarda vətəndaşların piyada keçidlərindən istifadə etməsinə ciddi nəzarət edilməsi tapşırıqları qoyulub. Sonda qərar layihəsi oxunaraq qəbul edilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Dünən, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Dünən, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Dünən, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Dünən, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Dünən, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Dünən, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Dünən, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Dünən, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Dünən, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Dünən, 10:38 |
|
|
|
|