Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu .....                     Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər .....                     Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                     Avtomobil bazarında bu maşına tələbat artdı... .....                     Xankəndidə “cızılan plan” Tiflisə yönəldi .....                     “Bunsuz sülh olmayacaq!” .....                     Makronun təşəbbüsü keçmədi .....                     Sülh heç üfüqdə də görünmür .....                     Üçtərəfli görüşdə fiasko: .....                     Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil .....                     Milli kimliyimizə təhlükə: .....                     “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” .....                     Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək .....                     “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” .....                     Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... .....                     Xaçmaza yeni polis rəisi təyin olunub .....                     “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” .....                     “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” .....                     Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər .....                     “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” .....                     Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı .....                     Bəşər Əsədin həyat yoldaşının .....                     MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! .....                     Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur .....                     “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” .....                     Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur .....                     Sement ixracı bu il Azərbaycana 48 milyon dollar .....                     Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi .....                 

Anar Kərimov işçiləri necə şantaj edir? - İLGİNC İDDİALAR...
Tarix: 17-01-2022, 10:50 | Çap et
Anar Kərimov işçiləri necə şantaj edir?
Azərbaycanda aparılan kadr islahatlar; fonunda - 2021-ci il yanvar ayının 5-də Anar Kərimovun Mədəniyyət naziri vəzifəsinə təyinatı cəmiyyətimizdə müəyyən ümidlər yaratmışdı. Təəssüf... O, bu ümidləri və ona göstərilən etimadı doğrultmadı. Əgər hər hansı rayonun icra başçısına görə bu qədər təəssüf hissi keçirsəydik, bəlkə də dəyməzdi. Amma qalib bir ölkənin “mədəniyyət korpusu”na cavabdeh şəxslə bağlı təəssüf hissi keçirmək ağrılıdır. Nazir təyin edilməmişdən 6 ay öncə A.Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilmişdi və nazirin vəzifələrini icra edirdi. Təxminən 1 il 6 aydır ki, Azərbaycan mədəniyyətinə bu şəxs rəhbərlik edir. Ötən il yanvar ayının 27-də Azsiyaset.com saytında “Mədəniyyət Nazirliyində “köhnə hamam, köhnə tas” - Yeni nazirdən gözləntilər böyükdür” sərlövhəli məqalə də dərc olunmuşdu. Məqalədə A.Kərimova dəstək ifadə edir, onun Mədəniyyət naziri kimi görməli olduğu işlərin konturları barədə tövsiyələrlə də çıxış etmişdik.

Bu gün isə Mədəniyyət Nazirliyində baş verən özbaşınalıqlara, qanunsuzluqlara hamı göz yumur, ölkənin ordu sistemini, ayrı-ayrı generalları təftiş edən media qurumları, jurnalistlər, blogerlər rəsmən sus(durul)ublar.

Başa düşürük, ölkədəki pandemiya mühiti bir çox məmurlar kimi A.Kərimovun da yarıtmaz fəaliyyətini ört-basdır elədi. Pandemiyanın “bəraətverici” şərtlərinin arxasında gizlənmək heç bir məmura, ələlxüsus da nazir postunu tutan şəxsə yaraşmaz.

A.Kərimov vəzifəyə təyin ediləndə iki mühüm amilə diqqət etməli idi:

- Prezident İlham Əliyevin yeni kadrlara olan etimadına kölgə salmalı deyildi

- 2020-ci ilin may ayında Mədəniyyət Nazirliyində həyata keçirilən həbslərdən nəticə çıxarmalı idi

Ancaq Anar Kərimov Mədəniyyət Nazirliyində hansı “islahatlara” başladı?

DİA.AZ-ın məlumatına görə, azsiyaset.com-un redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, nazir bütün peşəkar kadrları işdən azad edib. Onların yerinə isə bu sahədə heç bir təcrübə və qabiliyyəti olmayan şəxsləri təyin edib. Ən dəhşətlisi budur ki, Nazirlikdə müxtəlif vəzifələrə təyinat alan A.Kərimovun yaxınları heç vaxt bu sahədə işləməyiblər. Açığı, bu cür məntiqsiz addımlar gözlənilən idi. Çünki nazirin özü də mədəniyyət sisteminə tamamilə yad adamdır. O, ömrü boyu XİN-in diplomatik strukturlarında müxtəlif vəzifələrdə işləyib. Zaman göstərdi ki, 3 dil bilən A.Kərimov hər hansı bir qurumda birinci şəxs olası adam deyildi. Bəzilərinin məntiqi ilə yanaşsaq, 7-8 dil bilən müəllimləri də gətirib yüksək vəzifələrə qoymaq lazımdır. Nazirlikdə idarəetmənin keyfiyyəti o qədər aşağı düşüb ki, bu, ümumilikdə ölkənin mədəniyyət sektorunu dərin bir uçuruma aparır.

Vasif Eyvazzadə işdən niyə çıxarılıb?

Nazirlikdəki bütün peşəkarları vəzifəsindən kənarlaşdırmağı hədəfləyən A.Kərimov qurumun ən peşəkar adamlarından birini də işindən uzaqlaşdırdı. Söhbət Vasif Eyvazzadədən gedir. V.Eyvazzadə Nazirliyin beynəlxalq əlaqələrini xüsusi həssaslıqla qurub yaradan və qurumun struktur-ideoloji fəaliyyət prinsiplərini möhkəmlədən adamlardan biridir. Bu hal A.Kərimovu qətiyyən narahat etməsə də, V.Eyvazzadənin Nazirlikdən kənarlaşdırılması ölkə mədəniyyətinə məqsədli şəkildə vurulan zərbədir.

Halbuki, redaksiyamıza daxil olan məlumata görə, A.Kərimovla V.Eyvazzadə arasında çox yaxın münasibətlər olub. Hətta bu yaxın münasibətlər V.Eyvazzadənin xarici ölkələrdən birinə təyin olunmasına da mane olub. A.Kərimov onun ölkədə qalıb işləməsinin vacibliyini bildirib və V.Eyvazzadə təyinatdan məhrum olub. Bəs nəticədə nə baş verib? A.Kərimov onu nazirlikdəki vəzifəsindən də çıxarıb. Bu nə zehniyyət, nə təfəkkürdür, Anar müəllim!? Hətta illərlə əli xalqın cibində olan köhnə komandanın üzvləri də belə sürətli “sədaqətə” yol verməzdi.

Nazir mədəniyyət qurumlarını “JEK” adlandırır...

Azsiyaset.com-un redaksiyasın daxil olan başqa bir məlumata görə, A.Kərimov keçirdiyi iclasların birində musiqi məktəblərini “JEK” adlandırıb. Anar müəllim, ölkə mədəniyyətinə, musiqi sahəsinə bu ayıb və çılpaq baxışı sizə harada öyrədiblər? Və təsəvvür edin, musiqi məktəblərini “JEK”lərlə müqayisə edən bir adam bizim musiqimizi, mədəniyyətimizi yüksəldəcək?!

Əcəba, idarəetməni bilməyən, işçilərə qarşı ironik və qəzəbli münasibət ortaya qoyan nazir mədəniyyət sahəsinin dövləti və fəlsəfi mahiyyətini başa düşmədən bu postda oturur. Təəssüf ki, bir çoxları Nazirlikdəki dözülməz xaotik vəziyyətdən xəbərsizdir. Çoxmilyonluq büdcəyə, tender “balon”larına sahib olan A.Kərimovun başı nəyə qarışıb?!

Hər halda bu quruma nəzarət edən ali icraedici orqan nəzarət və təftiş tədbirlərinə başlamalıdır. İmkan verməliyik ki, kimsə 10, 20 il hansısa qurumu talasın, sonra tədbir görək?! Vaxtında alınmalıdır bu çirkabın, xaosun qarşısı...

A.Kərimov işçiləri necə şantaj edir?

Nazir Əmək Məcəlləsini məftilə döndərib, istədiyi tərəfə əyir, sonra da düzəldir. Məsələn, Nazirliyə tabe müxtəlif qurumlara rəhbər şəxsləri 6 aylıq əmrlə təyin edir. Həmin şəxslər aylarla stress altında saxlanılır. Rəhbər şəxslər tam həvəsdən salınır, onların hər an işdən çıxarıla biləcəyi, əslində daxili əmrin ciddi etimad olmadığı onlara bildirilir. Ardınca nə baş verir? Bu rəhbər şəxslərin əli ilə qanunsuzluqlar həyata keçirilir, daha sonra onlar şantaj edilərək işdən uzaqlaşdırılır. Bu, məntiqə və ağlasığmazdır. Amma maraqlıdır, Anar müəllim bütün bunları İraqda, İtaliyada, Avstriyada, Polşada keçdiyi ödənişli kurslarda öyrənib, yoxsa necə!?

Prezidentin xəbərdarlığından Anar Kərimovun payına nə düşür?

Yanvar ayının 12-də Prezident İlham Əliyev ölkə telekanallarına müsahibəsində korrupsiya ilə mübarizə haqqında və yeni kadrların fəaliyyəti barədə danışarkən belə bir fikir bildirdi: “Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır".

Deməli, Dövlət başçısı bəzi yeni kadrların da işindən narazıdır. Anar müəllim, ola bilərmi ki, Prezidentin narazı qaldığı yeni kadrlardan biri də siz olasınız?! Bəlkə bu barədə bir azca düşünəsiniz...

Sonda böyük filosof-şair Hüseyn Cavidə istinad etmək yerin düşər:

Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Anar müəllim! Mədəniyyət ölkənin ən güclü silahıdır. Ölkəni təkrsilah etməyin, silahsız qoymayın! Bacarmırsınızsa, gedin! Yoxsa bir gün bunun hesabı sizdən də sorulacaq! Mütləq!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02
“Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00
Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01
MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57
Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50
“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26
Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48
Axşam.az 12 yaşında!
Dünən, 11:47
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Dünən, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Dünən, 11:34
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Dünən, 11:27
İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Dünən, 11:25
Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Dünən, 11:20
Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Dünən, 11:02
ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Dünən, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru