Trampın Ukrayna ilə bağlı PLANI VAR .....                     Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... .....                     Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb .....                     "Əməliyat etdirməyə gücümüz çatmır..." .....                     “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” .....                     Minimüharibə olacaq: ya məcburi, ya da… .....                     "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" .....                     Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil .....                     Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... .....                     "Bizdə nə qədər problem olsa da... .....                     Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu .....                     Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər .....                     Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                     Avtomobil bazarında bu maşına tələbat artdı... .....                     Xankəndidə “cızılan plan” Tiflisə yönəldi .....                     “Bunsuz sülh olmayacaq!” .....                     Makronun təşəbbüsü keçmədi .....                     Sülh heç üfüqdə də görünmür .....                     Üçtərəfli görüşdə fiasko: .....                     Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil .....                     Milli kimliyimizə təhlükə: .....                     “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” .....                     Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək .....                     “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” .....                     Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... .....                     Xaçmaza yeni polis rəisi təyin olunub .....                     “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” .....                     “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” .....                 

"Bələdiyyə sədrimiz icarədarla gizli anlaşıb gölü təzədən özü satıb.. - İmişlidə NARAZILIQ
Tarix: 21-12-2021, 11:30 | Çap et
"Bələdiyyə sədrimiz icarədarla gizli anlaşıb gölü təzədən özü satıb..
İmişli rayonunun Cavadxanlı kəndinin sakinləri son günlər kənd ərazisindəki "Axmaz" adlandırdıqları gölün ətrafına yığışırlar. 18 hektar ərazini əhatə edən bu göl illər öncə bir şəxsin icarəsinə verilib. O zaman da kənd sakinlərinin etirazları olmuşdu. Yerli bələdiyyə isə gölü icarədardan geri almaq üçün məhkəmədə iddia qaldırmışdı.

DİA.AZ bildirir ki, sakinlərin demələrinə görə, sonra öyrəniblər ki, məhkəmə onların xeyrinə qərar çıxarıb. Bundan sonra bir müddət sakitlik yaranıb. Onların sözlərinə görə, amma bir də görüblər ki, ərazidə texnika işləyir, gölün kənarı hasarlanır. Məlum olub ki, icarədar təbii sututardan təkbaşına istifadə ilə bağlı hüquqi sənədlər əldə edib.

"Gölü bir şəxsin istifadəsinə vermək ədalətsizlikdir"
Kənd sakini Qabil Xəlilov gölün kəndlilər üçün əvəzsiz sərvət olduğunu vurğulayır: "Bu göl 1936-cı ildə Araz çayının yatağının dəyişməsi nəticəsində yaranıb. O vaxtdan bəri su anbarı kimi istifadə edilir. Yayda Araz çayında suyun səviyyəsi düşəndə 200 hektaradək sahədəki əkinlərimiz bu göl hesabına suvarılır. Arxlar quruyanda heyvanlarımız buradan su içir. Göldən balıq tutulur, quş ovlanır. Bunu bir şəxsin istifadəsinə vermək, kənarına hasar çəkmək özbaşınalıqdır, ədalətsizlikdir".

"Əsaslı şübhə var ki, bələdiyyə sədrimiz..."
Cavadxanlı kəndinin başqa bir sakini Səhliyar Fətullayev də deyir ki, gölün icarəyə verilməsi qanunsuz olub: "Bu göl vaxtilə Sədi Əzimov ad-soyadlı bir şəxsin icarəsinə verilib. Sonradan həmin qərar ləğv edilib. Üstündən üç il keçəndən sonra bu adamlar gedib ləğv edilmiş qərar əsasında həmin yeri dövlət qeydiyyatından keçiriblər. Bələdiyyəmiz onları məhkəməyə verdi. İnzibati-iqtisadi məhkəməsi camaatın xeyrinə qərar çıxardı. Biz bu yaxında xəbər tutmuşuq ki, bu qərarı iki il əvvəl apellyasiya məhkəməsi ləğv edibmiş. Bizdə əsaslı şübhə var ki, bələdiyyə sədrimiz icarədarla gizli anlaşıb gölü təzədən özü satıb".

Onların deməsinə görə, bu işdə tərəf olmadıqlarından məhkəmə qərarlarını da ala bilmirlər. Sakinlər bildirirlər ki, qapısını döymədikləri dövlət orqanı qalmayıb. Onlar Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olmuş, hazırda prezidentin köməkçisi işləyən Kərəm Həsənovun qəbulunda da olduqlarını, onun da gölə çıxarış verilməsinə təəccüb etdiyini deyirlər. Məhkəmə qərarını ədalətsiz hesab etdiklərindən yığışıb bir dəstə Ədliyyə Nazirliyinə gedəcəklərini də vurğulayırlar.

"Mən yorulub dayandım"
Amma Qaralar bələdiyyəsinin (Qaralar və Cavadxanlı kəndləri daxildir) sədri Şıxalı Gülməmmədov ona yönəlik ittihamları qəbul etmir: "Bu göl mən bələdiyyə üzvü olmazdan əvvəl icarəyə verilib. Onu əhalinin ümumi istifadəsinə qaytarılmasının ilk təşəbbüskarı da mən olmuşam. Hələ 2015-ci ildə gölün icarəyə verilməsinə dair müqaviləni ləğv etdik. Məhkəməyə müraciət edəndə də sakinlərin etibar etdiyi şəxsi vəkil tutduq. Şirvan İnzibati-İqtisadi Məhkəməsi tələbimizi təmin etdi. Amma apellyasiya məhkəməsində həmin qərar ləğv olunub təkrar məhkəmə baxışına qaytarıldı. Daha bundan sonra yorulub dayandım".

Bələdiyyə sədri dediklərinə onu da əlavə edir ki, ehtiyac yarandığı halda göldən əkinlərin suvarılmasına imkan verilməsi ilə bağlı icarədarla razılaşma əldə olunub. O, tez-tez sakinlərlə görüşdüyünü, mübahisənin danışıq yolu ilə həll etməyə çalışdığını söylədi.

"Deyirəm gəlin əl-ələ verib işləyək..."
Hazırda icarədar olduğu bildirilən Tofiq Hüseynov da narazıdır. O, icarə haqqı ödədiyi halda illərdir mülkiyyətindən istifadə edə bilmədiyini söyləyir. Onun vurğulamasına görə, dövlətin qayda-qanunu, icarə müqaviləsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirir. Əlavə etməsinə görə, təkcə bu il 900 manat icarə haqqı ödəyib: "Amma üç ildir ki, göldən istifadəmə imkan verilmir. Burada quşçuluq təsərrüfatı yaratmaq, qaz və ördək saxlamaq istəyirəm. Bu, həm kənd təsərrüfatının inkişafı ilə bağlı dövlətin proqramına uyğundur, həm də kəndin bir neçə sakini üçün iş yeri ola bilər. Camaata deyirəm gəlin əl-ələ verib işləyək. Amma arada iki-üç qızışdırıcı adam var, qohumlarını da ətrafına yığıb maneçilik törədirlər. Burada qanunsuz ov edilir. Ona görə gölü dəmir torla əhatələmək istəyirəm".

İcra hakimiyyətindən deyilənlər...
İmişli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mirzə Quliyev də deyir ki, Cavadxanlı kəndinin bir qrup sakinini icra başçısı qəbul edib, onların şikayətləri araşdırılıb: "Biz baxdıq, icarədarın əlində göldən istifadə ilə bağlı qanuni sənədlər var. Onları ləğv etməyə səlahiyyətimiz çatmır. Amma camaatı da başa düşürük. Onlar göldən əkinlərini, heyvanlarını suvarmaq istəyirlər".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Bu gün, 13:57
Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Bu gün, 13:55
Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Bu gün, 13:22
"Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Bu gün, 13:19
“Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Bu gün, 13:04
Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Bu gün, 12:39
"Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Bu gün, 12:37
Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17
Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15
"Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02
“Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00
Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01
MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57
Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50
“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26
Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru