AMEA-nın hər köşəsi BAZAR İMİŞ... .....                     Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir? .....                     Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ .....                     Zurabişvili İvanişvilini öz iqamətgahında danışıqlara çağırdı... .....                     `Armada` şirkəti də ÖLKƏDƏN VALYUTA ÇIXARIBMIŞ... .....                     Bu həftə ardıcıl 7 gün iş olacaq .....                     "Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır" .....                     Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir .....                     Müştərilər üçün KAPTAL BANK məngənəsi... .....                     "`Kristal Abseron`dan ev alanda 100 ölcüb, 1 biçin..." .....                     Kartına 400 manat yüklədi... YOXA ÇIXDI! .....                     Ərdoğanın Suriya səfəri... .....                     "Bu əsasla Əmək müqaviləsinin ləğv edilməsi..." .....                     BU FAKTDIR: `Azəriqaz` işçiləri öz hesablarına avadanlıq alır... .....                     Suriyanın yeni sahibi NECƏ DAVRANACAQ... .....                     Ceyhun Bayramov Serbiyaya səfər edib .....                     `Azercell` istehlakçı hüquqlarını NECƏ POZUR... .....                     Makronun BATIRDIĞI FRANSA... .....                     İranın sərhəddə 150 minlik ordusu var, ancaq Azərbaycan… .....                     "HƏMAS, Hizbullah, İslami Cihad bizim deyil" .....                     Ermənilərdən “Dubay şokoladı” ilə bağlı ŞOK iddia: Şuşa detalı .....                     "Valmarket Şəbəkə Supermarket" dövlətə külli miqdarda vergi borcu üzə çıxdı .....                     Dezinformasiya ilə necə mübarizə aparaq? .....                     Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ .....                     İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... .....                     Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? .....                     "İçim parça parçadır" .....                     "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." .....                     Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür .....                     Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? .....                     Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür .....                     Trampın Ukrayna ilə bağlı PLANI VAR .....                     Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... .....                     Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb .....                     "Əməliyat etdirməyə gücümüz çatmır..." .....                     “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” .....                     Minimüharibə olacaq: ya məcburi, ya da… .....                     "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" .....                     Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil .....                     Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... .....                 

Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb? - FAKT BUDUR!
Tarix: 11-06-2021, 12:02 | Çap et
Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb?
Mən dünənə qədər elə bilirdim ki, təkcə biz jurnalistlər Azərbaycan ərazisində baş verənləri erməni mediasından öyrənirik. Ona görə də bizə operativ məlumat verməyən müvafiq qurumları, o cümlədən Müdafiə Nazirliyini qınayırdım. Dünən isə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bir məlumatı oxuyanda fikrim büs-bütün dəyişdi. Sən demə, bu nazirlik belə, Azərbaycan ərazisində baş verənlər barədə Ermənistandakı həmkarlarından xəbər alırmış.

Təəccüblənməyin, bunu mən yox, Nazirliyin özü etiraf edib. MN-in dünən Kəlbəcər rayonundakı hərbi mövqelərimizin atəşə tutulması barədə məlumatı fikrimizin ən bariz sübutudur.

“Ermənistan Müdafiə nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yaymışdır.

Ermənistan silahlı qüvvələri tərəfindən silahlı qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapmışdır. Açılmış atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur”, - MN-nin dünən yaydığı məlumatda belə deyilir.

Göründüyü kimi məlumatda açıq şəkildə etiraf olunur ki, Kəlbəcərdəki mövqelərimizin ermənilər tərəfindən atəşə tutulması barədə məlumatı düşmən tərəf yayıb. Bizim MN isə iddianı araşdırıb və fakt öz təsdiqini tapıb.

Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb?

Adama deyərlər, ay cənab generallar, öz sərhədimizdə baş verənlərdən sizin niyə xəbəriniz olmur? Axı bu ölkənin müdafiə strukturlarını kağız üzərində də olsa siz idarə edirsiniz. Heç olmasa, rəsmi mövqeyinizə hörmət edib sərhəddə baş verənlərlə maraqlanın. Mövlana demişkən, olduğunuz kimi görünməyə ar edirsinizsə, barı göründüyünüzə oxşamağa çalışın.

Nə olar saqqalınızı rus “sülhməramlı” generalı Rüstəm Muradovun əlinə verəndə, onun təlimatları ilə oturub-duranda, sizin qəlbinizdə heçmi vətən eşqi, yurd sevgisi yoxdur? Hərbi qulluqdan uzaq olanlar belə, min yola baş vuraraq, cəbhədən xəbər almağa çalışırlar. Sizdə o qədər də milli təəssüb hissi yoxdur? Niyə gündə heç olmasa 2 dəfə cəbhə xəttinə zəng edib orda baş verənləri öz hərbçilərimizdən soruşmursunuz? Niyə axı sərhədimizdə baş verənləri siz də bizim kimi erməni həmkarlarınızdan eşitməlisiniz? Mən hələ onu demirəm ki, bizim erməni məlumatlarına möhtac olmağımız da sizin düzgün qurulmayan informasiya siyasətinizdən qaynaqlanır. Mən hələ onu da demirəm ki, ermənilər bəyanat yayıb bizim etibarımızı beş quruş etdikdən sonra sizin onları təsdiq etməniz, yumşaq desək, düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.

Üstəlik, erməni əsgərləri bizim postlara atəş açırsa, deməli, 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatın müvafiq maddələrini pozurlar. Bu da bizim ermənilərə qarşı adekvat addım atmaq hüququmuzu doğurur. Ermənilərdən öyrəndiyiniz atəşkəs rejiminin pozulması faktına qarşı hansı tədbiri görübsünüz? Sizin qabiliyyətiniz ancaq ona çatır ki, gənc oğullarımızı sərhəddə aparıb erməni hərbçiləri ilə qovala-qaçdı oynadasınız? Sonra da erməni əsgərlərindən birinin döyülməsi səhnəsinin yayılmasına rəvac verib düşmən əlini gücləndirəsiniz? Axı istənilən dövlətin sərhəd pozuntusuna qarşı atdığı bir addım var: düşmən qüvvələrini ya güllələyərək, ya da əsir götürərək zərərsizləşdirmək. Niyə o zaman sərhədlərimizi aşsüzənə çevirən düşmən qüvvələri yerindəcə cəzalandırılmır? Buna mane olan kimdir?

Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb?

Müdafiə Nazirliyinin adına yaraşmayan bu kimi halların Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Şuşaya gəlişi ərəfəsinə düşməsi də adamı başqa düşüncələrə yönləndirir. Görünür, MN-də kimlərsə Azərbaycan ərazisində nəzarətin öz əlimizdə olmadığı qənaətini formalaşdırıb bu ziyarətə mane olmaq istəyir. Zira dünən yayılan rəsmi məlumat öz ərazisində baş verənləri düşmənlərdən öyrənən Müdafiə Nazirliyimizin ölkəmizi nə dərəcədə etibarli qoruduğunu şübhə altına qoyur. Hər an hər cür hadisə ilə üzləşəcək qədər təhlükəli vəziyyətdə olan sərhədlərimizə hansı qonağı dəvət edə bilərik?

Müdafiə Nazirliyini dünənki məlumatında diqqəti cəlb edən digər xüsus erməni hücumuna siyasi qiymət verilməsidir. Məlumatda bildirilir: “Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir”.

Cənab Zakir Həsənov, əvfinizə sığınaraq soruşmaq istəyirəm: hərbi struktur nə zamandan hadisəyə siyasi qiymət verən olub? Müdafiə Nazirliyinin vəzifəsi hücum faktını qeydə almaq, ona adekvat cavab vermək, düşməni susdurmaqdır. Təbii ki, görülən bu tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq da lazımdır. Amma ona siyasi qiymət vermək əsla MN-nin işi ola bilməz.

Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb?

Görünür, MN rəhbərliyi XİN-nin fəaliyyətini yarıtmaz olduğunu düşünür və onun da vəzifəsini öz boynuna götürür. Bəlkə də ona görə ki, ölkə başçısı XİN rəhbəri Ceyhun Bayramovu yeni vəzifəsinə təyin edəndə xarici siyasət kursunun dəyişdiyini bildimirmiş və bundan sonra hücum diplomatiyası həyata keçirəcəyimizi vurğulamışdı. Müdafiə Nazirliyindəki baş bilənlər isə harda “hücum” sözü görsələr, öz sahələri sayırlar. Qınamıram. Məsəl var; evə bişməyib, qonşudan gəlməyib. İndiyədək hücum diplomatiyası ilə qarşılaşmayan zehniyyət onunla hücum taktikasının arasındakı fərqi hardan bilsinlər?

Yeri gəlmişkən, Xarici İşlər Nazirliyimizin hadisələrə adekvat və operativ reaksiya vermək qabiliyyəti də mübahisəyə açıqdır. Amma buna qiymət vermək Müdafiə Nazirliyinin işi deyil. Ən azı o səbəbdən ki, özü öz fəaliyyəti ilə məşğul ola bilmir, ən operativ məlumatları belə düşmənin ictimaiyyətə açıq qaynaqlarından öyrənin. Bu vəziyyətdə onun XİN-nin funksiyasını öz çiyinlərinə götürməsi “kor kora kor deməyincə” məsəlini xatırladır.

Heydər Oğuz,
Ovqat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AMEA-nın hər köşəsi BAZAR İMİŞ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:32
Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir? - "...çıxılmaz vəziyyətə düşüb"
Bu gün, 09:27
Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ - İNCƏLƏMƏ
Bu gün, 09:26
Zurabişvili İvanişvilini öz iqamətgahında danışıqlara çağırdı... - "Newsgeorgiya"
Bu gün, 09:22
`Armada` şirkəti də ÖLKƏDƏN VALYUTA ÇIXARIBMIŞ... - TƏFƏRRÜAT
Bu gün, 09:16
Bu həftə ardıcıl 7 gün iş olacaq - DİQQƏT!
Bu gün, 09:09
"Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır" - deputat
Bu gün, 09:07
Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir - Tramp Kanadadan sonra yeni ərazi iddiası İRƏLİ SÜRDÜ
Bu gün, 09:03
Müştərilər üçün KAPTAL BANK məngənəsi... - AXI NİYƏ?..
Bu gün, 08:59
"`Kristal Abseron`dan ev alanda 100 ölcüb, 1 biçin..." - "Dərəbəylikdir!!!"
Bu gün, 08:55
Kartına 400 manat yüklədi... YOXA ÇIXDI! - GİLEY
Bu gün, 08:47
Ərdoğanın Suriya səfəri... GÖZLƏNİLƏNDİR!
Bu gün, 08:39
"Bu əsasla Əmək müqaviləsinin ləğv edilməsi..." - Ekspert danışır...
Bu gün, 08:35
BU FAKTDIR: `Azəriqaz` işçiləri öz hesablarına avadanlıq alır... - "Deyirsiniz `Azəriqaz` ziyanla işləyir, AMMA..."
Bu gün, 08:31
Suriyanın yeni sahibi NECƏ DAVRANACAQ... - Hər kəsi YAXŞI TANIYIR...
Bu gün, 08:19
Ceyhun Bayramov Serbiyaya səfər edib
Bu gün, 08:17
`Azercell` istehlakçı hüquqlarını NECƏ POZUR... - NARAZILIQ VAR...
Bu gün, 08:14
Makronun BATIRDIĞI FRANSA... - İNCƏLƏMƏ
Bu gün, 07:15
İranın sərhəddə 150 minlik ordusu var, ancaq Azərbaycan… - GƏLİŞMƏ
Bu gün, 07:11
"HƏMAS, Hizbullah, İslami Cihad bizim deyil" - Xamenei İranın proksi qüvvələrindən imtina etdi
Bu gün, 06:19
Ermənilərdən “Dubay şokoladı” ilə bağlı ŞOK iddia: Şuşa detalı - Rəsmən xəstədirlər...
Bu gün, 06:17
"Valmarket Şəbəkə Supermarket" dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:12
Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43
İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36
Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39
"İçim parça parçadır"
Dünən, 22:34
"Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37
Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35
Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33
Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28
Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57
Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55
Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22
"Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19
“Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04
Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39
"Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37
Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17
Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Dünən, 11:15
"Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Dünən, 11:13
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Dünən, 11:10
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Dünən, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Dünən, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Dünən, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Dünən, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Dünən, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Dünən, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Dünən, 08:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru