Bakıda təhsil sistemi NECƏ ÇÖKDÜRÜLÜR... - İLGİNC İDDİALAR...
Tarix: 22-05-2021, 11:32 | Çap et
Azərbaycan təhsilində uzun illər hegamon mövqelər sahibi olan Məhəbbət Vəliyeva vəzifədən azad olunsa da zamanında “yetişdirdiyi” kadrlar hələ də əhəmiyyətli postlarda əyləşirlər. Paytaxt məktəblərinə xüsusi “məhəbbəti” olan xanım Vəliyevanın özəl müəssisəsi kimi işlətdiyi Z.Əliyeva adına liseyin şinelindən çıxan direktorlar hələ də Bakı məktəblərində at oynadırlar. Ümumiyyətlə elə təsəvvür formalaşıb ki, Z.Əliyeva adına lisey sanki direktor istehsalı ilə məşğuldur. Çünki liseyin müəllimi olanlar sonradan böyük MƏHƏBBƏTLƏ paytaxt məktəblərinin direktoru təyin olunurlar. Olanlar bir daha onu təsdiq edir ki, bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də «vəzifə monopoliyası» mövcuddur. Bu hal özünü açıq şəkildə qabarıq göstərməkdədir. Həmin şəxslərin necə direktor təyin olunması isə bir başqa dastanın mövzusudur. M.Vəliyeva 2015-2018-ci illərdə BŞTİ-nin müdiri olub. Elə nazir müavini olduğu dövrdə də bir əlini İdarənin üzərində çəkməyib. Düşünmək olardı ki, onun təhsil sistemində yüksək vəzifədən uzaqlaşdırılmasından sonra müsbət dəyişikliklər baş tutacaq, BŞTİ-də sular durulacaq. Amma heyhat, Vəliyevalardan birinin adı unudulmamış digərinin adı gündəmə gəldi. İlk “MƏHƏBBƏTİ” daşa dəyən BŞTİ-yə müdir təyin olunan Mehriban Vəliyeva da rəfiqəsinin “təhsil strategiyası”nı uğurla davam etdirməyə başladı. BŞTİ-nə müdir təyin olunmasından çox qısa müddət keçməsinə baxmayaraq paytaxtın təhsil sistemində dibsiz bir uçurumun əsası qoyulub. Hətta zamanında sərt tənqid olunan Elnur Əliyevin, Rəşad Tağıyevin idarəçiliyi belə artıq ehtiramla yad edilir. Rubrika.az-a verilən məlumatlara görə, Bakı məktəblərində özbaşınalıq, pul yığma heç vaxt indiki səviyyədə olmayıb. Təsəvvür edin ki, bütün bunlar pandemiya şəraitində, dərslərin distant formada davam etdiyi bir dövrdə baş verir. Necə deyərlər, M.Vəliyeva üçün qış da bahar kimidir.
Paytaxt məktəblərinin “mübarəkdarlığı”
Verilən məlumatlara görə, paytaxt məktəblərində kütləvi hal alan pul yığma kompaniyasının daha “demokratik” forması da düşünülüb. Sinif rəhbərləri tərəfindən valideyin komitəsi yaradılır və əlamətdar günlərdə “mübarəkdarlıq” alınır. 8 martda paytaxt məktəblərində “mübarəkdarlıq” 50-100 manatdan aşağı düşməyib. Bu gün də vəziyyət eyni dərəcədə acınacaqlıdır.
Qəbul imtahanlarında balların ildən-ilə aşağı salınması və məktəbdə 5 alan şagirdin imtahanda 2 alması mövcud vəziyyətin acı reallığıdır
Başqa bir gəlirli sahə isə yuxarı siniflərin “aylığa” buraxılmasıdır. Sual edə bilərsiniz ki, X-XI siniflər onsuz da məktəblərə getmirlər. Doğrudur, amma paytaxt məktəblərində pandemiya şəraiti olmasına, tədrisin keyfiyyətinin aşağı düşməsinə baxmayaraq yuxarı siniflərdə zəif oxuyan şagird demək olar ki, yoxdur. Yenə də bunu böyük uğur kimi qəbul edəcəksinizsə yanılacaqsınız. Çünki, jurnallarda gəl-gəl deyən bu 4-5-lərin arxasında məhv edilən təhsil sisteminin acı fəryadı dayanır. Qəbul imtahanlarında balların ildən-ilə aşağı salınması və məktəbdə 5 alan şagirdin imtahanda 2 alması mövcud vəziyyətin acı reallığıdır.
FETO-dan,çetodan üzü belə kimin desən izinə rast gəlinən Bakı təhsilində hələ də Azərbaycan təhsilinin izlərinə rast gəlinmir
Mehriban Vəliyevanın idarəçiliyinin birinci yarımillik qiymətləndirilməsi təəssüf ki, belədir. Rəfiqəsi kimi paytaxtın təhsil sisteminin vayına oturan yeni müdir dövlətin, xüsusilə Mehriban xanım Əliyevanın diqqət mərkəzində olan təhsil sisteminə sarsıdıcı zərbə vurur. Hələ Məhəbbət Vəliyevanın zamanında FETO-çuların isti yuvasına çevrilən Z.Əliyeva adına liseyin “məktəbini” keçən Mehriban Vəliyevanın addımları hər halda Azərbaycan dövlətinin, təhsilinin maraqlarına uyğun gəlmir. Bu sahəyə xüsusi diqqət ayırmağın zamanı çoxdan keçib. Görünür əvvəllər təhsil sahəsinə nəzarət edən M.Cabbarov da keçmiş nazirliyini unudub. Hamının, hətta kiçik yaşlı məktəblilərin belə bildiyi acı həqiqətləri Təhsil naziri E.Əmrullayevin bilməməsi də inandırıcı deyil. Onda nədən paytaxtın təhsil sisteminin bu qədər acınacaqlı,hətta faciəvi durumuna əncam çəkilmir? FETO-dan,çetodan üzü belə kimin desən izinə rast gəlinən Bakı təhsilində hələ də Azərbaycan təhsilinin izlərinə rast gəlinmir. Baxmayaraq ki, ona bu qədər böyük MƏHƏBBƏT bəslənilir, xüsusi MEHRİBANLIQ göstərilir. Mövzunu SONA qədər davam etdirəcəyik. Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir? - "...çıxılmaz vəziyyətə düşüb"
Bu gün, 09:27 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ - İNCƏLƏMƏ
Bu gün, 09:26 |
|
|
|
• Zurabişvili İvanişvilini öz iqamətgahında danışıqlara çağırdı... - "Newsgeorgiya"
Bu gün, 09:22 |
|
|
|
• `Armada` şirkəti də ÖLKƏDƏN VALYUTA ÇIXARIBMIŞ... - TƏFƏRRÜAT
Bu gün, 09:16 |
|
|
|
• Bu həftə ardıcıl 7 gün iş olacaq - DİQQƏT!
Bu gün, 09:09 |
|
|
|
• "Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır" - deputat
Bu gün, 09:07 |
|
|
|
• Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir - Tramp Kanadadan sonra yeni ərazi iddiası İRƏLİ SÜRDÜ
Bu gün, 09:03 |
|
|
|
• Müştərilər üçün KAPTAL BANK məngənəsi... - AXI NİYƏ?..
Bu gün, 08:59 |
|
|
|
• "`Kristal Abseron`dan ev alanda 100 ölcüb, 1 biçin..." - "Dərəbəylikdir!!!"
Bu gün, 08:55 |
|
|
|
• Kartına 400 manat yüklədi... YOXA ÇIXDI! - GİLEY
Bu gün, 08:47 |
|
|
|
• Ərdoğanın Suriya səfəri... GÖZLƏNİLƏNDİR!
Bu gün, 08:39 |
|
|
|
• "Bu əsasla Əmək müqaviləsinin ləğv edilməsi..." - Ekspert danışır...
Bu gün, 08:35 |
|
|
|
• BU FAKTDIR: `Azəriqaz` işçiləri öz hesablarına avadanlıq alır... - "Deyirsiniz `Azəriqaz` ziyanla işləyir, AMMA..."
Bu gün, 08:31 |
|
|
|
• Suriyanın yeni sahibi NECƏ DAVRANACAQ... - Hər kəsi YAXŞI TANIYIR...
Bu gün, 08:19 |
|
|
|
• Ceyhun Bayramov Serbiyaya səfər edib
Bu gün, 08:17 |
|
|
|
• `Azercell` istehlakçı hüquqlarını NECƏ POZUR... - NARAZILIQ VAR...
Bu gün, 08:14 |
|
|
|
• Makronun BATIRDIĞI FRANSA... - İNCƏLƏMƏ
Bu gün, 07:15 |
|
|
|
• İranın sərhəddə 150 minlik ordusu var, ancaq Azərbaycan… - GƏLİŞMƏ
Bu gün, 07:11 |
|
|
|
• "HƏMAS, Hizbullah, İslami Cihad bizim deyil" - Xamenei İranın proksi qüvvələrindən imtina etdi
Bu gün, 06:19 |
|
|
|
• Ermənilərdən “Dubay şokoladı” ilə bağlı ŞOK iddia: Şuşa detalı - Rəsmən xəstədirlər...
Bu gün, 06:17 |
|
|
|
• "Valmarket Şəbəkə Supermarket" dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:12 |
|
|
|
• Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43 |
|
|
|
• İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36 |
|
|
|
• Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39 |
|
|
|
• "İçim parça parçadır"
Dünən, 22:34 |
|
|
|
• "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37 |
|
|
|
• Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35 |
|
|
|
• Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33 |
|
|
|
• Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Dünən, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Dünən, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Dünən, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Dünən, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Dünən, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Dünən, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Dünən, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Dünən, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Dünən, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Dünən, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Dünən, 08:41 |
|
|
|
|