Fars-molla rejiminin ABSURD ƏNDİŞƏSİ... - Niyə narahatdırlar?
Tarix: 9-11-2020, 09:16 | Çap et
“İranın şimal-qərb sərhədlərinə hər hansı təhdid yoxdur, sabitliyin qorunması, Dağlıq Qarabağ münaqişəsinin Bakı ilə İrəvan arasında dialoq və danışıqlar yolu ilə həll edilməsi vacibdir”. Ovqat.com xəbər verir ki, İran İslam Respublikası ordusunun quru qoşunları komandanı, briqada general Qiyumars Heydəri Dağlıq Qarabağda gedən döyüşləri şərh edərkən belə deyib. Onun sözlərinə görə, İranı hər iki qonşusu ilə bir çox ortaq dəyərlər birləşdirir və İran Azərbaycanla Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə, dövlət sərhədlərini qorumağa, problemləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırır. "Bölgənin geopolitikasını qorumaq İranın qırmızı xəttidir və heç bir qüvvə bölgənin coğrafiyasını dəyişdirməyə çalışmamalıdır",-Heydəri açıqlamasında bildirib. Qeyd edək ki, sərhədlərin qorunması barədə xəbərdarlıq təkcə Heydəri tərəfindən dilə gətirilməyib. Ondan əvvəl İran dini lideri Xameneyi də bənzər bəyanatla çıxış etmişdi. Dini lider müharibənin 38-ci günü açıqlama verərək, Azərbaycanın ərazi bütünlüyünü tanıdıqlarını bəyan etməklə və Ermənistanı öz qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa çağırmaqla yanaşı, sərhədlərin dəyişilməməsinin vacibliyini vurğulamışdı. Bəs , görəsən, İranın son vaxtlar tez-tez dövlət sərhədlərin dəyişilməzliyi prinsipini dilə gətirməsinin altında yatan hikmət nədir? Suallarımızı cavablandıran fəlsəfə elmləri doktoru, siyasi şərhçi Aydəm İsmayılov İran rəsmilərinin bu çağırışlarının gəlişigözəl sözlər olmadığına və Azərbaycan ordusunun Ermənistanın bəzi ərazilərini nəzarətə götürə biləcəyi əndişəsindən doğduğuna inanır. Onun fikrincə, bu narahatlığın əslində real əsasları da yox deyil: “Əvvəla, ona görə ki, Laçin dəhlizini tam nəzarət altına almaq istəyən Azərbaycan ordusu öz ağır hərbi texnikalarını Qubadlı-Laçın magistralından keçirməlidir. Bu magistral isə bir çox yerlərdə Ermənistanla tam sərhədlərimizdən keçir və həmin xətlə daşınan hərbi texnikalarımız qonşu dövlət tərəfindən atəşə tutulur. Azərbaycan erməni hücumlarının qarşısını almaq üçün istər-istəməz cavab atəşi açmalı, yeri gələndə həmin təhlükəli yerləri tamamilə zərərsizləşdirmək üçün öz nəzarətinə götürməlidir. Əsgərlərimiz Ermənistanın bu ərazilərindən atəşə tutulduğundan Azərbaycanın beynəlxalq hüquqa görə də belə bir haqqı var. 30 il erməni işğalına susan İranın məhz belə bir məqamda sərhədlərin qorunması prinsipini yada salması xeyli düşündürücüdür. Digər tərəfdən 30 ildir erməni blokadasında qalan Naxçıvanın Azərbaycanın materik hissəsinə birləşdirilməsi də günün vacib tələblərindəndir. Vaxtilə rus imperiyasının Azərbaycandan alıb Ermənistana hədiyyə etdiyi Zəngəzur mahalı bu gün olmasa belə, sabah mütləq gündəmə gələcək və ordumuz öz tarixi torpaqlarını dövlət ərazimizə qatacaq. Bu təkcə Naxçıvanın blokadadan çıxarılması üçün deyil, həm də Türkiyədən başlayaraq, Orta Asiyaya qədər uzanan coğrafiyada zamanın tələbləri ilə qurulması gözlənilən Türk iqtisadi-siyasi əlaqələrinin bərpası üçün vacibdir. Nə yazıq ki, tarixi zərurət halına gələn bu hədəfin reallaşması yolunda ən ciddi əngəllərdən biri də Zəngəzur mahalının erməni işğalında olmasıdır. Üstəlik, Zəngəzurun 1920-ci ildən sonra Ermənistana verilməsi onun İranla da qonşuluğa sığmayan münasibətlərinə zəmin yaradır. Son müharibə dövründə Rusiyadan Ermənistana göndərilən silah karvanlarının məhz bu ərazidən keçərək ünvanına çatdırıldığına dair çox saylı video-dəlillər ortaya çıxmışdı. Azərbaycan ordusu bu təhlükəli əlaqəyə nəzarət etmək üçün də Zəngəzura sahib çıxmaq durumunda qala bilər. Təsadüfi deyil ki, Türkiyənin milli düşüncəli partiyalarından olan MHP sədri Dövlət Bağçalı da bu xüsusu dilə gətirərək Naxçıvanla Azərbaycanın birləşdirilməsinin tarixi zərurətə çevrildiyini bildirmişdi. Ayrıca, son müharibə dövründə istər Naxçıvandakı mülki ərazilərimiz, istərsə də işğaldan azad olunan Dağlıq Qarabağ ətrafındakı hərbi mövqelərimiz Ermənistanın bu coğrafiyadakı hərbi birlikləri tərəfindən zaman-zaman atəşə tutulur. Sözsüz ki, Azərbaycan düşmənin bu təcavüzkar siyasətinə laqeyd qala bilməz və onlara layiq olduqları cavabı verməlidir. İranın məhz belə bir zamanda həyəcanlanması, istər dini lideri, istərsə də hərbi komandanlığı çərçivəsində sərt reaksiyalar verməsi heç də yaxın qonşuluq siyasətilə bir araya sığmır”,-Aydəm İsmayılov belə deyib. Ekspert həmçinin əlavə edib ki, Azərbaycan ordusu öz milli maraqlarımızdan çıxış edərək düşməni zərərsizləşdirməyə çalışır və erməni müqaviməti dövlət sərhədlərimizdən kənara sıçrayarsa, buna cavab vermək məcburiyyətində qalacaq: “Qeyd etdiyim kimi, artıq dəfələrlə Azərbaycan mövqeləri Ermənistan tərəfindən atəşə tutulur, Dağlıq Qarabağda əsgərlərimizlə savaşa qatılanlar arasında Ermənistan vətəndaşları da var. Təkcə bu faktın özü Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığını və ərazisini işğal etdiyini təsdiqləyən ən bariz nümunədir və rəsmi Bakıya müharibəni sərhədlərindən kənara çıxarmaq hüququ verir”. İranın bu “canıyananlığına” gəlincə, ekspert Tehrana öz daxili problemlərinə zaman ayırmağı məsləhət bilərək, fikrini belə yekunlaşdırıb: “İran Azərbaycanın dəftərinin bir qırağına yazdığı qeydləri artırmasın. Bu günün sabahı var və biz qiyamətə qədər qonşu olaraq yaşayacağıq. Yaxşı olar ki, bir-birimizin üzünə utanmadan baxa bilək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 'Kargolux' müştərilərə problem yaradır - VƏTƏNDAŞ BU ŞİRKƏTDƏN ŞİKAYƏTÇİDİR...
Bu gün, 01:39 |
|
|
|
• “Sülhlə bağlı eyforiyaya qapılmaq təhlükəlidir...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:34 |
|
|
|
• Kremlin duel təklifində iki məqsəd - Avropa reaksiya verəcək, ABŞ isə...
Bu gün, 01:31 |
|
|
|
• Keçmiş prezidentlərdən Paşinyanın debat çağırışına CAVAB
Bu gün, 01:26 |
|
|
|
• Paşinyan əl çəkmir - Köçəryan və Sərkisyana yeni müraciət
Bu gün, 01:23 |
|
|
|
• O tərbiyəsizliyə sponsorluq edən kimlərdir? - FOTO
Bu gün, 01:19 |
|
|
|
• "İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur - TƏRKİBİNDƏN 2 ŞİRKƏT AYRILIR
Bu gün, 00:05 |
|
|
|
• Qalib KOMANDAN... - Bu gün onun doğum günüdür...
Bu gün, 00:04 |
|
|
|
• Azərbaycanda ilk dəfə: - ŞİRKƏTİN BORCU SATIŞA ÇIXARILDI
Bu gün, 00:02 |
|
|
|
• Bu bayramın İrəvanda qeyd olunması... - Sübhani
Dünən, 23:36 |
|
|
|
• Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağı qıtlığı var? - NƏ BAŞ VERİR?
Dünən, 23:11 |
|
|
|
• Nazirlikdəki əməliyyat zamanı bu həkimlər saxlanılıb - ADLARI
Dünən, 23:01 |
|
|
|
• Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib
Dünən, 22:58 |
|
|
|
• Gözəlləşmək üçün həyatını riskə atanlar - Bəziləri 10-15 dəfə əməliyyat etdirir…
Dünən, 22:55 |
|
|
|
• Tiktokerlər saxlanıldı: Aralarında Azər Zahid də var - TƏFƏRRÜAT
Dünən, 22:49 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi - FOTO
Dünən, 22:18 |
|
|
|
• Sənubər İsgəndərli də dələduzların hədəfi olub - FOTO
Dünən, 22:05 |
|
|
|
• Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı - KİV
Dünən, 22:01 |
|
|
|
• Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb - onlardan biri...
Dünən, 22:00 |
|
|
|
• İcra Hakimiyyəti 23 min manata yolka alır
Dünən, 20:29 |
|
|
|
• Ermənistan tezliklə bu əraziləri itirəcək – Gevondyan
Dünən, 20:25 |
|
|
|
• Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
Dünən, 20:21 |
|
|
|
• “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Dünən, 19:31 |
|
|
|
• Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 19:25 |
|
|
|
• "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Dünən, 19:02 |
|
|
|
• Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Dünən, 18:58 |
|
|
|
• Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Dünən, 18:24 |
|
|
|
• ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Dünən, 18:21 |
|
|
|
• Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Dünən, 18:16 |
|
|
|
• Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Dünən, 18:14 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Dünən, 18:10 |
|
|
|
• Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Dünən, 17:55 |
|
|
|
• Baydendən növbəti əfv qərarı
Dünən, 17:51 |
|
|
|
• 4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Dünən, 17:47 |
|
|
|
• “Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Dünən, 17:45 |
|
|
|
• “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Dünən, 17:38 |
|
|
|
• Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Dünən, 17:26 |
|
|
|
• Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Dünən, 17:19 |
|
|
|
• Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Dünən, 17:14 |
|
|
|
• Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Dünən, 17:11 |
|
|
|
• Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Dünən, 17:04 |
|
|
|
• Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Dünən, 16:59 |
|
|
|
• Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Dünən, 16:58 |
|
|
|
• Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Dünən, 16:57 |
|
|
|
• Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Dünən, 16:52 |
|
|
|
• Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Dünən, 16:47 |
|
|
|
• “Benzində su olmur axı...” - İddialara cavab
Dünən, 16:39 |
|
|
|
|