Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır .....                     "Rəzil gündə olan sisteminizin əziyyətin mən çəkməliyəm?" .....                     Tiktoker İlhamə də saxlanılıb? .....                     Lerik təhsilində savadlı kadr problemi .....                     BANK OF BAKU niyə narazılıq yaradır? .....                     “Azəriqaz”ın “ağıllı” sayğac siyasəti .....                     “Akkord”un adı ilə bağlı YEYİNTİ ŞÜBHƏSİ .....                     2,5 milyon erməni təşvişdə: Son plan uğursuz oldu, geri sayım başladı .....                     Türkiyə bu ordunun sistemini tam sıradan çıxardı! .....                     'Kargolux' müştərilərə problem yaradır .....                     “Sülhlə bağlı eyforiyaya qapılmaq təhlükəlidir...” .....                     Kremlin duel təklifində iki məqsəd .....                     Keçmiş prezidentlərdən .....                     Paşinyan əl çəkmir .....                     O tərbiyəsizliyə sponsorluq edən kimlərdir? .....                     "İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur .....                     Qalib KOMANDAN... .....                     Azərbaycanda ilk dəfə: .....                     Bu bayramın İrəvanda qeyd olunması... .....                     Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağı qıtlığı var? .....                     Nazirlikdəki əməliyyat zamanı bu həkimlər saxlanılıb .....                     Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib .....                     Gözəlləşmək üçün həyatını riskə atanlar .....                     Tiktokerlər saxlanıldı: Aralarında Azər Zahid də var .....                     Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi .....                     Sənubər İsgəndərli də dələduzların hədəfi olub .....                     Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı .....                     Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb .....                     İcra Hakimiyyəti 23 min manata yolka alır .....                     Ermənistan tezliklə bu əraziləri itirəcək .....                     Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib .....                     “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” .....                     Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var .....                     "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi .....                     Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir .....                     “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” .....                     Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub .....                     ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir .....                     Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb .....                     Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır .....                 

Səfər Mehdiyevin Aydın Əliyev ənənələrinə SƏDAQƏTİ... - İnhisarçılıq ayaq tutub yeriyəcək...
Tarix: 26-08-2020, 10:40 | Çap et
Səfər Mehdiyevin Aydın Əliyev ənənələrinə SƏDAQƏTİ...
Azərbaycanda əhali arasında fəaliyyəti narazılıq yaradan qurumlardan biri də Dövlət Gömrük Komitəsidir (DGK).

Bu qurumun fəaliyyəti illərdir ki, müzakirə olunur, yenilənmə ilə bağlı təkliflər verilir, amma nəticə dəyişmir.

Hazırda ölkədə gömrüklə bağlı vəziyyət elə keçmiş rəhbər Aydın Əliyevin vaxtında olduğu kimidir.

Yəni o dövrlə indiki vəziyyət arasında yalnız bir fərq var- əvvəl Komitənin rəhbəri Aydın Əliyev idi, indi Səfər Mehdiyevdir.

Məsələn, illərdir deyilir ki, Gömrük Komitəsi 3 pilləli (hazırda 15 pilləlidir-V.M) rüsum siyasətinə keçid etməlidir. Yəni, hazırda DGK-i ölkəyə gətirilən 100 manatlıq mala görə 1 faiz də rüsum ala bilər, 15 faiz də. Bu məsələnin tənzimləməsi üçün ekspertlər təklif edir ki, gömrükdə rüsum sistemi ləğv olunsun. Maksimum halda 3 pilləli rüsuma keçilsin. Beynəlxalq təcrübəyə nəzər salsaq, hazırda bir çox ölkələrdə məhz bu sistem tətbiq olunur. Amma nədənsə DGK narazılıq yaradan yeni qərarında olduğu kimi, bu məsələdə də Avropa ölkələrinin təcrübəsinə istinad etmək istəmir. Gömrük Komitəsinin yeni qərarına gəlincə, bunu ekspertlər monopoliyaya dəstək verən, oliqarxiyanın maraqlarına xidmət edən qərar hesab edirlər. Söhbət elektron ticarətin məhdudlaşdırılması və daxili bazarın “inkişafına” yönəlik qərardan gedir.

Qərarda deyilir ki, ölkə vətəndaşlarının onlayn ticarət vasitəsi ilə aldığı mal və məhsullar 300 dollar dəyərindən yüksək olarsa, o zaman həmin məhsula görə gömrük rüsumu ödənilməlidir. Qeyd edək ki, əvvəl bu rəqəm 1000 dollar nəzərdə tutulurdu. Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na bir çox dəyişiklik edib. Gömrük Komitəsi narazılıq yaradan sözügedən dəyişikləri monopoliyaya xidmət kimi yox, Avropa standartlarına keçid kimi dəyərləndirib.

Komitənin sözügedən dəyişiklərlə bağlı “izahat” mətnində belə deyilir: “Türkiyə Respublikasının qanunvericiliyinə əsasən qeyri-kommersiya məqsədləri üçün eyni fiziki şəxs tərəfindən 2 (iki) təqvim ilində yalnız 1 (bir) ədəd telefon aparatları, mobil və ya başqa simsiz rabitə şəbəkələri üçün telefon aparatları gömrük ərazisinə gətirilə bilər və həmin telefon aparatları 1 (bir) təqvim ayı ərzində həmin dövlətin müvafiq qurumlarında mütləq qaydada qeydiyyata alınır. Dünya praktikasına nəzər yetirdikdə fiziki şəxslər tərəfindən poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limitinin də kifayət qədər aşağı olduğu görünür. Belə ki, bəzi ölkələrə nəzər yetirdikdə güzəşt məbləğinin Rusiyada Federasiyasında 200 avro, Belarusda 200 avro, Gürcüstanda 300 Lari (125 dollar) və 30 kiloya qədər çəki, Moldovada 200 avro (30 kilo), Ukraynada 100 avro (31 kilo), Türkiyədə isə 150 avro olduğu müşahidə olunur. Avropa Birliyinin əksər ölkələrində isə 22 avroya qədər poçt bağlamaları heç bir gömrük ödənişi olmadan ölkə ərazisinə gətirilə bilər. Dəyəri 22 avro ilə 150 avro arasında olan poçt bağlamaları üçün isə yalnız ƏDV tutulur. Bu miqdar Yunanıstanda 15-20 avro, İspaniya və Fransada isə 50 avrodur. Əgər bağlamanın dəyəri 150 avrodan çoxdursa, o zaman ƏDV və qeydiyyat rüsumlarına əlavə olaraq malların kateqoriyasından asılı olaraq gömrük rüsumları da tutulur”.

Təqdim olunan müqayisə kifayət qədər qüsurludur. Birincisi, Gömrük Komitəsinin adını çəkdiyi ölkələrdə sözügedən qaydalar məhz daxildə istehsal olunan məhsulların xaricdən gətirilməsinə tətbiq olunan məhdudiyyətlərdir. Məsələn, Türkiyə yerli avtomobil, telefon, elektron avadanlıqlar və s. istehsal etdiyi üçün bu növ məhsullara yüksək gömrük rüsumu tətbiq edir. Bu isə daxili istehsalı qorumaq məqsədi ilə atılan addımdır. Ölkədə istehsal edilməyən məhsullara görə sözügedən qaydalar tətbiq olunmur və gömrük rüsumları da kifayət qədər aşağıdır. Qonşu Gürcüstanda da eyni vəziyyətdir. Hətta adi bir müqayisə etsək, Komitənin istinadının nə dərəcədə qüsurlu olduğu açıq şəkildə görünəcək. Məsələn, Gürcüstanda avtomobil qiymətləri Azərbaycanla müqayisədə ən az 3 dəfə ucuzdur. Əgər Gömrük Komitəsinin dediyi kimi, Gürcüstanda 125 dollardan yuxarı olan bütün mal və məhsullara yüksək gömrük rüsumu tətbiq olunsaydı, orada da qiymətlər ən azı Azərbaycandakı ilə eyni olmasa da, yaxın olardı. Komitənin istinad etdiyi digər ölkələrlə də vəziyyət eynidir. Yəni, Komitə verdiyi qərarı haqlı çıxarmaq üçün Avropa ölkələri ilə müqayisəyə istinad edərkən, digər məsələləri nəzərə almayıb və yalnız Gömrük Komitəsinin əlini gücləndirəcək nöqtələrə toxunub.

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev də Gömrük Komitəsinin son dəyişiklərini tənqid edib: “Həm Gömrük Komitəsinin işi, həm də Nazirlər Kabinetinin gömrük sahəsilə bağlı qəbul etdiyi son qərar nə mövcud iqtisadi çağırışlara, nə də dövlətin iqtisadi siyasət fəlsəfəsinə nəinki uyğun gəlmir, hətta ziddiyyət təşkil edir. XXI əsrdə, internet yüzilliyində, sərhədlərin açıq və şəffaf olduğu bir dövrdə dövlətin əsas məqsədi bu şəraitdən istifadə edən sahibkarlar və vətəndaşlara maksimum iqtisadi azadlıqlar verməkdən ibarətdir. Yetər ki, fəaliyyətin qanuni olsun və vergini ödəyəsən. Son dəyişikliklərdə isə biz bunun tam əksini görürük”.

Kiçik bir xatırlatma edək. 2018-ci ilin sonlarında DGK-nin sədri Səfər Mehdiyev ictimaiyyət qarşısına çıxaraq açıq şəkildə bəyan etmişdi ki, ökədə bir faiz inhisarçılıq göstərsələr, istefaya gedər. İndi o sözü xatırlatmağın məqamıdır. Deyə bilərlər ki, DGK-də hər şey şəffafdır. Amma inhisarçılıqla bağlı tətbiq olunan yeni metodu görmək üçün də kiçik bir araşdırma kifayət edir. Məsələn, xaricdən gətirilən hər hansı bir mal və məhsulun verilən rəsmi invoysu Gömrük Komitəsində qəbul olunmur. Səbəb göstərilir ki, bu, daxili bazar qiymətindən aşağıdır və ona görə də yeni invoys tətbiq olunacaq. İnhisarçı şirkətlərlə bağlı isə fərqli sistem tətbiq olunur və onların məhsulları “yaşıl xətt”lə ölkəyə buraxılır. Bu üsulla adi sahibkarın və ya vətəndaşın gətirdiyi mal və ya məhsullardan daha çox rüsum və əlavə dəyər vergisi (ƏDV) tutulur, inhisarçı şirkətlərdən isə bunun əksinə, daha az. Bu inhisarçılıq deyilmi? İstər avtomobil, istər elektron cihazlar, istərsə də digər mal və məhsullarla bağlı bənzər variant tətbiq olunur. Yeni qəbul olunan dəyişikliklər də məhz bu sistemin daha rahat təbiq olunmasına, inhisarçılığın, oliqarxiyanın dəstəklənməsinə xidmət edir. Gömrük Komitəsi gömrük fəlsəfəsindən tamamilə fərqli bir siyasət yürüdür ki, bunun da əyani sübutunu verilən son qərar göstərir.
Cebhe.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 09:01
"Rəzil gündə olan sisteminizin əziyyətin mən çəkməliyəm?" - ETİRAZ
Bu gün, 08:59
Tiktoker İlhamə də saxlanılıb?
Bu gün, 08:54
Lerik təhsilində savadlı kadr problemi - İTTİHAM VAR...
Bu gün, 08:50
BANK OF BAKU niyə narazılıq yaradır? - "QARA" XRONİKA...
Bu gün, 08:38
“Azəriqaz”ın “ağıllı” sayğac siyasəti - Əhali köhnə sistemin tətbiqindən narazıdır
Bu gün, 08:35
“Akkord”un adı ilə bağlı YEYİNTİ ŞÜBHƏSİ - İLGİNC FAKTLAR...
Bu gün, 08:33
2,5 milyon erməni təşvişdə: Son plan uğursuz oldu, geri sayım başladı - İLGİNC
Bu gün, 07:33
Türkiyə bu ordunun sistemini tam sıradan çıxardı! - Fransa
Bu gün, 07:29
'Kargolux' müştərilərə problem yaradır - VƏTƏNDAŞ BU ŞİRKƏTDƏN ŞİKAYƏTÇİDİR...
Bu gün, 01:39
“Sülhlə bağlı eyforiyaya qapılmaq təhlükəlidir...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:34
Kremlin duel təklifində iki məqsəd - Avropa reaksiya verəcək, ABŞ isə...
Bu gün, 01:31
Keçmiş prezidentlərdən Paşinyanın debat çağırışına CAVAB
Bu gün, 01:26
Paşinyan əl çəkmir - Köçəryan və Sərkisyana yeni müraciət
Bu gün, 01:23
O tərbiyəsizliyə sponsorluq edən kimlərdir? - FOTO
Bu gün, 01:19
"İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur - TƏRKİBİNDƏN 2 ŞİRKƏT AYRILIR
Bu gün, 00:05
Qalib KOMANDAN... - Bu gün onun doğum günüdür...
Bu gün, 00:04
Azərbaycanda ilk dəfə: - ŞİRKƏTİN BORCU SATIŞA ÇIXARILDI
Bu gün, 00:02
Bu bayramın İrəvanda qeyd olunması... - Sübhani
Dünən, 23:36
Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağı qıtlığı var? - NƏ BAŞ VERİR?
Dünən, 23:11
Nazirlikdəki əməliyyat zamanı bu həkimlər saxlanılıb - ADLARI
Dünən, 23:01
Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib
Dünən, 22:58
Gözəlləşmək üçün həyatını riskə atanlar - Bəziləri 10-15 dəfə əməliyyat etdirir…
Dünən, 22:55
Tiktokerlər saxlanıldı: Aralarında Azər Zahid də var - TƏFƏRRÜAT
Dünən, 22:49
Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi - FOTO
Dünən, 22:18
Sənubər İsgəndərli də dələduzların hədəfi olub - FOTO
Dünən, 22:05
Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı - KİV
Dünən, 22:01
Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb - onlardan biri...
Dünən, 22:00
İcra Hakimiyyəti 23 min manata yolka alır
Dünən, 20:29
Ermənistan tezliklə bu əraziləri itirəcək – Gevondyan
Dünən, 20:25
Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
Dünən, 20:21
“Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Dünən, 19:31
Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 19:25
"Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Dünən, 19:02
Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
“Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Dünən, 18:58
Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Dünən, 18:24
ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Dünən, 18:21
Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Dünən, 18:16
Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Dünən, 18:14
Əfv və ya amnistiya olacaq? - AKTUAL
Dünən, 18:11
Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Dünən, 18:10
Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Dünən, 17:55
Baydendən növbəti əfv qərarı
Dünən, 17:51
4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Dünən, 17:47
“Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Dünən, 17:45
“Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Dünən, 17:38
Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Dünən, 17:35
Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Dünən, 17:26
Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Dünən, 17:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru