"Bu nə dərəcədə düzgündür və hansı etik normalara sığır?” - GİLEY
Tarix: 1-04-2019, 17:25 |
Çap et
Paytaxt sakini Babək Cəfərov "Kontakt Home”nin şok fırıldağının üstünü açıb.
diaaz.space "Yeni Sabah”a istinadən xəbər verir ki, o baş vermiş hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edib. Bildirib ki, ilyarım əvvəl hər ay 27 manat ödəməklə kreditə 250 manatlıq telefon alıb. Son ödəməsini bu il martın 24-də şirkətə ödəyib və kreditini bağlayıb.
Lakin 1 gün sonra telefonu işləməyib. Bəlli olub ki, Kontakt Home telefonu deaktiv edib. Maraqlandıqda isə bunu onunla izah ediblər ki, guya kreditdə olduğu müddət ərzində telefon şirkətin balansında imiş, indi Babək Cəfərovun adına keçib. Və buna görə də o əlavə 20 manat pul ödəməklə telefonu aktiv etməlidir.
"Bu nə dərəcədə düzgündür və hansı etik normalara sığır?” – deyə istehlakçı sual edir: "Hesab edirəm ki, bu şirkətdən ümumiyyətlə telefon almağa dəyməz. Çünki 250 manatlıq telefon üçün 500 manat pul ödənilib, amma bu azmış kimi daha 20 manat da tələb edirlər”.
Təəssüf ki, ölkədə istehlakçı hüquqlarını qoruyan qanunlar işlək vəziyyətdə olmadığından B. Cəfərov kimi minlərlə insan bu kimi fırıldaqlarla üz-üzə qalmağa məcburdur.