Gəray Gəraybəylinin rektor təyin olunması nəyi dəyişdi? - İDDİA
Tarix: 26-03-2019, 11:52 | Çap et
Azərbaycan səhiyyəsindəki vəziyyət günü-gündən acınacaqlı duruma düşür.
diaaz.space Faktinfo.az-ya istinadən bildirir ki, ölkə vətəndaşları sağlamlıqlarının qeydinə qalmaq üçün Türkiyə, İran, Rusiya, Gürcüstan, Avropa və digər ölkələrə üz tutur. Bu məqsədlə ay ərzində minlərlə vətəndaş müayinə və müalicə üçün xarici ölkələrə pul aparır. Respublikamızdan milyonlarla manat vəsait səhiyyə məqsədilə çıxarılır. Amma ölkəmizə müayinə və müalicə üçün gələn demək olar ki, yoxdur,səhiyyə turizmi ölü nöqtədən tərpənmir. Ən yüngül tibbi əməliyyatların aparılması üçün səhiyyəmizə güvən itib. Açığı müəyyən kəsim savadlı və təcürbəli həkimlərin də nüfuzu bəzi üzdən iraq həkimlərimizə görə aşağı düşüb.
Səhiyyə sistemində bu vəziyyətin yaranmasında heç şübhəsiz ki,peşəkar həkimlərin hazırlanmalı olunduğu Azərbaycan Tibb Universitetindəki neqativ halların xüsusi rolu var. Bir neçə il bundan əvvəl Azərbaycan Tibb Universitetinə Gəray Gəraybəylinin rektor təyin edilməsi belə bu ali məktəblə bağlı müsbət gözləntiləri doğrultmadı. ATU-da dəyişən ancaq kadrlar oldu.Tədrisin səviyyəsində heç bir yenilik baş vermədi. Bu da gələcək üçün ATU-nun yetişdirdiyi həkimlərin həmişəki kimi,nəzəriyyəçilərdən ibarət olacağını bir daha təsdiqlədi. Diqqət tədrisdə keyfiyyət dəyişikliyinə yönəlmədi,ancaq kadr dəyişikliyinə üstünlük verildi. ATU-da baş mühasib,Təsərrüfat işləri üzrə prorektor, dekanlar, kafedra müdirləri, laboratoriya rəhbərləri, Tədris Terapevtik Klinikası və Tədris Cərrahiyyə Klinikası direktorları, eləcə də əli pulla “oynayan” digər vəzifə sahibləri böyük narazılıq doğursa da, rektora ən yaxın şəxslərlə əvəzləndi.
Təbii, növbəti yazılarımızda detallı şəkildə mövzuya qayıdacağıq. Hələlik isə ATU-nun rektoru G.Gəraybəylinin Tədris Terapevtik Klinikası ilə bağlı həyata keçirdiyi “islahat”a nəzər yetirək. ATU-nun nəzdində olan bu klinikada nə dəyişib,hansı müsbət göstəricilərə nail olunub?
G.Gəraybəyli rektor təyin olunandan sonra Tədris Terapevtik Klinikasında 4 dəfə direktor dəyişikliyi baş verib. Hər direktor dəyişikliyi isə böyük ölçüdə yeni “komanda”nın formalaşması ilə nəticələnib.Belə vəziyyət isə ciddi narazılıqlara, qarşıdurmalara,xoşagəlməz söz-söhbətə gətirib çıxarıb. Hələ də bu klinikada normal ab-hava yaranmayıb. Budur,G.Gəraybəylinin ATU-ya gətirdiyi yenilik?! Vaxtilə ölkə prezidenti İlham Əliyevin açılışını etdiyi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında qiymətlər hazırda “əl yandırır”. Klinikaya müraciət edən xəstələrə həkimlərin qəbulu üçün əvvəllər 30 manat ödəniş müəyyənləşdirilmişdisə, hazırda bu məbləğ iki dəfədən də çox qaldırılıb. Təbii, 60-70 AZN ödənilməsi isə kütləvi şəkildə narazılığa səbəb olub.
Hətta Faktinfo.az saytının əldə etdiyi məlumata görə,həmin məbləği ödəyən xəstə 10-15 gün sonra səhhətində yaranmış narahatlıqla bağlı həkiminin qəbuluna düşmək istəyəndə təkrar ödəniş tələb olunur. Bu isə pasiyentləri qıcıqlandırır, az qala xəstəsini gətirən sağlam insan da orada xəstəlik tapır.
Bütün bunları Tədris Terapevtik Klinikasının girişindəki qeydiyyat şöbəsinə yaxınlaşmaqla müşahidə etmək, hansı həkimin qəbuluna düşmək üçün nə qədər pul istənildiyini görmək elə də çətin deyil.
Təəccüblüsü də odur ki, bu qədər gəlirin qarşılığında sözügedən klinikanın son iki ildə kommunal xidmətlərə-işığa,qaza,suya külli miqdarda borcu yığılıb. ATU-nun Tədris Terapevtik Klinikası ilə bağlı olan qeyrimüəyənlik son aylarda nüfuzlu və peşəkar həkimlərin oranı tərk etməsi ilə də nəticələnir. Belə ki,Klinikanın Ürək-Damar Mərkəzində Kardioloq-Aritmoloq həkim Fərid Əliyev nəinki özü,onunla birlikdə çalışan həkim korpusu ilə birgə ATU-nun Tədris Terapevtik Klinikasını tərk edib, Bakı Sağlamlıq Mərkəzində çalışmağa üstünlük verib.Bütün bunlar isə uzun müddətdir klinikada sağlam mühitin olmamasından,hardasa narazılıqların varlığından xəbər verir.
Eləcə də, ATU-nun sözü gedən klinikasına yeni təyin olunan baş həkim və direktorla bağlı təyinatlar da kollektivdə təəccüb doğurur. Belə ki,baş həkim və direktorun elmi dərəcələri olmadan Tədris Terapevtik Klinikasına rəhbər vəzifələrə təyin olunması,indiyə qədər orada baş verməyən istisna hal kimi danışılır. O da qeyd olunur ki,söz-söhbətin “böyüməməsi” üçün baş həkimi sonradan ATU-nun kafedralarından birinə assent vəzifəsinə işə götürüblər. Faktinfo.az-a Kardioloq-Aritmoloq Fərid Əliyevin Bakı Sağlamlıq Mərkəzində işləməsini təsdiqləsələr də sayt ATU-nun sözügedən klinikası ilə bağlı digər suallara cavab ala bilmədi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM - “Gürcü arzusu” hökuməti TANINMAYACAQ
Bu gün, 02:26 |
|
|
|
• Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? - AKTUAL
Bu gün, 02:21 |
|
|
|
• Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Əmlak xidməti qanunları necə çeynəyir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:11 |
|
|
|
• “Nar”ın dəstəyi ilə debat forum keçirildi - FOTO
Bu gün, 02:02 |
|
|
|
• Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 01:59 |
|
|
|
• Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi - GƏLİŞMƏ
Bu gün, 01:57 |
|
|
|
• "Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..."
Bu gün, 01:55 |
|
|
|
• Keşiş Baqrat "səhvlərini" etiraf edib - KİV
Bu gün, 01:53 |
|
|
|
• Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:50 |
|
|
|
• Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı - Novella Cəfəroğlu
Bu gün, 01:47 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib - HESABAT
Bu gün, 00:04 |
|
|
|
• Putinin üzrxahlığının PƏRDƏARXASI: - Kremlin planı nədir?
Bu gün, 00:02 |
|
|
|
• "Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir - İspan KİV
Dünən, 23:59 |
|
|
|
• “Burada gecələyəcəyəm” - Zurabişvili
Dünən, 23:58 |
|
|
|
• Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Dünən, 23:55 |
|
|
|
• 4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
Dünən, 21:17 |
|
|
|
• “Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” - Başqa cür ola da bilməz...
Dünən, 21:13 |
|
|
|
• Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Dünən, 21:08 |
|
|
|
• "Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Dünən, 19:04 |
|
|
|
• Daha 24 cənazə Azərbaycana gətirilir
Dünən, 18:57 |
|
|
|
• Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Dünən, 18:53 |
|
|
|
• Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Dünən, 18:50 |
|
|
|
• Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Dünən, 18:00 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Dünən, 17:59 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Dünən, 17:58 |
|
|
|
• Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Dünən, 17:57 |
|
|
|
• Zelenski İlham Əliyevə zəng edib
Dünən, 17:54 |
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Dünən, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Dünən, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Dünən, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Dünən, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Dünən, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Dünən, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Dünən, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Dünən, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:41 |
|
|
|
• "Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Dünən, 11:39 |
|
|
|
• Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Dünən, 11:38 |
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Dünən, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Dünən, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Dünən, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Dünən, 11:18 |
|
|
|
• Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Dünən, 11:15 |
|
|
|
• Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Dünən, 11:02 |
|
|
|
• “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:57 |
|
|
|
• Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Dünən, 10:56 |
|
|
|
• İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Dünən, 10:54 |
|
|
|
|