İcra başçıları üçün sınaq dövrü BAŞLANDI - Kütləvi dəyişiklik gözlənilir
Tarix: 22-03-2019, 10:31 | Çap et
Xeyli müddətdir ki, əhalinin sosial-iqtisadi problemlərini yerindəcə öyrənmək üçün nazirlərin vətəndaşlarla görüşü keçirilir.
Hər nazir üçün qrafik müəyyənləşdirilib və görüşlər davamlı hal alıb.Amma görünən odur ki, nazirlərin yerlərdə keçirdiyi görüşlər istənilən effekti vermir.Regionlarda şikayətlərin həddindən artıq çox olması, problemlərin artan templə davam etməsi ölkə başçısı İlham Əliyevin sakinlərlə birbaşa təması zamanı da özünü göstərir.Dövlət başçısı yerlərə səfərlər zamanı məktubları birbaşa özü alır, onların hər birinin həllinə diqqətlə yanaşılacağını bildirir.İlkin nəticələr də özünü çox gözlətmir.
Bundan başqa ölkə başçısının tapşırığına əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq görüşlər keçirməyə başlayıb. Artıq martın 14-də Bakının Yasamal rayonunda, Mingəçevir şəhərində, Ağdam, Ağdaş, Biləsuvar, Cəbrayıl, Biləsuvar, Hacıqabul, Kürdəmir, Qazax, Qəbələ və Quba rayonlarında vətəndaşlarla görüşlər keçirilib. Martın 15-də isə Prezident Administrasiyasının məsul işçiləri Bakının Binəqədi rayonunda, həmçinin, Yevlax, Ağstafa, Bərdə, Cəlilabad, Göyçay, Xaçmaz, Xocavənd (Beyləqan), Neftçala, Oğuz və Ucar rayonlarında vətəndaşları qəbul edib.
Bütün bunlar onu göstərir ki, nazirlərin mütəmadi olaraq regionlarda keçirdiyi görüşlər istənilən nəticəni verməyib.Bir çoxları yalnız statistika xatirinə keçirilib.Sakinləri narahat edən problemlərin həllinə yönəlmiş tədbirlər həyata keçirilməyib və ya qaneedici olmayıb.Ona görə də ölkə başçısının tapşırığına əsasən yerlərdəki problemlərin daha ətraflı öyrənilməsi və həlli üçün administrasiyasının məsul əməkdaşlarının görüşləri başlayıb.Bu görüşlər isə nazirlərin qrafikə uyğun görüşlərindən kəskin fərqlənir.Nazirlərin görüşünə gələn vətəndaşlar, əsasən “təşəkkür”ə görə qəbula yazılanlar olurdu.Bu haqda dəfələrlə müxtəlif fikirlər səslənib, işin məsuliyyəti isə yerli icra hakimiyyətlərinin üzərinə qoyulub.Qeyd olunub ki, məhz regionlarda problemləri olan vətəndaşlar “balaca padşah”ların tapşırığı ilə nazirlərin qəbuluna buraxılmayıb.Bu səbəbdən də problemlər həlledilməz qalıb.
Araşdırmaçı jurnalist Azər Həsrət də hesab edir ki, vətəndaşların şikayətlərinin ünvana çatmamasının səbəbi icra başçılarının “xidmətidir”. A.Həsrət “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu addım yaxın vaxtlarda icra başçılarının kütləvi şəkildə dəyişdiriləcəyinin anonsudur:
“Nazirlərin əslində regionlara gedib vətəndaşlarla görüşüb problemləri həll etmək cəhdləri var. Onlar vətəndaşları dinləyir, problemlərini həll etməyə çalışırdılar. Amma yerlərdəki icra başçılarının səhlənkarlığı ucbatından bu təmas arzuolunan səviyyədə alınmırdı. Özüm də şəxsən müşahidə etmişəm, müxtəlif rayonlardan mənə də müraciətlər olub ki, hansısa nazir rayona vətəndaşların problemini dinləməyə gəlir, yerli icra başçısı isə rayon haqqında mənfi imic yaradılmasın deyə, görüşə öyədilmiş şəxsləri göndərir. Amma həqiqətən problemi, dərdi olan insanlar nazirin görüşünə buraxılmır.Belə hallar bir çox rayonlarda olub.Hətta bir dəfə müşahidə etmişdim ki, nazir guya kənd adamları ilə görüşürdü, amma salonda oturan şəxslərin hamısının boynunda qalstuk var idi.İndi hansı kənddə insanlar qalstukla gəzir?Hansı kəndli, suçu, bağban qalstuk taxır?Mən özüm də kənd adamıyam, elə adamların evində heç qalstuk olmur.Amma nazirin qəbuluna gələnlərə baxırsan ki, “kəndlilər” qalstukda, bərli-bəzəkli geyimdə oturublar.Təbii ki, bu yalandır və bununla ölkə başçısını aldatmağa cəhd edirlər. O cəhdlərin başında duranlar isə artıq zamanı keçmiş, köhnəlmiş icra başçılarıdır. Düşünürəm ki, prezident real vəziyyəti öyrənmək üçün məhz ən yaxın adamlarını, Prezident Administrasiyasının əməkdaşlarını regionlara göndərir, onlar da əhali ilə təmas qururlar. Hesab edirəm ki, artıq həmin icra başçılarından da yaxa qurtarmağın vaxtı çatıb.Baxırsan ki, yaşı 80-ə çatır, amma ortada bir normal işi yoxdur.Yalnız və yalnız vətəndaşları narazı salmaqla məşğuldur.Kimisi torpaq satır, kimisi vətəndaşın torpağını əlindən alır, kimisi elə işlərlə məşğul olur ki, aparılan siyasəti yerlərdə kölgə altına qoyur.Düşünürəm ki, o adamlardan yaxa qurtarmağın zamanı çatıb. Ümid edirəm ki, ölkə başçısı vətəndaşlarla görüşə Prezident Administrasiyasının əməkdaşlarını göndərməklə, həmin prosesin anonsunu vermiş olur. Yaxın vaxtlarda icra başçılarının kütləvi şəkildə dəyişdirilməsinin şahidi olacağıq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM - “Gürcü arzusu” hökuməti TANINMAYACAQ
Bu gün, 02:26 |
|
|
|
• Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? - AKTUAL
Bu gün, 02:21 |
|
|
|
• Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Əmlak xidməti qanunları necə çeynəyir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:11 |
|
|
|
• “Nar”ın dəstəyi ilə debat forum keçirildi - FOTO
Bu gün, 02:02 |
|
|
|
• Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 01:59 |
|
|
|
• Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi - GƏLİŞMƏ
Bu gün, 01:57 |
|
|
|
• "Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..."
Bu gün, 01:55 |
|
|
|
• Keşiş Baqrat "səhvlərini" etiraf edib - KİV
Bu gün, 01:53 |
|
|
|
• Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:50 |
|
|
|
• Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı - Novella Cəfəroğlu
Bu gün, 01:47 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib - HESABAT
Bu gün, 00:04 |
|
|
|
• Putinin üzrxahlığının PƏRDƏARXASI: - Kremlin planı nədir?
Bu gün, 00:02 |
|
|
|
• "Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir - İspan KİV
Dünən, 23:59 |
|
|
|
• “Burada gecələyəcəyəm” - Zurabişvili
Dünən, 23:58 |
|
|
|
• Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Dünən, 23:55 |
|
|
|
• 4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
Dünən, 21:17 |
|
|
|
• “Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” - Başqa cür ola da bilməz...
Dünən, 21:13 |
|
|
|
• Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Dünən, 21:08 |
|
|
|
• "Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Dünən, 19:04 |
|
|
|
• Daha 24 cənazə Azərbaycana gətirilir
Dünən, 18:57 |
|
|
|
• Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Dünən, 18:53 |
|
|
|
• Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Dünən, 18:50 |
|
|
|
• Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Dünən, 18:00 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Dünən, 17:59 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Dünən, 17:58 |
|
|
|
• Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Dünən, 17:57 |
|
|
|
• Zelenski İlham Əliyevə zəng edib
Dünən, 17:54 |
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Dünən, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Dünən, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Dünən, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Dünən, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Dünən, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Dünən, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Dünən, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Dünən, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:41 |
|
|
|
• "Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Dünən, 11:39 |
|
|
|
• Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Dünən, 11:38 |
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Dünən, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Dünən, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Dünən, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Dünən, 11:18 |
|
|
|
• Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Dünən, 11:15 |
|
|
|
• Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Dünən, 11:02 |
|
|
|
• “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:57 |
|
|
|
• Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Dünən, 10:56 |
|
|
|
• İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Dünən, 10:54 |
|
|
|
|