"Azəriqaz" sahibkarların qənimi rolunda... - ARAŞDIRMA
Tarix: 28-02-2019, 12:35 | Çap et
Bugünlərdə redaksiyamıza adının çəkilməsini istəməyən iş adamı tərəfindən şikayət xarakterli müraciət daxil olub. SOCAR-ın (Dövlət Neft Şirkəti) nəzdində fəaliyyət göstərən "Azəriqaz" İstehsalat Birliyindən (İB) gileylənən iş adamı bildirib ki, adıçəkilən qurum tərəfindən ünvanlanmış "Qaz kəmərlərinə texniki baxışın keçirilməsi haqqında" bildiriş sahibkar kimi onun maraqlarına qətiyyən cavab vermir. Sözügedən bildirişdə deyilir ki, Azərbaycan Respublikası ərazisində qüvvədə olan "Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydaları", "Qazdan istifadə qaydaları" və digər normativ-hüquqi aktlarda müəssisə, idarə və təşkilatların balansında olan yeraltı və yerüstü qaz kəmərlərinə, üzərindəki qurğu və avadanlıqlara dövrü texniki baxışın keçirilməsi (6 aydan bir) məcburedici norma kimi müəyyən olunub.
Bildirişdə həmçinin, o da qeyd olunur ki, "Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydaları"na əsasən, qaz şəbəkəsi və qurğuları, maye qaz və qaz avadanlığı olan bütün müəssisələrin (təşkilat və idarələrin) qaz kəmərlərinin və qaz avadanlıqlarının saxlanılmasına, saz halda olmasına və təhlükəsiz istismarının təşkilinə cavabdehliyi müəssisələrin sahibləri daşıyırlar: "Eyni zamanda "Qazdan istifadə qaydaları" qaz istehlakçısı olan müəssisələrə onlara məxsus olan qaz avadanlıqlarına, kəmərlərinə və qurğularına mütəmadi olaraq texniki baxışın keçirilməsi öhdəliyinin icrasını nəzərdə tutub. Qaz təsərrüfatı sahəsində qanunvericiliyin tələblərinin pozulmasına, yəni qaz kəmərlərində, avadanlıqlarında texniki istismar və baxış qaydalarının pozulmasına, habelə onların texniki səviyyəsinin yüksəldilməsi və ya saxlanılması üçün müəyyən edilmiş tələblərin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə (276, 279 və 280-ci maddələri) yüksək məbləğlərdə (fiziki şəxslər - 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər - 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər - 2500 manatdan 3000 manatadək) cərimələr nəzərdə tutulub. Qeyd olunanları nəzərə alaraq, balansınızda olan qaz kəmərlərinə və üzərindəki avadanlıqlarına 30 təqvim günü ərzində texniki baxışın keçirilməsini, bu sahədə fəaliyyəti müvafiq standartlara cavab verən və ixtisaslaşmış, xüsusi icazəsi (lisenziyası) olan hüquqi və ya fiziki şəxs tərəfindən təmin edəsiniz. Texniki baxışın nəticələrinə dair aktı 10 təqvim günü ərzində "Azəriqaz" İB-nin müvafiq çöbəsinə təqdim etməyiniz tələb olunur. Əks təqdirdə "Azəriqaz" İB tərəfindən sizin ünvana qaz təchizatı dayandırılacaqdır".
"Azəriqaz"ın iş adamına ünvanladığı bildirişlə Nazirlər Kabinetinin 80 saylı qərarı arasında ciddi uyğunsuzluq var
Gördüyünüz kimi, sahibkara ünvanlanmış bildirişdə "Azəriqaz" İstehsalat Birliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə qaydaları"nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı qərarına istinad edir. Nəzərinizə çatdıraq ki, həmin qərarın 2.7-ci bəndində deyilir ki, Fövqəladə Hallar Nazirliyinin və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər. Qərarın 2.10-cu bəndində isə qeyd olunur ki, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. 4.5-ci bənddə göstərilir ki, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qərarın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Beləliklə, məsələnin maraqlı tərəfi ondadır ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən iş adamına ünvanlanmış "Qaz kəmərlərinə texniki baxışın keçirilməsi haqqında" bildirişlə Nazirlər Kabinetinin sözügedən qərarı arasında bir sıra uyğunsuzluq müşahidə olunur. Məsələn, ən bəsit məqamdan başlayaq. Qeyd edtdiyimiz kimi, Nazirlər Kabinetinin "Qazdan istifadə qaydaları"nın təsdiq edilməsi haqqında qərarının 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Bu qanun isə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. "Azəriqaz"ın iş adamına ünvanladığı bildiriş isə heç bir halda sahibkarların maraqlarına cavab vermir. Deməli, eyni zamanda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tələblərinə uyğun gəlmir.
Redaksiyamıza müraciət edən sahibkarı narahat edən digər məqama gəlincə, nəzərinizə çatdıraq ki, o, balansında olan qaz kəmərlərinə və üzərindəki avadanlıqlara lisenziyası olan hüquqi və ya fiziki şəxs tərəfindən texniki baxışın keçirilməsini doğru addım hesab etmir: "Çünki Nazirlər Kabinetinin "Qazdan istifadə qaydaları"nın təsdiq edilməsi haqqında 80 saylı qərarının 2.7-ci bəndinə əsasən, bu işi Fövqəladə Hallar və Energetika nazirliklərinin səlahiyyətli nümayəndələri həyata keçirməlidir. "Azəriqaz"ın ünvanladığı bildirişdə isə deyilir ki, buna görə lisenziyası olan hüquqi və ya fiziki şəxsə müraciət etməliyəm. Buradan da görünür ki, "Azəriqaz" yetkililəri özlərinin istinad etdikləri qərarın tələblərinə belə, düzgün əməl etmirlər. Bu işi Fövqəladə Hallar və Energetika nazirliklərinin əməkdaşları həyata keçirməlidirsə, mən nədən hansısa şirkətə və ya şəxsə müraciət etməliyəm?! Axı, bu həmin qərarın tələblərinə tamamilə ziddir. Onu da qeyd edim ki, mənə verilən məlumata görə, lisenziyası olan hüquqi və ya fiziki şəxs qaz kəmərlərinə və sayğaca texniki baxışın keçirilməsi üçün azı 200 manat xidmət haqqı tələb edir. Belə çıxır ki, sahibkarlar ildə 2 dəfə azı 400 manat əlavə xərcə düşməlidir. Əslində, bu da qanunaziddir. Çünki Nazirlər Kabinetinin qərarının 4.5-ci bəndində birmənalı göstərilir ki, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Əgər belədirsə, o zaman lisenziyası olan hüquqi və ya fiziki şəxs texniki baxışın keçirilməsi nədən 200 manat xidmət haqqı tələb edir? Məgər, bu, qanunsuzluq deyil?!"
Bundan başqa, "Azəriqaz"ın ünvanladığı bildirişdə deyilir ki, qaz kəmərlərinin və qaz avadanlıqlarının saxlanılmasına, saz halda olmasına və təhlükəsiz istismarının təşkilinə cavabdehliyi müəssisələrin sahibləri daşıyır. Bildirişin məhz bu hissəsi də Nazirlər Kabinetinin "Qazdan istifadə qaydaları"nın təsdiq edilməsi haqqında 80 saylı qərarı ilə uyğunsuzluq təşkil edir. Çünki bir qədər əvvəl nəzərinizə çatdırdığımız kimi qərarın 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Həmin qərarın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Redaksiyamıza müraciət edən sahibkar isə qazdan sənaye məqsədiylə deyil, sırf məişət, yəni bu soyuq qış aylarında işçilərin normal temperaturda çalışmaları üçün kobminin yandırılmasında istifadə edir. Mənqitlə bu halda, qaz kəmərlərinin və qaz avadanlıqlarının saxlanılmasına, saz halda olmasına və təhlükəsiz istismarının təşkilinə cavabdehliyi iş adamı deyil, məhz qazpaylayıcı "Azəriqaz" İstehsalat Birliyi daşımalıdır.
"Sahibkar yoxlama zamanı iradların hər hansı biri ilə razılaşmasa, o zaman məhkəməyə müraciət edə bilər"
Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirdi ki, sahibkar balansında olan yeraltı və yerüstü qaz kəmərlərinə, o cümlədən üzərindəki qurğu və avadanlıqlara dövrü texniki baxışın keçirilməsindən sonra tərtib olunacaq akta xüsusi yetirməlidir: "Belə ki, sahibkar yoxlama zamanı nəyə irad tutulduğuna diqqətlə baxmalıdır. Əgər o, iradların hər hansı biri ilə razılaşmasa, o zaman məhkəməyə müraciət edə bilər. Qeyd edim ki, "Azəriqaz"ın yeganə müsbət xüsusiyyəti ondan ibarətdir ki, məhkəməyə bu və digər formada təsir göstərmir, pul vermir. Bildiyim qədər indiyə kimi məhkəmələrdə 60-70-yə yaxın işdə "Azəriqaz"ı udan olub. Odur ki, cərimə yazmaqla iş bitmir. Gərək sahibkar özü də bu məsələdə diqqətli olsun və razılaşmadığı məqamla bağlı məhkəməyə üz tutsun. Görünən odur ki, "Azəriqaz" fiziki şəxslərdən əl çəkib, indi də sahibkarların üstünə düşüb".
"Hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıması məntiqə uyğun deyil"
Nazirlər Kabinetinin "Qazdan istifadə qaydaları"nın təsdiq edilməsi haqqında qərarının özündə, yəni onun bu formada qəbul edilməsində problemin olduğunu vurğulayan Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıması məntiqə uyğun deyil: "Hesab edirəm ki, bu təlimatlar qanunvericilik şəklində dəyişdirilməlidir. Çünki məntiqlə yalnız kənar müdaxilə olduqda məsuliyyəti fiziki və ya hüquqi şəxs daşımalıdır. Lakin hər hansı kənar müdaxilələr yoxdursa, texniki avadanlığın özünün işləmə qaydalarına görə problem yaşanıbsa, bu zaman yaranmış problemlərin aradan qaldırılmasının məsuliyyəti qazpaylayıcı şirkətin üzərinə düşür".
Azərbaycanda bu sahədə problemin daha dərin olduğunu bildirən Natiq Cəfərlinin sözlərinə görə, dövlət kommunal xidmət sahələrinin şirkətləri təbii inhisarçılar sayılır: "Çünki başqa rəqibləri yoxdur. Bu səbəbdən də mən müştəri olaraq "Azəriqaz"ın işini bəyənməsəm başqa bir şirkətlə müqavilə bağlayıb qaz ala bilmərəm. Onu da qeyd edim ki, inhisarçı şirkətlərin bütün müqavilələrində, o cümlədən texniki şərtlərində məsuliyyət tamamilə vətəndaşın və ya alıcının üzərinə yüklənir. Bu isə tamamilə məntiqsizlikdir. Yəni bazarda hər hansı bir meyvə satan satıcının tərəzisinə görə, həmin şəxs məsuliyyət daşıyırsa, sayğac da qazpaylayıcı şirkətin tərəzidir. Biz bazardan meyvə alarkən tərəzidə problem gördükdə satıcını günahlandırırıq və həmin problemin aradan qaldırılması üçün satıcıya müraciət edirik. Odur ki, burda da eyni qaydalar tətbiq olunmalıdır. Yəni satıcı şirkət "Azəriqaz"dırsa və obrazlı desək, onun tərəzisi sayğacdırsa, o zaman sayğaca görə məsuliyyəti birbaşa satıcı - "Azəriqaz" daşımalıdır. Alıcı o zaman məsuliyyətə cəlb oluna bilər ki, sayğaca hər hansı bir kənar müdaxilələr etsin, sayğacdankənar qoşulmalar və yaxud da sayğacın normal işləməsi üçün müəyyən əməliyyatlar həyata keçirsin. Təbii ki, əgər bu, sübut olunursa, onda fiziki və hüquqi şəxslər, yəni alıcılar məsuliyyətə cəlb oluna, cərimələnə bilərlər. Lakin sayğacda yaranmış problem sırf texniki məsələlərdən doğursa, o halda məsuliyyət birbaşa "Azəriqaz"ın üzərindədir. Sadəcə, dövlətin inhisarçı şirkəti olduğu üçün vətəndaşların onları məhkəməyə vermək, məhkəmələrdə onları udmaq şansları demək olar ki, yoxdur. Ona görə də müqavilələr birtərəfli bağlanılır və bütün məsuliyyət alıcıların üzərinə yüklənilir".
"Bu məsələdə dövlətin inhisarçılığına son qoyulmalı, dövlətdənkənar müəssisələrin də bu bazarda fəaliyyət göstərməsinə şərait yaradılmalıdır"
"Əgər qaz kəmərlərinin və sayğacların yoxlanılması lazımdırsa, bu halda texniki yoxlamaları qazpaylayıcı şirkət öz hesabına etməlidir" deyən iqtisadçı ekspert bu qənaətdədir ki, məhz bu cür hallar biznesin fəaliyyətinə müdaxilələr kimi dəyərləndirilməlidir: "Çünki hər hansı bir halda əgər iş adamı cərimələnəcəksə, bu zaman o, həmin cərimənin xərcini göstərdiyi mal və xidmətin üzərinə gəlməlidir ki, ziyanla üzləşməsin. Cəriməni malın və xidmətin üzərinə gəldikdə isə qiymət artır. Qiymət artırsa, nəticə etibarı ilə həmin cərimələrin son ödəyicisi Azərbaycan vətəndaşı, yəni alıcıdır. Odur ki, "Azəriqaz" bunu bilməlidir. Çünki o, cəzalandırdıqda iş adamlarını, hər hansı bir müəssisəni yox, məhz vətəndaşı cəzalandırır. Belə ki, vətəndaş həmin xidmətlərdən istifadə edərkən, həmin obyektlərdən mal alarkən məcburən daha çox ödəməli olacaq. Hesab edirəm ki, bu məsələdə dövlətin inhisarçılığına son qoyulmalıdır. Əsasən də istehsalda yox, paylayıcı şirkətlərdə rəqabətli mühitin formalaşması üçün dövlətdənkənar müəssisələrin də bu bazarda fəaliyyət göstərməsinə şərait yaradılmalıdır. Biz uzun illərdir ki, bunu dəfələrlə vurğulayırıq. Lakin təəssüf ki, bu sahədə ciddi bir irəliləyiş yoxdur və dövlətin təbii inhisarçılığı vətəndaşlara daha baha başa gəlir". "Hürriyyət"in Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM - “Gürcü arzusu” hökuməti TANINMAYACAQ
Bu gün, 02:26 |
|
|
|
• Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? - AKTUAL
Bu gün, 02:21 |
|
|
|
• Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Əmlak xidməti qanunları necə çeynəyir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:11 |
|
|
|
• “Nar”ın dəstəyi ilə debat forum keçirildi - FOTO
Bu gün, 02:02 |
|
|
|
• Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 01:59 |
|
|
|
• Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi - GƏLİŞMƏ
Bu gün, 01:57 |
|
|
|
• "Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..."
Bu gün, 01:55 |
|
|
|
• Keşiş Baqrat "səhvlərini" etiraf edib - KİV
Bu gün, 01:53 |
|
|
|
• Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:50 |
|
|
|
• Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı - Novella Cəfəroğlu
Bu gün, 01:47 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib - HESABAT
Bu gün, 00:04 |
|
|
|
• Putinin üzrxahlığının PƏRDƏARXASI: - Kremlin planı nədir?
Bu gün, 00:02 |
|
|
|
• "Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir - İspan KİV
Dünən, 23:59 |
|
|
|
• “Burada gecələyəcəyəm” - Zurabişvili
Dünən, 23:58 |
|
|
|
• Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Dünən, 23:55 |
|
|
|
• 4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
Dünən, 21:17 |
|
|
|
• “Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” - Başqa cür ola da bilməz...
Dünən, 21:13 |
|
|
|
• Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Dünən, 21:08 |
|
|
|
• "Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Dünən, 19:04 |
|
|
|
• Daha 24 cənazə Azərbaycana gətirilir
Dünən, 18:57 |
|
|
|
• Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Dünən, 18:53 |
|
|
|
• Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Dünən, 18:50 |
|
|
|
• Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Dünən, 18:00 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Dünən, 17:59 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Dünən, 17:58 |
|
|
|
• Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Dünən, 17:57 |
|
|
|
• Zelenski İlham Əliyevə zəng edib
Dünən, 17:54 |
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Dünən, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Dünən, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Dünən, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Dünən, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Dünən, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Dünən, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Dünən, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Dünən, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:41 |
|
|
|
• "Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Dünən, 11:39 |
|
|
|
• Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Dünən, 11:38 |
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Dünən, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Dünən, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Dünən, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Dünən, 11:18 |
|
|
|
• Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Dünən, 11:15 |
|
|
|
• Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Dünən, 11:02 |
|
|
|
• “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:57 |
|
|
|
• Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Dünən, 10:56 |
|
|
|
• İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Dünən, 10:54 |
|
|
|
|