Mingəçevirdəki qəza... Gəncədəki qəsd... - Heç nə təsadüfi deyil...
Tarix: 7-07-2018, 15:09 | Çap et
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi güllələyən Yunis Səfərov adlı Rusiya vətəndaşı ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, dünən rəsmi qurumlar onunla bağlı konkret faktlar açıqladı və bu durum terror aktı kimi qiymətləndirildi.
3 qurumun birgə yaydığı məlumatda onun 8 ay İranın Qum şəhərində yaşadığı, daha sonra Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçdiyi bildirilir. Qeyd olunur ki, o, Azərbaycanda dövlət çevrilişi etmək və şəriət dövləti qurmaq istəyib.
Lakin Elmar Vəliyevin qardaşı, hərbi prokuror Xanlar Vəliyevin Yunis Səfərovla bağlı verdiyi açıqlama bəzi suallara səbəb olub. X. Vəliyevin sözlərinə görə, Yunis Səfərovun anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır.
Verilən rəsmi açıqlama ilə X. Vəliyevin açıqlaması arasında böyük bir uçurum var. Bir açıqlamaya görə, terror hadisəsi radikal dinçilərlə bağlıdır, digər açıqlama isə bunu təkzib edir və hadisənin başqa tərəfdən planlaşdırıldığını düşünməyə şərait yaradır. Yaranmış vəziyyəti BakuPost-a şərh edən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, istintaq orqanları hər an yeni bir məlumat əldə edə bilərlər və bu məlumat terror aktı ilə bağlı daha öncə yaranmış mənzərəni tamamilə dəyişə bilər. Bundan başqa, politoloq anası erməni olan Rusiya vətəndaşının bu hadisə üçün məqsədyönlü şəkildə seçildiyini ehtimal edir:
"Yunis Səfərovun 8 ay Qumda yaşaması və Suriyada təlim keçməsi, yaxud döyüşməsi təsdiqini tapmış məlumatlardır. Onun anasının erməni olması, özünün Rusiya pasportu daşıması bu reallıqları dəyişmir. Sirr deyil ki, hazırda Suriyada hərbi əməliyyatlarda iştirak edən terror qruplarının və digər qanunsuz hərbi birləşmələrin tərkibində alman, ingilis, fransız, gürcü, erməni və hətta rus millətindən olan insanlar da var. Bu şəxslər müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının nəzarətində olan radikal dini qruplar tərəfindən ələ alınıblar, onlara ciddi ideoloji, psixoloji və hərbi təlimlər keçirilib. Nəzərinizə çatdırım ki, belə təlimlərdən sonra hətta əsl kimliklərini, keçmişlərini unudan insanlar da olur.
Yunis Səfərov ola bilsin ki, məqsədyönlü şəkildə ermənilərlə qohum olduğu üçün seçilib və ona Rusiya pasportu da izi azdırmaq məqsədi ilə verilib. Yaxud məqsəd diqqəti Rusiyanın üzərinə yönəltmək, son dövrlərdə inkişaf edən Bakı-Moskva münasibətlərinin üzərinə kölgə salmaqdan ibarət olub. Yunis Səfərov isə iki tərəfin – İran və Ermənistan xüsusi xidmət orqanlarının birgə layihəsi də ola bilər. İran, yaxud bu ölkədə olan hansısa dairələr Rusiya-Azərbaycan münasibətlərinin inkişafını, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini və Tehranın regiondakı əsas müttəfiqi Ermənistanın küncə sıxışdırılmasını özləri üçün təhlükə görür. İran Rusiya-ABŞ və NATO hərbi komandanlığının Bakıda keçirilən görüşlərindən, iyulun 16-da baş tutacaq Putin-Tramp görüşündən də ciddi narahatlıq keçirir. Bu narahatlıq Ermənistanın yeni rəhbərliyində də var. Çünki Rusiya ilə ABŞ arasında münasibətlərin normal məcraya yönəlməsi onların manevr imkanlarını da minimuma endirir”. E. Mirzəbəyli Elmar Vəliyevə qarşı həyata keçirilən terror aktının ölkənin zülmətə bürünməsi ilə nəticələnən Mingəçevir qəzası ilə eyni gündə baş verməsini də təsadüf hesab etmədiyini dilə gətirib: "Qəzanın növbəti gün yenidən təkrarlanması da təsadüfə oxşamır. Bu hadisələrin arasında əlaqələrin olub-olmadığını isə şübhəsiz ki, istintaq müəyyənləşdirəcək.
Hadisələr arasında zəncirvari əlaqələr axtarsaq, bir neçə məqama da diqqət yetirilməsinə ehtiyac duyulur. Bu il Azərbaycanda ilk cümhuriyyətimizin 100-cü ildönümü, silahlı qüvvələrimizin, polisimizin 100 illiyi qeyd olunub. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində dünyəvi inkişaf yolunu seçən ilk respublikadır. Bəzi ölkələrin, xüsusilə də İranın müəyyən dairələri Azərbaycan Xalq Cümhuriyyətini və onun varisi olan Azərbaycan Respublikasını müsəlman şərqində dünyəvi, müasirliyin və inkişafın modeli olaraq özlərinə təhlükə görürlər. Bildiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncə şəhəri olub, Silahlı Qüvvələrin, polisin və digər dövlət orqanlarının yaradılması ilə bağlı ilk qərarlar Gəncədə verilib. Gəncə Azərbaycanın milli ideoloji mərkəzlərindən biri və bəlkə də birincisidir. Bu baxımdan Gəncə təsadüfən seçilməyə bilər.
Başqa bir zəncirvari əlaqə ehtimalı sui-qəsdin polisin 100 illiyinin qeyd olunduğu gündən 1 gün sonra, polis əməkdaşlarının gözü qarşısında və polis əməkdaşına da sui-qəsd etməklə həyata keçirilməsi ilə bağlıdır.
Başqa bir məqam bir müddət öncə Nardaranda baş verən hadisələrin Gəncəyə köçürülməsi cəhdi və bu prosesin qarşısının qətiyyətlə alınması ilə əlaqədar ola bilər.
İndiki halda bir məqamla bağlı dəqiq mülahizə yürütmək olar: Elmar Vəliyevə qarşı həyata keçirilən terror aktı və daha öncə sadaladığım digər hadisələr Azərbaycan dövlətçiliyinə qarşı gerçəkləşdirilən aksiyalardır. Bütün bunlar bizim üçün ciddi mesajlardır və düşünürəm ki, Azərbaycan xalqı və dövləti istənilən təhlükənin qarşısını almaq və dövlətçiliyimizi qorumaq əzmində və gücündədir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir
Bu gün, 01:11 |
|
|
|
• İrəvanın sabotaj planı: Bunun nəticələri... - NƏ ETMƏLİ?
Bu gün, 00:05 |
|
|
|
• Qəbul imtahanlarında ballar azalacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• Tarif Şurasının qərarı sənaye məhsullarını bahalaşdıracaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 22:49 |
|
|
|
• AzTV-nin keçmiş aparıcısı vəfat etdi
Dünən, 22:43 |
|
|
|
• Sülh yox, yeni savaş: Stratfor Cənubi Qafqazın gələcəyini açıqladı - 2025-ci il bizi nələrlə üz-üzə qoyacaq?
Dünən, 22:40 |
|
|
|
• Bakı şərt qoydu, Kreml 30 illik prinsipini pozdu: - Qəza ilə bağlı iki mühüm məqam
Dünən, 20:14 |
|
|
|
• Axırı Livan ermənisi çıxacaq... - İLGİNC FAKT
Dünən, 20:11 |
|
|
|
• Hökumət ziyanın yarısından niyə döndü? - Yeni vergi tənzimləməsi – keçmişə qayıdış
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə İran da qazanan tərəflər arasında yer ala bilər -ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Makron Maskı digər ölkələrdəki seçkilərə müdaxilədə günahlandırıb
Dünən, 18:11 |
|
|
|
• 2025-ci ildə dünyanı nə gözləyir? – Zirəddindən SENSASİYA
Dünən, 18:04 |
|
|
|
• “Avrora Qrup”da yeni təyinat - ƏMR
Dünən, 18:00 |
|
|
|
• Zəngəzur dəhlizi: İran Türkiyə ilə “böyük bazarlığa” gedir? - GƏLİŞMƏ
Dünən, 17:59 |
|
|
|
• Güc itirən Rusiyanın yenidən SSRİ və ona bənzər birlik qurması... qeyri-mümkündür!
Dünən, 17:53 |
|
|
|
• "BakuBus"da sürücü ilə sərnişinlər arasında İNSİDENT - VİDEO
Dünən, 17:49 |
|
|
|
• "Ter-Petrosyanın çıxışı bizə məhkəmədə lazım olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:44 |
|
|
|
• Pul qazanmaq istəyərkən 1 milyon itirən eks-məmurun oğlu imiş - FOTO
Dünən, 17:42 |
|
|
|
• 2 min 548 epizod, milyardlarla ziyan... - DETALLAR
Dünən, 17:39 |
|
|
|
• Azərbaycanda dərmanlar niyə bahadır? - ŞƏRH
Dünən, 17:34 |
|
|
|
• Eks-deputatlığa namizəd, sabiq mətbuat katibi vəfat edib - AÇIQLAMA
Dünən, 17:29 |
|
|
|
• “Azericard” şirkətində yeni təyinat olub - ƏMR
Dünən, 17:20 |
|
|
|
• Emil İsmayılov ölkədən külli miqdarda valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Aprel döyüşlərinin iştirakçısı Rusiyada vəfat etdi
Dünən, 17:13 |
|
|
|
• Naxçıvan polisinə yeni avtomobillər verilib
Dünən, 17:10 |
|
|
|
• "Əsrlərlə İrana hökm edən Türklər fars dilinə toxunmadı, indi Türk uşaqlarına Türkcə adı qadağa edirlər"
Dünən, 17:01 |
|
|
|
• Moskvadan gələn SİFARİŞ: - “Rusiya bunda maraqlıdır”
Dünən, 16:58 |
|
|
|
• Rusiya Yaxın Şərqdən çıxmaq istəmir - “Carnegie Think Tank”
Dünən, 16:53 |
|
|
|
• POZULAN ATƏŞKƏSİN SƏSİ... - əslində HARDAN GƏLİR?
Dünən, 16:49 |
|
|
|
• Vassermanın ABSURD MƏNTİQİ... - Onda inanaq ki...
Dünən, 16:46 |
|
|
|
• Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədrinə şərti cəza verilib - BELƏ DƏ OLUR...
Dünən, 16:44 |
|
|
|
• Çindəki təhlükəli virus Azərbaycana da çatıb? - AKTUAL
Dünən, 16:38 |
|
|
|
• Üç nəfərin 4 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLADI
Dünən, 16:33 |
|
|
|
• Petrosyanın etirafı: İrəvan artıq buna məcburdur - ŞƏRH
Dünən, 16:31 |
|
|
|
• Çörəkçi yoldaşını öldürən hakim qarşısında - MƏHKƏMƏDƏN VİDEO
Dünən, 16:26 |
|
|
|
• Sahibkarların qiymət tələsi: - “İtirən alıcı, qazanan isə şəbəkə olur”
Dünən, 16:20 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 16:17 |
|
|
|
• Rusiya tərəfi günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir - ÇAĞIRIŞ
Dünən, 16:16 |
|
|
|
• Ukrayna zəif deyil... AMMA... - GƏLİŞMƏ
Dünən, 16:14 |
|
|
|
• Kreml nə vaxta qədər SUSACAQ? - AKTUAL
Dünən, 16:12 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidmətinin “Akif Çovdarovu”ndan Xankəndidə yeni il şousu... - 30 minlik viski, nadir ov əti və 300 minlik hədiyyə...
Dünən, 16:09 |
|
|
|
• Sabiq nazirimizin qohumunu 13-cü mərtəbədən atdılar - SƏBƏB
Dünən, 16:06 |
|
|
|
• Bakıda həbsdə olan Qarabağ separatçılarının məhkəməsinin vaxtı məlum olub - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
• Bakıda əməliyyat keçirilib, altı kiloqram narkotik aşkarlanıb - VİDEO
Dünən, 16:03 |
|
|
|
• Paşinyandan rəqiblərinə “sui-qəsd” – Qərbi azərbaycanlılar və Zəngəzur məsələsi masada
Dünən, 15:39 |
|
|
|
• Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN
Dünən, 15:32 |
|
|
|
• Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... -ŞƏRH
Dünən, 15:22 |
|
|
|
• “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” – Elçin Göyçaylı DANIŞDI
Dünən, 15:16 |
|
|
|
• Məktəbdə direktor və kollektiv arasında QALMAQAL - “Tfu üzünüzə, arsızlar”
Dünən, 15:13 |
|
|
|
• “Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
Dünən, 15:10 |
|
|
|
|