Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədrinə şərti cəza verilib - BELƏ DƏ OLUR...
Tarix: 6-01-2025, 16:44 |
Çap et
Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Rüstəmov Hicran Yaqub oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Report”un məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsə 12 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhrum etmə) tətbiq edilib. Hicran Yaqubov barəsində dörd il altı ay sınaq müddəti ilə seçilməklə şərti cəza verilib.
Qeyd edək ki, istintaqın araşdırmasına əsasən, H.Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.