Sabiq nazirin icra başçısı işləyən dayısı sahibkarın 80 min manatını vermir - İTTİHAM
Tarix: 26-06-2018, 15:48 | Çap et
Ağsu şəhərinin Xətai küçəsində yaşayan Adil Aydın oğlu Oruclu Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şikayət məktubu ünvanlayıb.
Surəti “Reytinq” qəzeti redaksiyasına göndərilən məktubda Adil Oruclu sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və onun dayısı, Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyevin özbaşınalığından yazıb.
Şikayətçi qeyd edir ki, Ənvər Seyidəliyev bacısı oğlu Səlim Müslümovun xeyir-duası ilə rayonda görüntü yaratmaq üçün Zərifə Əliyeva adına park tikdirib: “Həmin vaxtı mənim orada gözəl memarlıq üslubunda tikilmiş, ailəmin dolanışıq yeri olan kafemi sökdürdülər. Ənvər Seyidəliyev o vaxt mənə 80 min manat kompenasiya ödənəcəyinə söz versə də, 6 ildir o pulu ala bilmirəm. Axırda mənə dedi ki, get, pulunu Prezidentdən istə”.
Şikayətçi yazır ki, Ənvər Seyidəliyev, sabiq nazir Səlim Müslümov, onun atası Yanvar Müslümov, həmçinin adıçəkilənlərin yaxın qohumları Ağsu və ölkənin müxtəlif bölgələrində özbaşınalıqlar ediblər:
“Səlim Müslümov nazir işlədiyi dövrdə müxtəlif saxtakarlıqlar edib.Təsadüfi deyil ki, bu gün təkcə Ağsuda - onun doğulduğu kənddə elə bir adam yoxdur ki, sosial müavinət almasın. Hətta rayonda söz-söhbət dolaşır ki, Pirhəsənli kəndinin beşikdə olanlarına da yardım yazılıb. Çox maraqlıdr ki, Müslümov işdən azad olunan kimi, onun mühüm vəzifələrdə çalışmaqla milyonlara sahib olan qohumları Ağsuyu “ölü” rayona çeviriblər. Özlərinə sərf edən bütün işləri, hətta şəxsi bağça tikintisini də dayandırıblar. Hətta Səlim Müslümovun hələ də hər il üçün 70 min funt-strelinq ödədiyi kiçik oğlunun İngiltərədən ölkəyə qaytarmamaq planını həyata keçirdiyini deyənlər də var. Elə bu yerdə sual edirəm: Müslümov bu qədər pulu haradan tapıb? Onun ölkədə və dünyadakı müxtəlif əmlakları hansı pulla alınıb?
Siz Səlim Müslmovun Pirhəsənlidəki villasını görsəniz, heyrətə gələrsiniz. Onun kənddəki iqamətgahında yüksək təmtəraqlı, son model texnoloji avadanlıq və sistemlərlə təchiz olunmuş qəbul otağı, xidmətçiləri də var”.
A. Oruclunun yazdığına görə, Ağsuda S. Müslümov və icra başçısı olan dayısının əkin sahələri də var: “Onlar bu sahələrdə rayon camaatını qəpik-quruşa işlədirlər. İndi iş elə gətirib ki, onların da zəhmət haqqını da vermirlər”.
Ağsu sakini Müslümovun “çətiri altında” karyerada irəliləyən qohumlarını siyahısını da redaksiyamıza göndərib:
1. Səlim Müslümovun dayısı, həm də bacanağı Ənvər Seyidəliyev rayonun icra başçısı;
2. Digər dayısı Fətulla Seyidəliyev “Kapitalbank”ın rayon filialının müdiri;
3. Səlim Müslümovun xalası oğlu, Fətulla Seyidəliyevin kürəkəni Eldost Mehdizadə “Kapitalbank”ın rayon filialında kredit şöbəsinin müdiri;
4. Fətulla Seyidəliyevin oğlu Mirfariz Seydəliyev Səbail rayon prokurorluğunda prokuror köməkçisi;
5. Səlim Müslümovun digər dayısı, icra başçısının qardaşı Mirfazil Seyidəliyev pençiyaçı olsa da, rayon pambıq qəbulu məntəqəsində müdirdir;
6. Mirfazil Seyidəliyevin oğlu Mirqafil Səfərbərlik Xidmətində mühüm post tutur;
7. Müslümovun dayısı Ənvər Seyidəliyevin oğlu Dayənət Seyidəliyev Mərkəzi Bankda mühüm vəzifədədir. O, həmçinin atasının və Səlim Müslümovun sayəsində Bakıda şərab şəbəkəsinə və maşın təmiri sexlərinə nəzarət edir;
8. Səlim Müslümovun dayısının arvadı Şəhrabani Məlikova Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi;
9. Şəhrabani Məlikovanın qızının əri Fuad Əlizadə isə ƏƏSMN-də Dövlət Əmək Müfəttişliyinin rəisidir (Artıq işdən çıxarıldığı bildirilir- redaksiya);.
10. Şəhrabani Məlikovanın digər qızının əri, Səlim Müslümovun əmisi oğlu Yalçın Müslümov da Səlim Müslümovun zamanında ƏƏSMN-də nazirin müşaviridir (Bir neçə gün əvvəl yeni nazirin əmri ilə işdən çıxarılıb-redaksiya);
11. Şəhrabani Məlikovanın digər qızının əri Zaur Bədəlov Qusarın polis rəisi;
12. S. Müslümovun dayısı oğlu Ələsgər Seyidəliyev gömrükdə işləyir;
13. S. Müslümovun dayısı oğlu Mircavad Seyidəliyev DİN-də mühüm postdadır;
14. S.Müslümovun qardaşı Radim Müslümov İsmayıllı Rayon Maliyyə İdarəsinin müdiri;
15. Radimin oğlu Xəzər Müslümov da ƏƏSMN-də işləyir;
16. S. Müslümovun digər qardaşı Vergilər Nazirliyində çalışır;
17. S. Müslümovun bacısının əri Əsgər Əsgərov DSMF-nin Nəsimi şöbəsinin müdiri (İki gün əvvəl işdən çıxarılıb);
18. S. Müslümovun qaynı Ağalar Xasayev (O, həm də Ənvər Seyidəliyevin qaynıdır) DSMF-nin 3 ən ən prestijli idarəsindən birinin - Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisidir;
19. S. Müslümovun digər bacısının əri Pirallahı rayonunda yol idarəsinin rəisidir;
20. S. Müslümovla Ənvər Seyidəliyevin digər qaynı Ağası Xasayev də bankda (Bakıda) mühüm postadır;
21. Bunların digər qaynı Şahmar Xasayevin oğlu gömrükdə işləyir.
Şikayətçi yazır ki, bu siyahını uzatmağa ehtiyac duymasa da, bu şəbəkənin hazırda təbii fəlakətlərin yaratdığı fəsadlarda böyük rol oynaması barədə redaksiyamıza faktlar təqdim edəcək.
Sonda Ağsu sakini ölkə rəhbərliyindən xahiş edib ki, Səlim Müslümov və onun komandasının özbaşınalıqları araşdırılsın, icra başçısı tərəfindən sökdürülən kafesinə görə pozulmuş hüquqları bərpa olunsun.
İttiham və iddialara qarşı tərəfin münasibətini də dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir
Bu gün, 01:11 |
|
|
|
• İrəvanın sabotaj planı: Bunun nəticələri... - NƏ ETMƏLİ?
Bu gün, 00:05 |
|
|
|
• Qəbul imtahanlarında ballar azalacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• Tarif Şurasının qərarı sənaye məhsullarını bahalaşdıracaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 22:49 |
|
|
|
• AzTV-nin keçmiş aparıcısı vəfat etdi
Dünən, 22:43 |
|
|
|
• Sülh yox, yeni savaş: Stratfor Cənubi Qafqazın gələcəyini açıqladı - 2025-ci il bizi nələrlə üz-üzə qoyacaq?
Dünən, 22:40 |
|
|
|
• Bakı şərt qoydu, Kreml 30 illik prinsipini pozdu: - Qəza ilə bağlı iki mühüm məqam
Dünən, 20:14 |
|
|
|
• Axırı Livan ermənisi çıxacaq... - İLGİNC FAKT
Dünən, 20:11 |
|
|
|
• Hökumət ziyanın yarısından niyə döndü? - Yeni vergi tənzimləməsi – keçmişə qayıdış
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə İran da qazanan tərəflər arasında yer ala bilər -ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Makron Maskı digər ölkələrdəki seçkilərə müdaxilədə günahlandırıb
Dünən, 18:11 |
|
|
|
• 2025-ci ildə dünyanı nə gözləyir? – Zirəddindən SENSASİYA
Dünən, 18:04 |
|
|
|
• “Avrora Qrup”da yeni təyinat - ƏMR
Dünən, 18:00 |
|
|
|
• Zəngəzur dəhlizi: İran Türkiyə ilə “böyük bazarlığa” gedir? - GƏLİŞMƏ
Dünən, 17:59 |
|
|
|
• Güc itirən Rusiyanın yenidən SSRİ və ona bənzər birlik qurması... qeyri-mümkündür!
Dünən, 17:53 |
|
|
|
• "BakuBus"da sürücü ilə sərnişinlər arasında İNSİDENT - VİDEO
Dünən, 17:49 |
|
|
|
• "Ter-Petrosyanın çıxışı bizə məhkəmədə lazım olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:44 |
|
|
|
• Pul qazanmaq istəyərkən 1 milyon itirən eks-məmurun oğlu imiş - FOTO
Dünən, 17:42 |
|
|
|
• 2 min 548 epizod, milyardlarla ziyan... - DETALLAR
Dünən, 17:39 |
|
|
|
• Azərbaycanda dərmanlar niyə bahadır? - ŞƏRH
Dünən, 17:34 |
|
|
|
• Eks-deputatlığa namizəd, sabiq mətbuat katibi vəfat edib - AÇIQLAMA
Dünən, 17:29 |
|
|
|
• “Azericard” şirkətində yeni təyinat olub - ƏMR
Dünən, 17:20 |
|
|
|
• Emil İsmayılov ölkədən külli miqdarda valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Aprel döyüşlərinin iştirakçısı Rusiyada vəfat etdi
Dünən, 17:13 |
|
|
|
• Naxçıvan polisinə yeni avtomobillər verilib
Dünən, 17:10 |
|
|
|
• "Əsrlərlə İrana hökm edən Türklər fars dilinə toxunmadı, indi Türk uşaqlarına Türkcə adı qadağa edirlər"
Dünən, 17:01 |
|
|
|
• Moskvadan gələn SİFARİŞ: - “Rusiya bunda maraqlıdır”
Dünən, 16:58 |
|
|
|
• Rusiya Yaxın Şərqdən çıxmaq istəmir - “Carnegie Think Tank”
Dünən, 16:53 |
|
|
|
• POZULAN ATƏŞKƏSİN SƏSİ... - əslində HARDAN GƏLİR?
Dünən, 16:49 |
|
|
|
• Vassermanın ABSURD MƏNTİQİ... - Onda inanaq ki...
Dünən, 16:46 |
|
|
|
• Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədrinə şərti cəza verilib - BELƏ DƏ OLUR...
Dünən, 16:44 |
|
|
|
• Çindəki təhlükəli virus Azərbaycana da çatıb? - AKTUAL
Dünən, 16:38 |
|
|
|
• Üç nəfərin 4 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLADI
Dünən, 16:33 |
|
|
|
• Petrosyanın etirafı: İrəvan artıq buna məcburdur - ŞƏRH
Dünən, 16:31 |
|
|
|
• Çörəkçi yoldaşını öldürən hakim qarşısında - MƏHKƏMƏDƏN VİDEO
Dünən, 16:26 |
|
|
|
• Sahibkarların qiymət tələsi: - “İtirən alıcı, qazanan isə şəbəkə olur”
Dünən, 16:20 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 16:17 |
|
|
|
• Rusiya tərəfi günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir - ÇAĞIRIŞ
Dünən, 16:16 |
|
|
|
• Ukrayna zəif deyil... AMMA... - GƏLİŞMƏ
Dünən, 16:14 |
|
|
|
• Kreml nə vaxta qədər SUSACAQ? - AKTUAL
Dünən, 16:12 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidmətinin “Akif Çovdarovu”ndan Xankəndidə yeni il şousu... - 30 minlik viski, nadir ov əti və 300 minlik hədiyyə...
Dünən, 16:09 |
|
|
|
• Sabiq nazirimizin qohumunu 13-cü mərtəbədən atdılar - SƏBƏB
Dünən, 16:06 |
|
|
|
• Bakıda həbsdə olan Qarabağ separatçılarının məhkəməsinin vaxtı məlum olub - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
• Bakıda əməliyyat keçirilib, altı kiloqram narkotik aşkarlanıb - VİDEO
Dünən, 16:03 |
|
|
|
• Paşinyandan rəqiblərinə “sui-qəsd” – Qərbi azərbaycanlılar və Zəngəzur məsələsi masada
Dünən, 15:39 |
|
|
|
• Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN
Dünən, 15:32 |
|
|
|
• Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... -ŞƏRH
Dünən, 15:22 |
|
|
|
• “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” – Elçin Göyçaylı DANIŞDI
Dünən, 15:16 |
|
|
|
• Məktəbdə direktor və kollektiv arasında QALMAQAL - “Tfu üzünüzə, arsızlar”
Dünən, 15:13 |
|
|
|
• “Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
Dünən, 15:10 |
|
|
|
|