Öz mənzilini ikinci dəfə alan şəxs qapı arxasında qalıb - ŞİKAYƏT
Tarix: 21-04-2017, 11:28 | Çap et
“Abşeron İcra Şöbəsinin icra məmuru qanuni qüvvəyə minməmiş qətnaməni icra etmək qərarına gəlib. İcra məmuru özbaşınalıq edərək mübahisəli mənzilin qapısında məlumatların olmasına baxmayaraq, qapını sındırıb, mənzili qeyri-qanuni yollarla almış Çingiz Əhmədova təhvil verib”.Bunu virtualaz.org saytına Bakı şəhər sakini Aqil Şahvələdov deyib.
Onun sözlərinə görə, 11 il öncə “Fuad-LTD” MMC-nin Xırdalanda inşa etdiyi 14 mərtəbəli binadan iki otaqlı mənzil almaq məqsədilə şirkətə 34 min dollar pul ödəyib. Həmin məbləğin ödənilməsi barədə şirkət tərəfindən ona qəbz verilib. Təxminən 3 il sonra isə “Hüquqi şəxsin nizamnamə kapitalındakı payının, hüquq və vəzifələrinin” alqı-satqısı müqaviləsinə əsasən, şirkətin sədri Qasım Məmmədov “Fuad LTD” MMC-dəki nizamnamə kapitalını, hüquq və vəzifələrini Azər Tağıyevə satıb. Alqı-satqıdan sonra “Fuad LTD” MMC-nin adı dəyişdirilərək “Abşeron LTD 2013” olub.
Xırdalan qəsəbəsi, M.Hüseynzadə küçəsi, 1 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasındakı tikinti işləri yarımçıq qaldığından, A.Şahvələdov ödədiyi məbləğin geri qaytarılması ilə bağlı adıçəkilən şirkətə qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldırıb. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2010-cu il tarixli qətnaməsinə əsasən, iddia təmin edilib və icraya yönəlib.
Lakin ödəniş aparılması mümkün olmadığından və “Abşeron LTD 2013” MMC-nin rəhbərliyi binanın inşasını davam etdirdiyindən, Azər Tağıyevlə A.Şahvələdov arasında əvvəldən satılmış mənzilə dair yeni müqavilə bağlanıb. Məhkəmə qərarının icrası icra məmurları tərəfindən 2 may 2016-cı ildə qəbul edilib. Belə ki, məhkəmə qətnaməsinin icra olunması kimi mənzil ona təhvil verilib. Bundan sonra A.Şahvələdov mənzili təmir edib, qapı quraşdırıb: ”Bununla əlaqədar olaraq ötən ilin may ayında icra sənədinin icrasına xitam verilməsi üçün Abşeron İcra Şöbəsinə müraciət etdim. Bir mənzilin müxtəlif şəxslərə satılması, həmin şəxslərin icra məmurları ilə birlikdə qapıları sındıraraq bir mənzilə bir neçə dəfə daxil olması halları baş verdiyindən, qapıya mənzilin kimə və hansı əsasla məxsus olması barədə lövhə yapışdırdım”.
Bütün bunlara baxmayaraq, 2017-ci ilin fevral ayında A.Şahvələdova məlum olub ki, ona məxsus mənzil 2010-cu ildə “Fuad LTD” MMC-nin sədri olmuş Qasım Məmmədov tərəfindən Çingiz Əhmədov adlı şəxsə də satılıb. Halbuki, həmin dövrdə Q.Məmmədovun mənzil satmağa hüququ olmayıb: “Çingiz Əhmədov isə öz növbəsində öhdəliyin icra edilməsi tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə mübahisəli mənzilin kimə məxsus olmasını, mənzilin Ç.Əhmədova verilməməsinin səbəblərini müəyyənləşdirməyərək, onun iddiasını təmin edib”.
A.Şahvələdov Abşeron Rayon Məhkəməsinin qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib: “İş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Bu halda qətnamə qanuni qüvvəyə minmiş hesab edilə bilməz”.
Şikayətçinin sözlərinə görə, Abşeron İcra Şöbəsinin “Asəm” adlı icra məmuru işin Apellyasiya Məhkəməsinə göndərildiyini bildiyi halda qanuni qüvvəyə minməmiş qətnaməni icra etmək qərarına gəlib. Adıçəkilən şəxs Ç.Əhmədovun maraqlarını müdafiə etmək məqsədilə mübahisəli mənzilin qapısında məlumatların olmasına baxmayaraq, qapını sındırıb: “Təmirli mənzili 2010-cu ildə qeyri-qanuni yollarla alan Çingiz Əhmədova təhvil verib. Sındırılmış qapı yenisi ilə dəyişdirilib. Göstərilən qətnamədən apellyasiya şikayəti verməyim icra şöbəsinə bəlli olduğu halda icra məmuru özbaşınalıq edərək mənə məxsus mənzilə daxil olub. İcra məmuru bir qapıya ikinci dəfə icra sənədi ilə gəlib. Bu isə qeyri-qanunidir və icra məmurunun öz işini bacarmadığını göstərir”.
A.Şahvələdov icra məmurunun qanunsuz hərəkətləri ilə bağlı qanuni tədbir görülməsini, pozulmuş hüquqlarının bərpa olunmasını, mənzilinin geri qaytarılması ilə bağlı göstəriş verilməsi üçün aidiyyatı orqanlara ərizə ilə müraciət edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib
Bu gün, 11:47 |
|
|
|
• Əsl erməni faciəsi və qəddarlığı... - ƏLAHƏZRƏT FAKT!
Bu gün, 11:46 |
|
|
|
• Şəkidəki seçkilərdə `OĞRU` MARAĞI... - FOTOFAKT
Bu gün, 11:45 |
|
|
|
• Petrosyanın açıq etirafları... məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır
Bu gün, 11:37 |
|
|
|
• Novayaepoxa.com və Yenicag.info saytları 8 yaşında
Bu gün, 11:35 |
|
|
|
• Yəqin icra başçısı bundan xəbərsizdir... - YOXSA...
Bu gün, 11:32 |
|
|
|
• Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 11:18 |
|
|
|
• İctimai nəqliyyat kimlər üçün pulsuz olacaq? - ARAŞDIRMA
Bu gün, 11:16 |
|
|
|
• “Amin Mərdəkanski”ni qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:09 |
|
|
|
• Nəcəfli sanki Talıbova SƏDAQƏT ANDI İÇİB... - NARAZILIQ VAR...
Bu gün, 11:04 |
|
|
|
• "Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir" - deputat
Bu gün, 11:01 |
|
|
|
• Vurulmuş təyyarə: haqlı tələblər və haqsız tənələr - Görünəni odur ki...
Bu gün, 10:59 |
|
|
|
• Yeni ildə sülh gözləntisi: ümidlər, risklər və əngəllər - İNCƏLƏMƏ
Bu gün, 10:58 |
|
|
|
• “Lukaşenko məndən üzr istədi, dedi, zavodu vur” – Zelenski
Bu gün, 10:57 |
|
|
|
• Prezident təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Bu gün, 10:55 |
|
|
|
• Dövlətə xəyanətə görə həbs edilən şəxsin mühakiməsi başlayır - DTX əməliyyatı
Bu gün, 10:54 |
|
|
|
• Beynəlxalq “IQ” testinə görə Azərbaycan Gürcüstandan çox geridə qaldı... - Ermənistan isə...
Bu gün, 10:52 |
|
|
|
• Azərbaycanda xəstəxanada xəyanətin üstü açıldı: Qadın evli kişi ilə... - VİDEO
Bu gün, 10:51 |
|
|
|
• Fars-molla rejimi İŞ BAŞINDA: Bu dəfə təxribata əl atdılar... - guya Azərbaycanda...
Bu gün, 10:47 |
|
|
|
• Bayden Sorosa "Azadlıq" medalı verməklə bu mükafatı dəyərdən saldı - "Fox News"
Bu gün, 10:43 |
|
|
|
• Bankdan vətəndaşların adına kredit necə götürülüb? - 1 milyon manat ziyan var
Bu gün, 10:40 |
|
|
|
• “Avant Group”a yaxın yeni şirkət TƏSİS EDİLDİ
Bu gün, 10:39 |
|
|
|
• Petrosyanın çıxışı: Azərbaycan iddia qaldıra bilər? - AKTUAL
Bu gün, 10:37 |
|
|
|
• “Oleq Bakinski”yə qarşı əlavə ittiham irəli sürüldü - TƏFƏRRÜAT
Bu gün, 10:30 |
|
|
|
• Guya buraları dövlət adına qoruyurlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28 |
|
|
|
• Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan sabiq polis kassasiya şikayəti verdi
Bu gün, 10:19 |
|
|
|
• Bakıda 165 ailəni aldadan şəxs azadlıqda! - Hakim Elnur Nuriyevlə Pənah Kərimovu nə bağlayır?
Bu gün, 10:17 |
|
|
|
• Juninyonun "Sevilya"ya keçidinin detalları: - İspaniya klubu "Qarabağ"a əlavə 250 min avro ödəyə bilər
Bu gün, 10:12 |
|
|
|
• Gənclər və İdman Nazirliyinin pulunu mənimsəyən sabiq idarə rəisinin məhkəməsi bu tarixdə başlayacaq
Bu gün, 10:11 |
|
|
|
• Türkiyə bizə deyir ki, növbə sizindir, gəlirik - Xaçikyan
Bu gün, 10:01 |
|
|
|
• “Anam deyir ki, adımı bədnam etmisən” - Aktrisadan maraqlı AÇIQLAMA
Bu gün, 09:59 |
|
|
|
• Ağdamın bu kəndində qeyri-yaşayış binaları tikiləcək - 7 mln. manatlıq layihə
Bu gün, 09:57 |
|
|
|
• Mərkəzi Bank sığortaçı seçib - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 09:56 |
|
|
|
• Bakı metrosunda BÖYÜK YEYİNTİ ŞÜBHƏSİ: "TAİS İKF" MMC-yə ötürülən milyonlar... - Zaur müəllimə SUAL VERMƏYİN...
Bu gün, 09:53 |
|
|
|
• Erməni simasının üç üzü: Ter-Petrosyan, Koçaryan, Sarqsyan - İNCƏLƏMƏ
Bu gün, 09:45 |
|
|
|
• Soydaşlarımız Amerikada təyyarə terroru qurbanlarını YAD ETDİLƏR - FOTO
Bu gün, 09:43 |
|
|
|
• “Böyükşor Avtonəqliyyat” mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:39 |
|
|
|
• Azad olunmuş iki dağ kəndi layihələndiriləcək - yarım milyon ayrıldı
Bu gün, 09:34 |
|
|
|
• "Bildim də kim idi bunu edən, amma demərəm..." - VİDEO
Bu gün, 09:32 |
|
|
|
• Qarabağ qazisi qaz xətti ola-ola odun sobası yandırır... - "Protez ayaqla yüz kiloluq boru çevrələrini daşıyır..."
Bu gün, 09:27 |
|
|
|
• BU NƏDİ BELƏ: Səhiyyə nazirliyi bu prosesi durdurmalıdır... - ŞOK FAKTLAR
Bu gün, 09:20 |
|
|
|
• Müştərisi az qala zəhərlənəcəkdi... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:13 |
|
|
|
• Cavid Qurbanov yenidən gündəmdədir... - Onun təkrar olaraq...
Bu gün, 09:03 |
|
|
|
• "Mənə qanunsuz olaraq imtina cavabı verilib..." - MÜRACİƏT
Bu gün, 08:57 |
|
|
|
• İşçilər bəzən bilmirlər ki... - Ekspert danışır...
Bu gün, 08:55 |
|
|
|
• Meğri planı ilə bağlı yeni detallar - Bakıdan cavab: Danışıqlar olub, amma…
Bu gün, 07:27 |
|
|
|
• Azərbaycanlılara qarşı KQB planı - DETALLAR
Bu gün, 07:22 |
|
|
|
• Venesuela parlamenti Maduronu üçüncü prezidentlik müddətinə dəvət edib
Bu gün, 06:11 |
|
|
|
• AK sədri korrupsiyada ittiham olunur, məhkəmə onun toxunulmazlığını yoxlayacaq - TASS
Bu gün, 06:09 |
|
|
|
• Petrosyanın etirafı İŞİMİZƏ YARAYA BİLƏRMİ? - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
|