“Rusiya Azərbaycanda seçkilərə gizli namizəd hazırlayır” - Deputatdan ŞOK
Tarix: 10-04-2017, 12:52 | Çap et
Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş yəhudi əsilli deputatı Yevda Abramovun “Ölkə.Az”-a müsahibəsi:
- Bu yaxınlarda Rusiyanın Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Sizcə, bu addımın arxasında hansı məqamlar dayanır?
- Bilirsiz, doğrudan da bunun arxasında dayanan qüvvələr var. Bu birdən-birə yaranmayıb. Ümumiyyətlə, hər dəfə prezident seçkilərinə təqribən bir il qalmış Kremlin ssenristləri, Moskvanın politoloqları, xüsusilə də SSRİ-nin Avrasiya İttifaqının tərəfdarları bu təşkilata daxil olmaq istəməyən, hələlik üzvü olmayan dövlətlərə qarşı təsir rıçaqlarını işə salırlar. İndi mən dəqiq deyə bilmərəm ki, bu, Vladimir Putinin ssenarisinin bir hissəsidir. Amma onu da deyə bilmərəm ki, bundan Putinin xəbəri yoxdur. Çünki Rusiya kimi dövlətin ədliyyə naziri Ümumrusiya Azərbaycan Konqresi barədə Ali Məhkəməyə müraciət edibsə, o bunu yuxarı orqanların məsləhəti olmadan edə bilməzdi. Bunu Azərbaycan xalqı və dövləti də çox gözəl başa düşür. Ona görə də bu məsələ Milli Məclisdə çox düzgün olaraq geniş müzakirə olunub.
Bizim çox güvəndiyimiz və ölkəmiz üçün böyük işlər görən Ümumrusiya Azərbaycan Konqresinin bu vəziyyətə düşməsi ilk növbədə Azərbaycan dövlətinin imicinə xələl gətirir. Çünki bizim ən güclü diasporamız Rusiyadadır. Rusiyada olan diaspora nümayəndələri arasında çox tanınmış və imkanlı şəxslərimiz, Qubadan olan biznesmenlərimiz də var. Qubadan olan həmin böyük iş adamlarımız da həm diasporamızın inkişafına, həm də Rusiya iqtisadiyyatına böyük maliyyə dəstəyi verirlər. Bu mənada məni də sözügedən məsələ çox maraqlandırır. Hesab edirəm ki, Rusiya ilə Azərbaycanın arasına girən qüvvələr mövcuddur. Ona görə də yenidən Azərbaycanın daxilində qarşıdurma və təlatüm yaratmaq üçün 2012-ci ilin seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı” kimi, oxşar hadisələr baş verə bilər. Bütün bu gözləntilərin real olub-olmaması məsələsi Rusiya Ali Məhkəməsinin qərarından sonra bəlli olacaq. Əgər Rusiyanın Ali Məhkəməsi qanunsuz yerə Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi barədə qərar verərsə, o zaman rəsmi Moskvanın iç üzü açılacaq. Yaxud əksinə olarsa, həmin qüvvələrin geri çəkilməsi barədə mesaj əldə olunacaq. Mən inanıram ki, həmin qüvvələr geri çəkiləcəklər. Çünki bir çox dövlətlərin idarə və təşkilatları Prezident İlham Əliyevin güclü iradəsi və yürütdüyü xarici siyasəti qarşısında duruş gətirə bilmir. Prezident İlham Əliyev çox çevik manevr etmək qabiliyyətinə malikdir. Ona görə də Prezident İlham Əliyev dəqiq arqumentlərlə Azərbaycanı belə çətin vəziyyətlərdən xilas edə bilir. Bu baxımdan da biz Ali Məhkəmənin qərarını gözləməliyik.
Eyni zamanda, bu addımın təsadüfən atıldığını da demək olmaz. Bunu qurdalayan qüvvələr mövcuddur. İlana zəhər verən kərtənkələlər Azərbaycanda da var. Hətta, burada vaxtilə Azərbaycanda yüksək vəzifələrdə çalışmış və bugün nüfuzlarını itirməkdə olan bəzi şəxslərin barmaq izləri də görünür. Ancaq biz bu cür sınaqlardan çox çıxmışıq.
- Azərbaycandan çıxmış və nüfuzlarını itirmiş dedikdə, konkret olaraq kimi nəzərdə tutursunuz?
- Burada konkret ad çəkə bilmərəm. Çünki ad çəkməyim o deməkdir ki, bu insan haqqında rəsmi məlumatım var. Bunun üçün müvafiq orqanlar dəqiq nə isə deyə bilər. Biz siyasətçiyik, diplomatıq. Bizim əlimizdə fakt olmadan kiminsə adını çəkmək doğru deyil. Ancaq mən onu bilirəm ki, narazı olan və vaxtilə əldə etdiyi səlahiyyətləri bu gün itirən bəzi şəxslər belə bir addım atıb, suyu bulandırmaq istəyir. Buna oxşar addımlar 4 il öncə də olmuşdu. Həmin vaxt Azərbaycanda prezident seçkiləri yaxınlaşdırıldı. Seçkilər ərəfəsində həmin qüvvələr özlərinin uydurduğu namizədləri irəli sürürdülər. Ona görə də əgər Rusiyanın Ali Məhkəməsi Ədliyyə Nazirliyinin müraciətini qəbul edərsə, o zaman çox keçməz, onların uydurduğu namizəd də ortaya çıxa bilər.
- Deyirsiz ki, Rusiyada olan qüvvələr Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizəd hazırlayır?
- Əlbəttə ki, mümkündür. Bu namizədin kimliyini isə heç kəs bilə bilməz. Onu həmin gizli qüvvələr hazırlayır. Ona görə də son aylar artıq ölkəmizdə də bəzi qüvvələr "çikkildəməyə" başlayıb.
- Siz müxalifətin 8 aprel mitinqini nəzərdə tutursunuz?
- Bəli, müxalifətin mitinqlərinin də bununla əlaqəsi var. Ola bilməz ki, əlaqəsi olmasın! İndiyədək Milli Şura yatmışdı, ayı kimi qış yuxusuna getmişdi, heç kəsin səs-sorağı gəlmirdi, hamısı qeybə çəkilmişdi. Ancaq nə oldu? Elə ki, Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi məsələsi ortaya atıldı, bunlar da oyanmağa başladı. Yəni, hər şeyin səbəb və nəticələri var. Elə-belədən heçnə olmur. Ona görə də məhkəmənin sonunu gözləmək lazımdır. İndidən mətbuatın bu məsələ ilə bağlı kimisə qaralaması da doğru deyil. Biz bu məsələni Milli Məclisin son plenar iclasında da qaldırdıq, deputatlar öz etirazlarını bildirdi və Rusiyaya müraciət olundu. Artıq onlar bizim narahatlığımızdan xəbərdardır, hər şeyi bilir.
- Yeri gəlmişkən, Milli Şuranın 8 aprel mitinqini necə qiymətləndirirsiz?
- Bilirsiz, bu mitinqin əsas məqsədi Milli Şuranın öz tərəfdarlarına salam verməsi idi. Yəni, onlar öz tərəfdarlarına salam verirlər ki, biz hələ ölməmişik, məhv olmamışıq, varıq. Əşi, biz belə mitinqləri çox görmüşük. Bizi belə mitinqlərlə qorxutmaq mümkün deyil. Bunun üçün onlar bizdən min dəfə güclü olmalıdır. Onlar bununla Azərbaycanda heç nəyə nail ola bilməyəcək. Xalq ağı qaradan seçə bilir. Xalq hər bir deputatın, diplomatın, nazirin kim olduğunu yaxşı bilir. Ona görə də bu mitinq bir görüntüdür.
Digər tərəfdən isə, hər bir cəmiyyətdə olduğu kimi, bizdə də müəyyən çətinliklər var. Biz bunu gizlətmirik də! Mən açıq deyirəm. Xalq da bu devalvasiyanın səbəblərini başa düşür. Görürsünüz ki, son 20 gündə hümanitar siyasətdə müəyyən müsbət dəyişikliklər baş verir, artıq manatda sabitlik yaranır. Bir də gördün ki, 5-6 ay sonra bu proses sabit olaraq belə də davam edəcək. Bu proses Rusiya və Qazaxıstanda da eyni olub. Bu çətinliklər çox davam etməyəcək. Hər qaranlıq gecənin bir sabahı olur. Ona görə də mitinqlərə gələnlərin sayı və orada səsləndirlən şüarlar bizim tükümüzü belə tərpədə bilməz.
Bir hadisəni danışım. Bunu mətbuata açıq deməkdən çəkinmirəm. Mən Qələbə kinoteatrı tərəfdə yaşayıram. Təqribən 3-4 il öncə orada müxalifətin mitinqi idi, yağış da yağırdı. Bir-iki nəfər arvad əllərindəki plakatı yerə tullayıb, qoynlarındakı pulu çıxardıb, orada olan “Bizim market”-ə girib toyuq aldılar. Arvadın biri o birinə dedi ki, bu biqeyrətlərin verdiyi 10 manata heç iki toyuq almaq olmur. Mən həmin qadınlardan soruşdum ki, nə 10 manat? Onlar da mənə bildirdi ki, biz mitinqdə plakatları 10 manata tutmuşuq. Baxın, müxalifətin mitinqi məhz budur! Ona görə də müxalifət heç kəsi qorxuda bilməz.
- Parlamentin iclasında rus əsilli deputat Mixael Zabelin də Rusiya xalqına müraciət etdi. Yəqin ki, bu məsələ ilə bağlı ona tapşırıq verilib.
- Yox, mənə elə gəlir ki, Mixael müəllim artıq öz tapşırığını yerinə yetirib. Əgər yadınıza gəlirsə, 3-4 il öncə Rusiyanın tanınmış teleaparıcılarından biri erməni məsələsi ilə bağlı Azərbaycana qarşı qərəzli çıxış etmişdi. Mən və Mixael Zabelin Rusiyanın rəsmi dövlət orqanlarına, Kremlə və televiziya kanalına rus dilində iki millətin adından böyük məktub göndərmişdik. Həmin məktubda ikimizin imzası yer alırdı. Biz bu məsələ ilə bağlı Rusiyadan həssas yanaşma xahiş etmişdik. Çünki ayrı-ayrı rus teleaparıcıları öz verilişlərində Azərbaycana qarşı qarayaxma kampaniyası aparırdılar. Həmin vaxt onlar deyirdilər ki, Azərbaycan “Jiqulu”nin idxalını dayandırıb, amma Ermənistan dayandırmayıb və s. Onlar erməni biznesmenini açıq şəkildə müdafiə edirdilər. Biz öz məktubumuzda onların cavabını verdik. Bildirdik ki, Azərbaycan çox tolerant dövlətdir. Burada ruslar və yəhudilər çox rahat və azad yaşayırlar. Kimsə Ermənistana “Jiquli” aparacaqsa, biz aparmayacağıqsa, buna görə Azərbaycanı qaralamaq olmaz. Biz törətdiyi qəzaların sayının çox olmasına görə standartlara cavab verməyən rus avtomobillərinin ölkəyə idxalına qadağa qoyduq. Bütün bunları biz Rusiyaya ünvanladığımız məktubda qeyd etmişik. Bu baxımdan da Mixael Zabelin bu məsələlərdə çox təcrübəli deputatdır. İnanıram ki, onun bu məsələ ilə bağlı da səyləri müsbət nəticə verəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 11:18 |
|
|
|
• İctimai nəqliyyat kimlər üçün pulsuz olacaq? - ARAŞDIRMA
Bu gün, 11:16 |
|
|
|
• “Amin Mərdəkanski”ni qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:09 |
|
|
|
• Nəcəfli sanki Talıbova SƏDAQƏT ANDI İÇİB... - NARAZILIQ VAR...
Bu gün, 11:04 |
|
|
|
• "Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir" - deputat
Bu gün, 11:01 |
|
|
|
• Vurulmuş təyyarə: haqlı tələblər və haqsız tənələr - Görünəni odur ki...
Bu gün, 10:59 |
|
|
|
• Yeni ildə sülh gözləntisi: ümidlər, risklər və əngəllər - İNCƏLƏMƏ
Bu gün, 10:58 |
|
|
|
• “Lukaşenko məndən üzr istədi, dedi, zavodu vur” – Zelenski
Bu gün, 10:57 |
|
|
|
• Prezident təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Bu gün, 10:55 |
|
|
|
• Dövlətə xəyanətə görə həbs edilən şəxsin mühakiməsi başlayır - DTX əməliyyatı
Bu gün, 10:54 |
|
|
|
• Beynəlxalq “IQ” testinə görə Azərbaycan Gürcüstandan çox geridə qaldı... - Ermənistan isə...
Bu gün, 10:52 |
|
|
|
• Azərbaycanda xəstəxanada xəyanətin üstü açıldı: Qadın evli kişi ilə... - VİDEO
Bu gün, 10:51 |
|
|
|
• Fars-molla rejimi İŞ BAŞINDA: Bu dəfə təxribata əl atdılar... - guya Azərbaycanda...
Bu gün, 10:47 |
|
|
|
• Bayden Sorosa "Azadlıq" medalı verməklə bu mükafatı dəyərdən saldı - "Fox News"
Bu gün, 10:43 |
|
|
|
• Bankdan vətəndaşların adına kredit necə götürülüb? - 1 milyon manat ziyan var
Bu gün, 10:40 |
|
|
|
• “Avant Group”a yaxın yeni şirkət TƏSİS EDİLDİ
Bu gün, 10:39 |
|
|
|
• Petrosyanın çıxışı: Azərbaycan iddia qaldıra bilər? - AKTUAL
Bu gün, 10:37 |
|
|
|
• “Oleq Bakinski”yə qarşı əlavə ittiham irəli sürüldü - TƏFƏRRÜAT
Bu gün, 10:30 |
|
|
|
• Guya buraları dövlət adına qoruyurlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28 |
|
|
|
• Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan sabiq polis kassasiya şikayəti verdi
Bu gün, 10:19 |
|
|
|
• Bakıda 165 ailəni aldadan şəxs azadlıqda! - Hakim Elnur Nuriyevlə Pənah Kərimovu nə bağlayır?
Bu gün, 10:17 |
|
|
|
• Juninyonun "Sevilya"ya keçidinin detalları: - İspaniya klubu "Qarabağ"a əlavə 250 min avro ödəyə bilər
Bu gün, 10:12 |
|
|
|
• Gənclər və İdman Nazirliyinin pulunu mənimsəyən sabiq idarə rəisinin məhkəməsi bu tarixdə başlayacaq
Bu gün, 10:11 |
|
|
|
• Türkiyə bizə deyir ki, növbə sizindir, gəlirik - Xaçikyan
Bu gün, 10:01 |
|
|
|
• “Anam deyir ki, adımı bədnam etmisən” - Aktrisadan maraqlı AÇIQLAMA
Bu gün, 09:59 |
|
|
|
• Ağdamın bu kəndində qeyri-yaşayış binaları tikiləcək - 7 mln. manatlıq layihə
Bu gün, 09:57 |
|
|
|
• Mərkəzi Bank sığortaçı seçib - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 09:56 |
|
|
|
• Bakı metrosunda BÖYÜK YEYİNTİ ŞÜBHƏSİ: "TAİS İKF" MMC-yə ötürülən milyonlar... - Zaur müəllimə SUAL VERMƏYİN...
Bu gün, 09:53 |
|
|
|
• Erməni simasının üç üzü: Ter-Petrosyan, Koçaryan, Sarqsyan - İNCƏLƏMƏ
Bu gün, 09:45 |
|
|
|
• Soydaşlarımız Amerikada təyyarə terroru qurbanlarını YAD ETDİLƏR - FOTO
Bu gün, 09:43 |
|
|
|
• “Böyükşor Avtonəqliyyat” mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:39 |
|
|
|
• Azad olunmuş iki dağ kəndi layihələndiriləcək - yarım milyon ayrıldı
Bu gün, 09:34 |
|
|
|
• "Bildim də kim idi bunu edən, amma demərəm..." - VİDEO
Bu gün, 09:32 |
|
|
|
• Qarabağ qazisi qaz xətti ola-ola odun sobası yandırır... - "Protez ayaqla yüz kiloluq boru çevrələrini daşıyır..."
Bu gün, 09:27 |
|
|
|
• BU NƏDİ BELƏ: Səhiyyə nazirliyi bu prosesi durdurmalıdır... - ŞOK FAKTLAR
Bu gün, 09:20 |
|
|
|
• Müştərisi az qala zəhərlənəcəkdi... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:13 |
|
|
|
• Cavid Qurbanov yenidən gündəmdədir... - Onun təkrar olaraq...
Bu gün, 09:03 |
|
|
|
• "Mənə qanunsuz olaraq imtina cavabı verilib..." - MÜRACİƏT
Bu gün, 08:57 |
|
|
|
• İşçilər bəzən bilmirlər ki... - Ekspert danışır...
Bu gün, 08:55 |
|
|
|
• Meğri planı ilə bağlı yeni detallar - Bakıdan cavab: Danışıqlar olub, amma…
Bu gün, 07:27 |
|
|
|
• Azərbaycanlılara qarşı KQB planı - DETALLAR
Bu gün, 07:22 |
|
|
|
• Venesuela parlamenti Maduronu üçüncü prezidentlik müddətinə dəvət edib
Bu gün, 06:11 |
|
|
|
• AK sədri korrupsiyada ittiham olunur, məhkəmə onun toxunulmazlığını yoxlayacaq - TASS
Bu gün, 06:09 |
|
|
|
• Petrosyanın etirafı İŞİMİZƏ YARAYA BİLƏRMİ? - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Sanksiya Rusiyaya tətbiq olunur, amma... zərəri Avropa görür...
Bu gün, 00:03 |
|
|
|
• Artıq bu ərazidə də Rusiya bayrağı dalğalanır
Dünən, 23:17 |
|
|
|
• “Əlimi qaldırmağa gücüm yoxdur”
Dünən, 23:14 |
|
|
|
• Rusiya niyə döyüşlərdə zirehli texnikadan az istifadə edir? – İLGİNC SƏBƏB
Dünən, 21:40 |
|
|
|
• Kəmaləddin Heydərov onları təltif etdi - SİYAHI
Dünən, 21:37 |
|
|
|
• "Türkiyə Rusiya turistləri üçün ölkəyə giriş qaydalarını dəyişdirməyə hazırlaşır"
Dünən, 19:32 |
|
|
|
|