“Habil Vəliyev tələbə qızları müəyyən adamlarla görüşdürürdü” — Əhəd Abıyevlə SENSASİON MÜSAHİBƏ
Tarix: 9-02-2017, 12:25 | Çap et
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin “Ölkə.Az”-a müsahibəsi:
“O adam mənə gül bağışlayıb, şeir deyib ki, dayandığım yerdə ona pul verim?”
– Son günlər mətbuatda qardaşınız oğlu ilə bağlı xəbərlər yazılır. Dövlət Yol Polisində çalışan qardaşınız oğlu Kamal Abıyevin bir nəfər sürücünü təhqir etməsi və buna görə də onun xanımının xəstəxanaya düşməsi ilə bağlı ittihamlar səslənir. Bütün bunlar nə dərəcədə doğrudur?
– Necə olur ki, həmin adam yol hərəkəti qaydalarını pozduğu üçün 2 ay əvvəl saxlanılıb, ancaq indi gəlib şikayət edir. Həmin Ramin Rzayev Yardımlıdandır, hamıya da şər atır. Qardaşım oğlu 23-cü adamdır ki, onun şər-böhtanına məruz qalıb. Lənkəran, Masallı, Cəlilabad, Yardımlı bu adamın şərindən beziblər. Adamın bütün məhkəmələrdə adı var. İndi sual verirəm, necə olur ki, bütün nöqsanlar ancaq bunun başına gəlir? Bu adam kimə salam verirsə, ondan şikayət edir, yazır. Hədə-qorxu gəlməyi özünə sənət seçib. Hələ utanmadan görün nə deyir? Deyir ki, guya arvadım qorxub, damarları tutulub və onun damarlarını açmaq üçün əməliyyat etmək lazımdır. Sonra da tələb edir ki, cərrahiyə əməliyyatı üçün 7 min pul olmalıdır. Qardaşım oğluna deyir ki, 2 minim var, 5 minin də sən ver, razılaşaq. Hətta, bizi şantaj edib deyir ki, 5 min verməsən, saytlara yazacam. Bu nə deməkdir? Açıq şantaj deyil? Ona sual verin ki, əlində bir dənə də olsun hər hansı fakt, görüntü var? Deyir ki, polis onu hədələyib, qorxudub və sairə. Əgər dedikləri doğrudursa, bir fakt göstərsin də! Niyə göstərə bilmir? Məsələ nazirlik tərəfindən araşdırılandan sonra, heç bir fakt tapılmır və həmin Ramin Rzayevin dediklərinin yalan olduğu ortaya çıxır. Utanmadan yenə gəlib deyir ki, arvadım qorxudan həyəcan keçirib və damarları tutulub. Gedib istənilən bir həkimdən soruşaq ki, məgər polis adamı saxlamaqla, nə isə söz deməklə 3 damar tutula bilər? Damar ürək çatışmamazlığından, yaşdan, şəkərdən və digər problemlərdən tutula bilər. Birdən-birə damar tutula bilməz. Yoxsa ki, yalandan şərləyib 7 min pul istəmək, sonra demək ki, heç olmasa 5 min ver və sairə. Bütün bunlar nə dərəcədə doğrudur? Ramin Rzayevin şərləmədiyi adam qalmayıb.
Digər tərəfdən isə bu adam “Niva” avtomobilinin arxasında “press” qoyub və qara plyonka vurub. Heç bahalı avtomobillərə plyonka vurmağa icazə verilmir. İndi adamın nə marağı var ki, “Niva”nın bütün şüşələrini plyonkaya bürüyüb? Qardaşım oğlu da vəzifəsini icra edərək, onu saxlayıb və nöqsanları ona söyləyib. İndi bunun mənə və ya arvadının damarlarının tutulmasına nə aidiyyəti var? Mən onu tanımıram, görməmişəm. Polis səni saxlayıbsa, daha mənim adımı niyə hallandırırsan? Sonra da həmin adam bəzi saytlarda “Əhəd Abıyevin ürəyi getdi” deyə yazılar yazdırır. Elə buradan da bəlli olur ki, onun məqsədi məni qaralamaq, şantaj etməkdir. Məgər mənim ürəyim gedib? Lap tutalım ki, halım pisləşib. Qardaşımın ölüm xəbərini eşitmişdim. Çalıb-oynamalı idim? Qardaşının ölüm xəbərini eşidən adam gülməlidir? İndi kimin qardaşı, atası, anası, bacısı rəhmətə gedəndə şıdırğı çalıb oynayır? Həmin vaxtı mənim ürəyim getməmişdi. Qardaşımın ölüm xəbərini ilk dəfə eşitdiyim üçün pis oldum, xahiş etdim ki, mənə su versinlər. Daha ürəyim getməyib! Ona görə də məcbursan ki, bu adamlarla artıq söyüşlə danışasan. Çünki normal dillə başa düşmürlər. Gərək bunları tutub yerə yıxıb sonra başa salasan. Adama pul lazımdır deyə, gətirib ona 5 min pul verməliyəm? Götürüb mənimlə bağlı saytlara şantaj yazılar verir. Ona deyən lazımdır ki, ay əclaf, görmürsən dövlətimiz insanları şantaj edən “reket” saytlarla bağlı tədbirlər görür. Onun kimi “reket” adamlardır da, insanları şərləməklə məşğul olur. Sağ olsun, dövlətimiz də çox doğru addım ataraq, onların kökünü kəsir.
İndi qardaşım oğlu da yol polisi kimi qayda pozmuş sürücünü saxlayır, ona qayda pozduğunu izah edib. İndi burada mənim adımı niyə hallandırırsan? Onda belə çıxır ki, qardaşım oğlu hər qayda pozanı saxlasa, onarın hamısı durub mənim hallandırmalıdır? Niyə deyir ki, filankəs Əhəd Abıyevin qardaşı oğludur, onu saxlamağı guya mən tapşırıq vermişəm və sairə. Ay axmaq, mən səni tanıyıram? Səni haradasa görmüşəm? Niyə mənim adımı hallandırırsan? Deyirsən ki, arvadım xəstəliyə tutulub və sairə. Əgər belə hadisə var idisə, bəs bunu niyə 2 ay əvvəl demirdin? Öyrənib ki, filankəs qardaşım oğludur, pul lazımdır, gedib ona ilişim. Sonra da gəlib bizi şantaj edir. Lap bu adam mənim adımı çəkir. Axı mən ona niyə pul verməliyəm? Ona pul vermək əvəzinə, həmin şəxsi məhkəməyə verərəm ki, tədbir görülsün! O adam mənə gül bağışlayıb, şeir deyib ki, dayandığım yerdə ona pul verim? Şər-böhtan yazmağa görə adama pul verirlər? Əksinə, tədbir görmək lazımdır.
– Əhəd müəllim, dediniz ki, “reket” saytlarla bağlı tədbirlər görülür və sairə. “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi nəzərdə tutursunuz?
– Bəli, onlar da vaxtı ilə “reket” fəaliyyətlə məşğul olurdular, mənim onlardan şikayətim olub. İndi öz cəzalarını çəkirlər. Hətta, məhkəmədə də onları udmuşam. Sonra Habil özü ağsaqqal tapıb gəlib mənimlə barışmağı istəyib. Sumqayıtın indiki icra başçısı olan Zakir Fərəcova demişdi. Zakir müəllim də məndən xahiş etdi ki, əmioğlu Habili bağışla, mənə görə keç günahından. Mənim kəndçim, yerlimdir. Mən də Zakir müəllimə dedim ki, baş üstə, edərəm!
“Habil Vəliyev tələbə qızları müəyyən adamlarla görüşdürürdü”
– Habil Vəliyev sizdən pul istəyirdi?
– O vaxtı məndən dayanmadan şər-böhtan yazılar yazırdı. Məqsədi nə idi? Kim idi onun qəzetini oxuyan? İndi içəridə mələyir! Şantajla, böhtanla video-çəkilişlər aparırdı. Tələbə qızları müəyyən adamlarla görüşdürürdü, sonra da onları bir yerdə çəkib şantaj edirdi. Bu cür adamlar “jurnalist” adı ilə cəmiyyətdə meydan oxumaq istəyirdi. Həmin adamlara qarşı sərt tədbir görülməsi vacibdir. Akademik Ramiz Mehdiyev öz çıxışında dedi ki, iqtidarda olan bəzi məmurlar “reket” fəaliyyətlə məşğul olan jurnalistlərə şərait yaradırlar, vəzifəli şəxslər onlara pul göndərir və sairə. Problemin kökü bununla bağlıdır. Məmur niyə görə onlara pul verməlidir? Ramiz müəllim doğru söyləyir də!
“Mənimlə Ramiz Mehdiyev arasında elə söhbət yaşanmayıb”
– Bu yaxınlarda sizinlə bağlı bir sıra xəbərlər yayılmışdı. Məlumat yayılmışdı ki, akademik Ramiz Mehdiyev icra başçıları ilə bağlı keçirdiyi müşavirədə sizə Bakıya tez-tez gəlməyinizlə bağlı irad bildirib və xalqın içərisində olmağa çağırıb. Bu cür məlumatlar nə dərəcədə doğru idi?
– Həmin müşavirədə bütün icra hakimiyyəti başçıları və hüquq-mühafizə orqanları rəhbərləri iştirak edirdi. Ancaq mənimlə hörmətli Ramiz Mehdiyev arasında elə söhbət yaşanmayıb. Bəli, bu gün mənim kuratorum olmadığı üçün işlə əlaqədar Bakıya gəlib-gedirəm. Bundan da Prezident Administrasiyasının məlumatı olur. Mən Bakıya gəlməsəm, o zaman bu işləri kim gəlib görməlidir? Rayonda dam örtüklərinin dəyişdirilməsi, yolların, körpülərin düzəldilməsi ilə bağlı kim gəlib müvafiq nazirliklərlə danışıqlar aparmalıdır? Özü də Daşkəsən ucqar rayondur, şəhər tipli rayon deyil. İşıq, qaz, su, yol, təhsil və mədəniyyət idarələrinin hamısı şəhər tipli rayonlara verilib. Faktiki olaraq bizdə bəzi idarələr ləğv olunub, işsizlik yaranıb. Mən də icra başçısı kimi insanların problemlərinin həlli ilə bağlı Bakıya gəlib birbaşa nazirliklərlə danışıqlar aparıram. Bundan əvvəl regional idarələr var idi, onlarla danışırdım. Ancaq indi həmin idarələr olmadığı üçün Bakıya gəlib-gedirəm. Ona görə də mənim guya rayonda tapılmamağımla bağlı yayılan xəbərlər cəfəngiyatdır. Hazırda da Daşkəsəndə iş başındayam, işlər də tam qaydasında gedir.
“Gəncəyə gedəndə belə Prezident Administrasiyasından icazə alırıq”
– Konkret olaraq sizə “rayonda çox olmursunuz, Bakıya tez-tez gəlib gedirsiz” deyə iradlar tutulubmu?
– Bu barədə qəti mənə hər hansı irad tutulmayıb. Bu ola da bilməz. Çünki biz adicə qonşu rayonlara, Gəncəyə gedəndə belə Prezident Administrasiyasından icazə alırıq. Bakıya və digər harasa gedəndə mütləq Prezident Administrasiyası rəhbərinin müavini - Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal müəllim Nağdəliyevə məlumat veririk. Ola bilər ki, Ramiz müəlimin bundan xəbəri olmur, bilmir, ancaq Zeynal müəllimə mütləq deyilir. Nəinki mən, digərləri də rayondan çıxan kimi dərhal “dörd nömrə” ilə Prezident Administrasiyasına zəng edib razılıq alır, sonra harasa gedirlər. Heç elə şey olar ki, sən iş başında olmayasan, Bakıda olasan? Bir gün belə icazəsiz iş başında olmasan, həmin adamın barəsində dərhal tədbirlər görülər. İndi dələduzluqla məşğul olan bəzi “moşennik” və “reket” qəzetlər də belə xəbərlər yazırlar.
Təbii ki, bəzən məni istəməyən adamlar da bu cür “reket” saytlara mənimlə bağlı böhtan məlumatlar ötürürlər. Bəzən görürsən kimisə qorxudaraq deyirlər ki, filan rayona icra başçısı Əhəd Abıyev təyin olunacaq. Kimsə kimisə qorxutmaq üçün yalandan deyir ki, artıq Əhəd Abıyevi sənin yerinə gətirmək istəyirlər, ancaq mən mane oluram. Yaxud da Əhəd Abıyevi filan icra başçısının yerinə təyin etmək istəyirlər və sairə. Hətta, götürüb yalandan məqalə də yazırlar ki, filankəs filan yerə icra başçısı təyin olunacaq. Bununla da həmin adamları qorxudub pul alırlar. Bəzən görürsən ki, bunlara inanan və yerinə başqasının təyin olunacağından şübhələn adam da mənim əleyhimə məqalə yazdırır. Ancaq bu cür xəbərləri “reket” saytlara ötürən adamlar var. Onlar həmin jurnalistləri öz əllərinin altında saxlayırlar. “Reket” qəzetlər öz aləmlərində vəzifədən adam çıxarıb, yerinə adam qoyurlar. Bütün bunlar isə cəfəngiyatdır. Azərbaycan dövlətinin bir vahid rəhbəri var, bütün göstərişləri və qərarları da ancaq cənab Prezident verə bilər. Azərbaycan sözlə deyil, qanunlarla idarə olunan demokratik dövlətdir. Ona görə də bu cür yazılara ciddi əhəmiyyət vermək lazım deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM - “Gürcü arzusu” hökuməti TANINMAYACAQ
Bu gün, 02:26 |
|
|
|
• Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? - AKTUAL
Bu gün, 02:21 |
|
|
|
• Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Əmlak xidməti qanunları necə çeynəyir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:11 |
|
|
|
• “Nar”ın dəstəyi ilə debat forum keçirildi - FOTO
Bu gün, 02:02 |
|
|
|
• Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 01:59 |
|
|
|
• Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi - GƏLİŞMƏ
Bu gün, 01:57 |
|
|
|
• "Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..."
Bu gün, 01:55 |
|
|
|
• Keşiş Baqrat "səhvlərini" etiraf edib - KİV
Bu gün, 01:53 |
|
|
|
• Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:50 |
|
|
|
• Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı - Novella Cəfəroğlu
Bu gün, 01:47 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib - HESABAT
Bu gün, 00:04 |
|
|
|
• Putinin üzrxahlığının PƏRDƏARXASI: - Kremlin planı nədir?
Bu gün, 00:02 |
|
|
|
• "Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir - İspan KİV
Dünən, 23:59 |
|
|
|
• “Burada gecələyəcəyəm” - Zurabişvili
Dünən, 23:58 |
|
|
|
• Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Dünən, 23:55 |
|
|
|
• 4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
Dünən, 21:17 |
|
|
|
• “Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” - Başqa cür ola da bilməz...
Dünən, 21:13 |
|
|
|
• Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Dünən, 21:08 |
|
|
|
• "Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Dünən, 19:04 |
|
|
|
• Daha 24 cənazə Azərbaycana gətirilir
Dünən, 18:57 |
|
|
|
• Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Dünən, 18:53 |
|
|
|
• Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Dünən, 18:50 |
|
|
|
• Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Dünən, 18:00 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Dünən, 17:59 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Dünən, 17:58 |
|
|
|
• Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Dünən, 17:57 |
|
|
|
• Zelenski İlham Əliyevə zəng edib
Dünən, 17:54 |
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Dünən, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Dünən, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Dünən, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Dünən, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Dünən, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Dünən, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Dünən, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Dünən, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:41 |
|
|
|
• "Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Dünən, 11:39 |
|
|
|
• Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Dünən, 11:38 |
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Dünən, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Dünən, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Dünən, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Dünən, 11:18 |
|
|
|
• Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Dünən, 11:15 |
|
|
|
• Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Dünən, 11:02 |
|
|
|
• “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:57 |
|
|
|
• Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Dünən, 10:56 |
|
|
|
• İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Dünən, 10:54 |
|
|
|
|