Rabitə və yüksək texnologiyalar nazirinin şübhəli kadr siyasəti: - Əli Abdullayev Kimdir?
Tarix: 6-09-2016, 16:36 | Çap et
Xəbər verdiyimiz kimi ilkin mərhələdə, nazir Ramin Quluzadənin əmri ilə bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni aparat rəhbəri təyin olundu. Korrupsiya və müxtəlif cinayətlərdə iştirakına görə, həbs olunan Vidadi Zeynalovun yerini Əli İzzət oğlu Abdullayev tutub. Bu təyinat cəmiyyətə ilk baxışdan heç nə deməsə də, bir qədər dərindən maraqlandıqda ortaya ciddi suallar çıxarır və müəyyən ehtimallara yol açır. Məsələ ondadır ki, gənc kadr kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ciddi islahatlar aparacağı, qurumda şəffaflığı təmin edəcəyi gözlənilən nazir Ramin Quluzadə, korrupsioner kimi işdən qovulan və həbs olunan Vidadi Zeynalovun yerinə adı irimiqyaslı maxinasiyalarda qırmızı xəttlə keçən bir başqa qurumda rəhbər vəzifə tutan şəxsi təyin etməklə, yumşaq desək, özünün əsl niyyəti ilə bağlı şübhələrə yol açmış oldu. Niyə? Bu suala cavab verməzdən öncə qeyd edək ki, rəsmi olaraq Əli Abdullayevin tərcümeyi-halı haqqında qısa məlumat verilib. Onun 1979-cu ildə anadan olduğu , Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirdiyi bildirilir. Daha sonra qeyd edilir ki, Əli Abdullayev 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib. Çox gözəl.. Ancaq maraqlıdır, 1979-cu ildə anadan olan Əli Abdullayev 2001-ci ildə, yəni 22 yaşında, əmək fəaliyyətinə başlayan kimi hansı keyfiyyətlərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri kimi məsul vəzifəyə təyin olunub. Diqqət edin, birbaşa müdir… Əli Abdullayev tanıyanların sözlərinə görə, o, xüsusi istedadı və savadı ilə fərqlənən biri olmayıb. Zatən Azərbaycanda bu keyfiyyətlər hansısa qurumda vəzifə təyinatında bəlkə də, sonuncu rol oynayır. Əvəzində qohumluq, tanışlıq, "hörmət” kimi "keyfiyyətlər” ön plana çəkilir ki, biz də bu reallığı əsas tutaraq, Əli Abdullayevin bunlardan hansından yararlanaraq, irəli çəkildiyini araşdırdıq. Məlum oldu ki, Əli Abdullayevin birdən-birə yüksək vəzifəyə təyin olunmasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin xüsusi rolu olub. Belə ki, əldə etdiyimiz məlumata görə, Əli Abdullayev də Fərhad Əliyevlə həmyerlidir, əslən Cəlilabad rayonundandır. Eyni zamanda onların arasında qohumluq münasibətlərinin də olduğu bildirilir. Əli Abdullayevin atası İzzət Abdullayev ötən əsrin 70-ci illərində Cəlilabad Rayon İcraiyyə Komitəsinə rəhbərlik edib. Sonralar Biləsuvar və Cəlilabad rayonlarında suvarma idarələrinin rəisi, Meliorasiya və Su Təsərrüfatı Komitəsində məsul vəzifədə işləyib. Respublikanın əməkdar mühəndisidir. Fərhad Əliyevin yüksəlişində də bir qohum kimi Əli Abdullayevin atasının ciddi dəstəyi olub. Sabiq nazir də bunun qarşılığı olaraq, onun oğlunu ali məktəbi bitirən kimi yüksək vəzifəyə təyin edib. Hələ 2 il əvvəl "AzPolitika.info” da dərc olunan "AZƏRBAYCANDAKI ƏMLAK TALANININ ASTAR ÜZÜ” adlı araşdırmada da Əmlak Komitəsində baş verən hadisələrdən məlumatlı şəxsin maraqlı bir fikri dərc olunub. Sitat: "Əvvəllər K.Həsənovun rəhbərlik etdiyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentində hüquq şöbəsinin müdiri vəzifəsində işləmiş Əli Abdullayevin Fərhad Əliyevlə qohumluq əlaqəsi olduğu üçün, K.Həsənov onun komitənin mərkəzi aparatında işləməyini heç vəchlə həzm edə bilməzdi. Odur ki, onu Mərkəzi Aparatdan uzaqlaşdırmaq üçün guya ən məsuliyyətli sahəni ona etibar etdiyini bildirib, RAM-a baş direktor təyin etdi. Bununla da həm gələcək naminə özünü sığortaladı, həm də F.Əliyevin ona hər hansı problem yaratmaması üçün qohumunu auksiondakı saxtakarlıqlara şərik etdi”. Həmin mənbə 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinə (Əvvələr Respublika Auksion Mərkəzi (RAM) adlanırdı-red.) rəhbərlik edən Əli Abdullayevin isə Kərəm Həsənovun etimadını doğrultduğunu, tapşırıqlarını artıqlaması ilə yerinə yetirdiyini bildirir. "Gənc olmasına baxmayaraq, Kərəm Həsənovun "barmaq istədiyi yerdən əl, bəzən hətta qol qoparıb” gətirməyi bacardı” deyə mənbə bildirir. Qeyd edək ki, dövlət mülkiyyətinin özəlləşdirilməsində olan maxinasiyaların böyük əksəriyyətinin məhz Auksion Mərkəzində reallaşdırıldığı heç kimə sirr deyil. Burda isə Əli Abdullayevin iştirak etməməsi mümkün deyildi. Bununla bağlı yuxarıda adını qeyd etdiyimiz araşdırmadan bir epizodu xatırladaq: "Bəzən müəssisənin səhm zərfini ələ keçirmək istəyən şəxsin heç özəlləşdirmə payı alıb, arxa qapıdan auksionda təqdim etməsinə ehtiyac qalmırdı. Onsuz da K.Həsənova və R.Şahbazova məlum idi ki, çeklər dövriyyədən çıxdıqdan sonra həmin payları 1-2 manatdan almaq mümkün olacaq. Amma müəssisənin səhm zərfini ələ keçirmək istəyən şəxsdən təqdim edəcəyi özəlləşdirmə payının miqdarına görə, bir ədədinin pulunu 8-10 manatdan alırdılar. Bu gün "qara bazarda” hələ də özəlləşdirmə paylarının satılması da bundan xəbər verir… Səhmləri satılmış ASC-də birinci ümumi yığıncaq keçirilərkən, səhm paketini müəyyən məbləğdə ələ keçirmiş şəxsin müəssisənin səhmlərinin 80-90 %-ni necə, hansı yolla əldə etdiyi aydın olurdu. Görəsən sadə vətəndaşdan 2-3 özəlləşdirmə payı qəbul edilməsinə istədiyi formada maneçilik törədən RAM-ın baş direktoru – K.Həsənovun, R.Şahbazovun həmyerlisi Əli Abdullayev, bir şəxsdən 500-2000 ədəd özəlləşdirmə payını necə, hansı şəraitdə qəbul edirdi?” Qeyd edək ki, 2007-ci ildən sonra yaradılmış Açıq Səhmar Cəmiyyətlərin (ASC-lərin) səhmləri ildə 5-6 ixtisaslaşdırılmış çek hərracı keçirilməklə 15-30 % hissələrə bölünərək satılıb. Məqsəd çek hərracı keçirilməsi haqqında görüntü yaratmaqdan, vaxtı uzatmaqdan ibarət olub. Nəticədə bu qaydada keçirilən ixtisaslaşdırılmış çek hərracında istənilən şəxsi və ya onun ailə üzvlərini qalib elan etmək daha asan idi. Beləliklə də, cek həracı keçirilmə görüntüsü yaradılaraq, dövlət əmlakı bəzi şəxslərə satılıb və ya talan edilb. 2007-ci ildən sonra Hərracların Təşkili üzrə Auksion Mərkəzinə rəhbərlik etmiş Əli Abdulayevin bu proseslərdən kənarda qaldığını iddia etmək çətindir. Təsadüfi deyil ki, Kərəm Həsənovun ASC-lərlə bağlı niyyətini reallaşdırmasında Rüstəm Şahbazovun onun "sağ əli”, Əli Abdulayevin isə "sol əli” olduğu bildirilir. Yəni, Əli Abdulayevin uzun illərdir rəhbərlik etdiyi sahədə ciddi qanun pozuntularının, korrupsiyanın, maxinasiyaların olduğuna dair çoxsaylı iddialar, faktlar və sübutlar var. Hətta Prezident də bu vaxtacan aparılan özəlləşdirmə prosesindən narazılığını bildirib. Dövlət müəssisələrinin özəlləşdirildikdən sonra işləməməsinin, əmlakının talanmasının səbəbini bu prosesdə şəffaflığın təmin olunmaması ilə bağlayıb. Əli Abdulayev birbaşa bu prosesə rəhbərlik edən şəxslərdən biridir. İndi belə bir şəxsin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni Aparat rəhbəri təyin olunması, əlbəttə, təəccüb doğurmaya bilməz. Xüsusən də nəzərə alsaq ki, Prezident İlham Əlyev nazir Ramin Quluzadəyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ilk növbədə şəffaflığın təmin olunmasını tapşırıb, onun kadr seçiminə uğurlu başladığını söyləmək çətindir. Elə bu təyinatın səbəbini də… Məlumat üçün qeyd edək ki, cari ilin iyun ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi olub. "APA-Economics" xəbər verir ki, Əli Abdullayev nazirin birinci müavini təyin olunub. Bunadək Ə. Abdullayev nazirliyin aparatının rəhbəri olub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM - “Gürcü arzusu” hökuməti TANINMAYACAQ
Bu gün, 02:26 |
|
|
|
• Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? - AKTUAL
Bu gün, 02:21 |
|
|
|
• Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Əmlak xidməti qanunları necə çeynəyir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:11 |
|
|
|
• “Nar”ın dəstəyi ilə debat forum keçirildi - FOTO
Bu gün, 02:02 |
|
|
|
• Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 01:59 |
|
|
|
• Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi - GƏLİŞMƏ
Bu gün, 01:57 |
|
|
|
• "Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..."
Bu gün, 01:55 |
|
|
|
• Keşiş Baqrat "səhvlərini" etiraf edib - KİV
Bu gün, 01:53 |
|
|
|
• Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:50 |
|
|
|
• Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı - Novella Cəfəroğlu
Bu gün, 01:47 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib - HESABAT
Bu gün, 00:04 |
|
|
|
• Putinin üzrxahlığının PƏRDƏARXASI: - Kremlin planı nədir?
Bu gün, 00:02 |
|
|
|
• "Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir - İspan KİV
Dünən, 23:59 |
|
|
|
• “Burada gecələyəcəyəm” - Zurabişvili
Dünən, 23:58 |
|
|
|
• Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Dünən, 23:55 |
|
|
|
• 4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
Dünən, 21:17 |
|
|
|
• “Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” - Başqa cür ola da bilməz...
Dünən, 21:13 |
|
|
|
• Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Dünən, 21:08 |
|
|
|
• "Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Dünən, 19:04 |
|
|
|
• Daha 24 cənazə Azərbaycana gətirilir
Dünən, 18:57 |
|
|
|
• Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Dünən, 18:53 |
|
|
|
• Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Dünən, 18:50 |
|
|
|
• Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Dünən, 18:00 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Dünən, 17:59 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Dünən, 17:58 |
|
|
|
• Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Dünən, 17:57 |
|
|
|
• Zelenski İlham Əliyevə zəng edib
Dünən, 17:54 |
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Dünən, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Dünən, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Dünən, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Dünən, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Dünən, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Dünən, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Dünən, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Dünən, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:41 |
|
|
|
• "Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Dünən, 11:39 |
|
|
|
• Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Dünən, 11:38 |
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Dünən, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Dünən, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Dünən, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Dünən, 11:18 |
|
|
|
• Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Dünən, 11:15 |
|
|
|
• Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Dünən, 11:02 |
|
|
|
• “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:57 |
|
|
|
• Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Dünən, 10:56 |
|
|
|
• İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Dünən, 10:54 |
|
|
|
|