4 uşaq anası ölkənin birinci ledisinə müraciət etdi - Mətn
Tarix: 4-07-2016, 11:01 |
Çap et
Heydər Əliyev Fondunun Prezdenti
YUNESKO VƏ İSESKO-nun xoş məramlı
Səfiri Azərbaycanın birinci xanımı
Mehriban Əliyevaya
Masallı Rayonu Şərəfə kənd sakini
Həsənova İsmət Süleyman qızı tərəfindən
Müraciət:
Nəzərinizə çatdırıram ki,mən evdar qadınam və 4 uşaq anasıyam.Oğlum 2009-cu il təvəllüdlü Həsənov Ayhan Hakim oğlu KƏSKİN LEYKOZ xəstəsidir və 26.12.2015-ci il tarixdən B.Eyvazov adına ET Hematologiya və Transfuziologiya inistutunda müalicə olunur.Həmin vaxtdan indiyə kimi övladımın müalicəsi üçün həftəlik ximoterapiya və digər hallar üçün lazım olan dərmanları apteklərdən almaq üçün bütün əmlakımı satmışam.Qohumlarımdan da çoxlu borc almışam. Artıq övladımın müalicəsini davam etdirməyə və ona lazım olan dərman və iynələri almağa maddi imkanım qalmayıb. Əgər mənə kömək olunmasa sağalmaq imkanı artan övladımın müalicəsini dayandırmaq məcburiyyətində qalacam.
Mehriban xanım, Siz də anasınız. Ayhan sağalıb öz yaşıdları kimi məktəbə gedib həkim olmaq istəyir. Əgər müalicəsi davam edilməsə onun bu arzusu ürəyində qalacaq. Siz bir ana kimi yəqin ki mənim bunu düşünüb nələr çəkdiyimi başa düşərsiz. Mənim üç oğlum var. Üç oğul gələcəyin üç əsgəri deməkdir və deməli mən gələcəyin üç əsgər anasıyam. Xahiş edirəm, övladımın arzularının ürəyində qalmasına, onun gözünün işığının sönməsinə imkan verməyin. O,çox istedadlı uşaqdır.
Yazıb sizdən xaiş edirəm ki övladımın müalicə olunub sağalması üçün lazım olan dərmanların alınmasına və lazım olan digər xərclərin ödənilməsinə,ümumiyyətlə övladımın fondun himayəsinə götürülməsinə köməklik göstərəsiniz.
İmza:____________ Həsənova İ.S TEL:(050) 687 64 49
04.07.2016 (051) 615 93 49