Qusarda mədəniyyət problemi... - İTTİHAM VAR
Tarix: 23-06-2016, 11:42 | Çap et
Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələrində dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi haqda çox yazılıb. Qeyd edək ki, bəzi rayon şöbələrinin müdirləri və vəzifəli işçiləri aparılan araşdırmalardan sonra vəzifədən uzaqlaşdırılıblar. Xatırladaq ki, bir müddət əvvəl dövlət büdcəsinin məmurlar tərəfindən necə talanmasını Hesablama Palatasının audit yoxlamaları üzə çıxarıb. Və bu haqda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə məlumat verilib. Nazirin göstərişi ilə işdə yol verdiyi nöqsanlara, dövlət vəsaitini mənimsəməsinə görə Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyev, Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədov işdən çıxarılıb. Bundan başqa Ağdam və bir neçə rayon mədəniyyət və turizm şöbələrində aparılan yoxlamalarda da bu cür nöqsanlar üzə çıxıb. Hesablama Palatasının 2015-ci il 31 mart tarixli Q-39 nömrəli Kollegiya Qərarına əsasən dövlət büdcəsinin yerli xərclərindən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə və struktur bölmələrinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair audit yoxlamalar həyata keçirilib. Hesablama Palatasının 30 iyul 2015-ci il tarixli Q-115 saylı qərarında göstərilir ki, idarədə təxminən 1 milyon manata yaxın vəsaitin mənimsənildiyi üzə çıxıb. Belə ki, Kollegiya Qərarının 3.1-ci bəndinə əsasən Hesablama Palatasınn Kollegiyası auditin nəticələrini müzakirə edərək qərara alıb ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 1 nömrəli Maliyyə və İqtisad Regional bölməsi tərəfindən işçilərin Türkiyə Respublikasının İstanbul şəhərində istirahəti üzrə xərc edilmiş 18.018 manat, Xızı rayonunun Altıağac qəsəbəsində treninqin təşkili üzrə xərc edilmiş 36.800 manat, Novruz Bayramı şənliklərinin keçirilməsi üzrə 5850 manat, silinmiş mal-material qiymətlərinin dəyəri üzrə 47.932.4 manat, mərkəzləşdirilmiş xərclər hesabına verilən mal-materialların çatışmazlığı üzrə 152.783 manat, artıq ödənilmiş əmək haqqı üzrə 665.1 manat, artıq ödənilmiş ezamiyyə xərci üzrə 27.204.8 manat vəsaitin nəğd qaydada, 173.553.8 manat dəyərində mal-materialların natura formasında bərpası, 299.634.5 manat dəyərində mal-materialların isə digər uyğun mallarla əvəz edilməsi, muzeylərə alınmış 46.676.8 manat eksponatların əsas vəsait kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əvəzsiz qaydada verilmiş mal-material qiymətliləri üzrə 560.280,0 manat ƏDV-nin uçota götürülməsi nəzərə alınsın. Göründüyü kimi, Mədəniyyət və Turizm Nazirliyinin tabeli qurumlarının bir çoxunda büdcə yeyintiləri mövcuddur. Gundelik-baku.com-a daxil olan məlumatlarda iddia olunur ki, Qusar rayon Mədəniyyət və Turizm Şöbəsində də büdcədən kənara çıxma halları var. Bu barədə bir qədər sonra. Məlumat üçün bildirmək istəyirik ki, rayonda 2 memarlıq, 46 arxeoloji ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri var. Rayonun Əniğ kəndində XIII əsrə aid qala divarların qalıqları, Həzrə kəndindəki 1544-cü ildə tikilmiş Şeyx Cüneyd türbəsi ölkə əhəmiyyətli memarlıq abidələri kimi dövlət tərəfindən qorunur. Qusar rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 20 mədəniyyət evi, 42 klub, 75 kitabxana, 1 tarix-diyarşünaslıq muzeyi, 1 dövlət rəsm qalereyası, 1 uşaq incəsənət məktəbi və 1 mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Məlumatlı mənbələrin bildirdiyinə görə, şöbə müdiri David İbramxəlilovun fəaliyyətindəki qanunsuzluqların nəticəsində rayonun mədəniyyət müəssisələrinin bir çoxu bərbad vəziyyətə düşüb: «Belə ki, Qusardakı mədəniyyət evləri və kitabxanaların əksəriyyəti baxımsız qalıb. Həmin müəssisələrin yetərli hissəsinin əsaslı təmirə ehtiyacı var. Deyilənə görə, şöbə müdiri ildə iki dəfə bu mədəniyyət müəssisələrinin təmiri adı altında büdcədən vəsait almağa nail olur. Lakin bu vəsaitlər təyinatı üzrə istifadə edilmir. Qusar rayonunda fəaliyyət göstərən mədəniyyət evləri, kitabxanalar və klublarda ştatdan kənar işçilər, yəni «ölü can»lar çalışırlar. David müəllim özünə yaxın adamların, habelə bəzi qohumlarının adını həmin müəssisələrdə işçi kimi yazdıraraq hər ay külli miqdarda gəlir götürür. Bundan başqa, Qusar rayon Mədəniyyət və Turizm Şöbəsinin işçiləri mütəmadi olaraq «ezamiyyət»ə göndərilir. Bu «ezamiyyət»lər üçün ayrılan vəsaitlərin də şöbə müdirinə çatdığı güman edilir». Etibarlı mənbənin bildirdiyinə əsasən, Qusar rayonunda fəaliyyət göstərən iri və xırda turizm obyektlərinin rəhbər şəxsləri də şöbə müdirinin qulluğunda nə cür lazımdırsa dayanırlar. Bildirilir ki, David İbramxəlilova verilən «mükafat» yay və qış aylarına görə dəyişir. Yəni şöbə müdiri turizm obyektlərindən yay aylarında daha çox xeyir götürür. Onun Qusarda möhtəşəm villasının, bir neçə istirahət mərkəzinin, market və avtoyuma məntəqəsinin olduğu da gələn məlumatlar arasındadır. Yəqin ki, nazir Əbülfəs Qarayev Qusardakı kadrının fəaliyyətini tezliklə araşdırıb onun barəsində lazımi ölçü götürəcək. Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Bu gün, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Bu gün, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Bu gün, 18:09 |
|
|
|
• Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Bu gün, 17:55 |
|
|
|
• AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Bu gün, 17:51 |
|
|
|
• Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Bu gün, 17:42 |
|
|
|
• Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Bu gün, 17:37 |
|
|
|
• Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:29 |
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Bu gün, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Bu gün, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Bu gün, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Bu gün, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Bu gün, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Bu gün, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Bu gün, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Bu gün, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Bu gün, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Bu gün, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Bu gün, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Bu gün, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Bu gün, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Bu gün, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Bu gün, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Bu gün, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Bu gün, 15:59 |
|
|
|
• “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Bu gün, 15:32 |
|
|
|
• Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Bu gün, 15:25 |
|
|
|
• "Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Bu gün, 15:18 |
|
|
|
• Daha iki "TikToker" həbs edildi - FOTO
Bu gün, 15:17 |
|
|
|
• NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Bu gün, 15:14 |
|
|
|
• Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 14:02 |
|
|
|
• Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Bu gün, 13:11 |
|
|
|
• Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Bu gün, 13:09 |
|
|
|
• Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Bu gün, 13:07 |
|
|
|
• Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Bu gün, 13:01 |
|
|
|
• Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:55 |
|
|
|
• Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Bu gün, 12:51 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48 |
|
|
|
• Yanğınsöndürən Babək “Sea Breeze”də niyə öldü? - İşdən sonra fəhləlik edirmiş
Bu gün, 12:44 |
|
|
|
• Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər – Amma Ukraynanı suçlayırlar
Bu gün, 12:42 |
|
|
|
• Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir? - AKTUAL
Bu gün, 12:34 |
|
|
|
• "Təyyarə qəzasını quru sərhədlərlə əlaqələndirənlər avtomobil qəzalarını nə ilə əlaqələndirirlər?" - deputat
Bu gün, 12:27 |
|
|
|
• "Ekipaj üzvləri vəzifələrini qəhrəmancasına yerinə yetirib" - AZAL-ın prezidenti
Bu gün, 12:23 |
|
|
|
• Sənan Əsədzadə maşın almaq istəyən vətəndaşın 27 min manatını qaytarmır - Nə maşından xəbər var, nə də puldan!
Bu gün, 12:20 |
|
|
|
• "Şəhər açıq şəkildə görünürdü... lakin eniş etməyə icazə vermədilər" - Hökümə xanım sanki öləcəyini hiss etmişdi...
Bu gün, 12:08 |
|
|
|
|