Lerik maliyyəsinin təhsil və mədəniyyət “xərcləri” - Yeyinti ittihamı...
Tarix: 10-06-2016, 12:13 | Çap et
Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Lerik rayonu Maliyyə İdarəsinin rəisi Elman Abbasovun öz fəaliyyətində yol verdiyi bir sıra qanun pozuntularına, o cümlədən heç bir maddi texniki bazaya malik olmayan müxtəlif şirkətlərlə törədilən maliyyə maxinasiyalarına dair açıqlamalar təqdim olunur. Mənbələrin iddialarına görə, əgər son bir neçə ildə rayona ayrılmış büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi xüsusunda ölkənin Maliyyə Nazirliyi tərəfindən müvafiq yoxlama keçirilərsə, bu zaman külli-miqdarda vəsaitlərin mənimsənilməsi halları aşkar olunar. Bir tərəfdən, bizimdovr.az-a təqdim edilən açıqlamalarda vurğulanır ki, Lerik Rayon İcra Hakimiyyətinin inzibati ərazi vahidləri üzrə nümayəndəliklərində bu kimi mənimsəmə hallarına daha çox rast gəlmək mümkündür. Digər tərəfdən isə, yerli mənbələr Elman Abbasovun müəyyən saxta, yəni əslində heç bir maddi-texniki bazası olmayan şirkətlərlə iş birliyinə girərək müxtəlif maliyyə maxinasiyaları törətdiyini iddia edirlər. Həmçinin açıqlamalarda vurğulanır ki, bu maxinasiyaların reallaşmasında Lerik Rayon Təhsil Şöbəsinin və rayonun Mədəniyyət və Turizm İdarəsinin iştirakı da müstəsna əhəmiyyət kəsb edir.
Bu xüsusda məlumatlarda bildirilir ki, Lerik RTŞ-nin müdiri Balaşirin Nəsirov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, guya ki, təhsil şöbəsinə mebel və başqa avadanlıqlar alınması adı ilə hər il külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsini həyata keçirir. Bundan başqa bəzi kənd məktəblərində istilik sisteminin odun yandırılan dəmir sobalarla təmin olunması da Balaşirin Nəsirov və Elman Abbasov üçün ayrıca bir gəlir mənbəyidir. Belə ki, şöbə müdiri hər il guya ki, həmin sobaların yeniləri ilə əvəz olunması adı ilə də külli-miqdarda vəsaitlərin ayrılmasına və mənimsənilməsinə nail olur. Həmçinin məlumatda qeyd olunur ki, bu işdə bəzi məktəb direktorları da Balaşirin Nəsirovla əlbir olurlar.
Bundan başqa, bizimdovr.az-a daxil olan məlumatlarda Lerik rayonu Mədəniyyət və Turizm İdarəsinin müdiri Adil Sucayevin də fəaliyyətində yer almış ciddi nöqsanlara dair faktlar öz əksini tapmışdır. Məlum olduğu kimi, Adil Sucayev Lerik rayonundan Milli Məclisin deputatı Hüseynbala Mirələmovun bacısı oğludur. Mənbələrin deməyinə görə, Adil Sucayevin hazırda tutduğu vəzifəyə də təyinatı məhz millət vəkilinin səyləri nəticəsində baş tutub. Halbuki, bu məmurun nə ali təhsili var, nə də bitirdiyi Politexnik texnikumunda aldığı mühəndis ixtisası tutduğu vəzifəyə uyğun deyil. Amma bütün bunlara baxmayaraq, Adil Sucayev artıq uzun illərdir ki, Lerik RİH-nin başçısı Rövşən Bağırovun qardaşı Fərhad Bağırovla və Maliyyə İdarəsinin rəisi Elman Abbasovla əl-ələ verərək, rayonda mədəniyyət və turizm sahələrinin inkişafına ayrılan dövlət vəsaitlərini talamaqla məşğuldur. Belə ki, bölgədə turizmin və mədəniyyətin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri təyinatı üzrə istifadə olunmur. Bu vəsaitlərin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Fərhad Bağırov, Adil Sucayev və Elman Abbasov tərəfindən mənimsənilir. Xatırlayırsınızsa bir müddət əvvəl də qəzetimizin səhifələrində Fərhad Bağırovun bu yönümdə fəaliyyətindən bəhs edən materiallar dərc olunmuşdu. Həmin yazılarda Lerik rayonunda bəzi binaların əsaslı təmiri zəminində yaranmış müəyyən problemlər müzakirəyə çıxarılmışdı. Materiallarda qeyd olunmuşdu ki, Lerik rayon Mədəniyyət evinin, musiqi məktəbinin və bir çox digər obyektlərin təmir işlərində çeşidli maxinasiyalara yol verilib. Həmin vaxt təkcə rayon mədəniyyət evində görülən işlərin smeta dəyəri 485000 (dörd yüz səksən beş min) manat qiymətləndirilmişdi. Fərhad Bağırovun icraçı kimi fəaliyyəti nəticəsində əldə etdiyi gəlir isə, 160000 (yüz altmış min) manat məbləğində qiymətləndirilirdi. Bütün bu məbləğlər isə, aydındır ki, bilavasitə Elman Abbasovun nəzarəti altında “dövriyyəyə buraxılır”...
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Bu gün, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Bu gün, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Bu gün, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Bu gün, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Bu gün, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Bu gün, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Bu gün, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Bu gün, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Bu gün, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Bu gün, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Bu gün, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Bu gün, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Bu gün, 15:59 |
|
|
|
• “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Bu gün, 15:32 |
|
|
|
• Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Bu gün, 15:25 |
|
|
|
• "Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Bu gün, 15:18 |
|
|
|
• Daha iki "TikToker" həbs edildi - FOTO
Bu gün, 15:17 |
|
|
|
• NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Bu gün, 15:14 |
|
|
|
• Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 14:02 |
|
|
|
• Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Bu gün, 13:11 |
|
|
|
• Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Bu gün, 13:09 |
|
|
|
• Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Bu gün, 13:07 |
|
|
|
• Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Bu gün, 13:01 |
|
|
|
• Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:55 |
|
|
|
• Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Bu gün, 12:51 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48 |
|
|
|
• Yanğınsöndürən Babək “Sea Breeze”də niyə öldü? - İşdən sonra fəhləlik edirmiş
Bu gün, 12:44 |
|
|
|
• Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər – Amma Ukraynanı suçlayırlar
Bu gün, 12:42 |
|
|
|
• Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir? - AKTUAL
Bu gün, 12:34 |
|
|
|
• "Təyyarə qəzasını quru sərhədlərlə əlaqələndirənlər avtomobil qəzalarını nə ilə əlaqələndirirlər?" - deputat
Bu gün, 12:27 |
|
|
|
• "Ekipaj üzvləri vəzifələrini qəhrəmancasına yerinə yetirib" - AZAL-ın prezidenti
Bu gün, 12:23 |
|
|
|
• Sənan Əsədzadə maşın almaq istəyən vətəndaşın 27 min manatını qaytarmır - Nə maşından xəbər var, nə də puldan!
Bu gün, 12:20 |
|
|
|
• "Şəhər açıq şəkildə görünürdü... lakin eniş etməyə icazə vermədilər" - Hökümə xanım sanki öləcəyini hiss etmişdi...
Bu gün, 12:08 |
|
|
|
• Koronaya yoluxduğu deyilən Paşinyan Aİ sammitinə qatılacaq... - BƏHANƏ İMİŞ...
Bu gün, 12:01 |
|
|
|
• Ruslar təyyarəmizi vurduqlarını ETİRAF ETSƏLƏR... - NƏ BAŞ VERİR?
Bu gün, 11:57 |
|
|
|
• Cahangir Hacıyevin səhhəti pisləşib - vəkilindən AÇIQLAMA
Bu gün, 11:53 |
|
|
|
• D8-də Pezeşkian üçün çətin anlar və ütülü bəyanatlar - “Regnum”
Bu gün, 11:41 |
|
|
|
• Təhsil Nazirliyinin 3.8 milyonluq tenderi verdiyi şirkətin adı açıqlandı - Nizamnamə kapitalı 10 AZN-dir
Bu gün, 11:32 |
|
|
|
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Azintelekom”la “alveri” baş tutmadı
Bu gün, 11:30 |
|
|
|
• "Deməli, bu pul rəhbərlik tərəfindən yeyilir..." - İTTİHAM VAR...
Bu gün, 11:26 |
|
|
|
• Ankara ilə İrəvan arasında dialoq... - ŞƏRH
Bu gün, 11:13 |
|
|
|
• 2025-ci il Azərbaycan iqtisadiyyatını nə gözləyir? – Mühüm plan işə düşür
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycanda 2 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 11:06 |
|
|
|
• Qərbi Azərbaycanla bağlı QAPALI GÖRÜŞ... - “Paşinyan Əliyevlə razılaşıb”
Bu gün, 11:05 |
|
|
|
• Bakıda kirayə mənzillər niyə bahalaşır? - AÇIQLAMA
Bu gün, 11:02 |
|
|
|
• Hökumənin meyiti tapıldı - Qazaxıstan mediası
Bu gün, 10:58 |
|
|
|
|