Ölkənin 2 iri xəz-dəri dükanından olan "Femina" dövlətə fırıldaq gəlirmiş... - İDDİA
Tarix: 9-06-2016, 12:08 | Çap et
Azərbaycanda xəz-dəri satışı ilə məşğul olan az sayda firma olsa da, onların bəzilərinin doğru-düzgün işləmədikləri hamıya gün kimi aydındır. Həmin firmaların sırasında «Femina» xəz-dəri qalereyasının adı öndə çəkilməkdədir. Təbii ki, bu səbəbsiz deyil. Belə ki, buradan xəz-dəri alan müştərilər bir müddət sonra narazılıq etməyə başlayırlar. Çünki firmanın vətəndaşlara təqdim etdiyi malların əksəriyyəti keyfiyyətsizdir. Gundelik-baku.com-a verilən məlumatlarda bildirilir ki, sözügedən firmanın Bakıya gətirdiyi və müştərilərinə Yunanıstan, İtaliya, hətta Kanada malı kimi təqdim etdiyi xəz-dərilərin əslində Çindən gətirildiyi üzə çıxıb. Müştərilərin bir çoxu artıq mətbuata və rəsmi qurumlara üz tutaraq, onlara Avropa malı adı altında baha qiymətə satılmış məhsulların Çində istehsal olunduğu səbəbindən aldadıldıqlarından şikayətçi düşüblər. Tələbləri də budur ki, dəymiş zərər ödənilsin. “Femina»nın sahibi isə o qədər irəli gedib ki, hətta onlardan mal alan şəxsləri ələ salmaqdan da çəkinmir. Məsələn, qiyməti 4-5 min manat olan xəz-dərinin İtaliya, Yunanıstan və ya Kanada malı olduğu deyilsə də, içində Çin istehsalı olduğu yazılmış «birka»sı göz çıxarır. Qeyd edək ki, «Femina»nın firma mağazası «Sədərək» Ticarət Mərkəzində yerləşir və satışa çıxardıqları malların ən ucuzu 4500 manatdır. Lakin dükana yaxınlaşıb mal almaq istədikdə qiymətlər dəyişməyə başlayır. Məsələn, 4500 manatlıq xəz paltodan 2000 manat endirim edib, müştərini cəlb etməyə çalışırlar. Sonradan bu rəqəm daha 500 manat aşağı salınır. Əgər alıcı almadan çıxıb gedərsə, qapıdaca ona 1400 manatlıq bir təklif gəlir. Maraqlıdır, Kanada və ya Yunanıstanda istehsal olunmuş xəz-dəri palto necə olur ki, Bakıda 1400 manata satılır? Hərçənd istehsalçı ölkənin özündə qiymətlər 2000 avrodan başlayır. «Femina» müştərilərinin bir qismini «Sədərək»də aldatsa da, bir qismini də filialı olan «Monika» mağazasında ələ keçirməyə çalışır. Alıcıların bəziləri iddia edirlər ki, «Monika»da satılan xəz-dəri məhsullarının böyük əksəriyyəti geyinilmiş və ya ikinci əl mallardır. Elə qiymətləri də xeyli aşağıdır. Məlumat üçün deyək ki, «Femina»nın sahibi Salman Mirzalıyevdir. Onunla bağlı ilginc məlumat ondan ibarətdir ki, firmanın rəhbəri ermənilər tərəfindən işğal olunmuş rayonlarımızdan birindəndir. Deyilənə görə, böyük maddi imkanlarına baxmayaraq, Mirzalıyev məcburi köçkün statusundan yararlanaraq müavinət belə alır: «Femina»nın sahibi hətta körpələr evinin otaqlarını da zəbt edərək orada yaşayır». Məlumata görə, “Femina”nın idxal etdiyi məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatılır ki, bu da xəzi, həmçinin dərini bir il müddətində ilk vəziyyətindəki kimi şux saxlayır. Bir il tamam olandan sonra isə “şuba”ların tükü tökülməyə və daxili hissəsində fəsadlar yaranmağa başlayır: «Burda satışa çıxarılan bütün məhsullar Çindən gətirilir. Reklamda deyilən məsələlərin hamısı yalandır. Buna baxmayaraq, qalereyada çalışan şəxslər müştərilərə satdığı malların yüz faiz orijinal olduğunu bildirirlər. Başqa sözlə desək, geyim dükanının rəhbərliyi müştəriləri aldadır. Fəaliyyətə başladığı ilk gündən istehlakçıların hüquqlarını pozan “Femina” bu yolla milyonlarla manat gəlir əldə edib. «Femina”nın reklamı güclü olduğundan vətəndaşlar burda satılan məhsulların keyfiyyətsiz ola biləcəyinə inanmırlar. Acı həqiqət isə budur ki, xəz-dəri qalereyasında təmiz məhsul satılmır». «Femina»nın sahibi Salman Mirzalıyev istehlakçıların hüquqlarını pozması azmış kimi, dövlət büdcəsinə də ziyan vurur. İddialara görə, iş adamına məxsus qalereyanın vergi hesabatı düzgün aparılmır və gəlir az göstərilməklə dövlətə cüzi miqdarda vergi keçirilir. Başqa sözlə desək, il ərzində külli miqdarda vəsait dövlət büdcəsindən yayındırılır. Fikrimizcə, bu, araşdırılması vacib olan faktdır. Odur ki, Vergilər Nazirliyinin məsul şəxsləri dərhal «Femina»da vergi yoxlamalarına başlamalı və külli miqdarda vəsaiti büdcədən yayındıran Salman Mirzalıyeva qarşı cəza tədbirləri görülməlidir. Araşdırmalarımız isə davam edir. Qarşı tərəfi də dinləyə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:29 |
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Bu gün, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Bu gün, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Bu gün, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Bu gün, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Bu gün, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Bu gün, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Bu gün, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Bu gün, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Bu gün, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Bu gün, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Bu gün, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Bu gün, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Bu gün, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Bu gün, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Bu gün, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Bu gün, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Bu gün, 15:59 |
|
|
|
• “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Bu gün, 15:32 |
|
|
|
• Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Bu gün, 15:25 |
|
|
|
• "Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Bu gün, 15:18 |
|
|
|
• Daha iki "TikToker" həbs edildi - FOTO
Bu gün, 15:17 |
|
|
|
• NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Bu gün, 15:14 |
|
|
|
• Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 14:02 |
|
|
|
• Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Bu gün, 13:11 |
|
|
|
• Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Bu gün, 13:09 |
|
|
|
• Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Bu gün, 13:07 |
|
|
|
• Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Bu gün, 13:01 |
|
|
|
• Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:55 |
|
|
|
• Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Bu gün, 12:51 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48 |
|
|
|
• Yanğınsöndürən Babək “Sea Breeze”də niyə öldü? - İşdən sonra fəhləlik edirmiş
Bu gün, 12:44 |
|
|
|
• Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər – Amma Ukraynanı suçlayırlar
Bu gün, 12:42 |
|
|
|
• Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir? - AKTUAL
Bu gün, 12:34 |
|
|
|
• "Təyyarə qəzasını quru sərhədlərlə əlaqələndirənlər avtomobil qəzalarını nə ilə əlaqələndirirlər?" - deputat
Bu gün, 12:27 |
|
|
|
• "Ekipaj üzvləri vəzifələrini qəhrəmancasına yerinə yetirib" - AZAL-ın prezidenti
Bu gün, 12:23 |
|
|
|
• Sənan Əsədzadə maşın almaq istəyən vətəndaşın 27 min manatını qaytarmır - Nə maşından xəbər var, nə də puldan!
Bu gün, 12:20 |
|
|
|
• "Şəhər açıq şəkildə görünürdü... lakin eniş etməyə icazə vermədilər" - Hökümə xanım sanki öləcəyini hiss etmişdi...
Bu gün, 12:08 |
|
|
|
• Koronaya yoluxduğu deyilən Paşinyan Aİ sammitinə qatılacaq... - BƏHANƏ İMİŞ...
Bu gün, 12:01 |
|
|
|
• Ruslar təyyarəmizi vurduqlarını ETİRAF ETSƏLƏR... - NƏ BAŞ VERİR?
Bu gün, 11:57 |
|
|
|
• Cahangir Hacıyevin səhhəti pisləşib - vəkilindən AÇIQLAMA
Bu gün, 11:53 |
|
|
|
• D8-də Pezeşkian üçün çətin anlar və ütülü bəyanatlar - “Regnum”
Bu gün, 11:41 |
|
|
|
• Təhsil Nazirliyinin 3.8 milyonluq tenderi verdiyi şirkətin adı açıqlandı - Nizamnamə kapitalı 10 AZN-dir
Bu gün, 11:32 |
|
|
|
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Azintelekom”la “alveri” baş tutmadı
Bu gün, 11:30 |
|
|
|
• "Deməli, bu pul rəhbərlik tərəfindən yeyilir..." - İTTİHAM VAR...
Bu gün, 11:26 |
|
|
|
|