Azərbaycanlı oliqarxlar beynəlxalq təşkilat EEİG-də “OBXSS” ənənəsi yaradıblar? - Kərim Əlirzayevin “Avropa standartları” uyğun sertifikat biznesi
Tarix: 8-06-2016, 10:31 | Çap et
İyunun 2-də Qafqaznews.az saytında sabiq MTN başçısı Eldar Mahmudov və Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə yaxın “kredit oliqarxları”nın Avropa İqtisadi Palatasının çətiri altında toplaşaraq müxtəlif maxinasiyalara əl atması haqda yazılmışdı. Yazıda bildirilirdi ki, əldə etdiyimiz məlumata görə, məhz Mahmudov-Hacıyev cütlüyünün yardımı ilə, Kərim Əlirzayev və onun yaxın adamı Nizami Piriyev Avropa İqtisadi Ticarət, Kommersiya Palatasının (EEİG) rəhbər vəzifəsinə təyin olunublar.
İlk baxışdan bu təşkilat siravi insanlarda xoş təəsürat yaradırdı. Ancaq sonra “kredit oliqarxları”nın əməlləri üzə çıxan kimi, EEİG-nin fəaliyyətinin əsl mahiyyəti ictimaiyyətə məlum oldu. Məsələn EEİG-nin Azərbaycan üzrə nümayəndəliyinin prezidenti Nizami Piriyev bir müddət DİN-in BMCMİ-də istirahət etdiyindən, ölkə ictimaiyyəti çox yazıb. Sonra EEİG-nin Türkiyə nümayəndəliyinin prezidenti, keçmiş gömrük monopolisti Kərim Əlirzayev barədə də çox yazılıb. Qafqaz Xəbər Agentliyi olaraq dəfələrlə Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry – EEIG) bəzi rəhbərlərinin qanunsuz əməllərindən bəhs etmişik. Haqqında bəhs etdiyimiz EEIG rəhbərlərindən biri də Kərim Əlirzayevdir.
Məlumat üçün bildirək ki, Kərim Əlirzayev əmisi, Milli Məclisin üzvü Əli Əlirzayevin “qanadları altında” Sumqayıt gömrüyündə uzun müddət “inhisarçı” kimi fəaliyyət göstərib. Sonradan əmisi Əli Əlirzayev parlamentə düşə bilməyib kənarda qalanda Kərim Əlirzayev ölkəni tərk edib Türkiyədə özünə “sığınacaq” tapır. Həmçinin, ötən yazımında onun MTN çətəsi ilə yaxınlığına toxunulmuş və qeyd edilmişdi ki, Eldar Mahmudov epopeyasının sonu çatan kimi, Kərim Əlirzayevin qardaşı oğlu Malik Əlirzayevin MTN-dəki xidmətinə son qoyuldu.
Məlumdur ki, ölkədə nüfuzunu itirən şəxslərin bir çoxu EEIG-də cəmləşərək, “bəlkə də qaytardılar” xülyası ilə yaşayırdılar. Kərim Əlirzayev də Türkiyədə oturaraq Brüsseldə EEİG-yə spiker seçilərək gələcək karyerası barədə düşünürdü. Xatırladaq ki,Qafqaz Xəbər Agentliyi 2015-ci ildə apardığı Kerim-62araşdırmalar zamanı tutulan “kredit oliqarxları” ilə bağlı maraqlı məqamları üzə çıxarıb. Məlum olub ki, tutulan sahibkarların böyük əksəriyyəti EEİG – Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatasının üzvləridir.
Agentliyin yaydığı xəbərdə xüsusi olaraq qeyd olunur ki, Azərbaycandan küsüb xarici ölkədə biznes quran oliqarxlar, sonradan öz doğma ölkələrinə qayıtmaq və əlverişli imkanlar qazanmaq üçün EEİG təşkilatına üzv olurlar. Yəni, EEİG bu şəxsləri sanki cəmiyyətin gözündə “reabilitasiya” edərək, onlara “toxunulmazlıq” statusu verir. Əks təqdirdə, vətənə qayıdanda onlara öz “şanlı keçmişlərini” yada salarlar.
EEİG-nin fəaliyyətinin nədən ibarət olmasına gəlincə isə, bu təşkilat hotellərə, yaxud hansısa qida məhsuluna, yaxud içkiyə EEİG-nin standartlarına uyğun olması haqda sertifikat verməklə məşğuldur. İyunun 7-də araşdırmaları davam etdirərək, EEİG-dəki sertifikat alverinə işıq salmağa çalışdıq. EEİG-nin “Avropanın OBXSS-i” kimi tanınması barədə ötən yazılarımızda da qeyd etmişdik. Belə ki, Azərbaycanda bir sıra iş adamlarının şöhrətpərəstliyi və ya özünü boş yerə təriflətdirmək, keyfiyyətsiz məhsullara “yüksək rəylər” qazanmaq həvəsi oxuculara məlumdur.
Bəzən hansısa həftəlik qəzet özündən mükafat təsis edir və hansısa “moyka” sahibinə “ilin adamı” və yaxud “mətbuatın dostu” mükafatını verir. Belə hallar barədə az eşitməmiş, az görməmişik. Lakin qərargahı Brüsseldə yerləşən, bir neçə ölkədə nümayəndəliyi olan, həm də Avropanın iqtisadi sahədə “bir nömrəli” təşkilatı olmağa iddialar daşıyan bir qurumun bu cür variantlara əl atması gülüncdür. Eyni zamanda da, bağışlanılmazdır. Çünki yüksək vəzifələrində azərbaycanlıların olduğu bu təşkilat belə addımlarla nəinki öz imicini, həm də Azərbaycanın adını bədnam edir. Mənfəətpərəst iş adamlarının Avropada sertifikat biznesi ilə məşğul olması, müxtəlif maxinasiyalara əl atması erməni lobbisinin də əlinə yetərincə əsas verir ki, azərbaycanlıları xarici ölkələrdə tənqid hədəfinə çevirib gözdən salsınlar.
Əlbəttə ki, dünyada sertifikat verilməsinə dair beynəlxalq təcrübə var və bu proses ekspertlər qrupunun nəzarətiylə, konkret şərt və tələblər əsasında aparılır. Amma Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatası (EEİG) adlı qurumda vəziyyət bir qədər başqadır. Və maraqlıdır ki, sözügedən proseslər məhz Kərim Əlirzayevin kurasiyasındadır. O, artıq neçə ildir “usanmadan” ona-buna sertifikat paylayır və heç bir tənqidən-rəzalətdən çəkinmir. Təsəvvür edin ki, EEİG ayrıca bir şəxsə Avropa Keyfiyyət və Xidmət Standartlarını almaq istəyən şirkətləri yoxlamaq üçün səlahiyyət verə bilər. Bəli, bir şəxsin rəyi ilə hansısa məhsula “avropa standartı” verilir. Bundan acınacaqlı nə ola bilər? Hətta həmin şəxs EEİG-nin “Avropa Keyfiyyət və Xidmət Standartı”nı almaq istəyən hər hansı bir şirkəti, müəssisəni və ya layihəni yoxlamaq hüququnu qazanır. Bir sözlə, EEİG-nin “Obexeys”i..? Yəqin “Obexeys”in nə olduğunu sovet adamları yaxşı xatırlayır…
İndi isə keçək konkret rəqəmlərə və əsas mətləbə. Görək, “sertifikat” adı altında EEİG nələr qazanır?
1.EEİG-i Avropa Standartlarının qiyməti
2. 3-cü kateqoriya üzrə 4000 Avro, 2-ci kateqoriya üzrə 6,500 avro, 1-ci kateqoriya üzrə 10,000 avrodur.(Hər bir standartın 3 səviyyədə də təsnifatı var) 2.Əgər sertifikat ilk yoxlanışda təsdiq olunmursa, vəziyyətini yaxşılaşdırmaq üçün şirkətə 1 ay vaxt verilir. Bir aydan sonra, şirkət ikinci dəfə yoxlanılır. Əgər standart yenidən təsdiq olunmazsa, biz şirkətə sonuncu şansı verə bilərik.
3.Şirkət yoxlandıqdan və təsdiq olunduqdan sonra, sertifikat verilir.
4. Yoxlamalar arasındakı dövr 1 aydan çox olmamalıdır və bütün prosses maksimum 3 ay içərisində bitməlidir.
5. Hər hansı bir müəssisə tərəfindən əldə edilən EEİG Avropa Standartları 5 il üçün etibarlıdır.
6.Regional idarələr tövsiyyə etdikləri şəxslər, şirkətlər və öz komissiya üzvləri üçün məsuliyyət daşıyır.
7. EEİG Avropa Standartları Sertifikatlarını almaq istəyən şirkətlər sertifikatı aldıqdan sonra 5 il EEİG-nin üzvü olacaq.
Üzvülük haqqı illik 500 avro və 1000 avro arasındadır və dəqiq illik üzvülük haqqı EEİG-nin Qərargahı tərəfindən qərara alınır. Bütün bunlar EEİG-nin rəsmi sənədlərində öz əksini tapıb. Təsəvvür edirsiniz bir sertifikat üçün 10 min avrodan söhbət gedir. Yəqin sonda hesab milyonlarla ölçülür. Bu pullar kimlərin cibinə gedir?
İndi isə EEİG-nin verdiyi sertifikarların “çeşid”inə nəzər salaq:
1.“Ekoloji Mənzil üzrə Avropa Keyfiyyət Standartı” (EuEcoQS)
2.“Orqanik məhsullar üzrə Avropa Keyfiyyət Standartı”(EuOPS)
3.“Avropa Xidmət Standartı”(EuSS)
4“Avropa Otel Standartı”(EuHS)
5.“Avropa Restoran Standartı(EuRS)
6“Avropa Qəhvə evləri / Kofe Haus Standartı”(EuCS)
7“ Düşərgə sahələri üzrə Avropa Keyfiyyət Standartı” (EuCSQS)
8.“ Evdən və Birbaşa Satışlar Avropa Keyfiyyət Möhürü”
9. “Muzey Keyfiyyət Möhürlü Avropa Muzey Standartı”
10.“Şərab Keyfiyyət Möhürlü Avropa Şərab Standartı”
11.“ Avropa Sağlamlıq Standartı”
12.“ Avropa Təhsildə Yüksək Keyfiyyət Standartı”
13.“Dil Məktəbi Standartı”
14.“Keyfiyyəti Möhürlü Elektron-Ticarət”- hazırlıq mərhələsi
15.“Lisenziya Mübadiləsi ” ( Lisenziyaların, patenlerin və françayzinqlərin vasitəçiliyi).
16.“AB-yinə namizəd ölkələrdə Münasib Müəssisələrin Mərkəzi Reyestri”
17.“ Avropa Mütəxəssislərinin Təsdiqi Mərkəzi Reyesteri”
18.Sertifikatlaşdırma üzrə İxtisaslı Mütəxəssislərin Təlimi
19.“ Yüksək Qabaqcıl Fəaliyyət Avropa Mükafatı”(İnnovasiya Mükafatı)
20.“Yüksək Dizayn Avropa Mükafatı
21.” Qlobal İqtisadiyyatda Yüksək Fəaliyyət Avropa Mükafatı ”
22.“Ticarətdə Yüksək Adalət Avropa Mükafatı”
23. “ Ekologiya və Davamlılığın İrəliləməsi üzrə Avropa Mükafatı ”(Ətraf mühit Mükafatı)
24.“Yüksək Texniki və Iqtisadi Əhəmiyyətli İxtiralar Avropa Mükafatı” (İxtira Mükafatı)
25. “ Qızıl Qəhvə Kubok ”-lu ən yaxşı Qəhvə şirkətlərini və Qəhvəxanalarını mükafatlandırmaq 26. “ Ticarətdə Avropa Mükəmməlliyi Mükafatı”
27.”Beynəlxalq Mətbuat Əlaqələri”
28.“Jurnalistlərin akkreditasiya”
29.“Press kartlarının verilməsi”.
Xatırlatma üçün qeyd edək ki, “Gənclərin təşəbbüsü” İB-nin sədri, EEİG-nin sabiq vitse -prezidenti Ülvi Kazımlı Qafqaz Xəbər Agentliyinə bildirib: “Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatasının verdiyi sertifikatların qiyməti 3-7 min avro arasında dəyişir. EEİG-nin Türkiyə nümayəndəliyinin prezidenti Kərim Əlirzayev mənə təklif elədi ki, sertifikatların satışı ilə məşğul olum.
Bu satışdan əldə olunan gəlir Avropada mərkəzi ofisə göndərilməli idi. Mən təklifdən imtina elədim”.
Müxbirimizin “ Nə üçün?” sualına Ü.Kazımlı belə cavab verib: “ Çünki mən bilirdim ki, bu sertifikatların heç bir əhəmiyyəti yoxdur”. K.Əlirzayev onun təşkilatda işləməsini inkar etsə də, Ülvi Kazımlı müxbirimizə bildirib: “Mən nəinki Kərim Əlirzayevin vaxtında EEİG-nin vitse- prezidenti olmuşam, hətta 2012-ci ildə Kərim Əlirzayevin Türkiyədə EEİG-nin keçirtdiyi tədbirdə iştirak etmişəm. Və Kərim Əlirzayev tərəfindən “Avesta” şirkətinin prezidenti Hacı İbrahimə EEİG-nin qızıl medalının təqdim olunmasının şahidi olmuşam”.
Tamerlan Zeynallı
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Bu gün, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Bu gün, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Bu gün, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Bu gün, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Bu gün, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Bu gün, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Bu gün, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Bu gün, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Bu gün, 15:59 |
|
|
|
• “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Bu gün, 15:32 |
|
|
|
• Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Bu gün, 15:25 |
|
|
|
• "Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Bu gün, 15:18 |
|
|
|
• Daha iki "TikToker" həbs edildi - FOTO
Bu gün, 15:17 |
|
|
|
• NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Bu gün, 15:14 |
|
|
|
• Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 14:02 |
|
|
|
• Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Bu gün, 13:11 |
|
|
|
• Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Bu gün, 13:09 |
|
|
|
• Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Bu gün, 13:07 |
|
|
|
• Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Bu gün, 13:01 |
|
|
|
• Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:55 |
|
|
|
• Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Bu gün, 12:51 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48 |
|
|
|
• Yanğınsöndürən Babək “Sea Breeze”də niyə öldü? - İşdən sonra fəhləlik edirmiş
Bu gün, 12:44 |
|
|
|
• Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər – Amma Ukraynanı suçlayırlar
Bu gün, 12:42 |
|
|
|
• Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir? - AKTUAL
Bu gün, 12:34 |
|
|
|
• "Təyyarə qəzasını quru sərhədlərlə əlaqələndirənlər avtomobil qəzalarını nə ilə əlaqələndirirlər?" - deputat
Bu gün, 12:27 |
|
|
|
• "Ekipaj üzvləri vəzifələrini qəhrəmancasına yerinə yetirib" - AZAL-ın prezidenti
Bu gün, 12:23 |
|
|
|
• Sənan Əsədzadə maşın almaq istəyən vətəndaşın 27 min manatını qaytarmır - Nə maşından xəbər var, nə də puldan!
Bu gün, 12:20 |
|
|
|
• "Şəhər açıq şəkildə görünürdü... lakin eniş etməyə icazə vermədilər" - Hökümə xanım sanki öləcəyini hiss etmişdi...
Bu gün, 12:08 |
|
|
|
• Koronaya yoluxduğu deyilən Paşinyan Aİ sammitinə qatılacaq... - BƏHANƏ İMİŞ...
Bu gün, 12:01 |
|
|
|
• Ruslar təyyarəmizi vurduqlarını ETİRAF ETSƏLƏR... - NƏ BAŞ VERİR?
Bu gün, 11:57 |
|
|
|
• Cahangir Hacıyevin səhhəti pisləşib - vəkilindən AÇIQLAMA
Bu gün, 11:53 |
|
|
|
• D8-də Pezeşkian üçün çətin anlar və ütülü bəyanatlar - “Regnum”
Bu gün, 11:41 |
|
|
|
• Təhsil Nazirliyinin 3.8 milyonluq tenderi verdiyi şirkətin adı açıqlandı - Nizamnamə kapitalı 10 AZN-dir
Bu gün, 11:32 |
|
|
|
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Azintelekom”la “alveri” baş tutmadı
Bu gün, 11:30 |
|
|
|
• "Deməli, bu pul rəhbərlik tərəfindən yeyilir..." - İTTİHAM VAR...
Bu gün, 11:26 |
|
|
|
• Ankara ilə İrəvan arasında dialoq... - ŞƏRH
Bu gün, 11:13 |
|
|
|
• 2025-ci il Azərbaycan iqtisadiyyatını nə gözləyir? – Mühüm plan işə düşür
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycanda 2 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 11:06 |
|
|
|
• Qərbi Azərbaycanla bağlı QAPALI GÖRÜŞ... - “Paşinyan Əliyevlə razılaşıb”
Bu gün, 11:05 |
|
|
|
• Bakıda kirayə mənzillər niyə bahalaşır? - AÇIQLAMA
Bu gün, 11:02 |
|
|
|
• Hökumənin meyiti tapıldı - Qazaxıstan mediası
Bu gün, 10:58 |
|
|
|
• Qumda konsertə görə iki məmur işdən qovulub, məhkəmə araşdırması aparılır - “İran İnternational”
Bu gün, 10:56 |
|
|
|
• Bakıdakı şadlıq saraylarında toylar dayandırılıb
Bu gün, 10:42 |
|
|
|
• Səhiyyə sistemindəki həbslər: `İsmayıllıya da gəlin...` - sakinlər ÇAĞIRIŞ ETDİ
Bu gün, 10:39 |
|
|
|
• Sağ qalan təyyarə bələdçisi Aydan Rəhimlinin xəstəxanadan görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:28 |
|
|
|
• Aktauda qəzaya uğrayan təyyarənin sağ qalan sərnişinlərindən 12 nəfər bu gün ölkəyə gətirilir - Qalanları isə...
Bu gün, 10:23 |
|
|
|
• “Capital City” sakinləri rəsmən BOĞAZA YIĞIB... - ÖZBAŞINALIQ!
Bu gün, 10:14 |
|
|
|
|