Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? .....                     Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib .....                     "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" .....                     Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi .....                     AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi .....                     Bu dövlət qurumu ləğv edilir .....                     Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                     Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ .....                     Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... .....                     ABŞ dərdimizə ŞƏRİK OLDU .....                     Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR .....                     Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib .....                     AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb .....                     TƏYYARƏMİZİ RUSLAR VURUB! .....                     Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı .....                     Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI .....                     Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına .....                     "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb .....                     "Canlarını qoymağa yer tapmırlar dünəndən..." .....                     Paşinyan Bakıya başsağlığı verdi .....                     Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? .....                     Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib .....                     Kanal kimin olacaq? .....                     Direktor şagirdi formaya görə cəzalandıra bilər? .....                     BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb .....                     "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" .....                     Balaəli məhkəməyə verildi .....                     Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib .....                     “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” .....                     Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? .....                     "Ekipaj üzvləri əllərindən gələni etdilər" .....                     Daha iki "TikToker" həbs edildi .....                     NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb .....                     Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır .....                     Xalq sülhə səs versə... .....                     Paşinyan Sankt-Peterburqa müavinini göndərib .....                     Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar .....                     Türkiyənin Suriya planı: .....                     Faciə qurbanları Tərtərdə yad edildi .....                 

İsgəndərovların sürüb keçən "Karvan"ı... - Narazılıq necə yaradılır...
Tarix: 15-02-2016, 12:09 | Çap et
İsgəndərovların sürüb keçən "Karvan"ı...
Son vaxtlar Sumqayıt şəhərində “Karvan” və “Cavid” ticarət mərkəzində sahibkarlar bir neçə dəfə etiraz aksiyası keçirib. Aksiyalara səbəb ticarət mərkəzində icarə haqlarının çox olması olub. Ümumiyyətlə, son vaxtlar ölkənin bir çox bölgələrindən aksiya xəbərləri yayılır. Bu baxımdan Sumqayıt şəhərindəki aksiyalar adi, digər etiraz toplanışlarından biri kimi görünə bilər. Amma bu yalnız ilk baxışda belədir. Məsələnin mahiyyəti isə tamamilə fərqlidir. Çünki baş verən son iki aksiyanın səbəbi yerli icra orqanları deyil, iri sahibkarlardır. Baş verənlərlə bağlı cumhuriyyet.az olaraq xüsusi araşdırma apardıq. İlk araşdırmamızın ünvanı isə “Cavid” Ticarət Mərkəzi və onun rəhbəri Nizami İsgəndərovla bağlıdır.
“Karvan” aksiyaları və ya “aksiya karvanları”
Ümumiyyətlə, “Karvan” və “Cavid” Ticarət Mərkəzində ivarə haqlarının yüksək olmasını əsaslandırmaq mümkün deyil. Qafqazın ən böyük və ən aktiv ticarət obyekti olan “Binə” və “Sədərək”də belə icarədarlara ciddi güzəştlər edildiyi halda Ağamirzə Əhədovun qiymət rinsipiallığına daha nə ad vermək olar? İcarədarlar hesab edir ki, əhalinin alıcılıq qabiliyyətinin getdikcə aşağı düşdüyü bir zamanda bu qiymətə dükan işlətməkdənsə, dünyanın biznes mərkəzlərindən hesab edilən Honq-Konqda icarədar olaraq çalışmaq daha sərfəlidir. Sahibkarların etirazlarına, ticarət mərəzinin sürətlə boşalmasına baxmayaraq rəhbərlik icarə qiymətlərinin azaldılması istiqamətində hər hansı addım atmayıb. Bu isə süni etiraz yaratmaqla açıqdan açığa sabotaj sayıla bilər. Bu gün “Cavid” ticarət mərkəzində çalışan insanların böyük əksəriyyəti hesab edir ki, Zaman İsgəndərov Nizami İsgəndərovdan fərqli olaraq əməkdaşların rahat bir ortamda fəaliyyətinə daha ciddi yanaşır, arenda pulu xaricində icarədarların heç bir işinə qarışmırdı. Lakin ticarət mərkəzlərinə rəhbərlik N.İsgəndərovun əlinə keçdikdən sonra vəziyyət tamamilə dəyişməyə başladı. Bu gün bəzi hallarda obyekti icarəyə götürən şəxsin yanında hansı işçinin çalışıb-çalışmayacağına da N.İsgəndərov və onun yanındakı şəxslər qərar verir ki, bu da icarədarın haqlı narazılığına səbəb olur. İcarədarlar hesab edir ki, ağır arenda şərtləri altında fəaliyyət göstərdikləri azmış kimi bu cür əlavə və yersiz problemlərin meydana çıxması onların ticarət fəaliyyətinə ağır ziyan vurur. Bu isə gec-tez icarədarın ticarət mərkəzini tərk edərək tamam başqa bir ortama daşınmasına səbəb olur. Əslində bir sahibkar üçün bütün bu sadalananlar biznes baxımından əlverişli görünə bilməz. Amma indiki şəraitdə bu şəxslərin əsas məqsədi biznes gəlirindən daha çox, siyasi maraqlarının təmin olunmasıdır. Bu maraqlar isə bu gün mediada “Sumqayıtda aksiya keçirilib” başlıqlı xəbərlərin yer almasıyla təmin olunur…
“Təmizlik imandandır, pul arendatordan”
N.İsgəndərovun icarədarlara qarşı amansız münasibəti və sözügedən ticarət mərkəzindəki durum haqda cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub. Belə ki, mənbənin məlumatına görə, arendatorların təmizlik adı ilə də vəsait toplanılır ki, bu vəsait də kiçik sahibkarları narazı salan məqamlardandır: “N.İsgəndərovun arendatorlardan aldığı təmizlik haqqı da sahibkarlar tərəfindən narazılıqla qrşılanır. Çünki bu məsələdə də bütün problemin ağırlığı məhz arendatorların üzərinə düşür. Hər bir arendator sahib olduğu obyekt və onun qarşısının təmizliyini həyata keçirdiyi üçün hansısa əlavə təmizliyə ehtiyac qalmır. Buna görə də N.İsgəndərovun “təmizlik haqqı” adı ilə arendatorlardan pul yığımı ikincilərinin ciddi narazılığına səbəb olmaqdadır”.
Bəzi arendatorların baş verənlərlə bağlı öz narazılığını artıq büruzə verdiyini bildirən mənbə, N.İsgəndərovun köməkçilərinin bu məsələyə münasibətinin sərt olduğunu qeyd edib: “Bəzi arendatorlar ticarətin günü-gündən zəiflədiyi, arenda şərtlərinin isə sərtlşdiyi bir zamanda təmizlik adı ilə pul yığımına yumşaq şəkildə etirazını bildirsə də, sabiq millət vəkilinin köməkçiləri həmin şəxslərə çox sərt şəkildə qarşılıq verib. Belə ki, narazı arendatorlara bildirilib ki, kim narazıdırsa ticarət mərkəzini tərk edə bilər. Heç kim burada məcburən saxlanılmır. İş adamının köməkçiləri bu yerdə İslamı da yada salır və bildirir ki, təmizlik haqqına etiraz etməyə kimsənin haqqı yoxdur. Ən azından ona görə ki, “təmizlik imandandır. Arendatorlar isə bu məsələ ilə bağlı öz aralarında belə bir deyimdəm istifadə edir: “Təmizlik imandandır, pul arendatordan ”.
Təhlükəsizlik haqqı
N.İsgəndərovun təhlükəsizliyin təminatı məqsədilə də arendatorlardan vəsait topladığını bildirən mənbə, bütün bunların kiçik sahibkarların büdcəsi ilə yanaşı, əsəblərinə də mənfi mənada təsir göstərdiyini qeyd etdi: “Arendatorlardan təhlükəsizliyin təminatı adı ilə mühafizə xidməti üçün də vəsait toplanır ki, bu da kiçik sahibkarlar üçün yalnız maddi deyil, həm də vaxt itkisi deməkdir. Çünki bu vəsaitlərin hər birini arendatorlardan ayrı-ayrı adamlar toplayır. Daha doğrusu, arendatorlar ayın bəlli bir günündə bəlli şəxsin kabinetinə yaxınlaşaraq növbəyə durur, pul vermək üçün saatlarla vaxt və əsəb sərf edirlər. Arendatorlar hesab edir ki, bütün bu pulları konkret bir şəxsə toplu olaraq vermək daha məqsədəuyğun olar. Ən azından arendatorlar vaxt və əsəblərini korlamaz, buna sərf etdikəri vaxtı öz ticarətlərinə yönəldərlər. Lakin hələ ki, N.İsgəndərova məxsus ticarət mərkəzlərində sistem məlum qayda ilə idarə olunmaqdadır. Hansı ki, bu idarə sistemindən razı qalan yeganə şəxs iş adamı N.İsgəndərov və onun köməkçiləri hesab olunur”.
Su israfını önləməyin daha bir yolu
N.İsgəndərovun su sərfini önləmək üçün daha bir maraqlı üsula əl atdığını bildirən mənbə cumhuriyyet.az-a ayaqyoluna bu məqsədlə yeni bir cihaz yerləşdirildiyini bildirib. Belə ki, artıq ayaqyolundan istifadə edən hər kəs girişdə quraşdırılan məlum aparata 20 qəpik məbləğində pul atmağa məcburdur: “İş adamı işçilərinin sudan sadalanan məqsədlərlə istifadəsini önləsə də, su sərfindən narahat olan N.İsgəndərov daha bir üsula əl atıb. Belə ki, ayaqyolunun girişinə eyniylə metrodakı cihaza bənzər yeni bir aparat yerləşdirilib. Beləliklə də, iş adamı ayaqyolundan istifadə edən hər kəsi bura girdiyi hər dəfədə 20 qəpik ödəmək məcburiyyəti qarşısında qoyub. N.İsgəndərovun bu addımı ticarət mərkəzinin əməkdaşlarını şoka salmaqla yanaşı, onları maddi baxımdan da ciddi ziyana uğradıb. Belə ki, gündə bir neçə dəfə ayaqyolundan istifadə edən şəxslər hər dəfə 20 qəpik məbləğində pul ödəyir ki, bu da ay sonunda nəzərəçarpacaq bir məbləğ təşkil edir. Ümumiyyətlə, əksər satıcı və arendatorlar hesab edir ki, N.İsgəndərovun ticarət mərkəzlərində həyata keçirdiyi bütün yenilik və islahların hamısı iş adamının şəxsi maraqlarına hesablanıb və bu islahatlarda icarədarların maraqları zərrə qədər də olsun nəzərə alınmır. Bu isə öz növbəsində bir çox icarədarın ticarət mərkəzini tərk etməsinə səbəb olur. “Cavid” Ticarət Mərkəzində əksər obyektlərin boş qalması buna nümunədir”.
N.İsgəndərovun «işıq pulu» biznesi
Sabiq millət vəkilinin bütün mümkün vasitələrlə arendatorları ciddi maddi sıxıntıya məhkum etdiyini bildirən mənbə, N.İsgəndərovun bu məqsədlə hər cür vasitəyə əl atdığını vurğulayıb. Mənbənin sözlərinə görə, arendatorların sərf etdiyi aylıq işıq enerjisinə görə haqqı yaxın adamları vasitəsilə özü toplayan N.İsgəndərov bu «biznesdən» də xeyli gəlir əldə edir: «Bu gün istifadə edilən elektrik enerjisinin hər kilovatına görə dövlət tərəfindən müəyyən edilən kommunal ödənişin məbləği 6 qəpik olsa da, N.İsgəndərovun qiymətləndirmə şkalasında bu rəqəm 4 qəpik də artaraq 10 qəpik təşkil edir. Arendatorların sərf etdiyi enerjinin hər kilovatını 10 qəpikdən hesablayan sabiq millət vəkili onlara sərf etdikləri enerjinin haqqını əlaqədar dövlət qurumuna deyil, ona ödənilməsini tələb edir. Beləliklə də, nəhəng ticarət mərkəzində istifadə edilən işıq enerjisinin pulları hər ayın sonu N.İsgəndərovun kabinetində toplanır. Toplanan puldan istifadə edilən real enerjinin haqqını ayıraraq kommunal xərc kimi əlaqədar instansiyanın balansına keçirən keçmiş millət vəkili, qalan pullara əlavə gəlir kimi əl qoyur».
Arendaya verilən otaqların xeyli hissəsində qış ayları ilə əlaqədar olaraq kondisioner sistemindən istifadə edildiyini bildirən mənbə, bu səbəbdən də arendatorların işıq enerjisi ilə bağlı kommunal borcunun heç də az olmadığı fikrindədir: «Hazırda qış mövsümü olduğu üçün dükanların böyük əksəriyyətində kondisioner sistemindən istifadə edilir ki, bu da əlavə enerji sərfi deməkdir. Bu isə ay sonunda arendatorlara «işıq pulu» borcu şəklində geri qayıdır. Belə olduqca, N.İsgəndərovun hər kilovat enerjiyə görə əlavə tələb etdiyi 4 qəpik üst-üstə yığılaraq ciddi bir məbləğ təşkil edir. Bu isə arendatorlar üçün əlavə maddi yük deməkdir».
Cavid Ticarət Mərkəzini arendatorlarmı qoruyur?
Arendatorlardan ticarət mərkəzinin mühafizəsi məqsədilə də aylıq pul toplandığını bildirən mənbə, alqı-satqı mərkəzinin arendatorların hesabına qorunduğunu vurğuladı: «N.İsgəndərovun ticarət mərkəzinin həyatına gətirdiyi yeniliklərdən biri də arendatorlardan dükanların mühafizəsi məqsədilə pul toplamaqdan ibarətdir. N.İsgəndərov hesab edir ki, dükanlar arendatorların sərəncamına verildiyi üçün onların mühafizəsinin qeydinə də ticarət mərkəzinin rəhbərliyi deyil, məhz arendatorlar qalmalıdır. Odur ki, hər ay ticarət obyektinin mühafizəçilərinə vermək üçün arendatorlardan 6 manat məbləğində pul toplayan sabiq millət vəkili, özünü bu qayğıdan da sığortalamış olur».
Mənbə arendatorların aylıq ödənişlərinin yalnız bununla məhdudlaşmadığını söylədi. Mənbənin sözlərinə görə, aylıq ödənişlər sisteminə «işıq pulu», «mühafizə pulu» kimi «ayaqyolu pulu» da daxildir. Dükan sahiblərinin hər ay bu məqsədlə 5 manat məbləğində vəsait ödədiyinə diqqət çəkən mənbə, keçmiş millət vəkilinin bu kimi «gözəgörünməz» ödənişlərinin insanlarda gizli qəzəb və istehza ilə qarşılandığını qeyd etdi.
Nizami İsgəndərovun «mənəviyyat qurbanları»
N.İsgəndərovun arendator və satıcıları yalnız saysız-hesabsız maddi ödənişlərlə deyil, həm də şəxsi kaprizləri ilə təngə gətirdiyini bildirən mənbə, sabiq millət vəkilinin xeyli sayda «mənəviyyat qurbanına» malik olduğunu söylədi: «İnsanların şikayət etdiyi məqamlardan biri də N.İsgəndərovun mağaza sahiblərini həm də şəxsi kaprizləri ilə narazı salmağı ilə əlaqədardır. Nə qədər qəribə də olsa N.İsgəndərov arendator və satıcılardan harada, hansı vəziyyətdə olmaqlarından asılı olmayaraq ona hörmət və ehtiram göstərməyi tələb edir. Məsələn, əgər N.isgəndərov sizin arendator olduğunuz və ya satıcı işlədiyiniz mağazanın qarşısından ötübsə və siz fikirli olduğunuz, yaxud müştəri ilə ilgiləndiyiniz üçün onu görüb ayağa qalxmamısınızsa, bu, ən yaxşı halda sizin işdən uzaqlaşmağınızla nəticələnəcək. Belə ki, sizin bu «ədəbsizliyinizdən» sonra sizi kabinetinə çağıran N.İsgəndərov sizə əxlaq və mənəviyyat haqqında sərt və qısa mülahizə oxuyandan sonra artıq qovulduğunuzu elan edəcək».
Mənbənin bildirdiyinə görə, adıçəkilən ticarət mərkəzində işləmək üçün üz cizgiləri və simmetrik quruluşuna, addım və hərəkətlərinə görə də N.İsgəndərovun xoşuna gəlməyə çalışmaq şərtdir: «Məsələ bundadır ki, əgər sizin üz quruluşunuz, sifət cizgiləriniz N.İsgəndrovun xoşuna gəlməz, onda mənfi təəssürat oyadarsa, o zaman əmin ola bilərsiniz ki, artıq işdən qovulmusunuz. Çünki bir neçə insanın məhz bu səbəbdən işdən azad edildiyi ticarət mərkəzinin personalına bəllidir. Ona görə də, N.İsgəndərovla qarşılaşmağın bütün hallarda risk kəsb etdiyini çoxdan başa düşən personal imkan daxilində sabiq millət vəkili ilə qarşılaşmamağa, üz-üzə gəlməməyə çalışır».
İsgəndərovların kriminal qohumu;
“Caco” ləqəbli şəxs kimdir?
“Ekzotika”nın görünməyən tərəfləri…
Bütün bunlar haqda növbəti yazımızda…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Bu gün, 18:12
Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Bu gün, 18:11
"Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Bu gün, 18:09
Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Bu gün, 17:55
AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Bu gün, 17:51
Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Bu gün, 17:42
Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Bu gün, 17:37
Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 17:32
Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:29
ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Bu gün, 17:23
Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Bu gün, 17:20
Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Bu gün, 17:15
AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Bu gün, 17:13
AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Bu gün, 17:09
TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Bu gün, 17:06
Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Bu gün, 17:02
Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Bu gün, 16:53
Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Bu gün, 16:51
"Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Bu gün, 16:49
"Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Bu gün, 16:33
Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Bu gün, 16:27
Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Bu gün, 16:26
Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Bu gün, 16:25
Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:22
Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Bu gün, 16:16
BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Bu gün, 16:14
"Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Bu gün, 16:11
Balaəli məhkəməyə verildi
Bu gün, 16:08
Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Bu gün, 15:59
“Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Bu gün, 15:32
Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Bu gün, 15:25
"Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Bu gün, 15:18
Daha iki "TikToker" həbs edildi - FOTO
Bu gün, 15:17
NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Bu gün, 15:14
Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 14:02
Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Bu gün, 14:00
Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Bu gün, 13:11
Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Bu gün, 13:09
Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Bu gün, 13:07
Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Bu gün, 13:01
Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:55
Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Bu gün, 12:51
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48
Yanğınsöndürən Babək “Sea Breeze”də niyə öldü? - İşdən sonra fəhləlik edirmiş
Bu gün, 12:44
Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər – Amma Ukraynanı suçlayırlar
Bu gün, 12:42
Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir? - AKTUAL
Bu gün, 12:34
"Təyyarə qəzasını quru sərhədlərlə əlaqələndirənlər avtomobil qəzalarını nə ilə əlaqələndirirlər?" - deputat
Bu gün, 12:27
"Ekipaj üzvləri vəzifələrini qəhrəmancasına yerinə yetirib" - AZAL-ın prezidenti
Bu gün, 12:23
Sənan Əsədzadə maşın almaq istəyən vətəndaşın 27 min manatını qaytarmır - Nə maşından xəbər var, nə də puldan!
Bu gün, 12:20
"Şəhər açıq şəkildə görünürdü... lakin eniş etməyə icazə vermədilər" - Hökümə xanım sanki öləcəyini hiss etmişdi...
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru