İcra başçılarının koronavirus sınağı: kim üzüağ çıxdı? - İLGİNC
Tarix: 15-04-2020, 12:12 | Çap et
İstərsə müxtəlif büdcə təşkilatları, istərsə yerli idarəetmə orqanları, istərsə də iş adamları koronavirus günlərində sınaqdan çıxdılar. Bütün bu proseslərə kafi qiymət vermək olar və Azərbaycan toplumu nə qədər tənqid edilsə də, dar gündə həmrəy olduğunu bir daha nümayiş etdirdi. Kimisi cibindən bazarlıq edib kasıb ailəyə çatdırdı, kimisi qonşusuna pay apardı, kimisi sahibkarları təşviq etdi. Amma eyni sözləri bütün dövlət strukturları, icra orqanları haqda söyləmək çətindir. Reportyor.info-nun xəbərinə görə, müşahidələr hansı rayon icra hakimiyyətlərinin bu sınaqdan necə çıxdığını ortalığa qoydu. Məlum oldu ki, heç də bütün icra başçıları prezidentin çağırışlarına qoşulmadılar, heç də hamısı aztəminatlı, işsiz ailələrə yardım göstərmədilər. Dövlət büdcəsini dədə malı kimi gecə-gündüz talayan bəzi məmurlar xalqa çətin gündə bir səbət ərzağı da çox gördülər. Monitorinqlər və müşahidələr belə deməyə əsas yaradır ki, prezidentin çağırışlarına qoşulan, ehtiyacı olan ailələrin üzləşdiyi vəziyyəti nəzərə alan İH-ləri barmaqla sayılacaq qədərdir. Digərləri isə ya imitasiya ilə məşğul olublar, bir ailəyə 8-10 manatlıq sovqat yollayıblar, ya da heç yollamayıblar. Bu baxımdan ilk növbədə Abşeron rayon icra hakimiyyətini qeyd etmək lazımdır. Rayonun icra başçısı İradə Gülməmmədova təkcə Abşeronun rəhbəri, bir məmur kimi deyil, bir qadın və ana olaraq kimsəsizlərə, ahıl insanlara, işsiz, yoxsul ailələrə yardım payları təqdim edib. Abşeron RİH əməkdaşları tərəfindən yüzlərlə ailəyə yardımlar çatdırılıb. Xanım icra başçısı I vitse-prezident Mehriban Əliyevanın tövsiyə və tapşırıqlarına, prezidentin atdığı addımlara uyğun olaraq, bu humanist siyasəti davam etdirənlərdən biri oldu. Araşdırmalar göstərir ki, Nərimanov Rayon İcra Hakimiyyəti də müsbət mənada fərqlənə bilib. Nərimanov RİH rəhbərliyinin təşəbbüsü ilə yüzlərlə kasıb ailəyə ərzaq payları çatdırılıb. Sözsüz ki, bunu onlardan xahiş edən olmayıb. Sadəcə, rayon rəhbərliyi bu addımı atıb. İcra başçısı Abdin Fərzəliyevin tapşırığı və I müavin Şahmar İbadovun icraçılığı ilə baş tutan yardım kampaniyası yüzlərlə ailəni sevindirib, dövlətə və xalqa bir dəstək olub. Həmçinin, paytaxtın Nizami Rayon İcra Hakimiyyəti tərəfindən bu cür qayğı göstərilib. Nizami İH başçısı Arif Qasımov rayonda ahıl sakinlərə, günəmuzd işləyən insanlara, kasıblara yardımlar göndərib. Bu, təkcə icra başçısının deyil, dövlətin, onun rəhbərinin vətəndaşına, xalqına arxa-dayaq olmasıdır. Vətəndaşlar gördülər ki, ən çətin və ağır gündə heç də hakimiyyət nümayəndələri onları tək buraxmır. Əldə etdiyimiz məlumatlara görə, Bakının Yasamal Rayon İcra Hakimiyyəti də bu nəcib kampaniyaya qoşulub, icra başçısı Elşad Həsənov insanlara köməyini əsirgəməyib. Reportyor.info xəbər verir ki, ancaq siyahı üzücü də olsa, uzun deyil. Heç də bütün İH başçıları bu sınaqdan üzüağ çıxmadılar. Çox uzağa getməyək, koronavirus təhlükəsinin ölkəmizə ən tez yayıldığı İranla sərhəd bölgələrdir. Hazırda Astara və Biləsuvar xüsusi karantin zonalardır, insanlar real təhlükə qarşısındadırlar. Amma hər iki rayonun icra başçısı “tükünü tərpətmir”. Nə rəsmi xəbərlərdə, nə mediada Astaranın icra başçısı Qəzənfər Ağayevin və Biləsuvarın İH rəhbəri Mahir Quliyevin kasıb ailələrə yardım paylamasına şahid olmuşuq. Hətta bu müddət ərzində hər iki sərhəd bölgəsinin icra başçıları bir nəfərin qapısını döyməyiblər, bir konfrans keçirməyiblər, insanlara dəstək nümayiş etdirməyiblər. Budurmu prezidentlə həmrəy olmaq? Rəsmi məlumatda epidemiyanın ən çox yayıldığı region Lənkərandır – 18 nəfər… Bu rayonun icra başçısı Taleh Qaraşovu isə bir dəfə küçədə karantinə əməl etməyən insanlarla profilaktik söhbət edəndə görüblər. T.Qaraşov da prezidentin çağırışına qoşularaq aztəminatlı ailələrə yardım paylamayıb, karantində saxlanan insanlarla maraqlanmayıb. Həmçinin, karantin zonalarından biri Cəlilabaddır. Rayonun icra başçısı Namiq Zeynalov deyəsən hələ “qış yuxusu”ndan ayılmayıb. Araşdırmalar göstərir ki, Bakının da bir çox icra başçıları pandemiyadan əziyyət çəkən insanlara, yerli sakinlərə qarşı laqeyd davranıblar. Məsələn, Səbayel və Sabunçu, o cümlədən Xətai rayon rəhbərləri əllərini qulağının dibinə qoyaraq mürgüləyiblər. Artıq bu göstəricilər rəy formalaşdırır ki, prezident yerli idarəetmə ilə bağlı islahatları gücləndirsin. Reportyor.info-nun verdiyi məlumata görə, Saatlının başçısı Nazim İsmayılov, Sabirabadın şefi Siraqqədin Cabbarov kimi məmurların etinasızlığı göz qabağındadır. Ümumiyyətlə, bir çox İH başçıları bu prosesdə özlərini doğrulda bilmədilər. Söhbət təkcə aztəminatlı ailələrə yardım etməkdən getmir. Prezident, Baş nazir kimi pandemiyaya qarşı mübarizədə fəal olmaq lazım idi, hər addımda dəstək vermək, bölgələrdə müxtəlif sosial kampaniyalar, müxtəlif layihələr təşkil etmək, dövlətin yükünü yüngülləşdirmək olardı. Necə ki, Türkiyədə, Avropa ölkələrində əyalət rəhbərləri əhalinin karantin günlərində qarşılaşdığı vəziyyəti kompensasiya etmək üçün maraqlı sosial projelərlə çıxış edirlər. Ancaq Azərbaycanda Masallının icra başçısı Şahin Məmmədov, Hacıqabul, Kürdəmir, Gəncə, Şəmkir və digər şəhərlərin rəhbərləri “ağzına su alıb” oturdular. Odur ki, yerlərdəki “padşah”ların fəaliyyətinə yenidən nəzər salmağa zərurət var və kadr dəyişikliklərinin davamı qaçılmazdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Bu gün, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Bu gün, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Bu gün, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Bu gün, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28 |
|
|
|
• “Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23 |
|
|
|
• AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17 |
|
|
|
• Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06 |
|
|
|
• Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05 |
|
|
|
• Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55 |
|
|
|
• Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30 |
|
|
|
• Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24 |
|
|
|
• Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13 |
|
|
|
• Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09 |
|
|
|
• Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02 |
|
|
|
• Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00 |
|
|
|
• İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
• "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58 |
|
|
|
• Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43 |
|
|
|
• Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17 |
|
|
|
• Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11 |
|
|
|
• 11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10 |
|
|
|
• Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08 |
|
|
|
• Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05 |
|
|
|
• Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04 |
|
|
|
• Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01 |
|
|
|
• Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00 |
|
|
|
• Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58 |
|
|
|
• “Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55 |
|
|
|
• Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51 |
|
|
|
• Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48 |
|
|
|
• Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43 |
|
|
|
• ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40 |
|
|
|
• "Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37 |
|
|
|
• Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34 |
|
|
|
• "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33 |
|
|
|
• AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31 |
|
|
|
• “Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24 |
|
|
|
• Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
Bu gün, 12:14 |
|
|
|
• Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib - BUNDAN SONRA...
Bu gün, 12:11 |
|
|
|
• “Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” - Bloomberg
Bu gün, 12:08 |
|
|
|
• Tramp-Putin görüşü HARDA OLACAQ? - BAKIDA?
Bu gün, 12:04 |
|
|
|
• Paşinyan yaxın zamanda istefa verəcək – Ağazaryan
Bu gün, 12:00 |
|
|
|
|