Aqil Nəzərlinin bu sakinlərdən xəbəri varmı? - FOTOLAR
Tarix: 27-10-2016, 10:39 | Çap et
DİA.AZ: - «İstəyirik ki, ora-bura qaz paylayan ölkənin 70-dən çox köçkün ailəsinin acınacaqlı yaşayışını görəsiniz». 25 ildir ki, Sumqayıt Texnologiya Texnikumunun yataqxanasında məskunlaşan Laçın köçkünləri redaksiyamıza müraciət ediblər.
DİA.AZ bildirir ki, yataqxana azı 50 ildir ki, istismara verilib. Köçkünlərə qədər texnikumun tələbələrinin istifadəsində olub. İndi azı 70 ailə tualetsiz, hamamsız, havasız, şəraitsiz binada həyatla mücadilə edir. Üstəlik, bu yaxınlarda binanın tavanı da uçubmuş.
Köçkün Elçin Həsənov: «Özü də iki dəfə uçub. Yaxşı ki, hadisə baş verəndə uşaqlar kənarda oynayırdılar. Bu binada azı yüz azyaşlı var. Acınacaqlı vəziyyət illərdir ki, davam edir. Bu ilin sonu çatır, ümidlərimizi növbəti ilə bağlayırıq. Gəl ki, 25 ildir heç nə dəyişmir. Elə vəziyyətdəyik ki, yatdığımız yerdə daş-qalağın altında qala bilərik».
Vüsalə Novruzova danışır ki, kanalizasiya xətləri qəzalı olduğundan binanın tullantı suları zirzəmiyə axır. Bu səbəbdən də ətrafı üfunət bürüyür. Qaçqınlar zirzəmidən otaqlara dolaşan siçovullara da çoxdan alışıblar: «Naqillərdən tutmuş, su-kanalizasiya xətlərinə qədər hamısı təhlükəli, qəzalı durumdadır. Dəfələrlə, sırf təsadüf nəticəsində yanğından canımızı qurtarmışıq. Bina günbəgün çökür. Vəziyyətimizlə bağlı bütün qurumları məlumatlandırmışıq. Ancaq heç birindən səs çıxmayıb. Qəzalı olduğundan hamam və ayaqyolundan istifadə etməyə qorxuruq».
Üçmərtəbəli binada yaşayan hər ailənin 15-20 kvadratmetrlik bir otağı var. Hər otaqda azı 3-5 nəfər yaşayır. Döşəmələr çürüdüyündən dəhlizdə çökəklər əmələ gəlib. Adamlar dəhlizdə addımlamağın da təhlükəli olduğunu bildirirlər.
Köçkün Azər Talıbov: «Döşəmə adamın ayağının altından qaçır. Binanın damında vəziyyət daha dözülməzdir. Payız-qış aylarında qar, yağış suları damdan yuxarı mərtəbədə yaşayanların, oradansa aşağı mərtəbələrdəkilərin mənzillərinə axır. Dəhlizlər su ilə dolur deyə, ayağımıza «sapoq» geyinib gəzirik. Bax, qış gəlir, canımızı üşütmə götürüb. Naqillər qəzalıdır deyə, istilik cihazları qoşmağa qorxuruq, binanın içərisi o qədər soyuq olur ki, ta yaza qədər canımız isinmir».
Binada mətbəx problemi də var. 70 ailə üç qəzalı mətbəxin ümidinə qalıb – mətbəx demək mümkünsə...
Köçkün Əli Səfərovun sözlərinə görə, bu durumdan daha çox qocalar, xəstələr və uşaqlar əziyyət çəkir: «Məmurların ürəyinə sanki daş bağlanıb. Gəlib baxıb, gedirlər. Neçə ildir belə də davam edir. Axı biz də insanıq, hansı zəmanədə yaşayırıq ki... Adımıza inkişaf etmiş ölkə deyilir, ancaq görün, vətəndaş hansı durumda yaşamağa məhkumdur. Buradakı ailələr ölüm təhlükəsi altında yaşayırlar. Burada istənilən xəstəliyi tapmaq mümkündür. Yaşlı insanların rütubətdən ayaqları tutulur, ciyərləri korlanır. İki-üç ailə bir kiçik otaqda yaşamağa məcburdur. Övladlarımız dərs oxumağa yer tapmır. Sinif yoldaşları qapıdan keçəndə üfunətdən burunlarını tuturlar, uşaqlarımız xəcalətdən ölüb dirilirlər».
Son 10 ildə tez-tez ailələrə yeni mənzillərə köçürüləcəyi vəd olunur. Ancaq hələ ki, 10 ildə onca ailə də yerindən tərpədilməyib.
Köçkünlər DİA.AZ-a bildirirlər ki, dəfələrlə binaya Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən və Fövqəladə Hallar Nazirliyindən nümayəndələr gəlib. Binanın qəzalı olması barədə rəy də verilib. Amma nə fayda...
Onu da qeyd edək ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən yaxın vaxtlarda yataqxanaların köçürüləcəyinin planda olmadığı bildirilib. Qeyd olunub ki, bu, inzibati binalarda məskunlaşan ailələrin köçürülməsi başa çatandan sonra gerçəkləşəcək.
Sumqayıt Texnologiya Texnikumunun yataqxanasında isə 40-45 yaşlarına çatmış insanlar da var ki, evsizlikdən və şəraitsizlikdən ailə qura bilmirlər. Yeni yaşayış yerinə köçəcəkləri günü səbirsizliklə gözləyirlər – ailə sahibi olmaq üçün...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01 |
|
|
|
• Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42 |
|
|
|
• ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41 |
|
|
|
• Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35 |
|
|
|
• Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
• İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44 |
|
|
|
• Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28 |
|
|
|
• "Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24 |
|
|
|
• Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21 |
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
|