Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI .....                     Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... .....                     Azərbaycanda aktyor vəfat edib .....                     Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır .....                     Zaur Hüseynov niyə işdən çıxarıldı? .....                     İllər öncə sənətə gəlsə də... .....                     Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” .....                     Qərb Moskvaya qarşı bu “silahı” işə salır .....                     Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə .....                     Məktəblərdə istilik problemi varmı? .....                     Suriyanın “açarı” kimdədir? .....                     MİDA hamını BOĞAZA YIĞIB... .....                     "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - .....                     'Expargo' karqoları BELƏ GECİKDİRİR .....                     Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi .....                     Azərbaycanda 24 illik şirkət .....                     Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb .....                     ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi .....                     Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, .....                     Paşinyanın “təkliflər oyunu" .....                     Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək .....                     ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: .....                     Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib .....                     Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir .....                     Sülh müqaviləsi şübhə altında .....                     Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu .....                     Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? .....                     "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri .....                     Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi .....                     Zəngəzur dəhlizi olmayacaqsa, .....                     "Yelo Bank"ın kritik maliyyə hesabatları .....                     Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... .....                     Azərbaycan Qətərə yeni səfir .....                     Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi .....                     Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib .....                     Azərbaycan İndoneziyaya yeni səfir .....                     Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb .....                     “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” .....                     Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib .....                 

ERMƏNİ ABİDƏSİNİ UÇURDAN MASALLI BALASI
Tarix: 22-05-2012, 12:46 | Çap et
ERMƏNİ ABİDƏSİNİ UÇURDAN MASALLI BALASI

İQBAL MAHMUDOVUN QATİLLƏRİ NİYƏ TAPILMIR?

Bala Təklə adından da göründüyü kimi Masallı rayonunun ən kiçik kəndlərindən biridir. Rayonun Çaxırlı Ərazi Vahidinə daxil olan bu kənddə uşaqlı-böyüklü cəmi 700-800 insan yaşayır. Lakin bu kiçik kəndin də bütün ölkəyə şöhrət gətirən bir övladı da var imiş. Hansı ki, ölümünə qədər çoxumuz onun nə xeyirxahlıqlarından, nə böyük bir ölkədəki nüfuzundan, nə də çoxlarına örnək ola biləcək fədakar işlərindən kifayət qədər xəbərdar olmamışıq.

35 yaşı ölümündən 19 gün qabaq tamam olmuşdu. Bu münasibətlə Donetski şəhərində, sahibi olduğu “Tri semyorka” restoranında təntənəli mərasim düzəltmişdi. Həmin tədbirdə Azərbaycanın Ukraynada, Rusiyada sayılıb-seçilən övladları ilə yanaşı, Donetsk şəhərinin qubernatoru, Ukraynanın hazırkı prezidentinin xanımı, həmin vilayətin demək olar ki, bütün yüksək çinli rəsmiləri iştirak edirdi. Çünki İqbal sıradan bir adam deyildi. Həm bu şəhərdəki Azərbaycan diasporunun rəhbəri, həm şəhərin ən imkanlı biznesmenlərindən biri, həm şəhərdəki əksər xeyriyyə tədbirlərinin sponsoru və təşkilatçısı kimi o, burada böyük hörmətə malik idi.

Onun təşkil etdiyi tədbirlər isə təkcə özü üçün ad günündən ibarət olmurdu. Hər il Novruz bayramının təntənəli şəkildə qeyd olunması buradakı azərbaycanlılarla yanaşı şəhərdəki digər millətlərin də böyük marağına səbəb olurdu. Elə 1000 nəfərdən artrıq şəxsin qatıldığı son Novruz şənliyinə onun sponsorluğu ilə Aygün Kazımovadan tutmuş Azərbaycanın

10-a yaxın incəsənət ustası dəvət olunmuşdu. Və bu tədbirlər nəinki yerli Donetsk, eləcə də paytaxt Moskva televiziyası ilə geniş işıqlandırılırdı.

... Yuxarıda qeyd etdiyimiz kimi 35 yaşı təzə tamam olmuşdu. Subay idi. Yaxın qohumları güclə onu razı salmışdılar ki, bu günlərdə evlənsin. Lakin... Onu gündüz-günorta çağı namərdcəsinə güllələdilər. Mayın 9-da oradakı veteranlarla görüşün təşkil edildiyi, İqbalın özünə məxsus restorana girərkən arxadan 4 güllə ilə vuruldu. Maskalı 2 şəxs nomrəsiz motosikldə həmin əraziyə yaxınlaşaraq onu gülləbaran etdilər. Təcili xəstəxanaya çatdırılsa da, cəmi 40 dəqiqə yaşaya bildi. Səhəri gün Donetskdə mindən artıq insanın qatıldığı matəm mərasimi keçirildi. Daha sonra Azərbaycandan göndərilmiş xüsusi təyyarə ilə onun tabutu yaxın qohumları və dostları ilə birgə Azərbaycana gətirildi. Doğma kəndi Bala Təklədə dəfn edildi.

İqbal Mahmudov bu şəhərdə özünə güclü biznes qurmuşdu. Restoranı, mağazalar şəbəkəsi, digər ticarət obyektləri var idi. Hələ 16 yaşından taleyini bu şəhərlə bağlayan İqbal sonradan anasını, 2 qardaşını, bacısını və digər qohumlarını da yanına gətirmişdi.

“Onun heç kimlə problemi olmayıb. Əksinə, Ukraynadakı soydaşlarımıza həmişə kömək göstərib. İndi dostları, onu tanıyanlar şokdadırlar: “Necə ola bilər ki, bu cür insan öldürülər? Hələ də inana bilmirik ki, İqbal yoxdur”. Bu sözləri qəzetimizə Ukraynada qətlə yetirilən diaspora təşkilatımızın sədri İqbal Mahmudovun qardaşı Azad Mahmudov bildirdi.

İqbal Donetsk Milli Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Bundan sonra təhsilini Taras Şevçenko adına Kiyev Milli Universitetin beynəlxalq hüquq və biznes fakültəsində davam etdirib və oranı da müvəffəqiyyətlə başa vurub. “Azud” MMC-nin təsisçisi və prezidenti idi. 2005-ci ildən Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayəti təşkilatına sədrlik edirdi. Əvvəllər çox zəif və dağınıq vəziyyətdə fəaliyyət göstərən diaspora onun rəhbərliyi dövründə bu şəhərin ən güclü qurumlarından birinə çevrilmişdi. Diaspora ayda 2 dəfə 4 min tirajla “Diaspora Azerbaydjanec” adlı jurnal buraxırdı.

Azərbaycanla bağlı elə əlamətdar və tarixi gün olmazdı ki, İqbalın təşəbbüsü ilə bu şəhərdə yüksək səviyyədə qeyd olunmasın. İqbal həm də kinqboks üzrə Ukraynanın idman ustası idi. Bir dəfə də Avropa çempionu olmuşdu. Bunları da bizə onun qardaşı Azad söylədi.
Azad daha sonra onun xeyirxah əməllərindən danışdı:

- O insan yaxşılıq etməkdən həzz alırdı. Xəbər tutan kimi istənilən azərbaycanlının problemini həll etməyə nə vaxt əsirgəyərdi, nə vəsait. Bir neçə il öncə anam vasitəısi ilə ona xəbər çatdırmışdılar ki, qonşu Alışanlı kəndindən 2 nəfər - ata və oğul Ukraynada itkin düşüb. Az qala bütün Ukraynanın hüquq mühafizə orqanlarını ayağa qaldırdı. Bütün vəsaiti də özü ödəyirdi. 2 gündən sonra həmin şəxsləri meşədə döyülmüş, qollarından asılmış, lakin diri vəziyyətdə tapıb yaxınlarına qovuşdurdu.

- Başqa bir həmyerlimizdən ali məktəbə qəbul etdirmək bəhanəsi ilə 25 min dollar almışdılar. İqbal nəinki həmin pul qaytartdırdı, həm də həmin həmyerlimizi arzuladığı ali məktəbə qəbul etdirdi.

- Azərbaycanın tanınmış şairlərindən birinin oğluna 50 min dollar atmışdılar. Həmin məsələni 2 saata həll elədi.

- Bir dəfə prokuror işçilərindən biri ona deyir ki, buradakı türmədə sizin 3 həmyerliniz yatır, vəziyyətləri də çox pisdir. Heç həmin adamların xəbəri olmadan, onların azadlığa çıxmasını təmin edib. Həmin adamlar bunu sonradan öyrənib, yanına minnətdarlığa gəlmişdilər.

- Bir dəfə maşınla gələndə Qarğalıq kəndindən bir oğlan söhbət etdi ki, Donetskdə olanda bilet almağa pulum yox idi. Dedilər, get İqbalın yanına. Təyyarəyə biletimi də aldı, cibimə də 200 dollar qoydu. Biz də heç bildirmədik ki, İqbal qardaşımızdır.

Hansı azərbaycanlı dəvət etsə idi, tanıdı-tanımadı toylarına gedər, az yazdırsa 500 dollar yazdırardı.

Buradakı azərbaycanlı ailələrindəki uşaqları sünnət elətdirərdi.

Təkcə azərbaycanlılara yox, ehtiyacı olan hər kəsə yardım göstərərdi. Elə gün olmazdı ki, 5-10 nəfəri qəbul edib, problemini həll etməsin. Oradakı Uşaq Evini himayəyə götürmüşdü. Burada məscid tikdirmiş, Azərbaycandan bir neçə molla gətirtmişdi.

Azad ah çəkə-çəkə bildirdi ki, onun yaxşı əməllərini sadalamaqla qurtaran deyil. Heç kimlə düşmənçiliyi yox idi. Qalmaqallı işlərdən uzaq idi. Heç bilmirəm ona necə qıydılar!? Hələlik güman edilən versiya odur ki, burada erməni əli var. Bir neçə ay öncə ermənilər soyqırım bəhanəsi ilə burada möhtəşəm abidə ucaltmaq istəyirdilər. İqbal qəti etiraz edib. Hətta şəhərin qubernatoru ilə mübahisəsi də oldu. İşin burada həll olunmadığını görüb Kiyevə gedir. Orada ona vəd ediblər ki, sən Donetskə çatana qədər başlanmış tikinti işləri dağıdılacaq. Elə də olur.

Hələlik məlum olan odur ki, onu qətlə yetirənlərin istifadə etdiyi nömrəsiz motosikl tapılıb.

Biz isə bütün ailəmiz adından ölkə rəhbərliyindən xahiş edirik ki, onun qatillərinin tapılmasında bizə yardımçı olsun. Yeri gəlmişkən qardaşımın hüzüründə iştirak edən rayon rəhbərliyinə, Ukraynadan, Rusiyadan və digər yerlərdən gələn bütün şəxslərə təşəkkür edirəm.

Biz bu söhbətləri onun 7-si günü qardaşı ilə etdik. Həmin həyətdən çıxanda isə İqbalın evin divarına vurulmuş böyük ölçülü şəklindəki baxışları ilə sanki hamıya xeyirxahlıq diləyirdi.

Zahir









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36
Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30
Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27
Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32
Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27
İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24
Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20
Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18
Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11
Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09
Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06
MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04
"Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59
'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55
Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51
Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02
ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30
Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24
Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00
Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00
Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26
Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23
Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19
Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17
Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14
"Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00
Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58
"Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42
Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37
Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35
Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34
Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32
Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29
“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17
Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13
Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12
Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06
AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Dünən, 16:02
Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Dünən, 15:59
“Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Dünən, 15:57
Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Dünən, 15:50
Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Dünən, 15:47
Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Dünən, 15:41
32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru