Ünvanlı sosial yardım üçün müraciət etsə də... .....                     4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? .....                     Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT .....                     Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? .....                     Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... .....                     Çıxış yolu çıxılmazlıqda tapılır .....                     Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? .....                     İlham Əliyev ona işarə etdi ki... .....                     Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? .....                     “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? .....                     BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... .....                     Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? .....                     23 illik nəqliyyat şirkəti .....                     Azərbaycanda BOKT qızıllarını satışa çıxarır .....                     Qriqoryanın açıqlamasında yenilik yoxdur .....                     Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış .....                     İrəvan Bakının bu tələbindən niyə yayınır? .....                     Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" .....                     Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... .....                     Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR .....                     Texnologiyanın yeni BƏLASI: .....                     20 min manatlıq yerli avtomobili kim alır? .....                     Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir .....                     Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb .....                     Alternativ hərbi xidmət: .....                     Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir .....                     "Müəllimi bu həddə çatdırmaq olmaz" .....                     Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi .....                     Gömrükdə sifarişlərim saxlanılır .....                     Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır .....                     Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir .....                     “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib .....                     Gürcüstan arzusuna çatdımı? .....                     ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir .....                     Sıra Nazilə Səfərliyə gəldi... .....                     İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək .....                     Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı .....                     Suriya-Türkiyə münasibətləri .....                     Ermənistan sülh əvəzinə yeni ərazi istədi .....                     Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib .....                 

“Ceyms Obrayenin İrəvana növbəti səfərindən yaxşı heç nə gözləmək olmaz” - Sahib Məmmədov
Tarix: 11-06-2024, 09:04 | Çap et
“Ceyms Obrayenin İrəvana növbəti səfərindən yaxşı heç nə gözləmək olmaz”
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin iyunun 10-12-də Ermənistana səfəri planlaşdırılıb. Onun ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin İrəvan və Bakı arasında sülh müqaviləsinin hazırlanmasını müzakirə edəcəyi bildirilir.

Rəsmi məlumatda Obrayenin “ABŞ-ın Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülh sazişinin əldə edilməsinə dəstəyini, o cümlədən Almatı Bəyannaməsindən sərhədin demarkasiyası üçün əsas kimi istifadəsini müzakirə edəcəyi” də qeyd edilib.

Xatırladaq ki, az öncə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bono bölgəyə səfər etmiş, Bakı və İrəvanda olmuşdu. Odur ki, təbii olaraq suallar yaranır: belə səfərlərin ümumi sülh prosesinə hansı faydası var? Amerikalı emissarların regiona səfərləri niyə intensivləşib? Obrayen Bakıya da gələcəkmi?

Bu arada, “S & P Global Ratings” beynəlxalq reytinq agentliyinin analitikləri Azərbaycan və Ermənistan arasında sülh sazişinin 2024-cü ilin noyabrına, yəni BMT-nin COP-29 tədbirinədək imzalanmasını mümkün hesab ediblər. Bildirilir ki, regionda dəyişən geosiyasi vəziyyət fonunda Azərbaycan Ermənistanla hərtərəfli sülh sazişi üzrə danışıqları davam etdirir. Hər iki tərəfin Avropanın və MDB-nin bir sıra paytaxtlarında keçirilən ikitərəfli danışıqları intensivləşdirdiyi vurğulanır. İntensivləşən səfərlər nə ilə bağlıdır və sülh prosesinə xidmət edirmi?

Yeri gəlmişkən, son vaxtlar ABŞ-ın aktivliyini görən Rusiya da proseslə bağlı təşəbbüs göstərir. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ötən həftə deyib ki, rəsmi Moskva Bakının İrəvanla barışığını dəstəkləməyə hazır olduğunu təsdiqləyir. Nazir müavini qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-11-də Qazaxıstanda sülh müqaviləsinin hazırlanması məqsədilə keçirilən görüşünü müsbət qiymətləndirir. “Bu, tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atılıb”, - Qaluzin vurğulayıb. O qeyd edib ki, Moskva artıq iki dəfə - 2023-cü ilin may və iyul aylarında Bakı ilə İrəvan arasında sülh danışıqlarına ev sahibliyi edib. Rusiya bundan sonra da ona iki qardaş xalqın barışmasına hərtərəfli dəstək verməyə, regionun bütün ölkələrinin təhlükəsizliyini, tərəqqisini təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həllərin axtarışına kömək etməyə hazırdır.

Eyni zamanda rusiyalı diplomat Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının Azərbaycan, Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları topladığını da deyib. “Əgər 2022-ci ildə İrəvan KTMT-nin Azərbaycanla sərhəddə vəziyyətin sabitləşdirilməsi üzrə kompleks tədbirlərlə bağlı təklifini qəbul etsəydi, hazırda Ermənistanın üzləşdiyi risklərin çoxunun qarşısını almaq olardı. Təəssüf ki, rəsmi İrəvan Avropa İttifaqının "monitorinq" adı altında sərhədlərin qorunması ilə deyil, Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan missiyasını dəvət etməyi üstün tutdu". Göründüyü kimi, Rusiya Qərbin bölgədə mövcudluğundan narahatdır. Üstəlik, belə bir ərəfədə İrəvana nota verilməsi də sıradan məsələ deyil. Ümumilikdə Qafqaz qalası uğrunda “yarış”ı müşahidə etməkdəyik. Təsadüfi deyil ki, Rusiyadan təlimat və dəstək alan Baqrat Qalstanyanın rəhbərlik etdiyi aksiyalar məhz bazar günündən etibarən növbəti mərhələni elan etdi, kütləvi itaətsizliyə başladı. Bu etirazlar isə birmənalı şəkildə sülhü pozmağı hədəfləyib. ABŞ-ın bu aksiyalara reaksiyasızlığı da təəccüb doğurur. Hər halda, sülhü istəyən bu aksiyaların genişlənməsini arzulamazdı. Qərb-Rusiya yarışması fonunda cərəyan edən hadisələr sülh prosesinə nə vəd edir?

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, söhbət hərtərəfli sülh müqaviləsindən gedirsə, onun COP29 tədbiri başlayanadək imzalanması o qədər də real görünmür: “Hərtərəfli sülh müqaviləsində mütləq tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıyan müddəa olmalıdır. Ermənistanın müstəqillik bəyannaməsi və konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası qalırsa, sülh müqaviləsində bu müddəanın əks olunmasının mənası yoxdur. Həm də bu halda həmin müddəa Ermənistan konstitusiyasına zidd olduğu üçün hüquqi əhəmiyyət kəsb etməyəcək. Çünki beynəlxalq normalar - konkret halda Azərbaycanla bağlanacaq sülh müqaviləsinin - Ermənistanın qanunvericilik sistemində konstitusiyadan aşağı hüquqi qüvvəyə malik sənəddir. Azərbaycanla başlanmış delimitasiya və demarkasiya prosesləri, o cümlədən 4 kəndin geri qaytarılması Ermənistanda yeni bir etiraz hərəkatı yaradıb və bu etiraz dalğası hələ sönməyib. Bu halda Ermənistanın siyasi rəhbərliyinin konstitusiya islahatına tezliklə gedəcəyi bir qədər real görünmür. Ermənistanın müstəqillik bəyannaməsi və konstitusiyasında müvafiq dəyişiklik olmadan isə hərtərəfli sülh müqaviləsinin bağlanması mümkün deyil. Bununla bağlı Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə “Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil” fikrini söyləyib. Kifayət qədər aydın və dəqiq. Ona görə də hansısa çərçivə sənədinin, yaxud sülh müqaviləsi adlanmayan, yalnız müəyyən razılaşmaları özündə ehtiva edən sənədin imzalanması baş verə bilər. Əlbəttə, bunun özü də sonrakı proseslərin, o cümlədən hərtərəfli sülh müqaviləsinin bağlanması üçün proseslərin sürətlənməsinə gətirə bilər. Amma bu sənəddə sərhədlərin delimitasiyası və ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması məsələsi açıq qalacaq. Ona görə də biz Ermənistanın sonrakı hərəkətlərini, o cümlədən bizim beynəlxalq hüququn prinsiplərinə söykənən tələblərimizi, konstitusiya səviyyəsində mövcud olan ərazi iddasına dair müddəaların çıxarılması tələbinin yerinə yetirilməsini gözləməliyik". S.Məmmədov qeyd etdi ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin İrəvana növbəti səfərindən yaxşı heç nə gözləmək olmaz: “ABŞ-ın uzağagedən məqsədi başqadır və sülh müqaviləsinin yaxın vaxtda imzalanması, münasibətlərin tənzimlənməsi onların maraqlarına uyğun görünmür. Ermənistanın Rusiyanın təsir dairəsindən tam çıxarılmasından sonra ABŞ sülh müqaviləsinin bağlanmasında maraqlı ola bilər. O da yaxın gələcəkdə baş verməyəcək. Ermənistanın bütün demarşlarına baxmayaraq, o, Rusiyadan həyati baxımdan asılı vəziyyətdə qalmaqdadır. Daha bir məsələ Prezident İlham Əliyevin Ermənistanı ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı rəsmi bəyanat vermək çağırışına İrəvandan olan reaksiyadır. Prinsipcə, Ermənistan təklifi inkar etmir, amma bunun bəri başdan deyil, sülh müqaviləsinin imzalanmasından sonra mümkün olacağına işarə edir. Ermənistan parlamentinin spikeri Alen Simonyanın qənaətinə görə, "sülh sazişi imzalanandan sonra Minsk Qrupunun mənası itəcək və bu məsələ də öz-özünə həll olunacaq".

Yəni heç müraciətə ehtiyac da qalmayacaq. Bu yanaşma da bizi qane edə bilməz. Ona görə də “S & P Global Ratings” beynəlxalq reytinq agentliyinin və başqa qurumların optimizmini bölüşmək mümkün deyil. Onu da bir daha qeyd edim ki, hərtərəfli sülh müqaviləsi ilk növbədə Ermənistan üçün lazımdır. Bizim tələsən yerimiz yoxdur".

Məsələyə fərqli kontekstdən yanaşan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun da mövzu ilə bağlı olduqca maraqlı yanaşmaları və təhlili var: “ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bononun, o cümlədən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin Azərbaycana və Ermənistana səfəri Vaşinqtonun Bakı və İrəvan arasında aparılan danışıqların mahiyyəti ilə əlaqəlidir. Birincisi, Vaşinqton Azərbaycanla Ermənistan arasında qısa zamanda sülh sazişinin imzalanmasını istəyir. Cənubi Qafqazda sülh Amerika Birləşmiş Ştatlarına ona görə lazımdır ki, bölgə ölkələri arasında əməkdaşlıq başlasın, Ermənistan regional layihələrə qoşula bilsin. İkincisi, Vaşinqton Rusiyanın Cənubi Qafqaza təsirinin azalmasını istəyir. Azərbaycan Qarabağda separatizmə son qoyub və Rusiya hərbçiləri Azərbaycanın ərazisini tərk ediblər. Bu, o deməkdir ki, Kremlin Azərbaycana təzyiq alətləri minimuma enib. Kremlin Ermənistana təzyiq etmək üçün isə əlində hələ kifayət qədər aləti var. Ona görə də amerikalı diplomatlar İrəvandakı görüşlərdə məhz Ermənistanın Rusiyadan asılılığının azalması mövzularını müzakirə edirlər”. Analitik hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın erməni cəmiyyətində mövqeləri hələ möhkəmdir: “Ancaq bunun uzun zaman davam edəcəyini söyləmək də çətindir. Rusiyanın Ermənistanda dəstək verdiyi qüvvələr fəallıqlarını artırmağa çalışırlar. Ona görə də Vaşinqton Ermənistan hökumətini Rusiyanın təzyiqindən qorumaq imkanlarını artırmağa çalışır. Bu arada, "S & P Global Ratings" beynəlxalq reytinq agentliyinin analitiklərinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin 2024-cü ilin noyabrına, yəni BMT-nin COP29 tədbirinədək imzalanmasını mümkün hesab etmələri Vaşinqtonun istəyinə cavab verir. Bu, mötəbər beynəlxalq təşkilatın Bakıya və İrəvana mesajıdır ki, sülh sazişinin mümkün qədər tez imzalanması hamı üçün faydalıdır. Azərbaycanın da istəyi budur, önəmli olan Ermənistan hökumətinin qərar verməsidir. Prezident İlham Əliyev sülh sazişinin imzalanması üçün Ermənistan hökumətinin iki addım atmasının gərəkliyini bildirib. Birincisi, Ermənistan konstitusiyasında ərazi iddialarını əks etdirən bəndlər oradan çıxarılmalı, ikincisi rəsmi İrəvan fəaliyyət göstərməyən ATƏT-in Minsk Qrupundan rəsmən imtinasını bəyan etməlidir. Əslində bu, baş nazir Nikol Paşinyan üçün mürəkkəb məsələlər deyil. Paşinyan özü də bir neçə dəfə bəyan edib ki, yeni konstitusiya qəbul edilməlidir. Paşinyan Minsk Qrupunun adının qalmasının da mənasız olduğu anlayır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28
Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26
Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21
Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06
Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03
İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01
Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04
“ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32
BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26
Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22
23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02
Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34
Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28
İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26
Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46
Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02
Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00
Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58
20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10
Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57
Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53
Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50
Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48
İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46
Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru