Sabiq deputatdan qalmaqallı açıqlama: .....                     Daha bir məhkum həbsdə ölüb .....                     Ermənistanın dövlətsizləşdirilməsi planı var .....                     Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram .....                     Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... .....                     Sumqayıtda polis profilaktik tədbir keçirib .....                     Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər .....                     “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” .....                     Putindən Vaşinqtona “duel” təklifi .....                     İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib .....                     Əliyev bunu ilk dəfə açıqladı .....                     Azərbaycanda ən çox şikayət olunan internet provayderləri .....                     Neftçala DOST filialında təmir işləri bu şirkətə .....                     “Paşinyan iki şeyi yaxşı bacarır: .....                     DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir .....                     Putin niyə ELƏ DEDİ? .....                     Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət .....                     Axı məktəblərimiz niyə bu gündə olmalıdır? .....                     Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib .....                     Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib .....                     Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... .....                     Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə .....                     Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? .....                     Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib .....                     TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi .....                     "Dünya hamıya çatacaq qədər böyükdür" .....                     Suriyada qalib hansı ölkədir? .....                     "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" .....                     Başçıdan şəhid ailəsinə sayğısızlıq... .....                     "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının .....                     Vəzifəli şəxs HƏBS OLUNDU .....                     Nəsimi RİH-də kitab təqdimatı oldu .....                     2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq .....                     “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” .....                     Erməni politoloqdan Azərbaycanla bağlı .....                     Rusiya Suriyada məqsədinə nail olub .....                     AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... .....                     2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu .....                     İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... .....                     Makron Fransası sülh prosesini əngəlləyir .....                 

"Ona görə də bu dəfə müxalifəti sülh mətni ilə tanış etmək istəməyiblər" - Partiya sədri
Tarix: 19-03-2024, 11:00 | Çap et
"Ona görə də bu dəfə müxalifəti sülh mətni ilə tanış etmək istəməyiblər"
Bəllidir ki, Rusiya Qərbə üz tutacağı təqdirdə Ermənistanı “Ukrayna ssenarisi” ilə hədələyir: bu o deməkdir ki, Kreml Paşinyanın siyasətinə cavab olaraq Ermənistana qarşı hərbi rıçaqlardan istifadə etməyə hazırdır.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin taleyi qeyri-müəyyən olaraq qalır. Hərgah son vaxtlar danışıqları intensivləşdirmək yönündə hərəkətlənmələr, səylər artmış kimi görünür. Hətta bu ilin noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan COP29 tədbirinədək sülh sənədinin imzalana biləcəyi, Nikol Paşinyanın da Azərbaycana gələ biləcəyi haqda ümid və gözləntilər səslənib. Prezident İlham Əliyev bu xüsusda ötən həftə XI Qlobal Bakı Forumunun açılışı zamanı bildirib ki, Azərbaycan və Ermənistan sülhə hər zamankındən daha yaxındır. “Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymağın vaxtı yetişib”, - Prezident əlavə edib. Forumda çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan da hazırda Azərbaycanın və Ermənistanın sülh müqaviləsinə çox yaxın olduğunu vurğulayıb.

Bu arada Ermənistan XİN-i müxalifət deputatlarına Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təklifləri ilə tanış olmağa imkan verməyib. Qadağa barədə sosial şəbəkələrdə parlamentindəki müxalif “Hayastan” fraksiyasının nümayəndəsi Qeqam Manukyan bildirib. Deputat deyib ki, Bakının fevralın 23-də təqdim etdiyi son təkliflər paketi ilə tanış olmaq xahişini XİN rədd edib. Nazirlik hesab edib ki, məlumatların ilkin mərhələdə açıqlanması danışıqlara mane ola və sazişin yanlış təfsirinə səbəb ola bilər. Lakin Manukyana görə, imtina üçün heç bir hüquqi əsas yoxdur. O, sənədlərə girişin qadağan edilməsinin daha əvvəl müxalif erməni deputatlar üçün razılaşmaların mövcudluğundan narazılığını bildirən Azərbaycanın təzyiqinin nəticəsi olduğunu iddia edib. Onun sözlərinə görə, Ermənistan XİN-in bu qərarı deputatların ictimaiyyəti məlumatlandırmaq işini çətinləşdirmək və bilərəkdən çaşdırmaq cəhdindən başqa bir şey deyil.

Yada salaq ki, bu ilin yanvarında müxalifət deputatları Azərbaycanın təklifləri ilə tanış olmuşdular. O zaman Manukyan açıq şəkildə bildirmişdi ki, Bakının təklifləri sülh yolu ilə nizamlanmaya kömək etmir. Buna cavab olaraq Ermənistan XİN deputatlara gələcəkdə bu cür sənədlərə girişin məhdudlaşdırıla biləcəyi haqda xəbərdarlıq etmişdi. Maraqlıdır ki, məhz belə bir qadağa fonunda XİN rəhbəri Ararat Mirzoyan ötən həftəsonu bəyan edib ki, Azərbaycan və Ermənistan sülhə, delimitasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi 1991-ci il sərhədlərinin tanınması ilə bağlı konsensusa yaxındır. “Hazırda iki ölkənin mövqeləri hətta bir ay əvvəlkindən də yaxındır”, - nazir vurğulayıb. Bəlkə elə buna görə sənədin məzmunu erməni müxalifətindən gizlədilir? Doğrudanmı Bakı İrəvan sülh müqaviləsini imzalamağa heç vaxt olmadığı qədər yaxındır? Bakının son təkliflər paketində nə var və demək olarmı ki, İrəvan onunla razılaşmaq üzrədir?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, bir müddət əvvəl parlamentin müxalifətdən olan üç deputatı iqtidardan sülh mətni ilə tanışlığı istəmişdi: “O zaman sülh mətni, delimitasiya prosesi ilə bağlı görüş olmuşdu, məzmunu onlara çatdırılmışdı. Sonra həmin erməni deputatlar açıqladılar ki, mətndə narahatedici məqamlar var və Azərbaycanın şərtləri ağırdır, əgər qəbul olunarsa, o halda Ermənistanı böyük problem gözləyir. Ona görə də bu dəfə müxalifəti sülh mətni ilə tanış etmək istəməyiblər”. A.Əlizadənin fikrincə, görünür ki, bəzi məsələləri ictimaiyyətdən gizlətməyə çalışırlar: “Bu prosesin uzanması həm də onu deməyə əsas verir ki, Azərbaycan mövqeyində israrlıdır”. Partiya sədrinin sözlərinə görə, onlar da istərdi ki, sülh mətni ilə tanış olsunlar: “Biz ən çətin məqamlarda dövlətin yanında olmuşuq, dövlətçiliyi dəstəkləmişik. Əgər bəzi məsələlərin açıqlanması məsləhət deyilsə, ən azı siyasi təşkilatlarla bunu bölüşmək olar. Xatırlayıram ki, mərhum Heydər Əliyevlə partiyaların birgə iclası olmuşdu, qapalı tədbirdə Qarabağ məsələsi müzakirə olunmuşdu. Bu dəfə də belə bir toplantı mümkündür və siyasi təşkilatlar dövlətçiliyin maraqları naminə ictimaiyyəti sülhlə bağlı yönləndirmək istiqamətində addımlar ata, ümumi işə fayda verə bilər”.

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli qəzetimizə açıqladı ki, erməni iqtidarı sənədi müxalifətdən daxili təpkilərə görə gizlədir: “Paşinyan komandasına elə gəlir ki, müxalifət sənədlə tanış olduqdan sonra ictimai rəydə manipulyasiya edə biləcək. Yəni siyasi qüvvələr iqtidarı təslimçilikdə, torpaq verməkdə, iddialardan əl çəkməkdə ittiham etməyə başlayacaqlar. Müxalifət bəyan edəcək ki, sənəd Ermənistanın milli maraqlarına uyğun deyil, xalqın istəklərini fadə etmir və hakimiyyətin güzəştə getmək aktıdır. Bunu bildikləri üçün mətni müxalifətin əlinə vermirlər. Çünki bir dəfə eyni aqibət yaşanıb. O səbəbdən müxalifət daxili auditoriyada populyarlıq qazanmasın, iqtidar satqın obrazında təqdim olunmasın deyə danışıqların detallarını gizlədirlər”. VHP funksioneri qeyd etdi ki, sülhün alternativi olmadığını erməni müxalifəti də dərk edir, sadəcə, iqtidara basqı etməkdədirlər. S.Əsədli bildirdi ki, Paşinyan cəmiyyəti mərhələli şəkildə sülhə hazırlayır: “Ona görə bəyan etdi ki, xalq istəyəndə referendum olacaq. Qanunvericiliyə dəyişiklik üçün münbit siyasi şərait gözləməkdədir. Sonra Müstəqillik Aktından ərazi iddiaları referendumda dəyişikliklərlə aradan qaldırılacaq. Bunu indi edəcəyi təqdirdə müxalifət iqtidarın üzərinə getməyə başlayacaq. O cəhətdən həm sülh danışıqlarının məzmunu müxalifətə təqdim olunmur, həm referendum keçirilməsi üçün tələskənliyə yol vermək istəmirlər. Hər halda, Böyük Britaniyanın baş nazirinin sözləri də kifayət qədər cəlbedici idi. Rişi Sunak eyham vurmuşdu ki, COP29-dək tarixi sülh müqaviləsinin imzalanması istisna deyil”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56
Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52
Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49
Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43
Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34
“Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25
Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16
İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14
Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06
Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05
“Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00
DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00
Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42
Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39
Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24
Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06
"Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38
Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34
Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00
Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55
AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53
2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02
Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00
“RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58
"Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11
Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07
Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03
Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01
Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56
"Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51
Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49
“Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42
KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru