ETSN 7 saylı Ekologiya İdarəsi 17 minə yaxın tingi məhv edəni 6 min manat cərimələdi - BİABIRÇILIQ...
Tarix: 22-05-2024, 10:09 | Çap et
Aktualinfo.org artıq bir aydır ki, Oğuz rayonun Mollalı kəndinin Bələdiyyə meşə fondundakı ərazinin 10 hektar sahəsində, payızda və cari ilin martın əvvəlində dövlət tərəfindən əkilmiş qoz, ağcaqayın tinglərinin hamısının traktor və digər texnikaların köməyilə şum edilərək yerinə qarğıdalı səpilməsi barədə məlumatılar yayır. Qeyd edək ki, aprelin 27-də, gecə yarisi baş vermiş bu hadisəni törədən elə həmin kəndin sakini, özünü sahibkar hesab edən Məmmədov Rauf Qabil oğlu olmuşdur. Verilən məlumatdan məlum olmuşdur ki, Rauf məşhur iş adamı olan Hacı İbrahim Nehrəmlinin oğlu ilə dostluq əlaqələrindən istifadə edərək yaşadığı ərazidə geniş biznes işləri görmək üçün biznes layihələr həyata keçirməyə başlamışdır. Əvvəlcə 2022-ci və 2023-cü illərdə Mollalı kəndinin meşə ərazisində 10 ha açıq meşə ərazisini maklerlər vasitəsilə zəbt edərək qarğadalı bitkisi yetişdirməklə məşğul olmuşdur.
2023-cü ilin payızında və cari ilin yazında həmin ərazidə Ekologiya Nazirliyinin göstərişi ilə qoz, lapan, ağcaqayın ağacları əkilərək meşəbərpa layihəsi həyata keçirilmişdir. Elə bu zaman Hacı İbrahim əraziyə gələrək meşə işçilərinə xəbərdarlıq edərək bildirmişdir ki, bu ərazidə ağac tingləri əkməsinlər. Lakin biznesmenin xəbərdarlığını ETSN işçiləri ciddiyə almamışlar. Cari ilin aprelin 27-də gecə saat 3-dən səhər saat 8-dək iki ədəd təkərli T-80 markalı traktorla ( dövlət nömrə nişanı 20 AB 576 və 48 TT171 olan ) 10 ha meşə sahəsini şum edərək əkilmiş ağacların hamısını məhv edərək dövlətə külli-miqdarda ziyan vurmaqla ekoloji cinayət törətmişlər.
Oğuz Rayon İcra Hakimiyyətinin “Facebook” sosial şəbəkəsində baş vermiş hadisə ilə bağlı rəsmi arayışında qeyd edilir: Qeyd olunan hadisə ilə əlaqədar olaraq 15 saylı RMTM məlumatına əsasən bildiririk ki, 15 saylı RMTM-nin Xaçmaz meşəbəyliyinin 11 saylı meşə dolayının kvartal 95 bölmə 5. 6 da plan proqnoza uyğun olaraq 2024-cu ilin yaz mövsümündə 10 hektar sahədə 3x1m sxemində 33 330 ədəd ağcaqayın və göyrüc tingləri əkilmişdir.
Qeyd edilən 10 ha meşə əkininin 5 hektarını Oğuz rayon Mollalı kənd sakini Məmmədov Rauf Qalıb oğlu 27-28 aprel 2024-cü il tarixdə gecə vaxtlarında şumlamış nəticədə 16 665 ədəd ağcaqayın cinsindən tingləri məhv etmiş və əraziyə qarğıdalı səpmişdir. Bu barədə 29.04.2024-cu il tarixdə Mərkəz tərəfindən 003395 nömrəli akt tərtib edilmiş, ərazinin şumlanması və 16 665 ədəd tingin məhv edilməsinə görə Rauf Məmmədova 6071.45 manat ziyan hesablanmışdır. Toplanılmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Oğuz Rayon Prokurorluğuna, Polis şöbəsinə və Meşələrin İnkişafı Xidmətinə göndərilmişdir.
Yerli İcra Hakimiyyətinin rəsmi arayışından da göründüyü kimi 10 ha meşə fondunun 5 ha-da Rauf Məmmədov tərəfindən 16 665 ədəd ağac tinglərinin şumlanaraq məhv edildiyi və cəmi 6071 manat ziyan hesablanaraq cərimə aktı tərtib edilib. Amma qalan 5 ha meşə tingliyinin kim tərəfindən məhv edilməsinə dair məsələ açıq qalmaqdadır. Rauf Məmmədovun kənd sakinlərinə 10 ha-ın bir hissəsi ona, qalan hissəsi isə Hacı İbrahim Nehrəmliyə aid olduğunu bildirmişdir. Yəni, belə nəticəyə gəlirik ki, bu adamlar ortaq olaraq birlikdə qarğıdalı biznesi ilə məşğul olurlar. ETSN-nin 7 saylı Ekologiya İdarəsi isə yalnız bir nəfəri cərimələməklə kifayətlənib.
Tinglik üzrə mütəxəssislərin verdiyi rəylərə görə hər bir belə tingin 3 il ərzində ərsəyə gəlməsi üçün dövlət ən azı 6-7 manat xərc çəkir. Sonradan onun əraziyə köçürülməsi üçün şum və digər kultivasiya işlərinin görülməsi, gübrələnməsi, suvarılması, mühafizəsi, qulluq edilməsi, 3 m eni olan aralıqların ağac dibi üçün payız şumu edilməsi hamısı xərc tələb edir. Əgər 1 tingin hazırlanması və onun əkilməsi və qulluğu üçün ən azı dövlət büdcəsindən 8 manat sərf edilirsə bu elə təxminən 130 000 manat xərc deməkdir. ETSN 7 saylı Ekologiya İdarəsi mütəxəssilərinin isə tərtib etdiyi akt əsasında Rauf Məmmədov cəmi 6071 manat ziyan vuran kimi göstərilərək dövlət büdcəsinə dəymiş real zərərin ən azı 20 dəfə azaldılması kimi qeyd etmişlər. Bu da onu deməyə əsas verir ki, yerli işbazlarla 7 saylı Ekologiya idarəsi əməkdaşları və onlara ETSN səviyyəsində göstəriş verənlər əslində meşələrin məhvi hesabına pul qazanmaqla məşğuldurlar. Dövlətin külli-miqdarda ziyana düşməsi isə məsuliyyətsiz işçilər üçün önəmli deyildir. Dünən Oğuz rayonundan verilən digər məlumatda isə qeyd edilir ki, Dövlət Əmlak Komitəsi yanında Oğuz rayon Torpaq və Kadastr İdarəsinin Elmar adlı işçisi sakinlərə bəyan etmişdir ki, mübahisələndirilən 10 ha ərazi pay torpağıdır və fiziki şəxslərə, az bir hissəsi də Bələdiyyə meşə fondu ərazisinə aiddir. O zaman təbii sual yaranır ki, madam ki, 10 ha ərazinin 90%-i pay torpaqlarıdırsa, o zaman Mollalı kənd camaatının son 28 ildə bundan niyə xəbəri olmayıb? Və niyə bircə nəfərə belə Torpağın Dövlət Aktı sənədi verilməyib? Yəni, Elmar müəllimin təcili surətdə ərazinin plan və ölçüsü haqında tələskənliklə bəyanat verməsi və sənəddə ənənəvi sürüşdürmə üsulu tətbiq edərək yeni sənəd ortalığa çıxarması onu təsdiq edir ki, torpaqşünas məmur pulunu alıb iş görüb. Və bunun da açması budur ki, narazı qalan kənd sakinlərinin etirazlarının qarşısını almaq və işi rəsmi qaydada rüşvət hesabına öz məcrasına yönəltməkdir. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Bu gün, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Bu gün, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Bu gün, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Bu gün, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Bu gün, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Bu gün, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Bu gün, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Bu gün, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Bu gün, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Bu gün, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Bu gün, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Bu gün, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Bu gün, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Bu gün, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Bu gün, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Bu gün, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Bu gün, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Bu gün, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Bu gün, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Bu gün, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Bu gün, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24 |
|
|
|
• Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22 |
|
|
|
• "Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18 |
|
|
|
• "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14 |
|
|
|
• ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02 |
|
|
|
• Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57 |
|
|
|
|