Azərbaycanda ən çox şikayət olunan internet provayderləri .....                     Neftçala DOST filialında təmir işləri bu şirkətə .....                     “Paşinyan iki şeyi yaxşı bacarır: .....                     DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir .....                     Putin niyə ELƏ DEDİ? .....                     Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət .....                     Axı məktəblərimiz niyə bu gündə olmalıdır? .....                     Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib .....                     Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib .....                     Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... .....                     Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə .....                     Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? .....                     Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib .....                     TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi .....                     "Dünya hamıya çatacaq qədər böyükdür" .....                     Suriyada qalib hansı ölkədir? .....                     "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" .....                     Başçıdan şəhid ailəsinə sayğısızlıq... .....                     "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının .....                     Vəzifəli şəxs HƏBS OLUNDU .....                     Nəsimi RİH-də kitab təqdimatı oldu .....                     2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq .....                     “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” .....                     Erməni politoloqdan Azərbaycanla bağlı .....                     Rusiya Suriyada məqsədinə nail olub .....                     AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... .....                     2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu .....                     İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... .....                     Makron Fransası sülh prosesini əngəlləyir .....                     “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir .....                     "Ermənistan buna imkan vermir, .....                     Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub .....                     Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub .....                     Tovuz məktəbində zəhərlənənlərin .....                     Ermənistan konstitusiyası .....                     "Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" .....                     Ermənistan Macarıstanla saziş imzalayacaq .....                     “Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     KAPİTALBANK-ın ABSURD YANAŞMASI... .....                     Brüssel onlayn platformalara nəzarəti gücləndirir .....                 

Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası: Buraların özünün bərpaya ehtiyacı var... - ŞOK FOTOFAKT!
Tarix: 20-06-2023, 08:29 | Çap et
Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası: Buraların özünün bərpaya ehtiyacı var...
Heç kəsə sirr deyil ki, ilbəil dövlət büdcəsindən həm səhiyyəyə, həm də icbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır.

Vətəndaşlara tibbi xidmətlər də TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyindəki tibb müəssisələrində Xidmətlər Zərfi çərçivəsində göstərilir. TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır.

Xatırladaq ki, TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən (göstərilən xidmətlərdən) əldə edilən daxilolmalar, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir.

***

...Son 20 ildə ölkədə 800-dək xəstəxana binası ya yenidən tikilib, ya da əsaslı təmir olunub.

Bəziləri isə uzun illərdir onlara da diqqət ayrılacağı, daha doğrusu, həmin xəstəxanalara üz tutanlar da, tibb işçiləri də şəraitsizlikdən can qurtaracağı günü gözləyirlər...

Bunlardan biri də Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası kimi yaddaşlarda qalan 4 saylı xəstəxanadır. Əslində bu xəstəxanadakı vəziyyətlə tanış olmaq üçün elə birinci mərtəbəsindəki liftinə daxil olmaq kifayətdir: əlbəttə, əgər daxil ola bilsəniz. Yarımçıq açılan liftin qapılarından qol-qanadınız əzilmədən içəri keçmək böyük hünər tələb edir, hətta deyərdik ki, akrobatik ustalıq...

Hələ xəstəxanaya təcili tibbi yardım maşınlarında gətirilmiş xəstələri (əsasən insult) arabaya əyləşdirib 3-cü mərtəbədə yerləşən nevrologiya şöbəsinə qaldırmaq da tibb işçilərindən xüsusi bacarıq tələb edir: həm qapıları tutaraq özünü içəri salmalı, həm də arabadakı xəstəni silkələyə-silkələyə, təkərlərini yerdən qaldıraraq yerləşdirməyi bacarmalıdır. Bu zaman ən azı 2 nəfər həmin yarımcan xəstəni liftə qəzasız-bəlasız keçirib - düşürmə “əməliyyatını” həyata keçirməlidir (adi vaxtda çox adam qorxudan liftə yaxın düşməyib pilləkənlərdən istifadəyə önəm verir).

Uzun illər, sabiq səhiyyə nazirinin dönəmində belə əldən düşmüş, sökülüb–dağılmış, taleyin ümidinə buraxılmış xəstəxananın halına yanan olmayıb. Hansı ki, bu gün də xəstəxananın nevrologiya şöbəsində qazilər, hərəkət məhdudiyyəti olan əlillər, insult keçirmiş xəstələr müalicə olunurlar. Otaqların, koridorların suvağı tökülmüş divarları, tavanları, linoliumu nimdaşlaşmış, qopub cırılmış döşəmələri, bərbad palata qapıları, ayaqyolundakı şəraitsizlik göz çıxarır.

Hətta yataq xəstələri üçün çanaq (unitaz) rolunu oynayan oturacağı xüsusi ovulmuş köhnə stullar xidmət göstərir, hansı ki, 21-ci yüzillik üçün xəstəxanadakı “ixtiraçıların” ən müasir kəşfi sayıla bilər...

Ayağı çəliklə yer tutan, lakin dizdən qatlamaqda çətinlik çəkən xəstələrə isə ayaqyolundakı yer çanaqları “xidmət göstərir” (kişilərin bu sarıdan bəxti gətirdiyi bildirilir - onların ayaqyolunda oturacaqlı çanaqların olduğu deyilir...), əlbəttə, ayaqlarını qatlaya bilməyənlərə təklif olunur ki, bir nəfər özü ilə xidmətçi gətirsin və onlar üçün çarpayı pulu 12 manat ödəməklə həmin “son model stul-qarşoklardan” istifadə etməsinə yardımçı olsunlar. Buna isə bir çoxunun nə maddi imkanı yol verir, nə də işsiz-gücsüz ailə üzvü tapa bilirlər... Seçim isə sənindir: ya müalicə olunmaq üçün qulluğunda dura biləcək – “qarovulçu” tapmalısan, ya da müalicədən imtina barədə kağıza qol çəkib gedə bilərsən...

Məsələn, xəstəxananın adı çəkilən şöbəsində müalicə alan 2-ci qrup əlil, şəhid anası Xəlilova Bəyim bildirir ki, müalicədən çox razıdır, amma şəraitsizlikdir.

“49-cu məhəllədə yaşayıram. Xəstəliyimlə əlaqədar mən şəkər xəstələri üçün olan xəstəxanada müalicə olunmalıydım, amma yer olmadığı üçün göndərdilər Sumqayıtdakı 45 saylı xəstəxanaya, orada da yer tapılmadı deyə bura gətiriblər... Mən yeriyə bilmirəm, zorla, əsa ilə gəzirəm, mənim burada xidmətimdə dura biləcək adamım da yoxdur, çünki hamı işləyir. Burda isə şərait yoxdur – unitaz da yoxdur, ancaq yerdəndir”, - deyə Bəyim xala bildirir.

O, üzrxahlıq edərək əlavə edir ki, 4 gündür xəstəxanada yatır, amma unitaz yerdən olduğuna görə istifadə edə bilmir və buna görə də çalışır ki, az yemək yesin(?!)...

“Mən öturub-dura bilmirəm. Qorxuram ki, tavandakı kərpic başıma düşə”, - deyir ağbirçək qadın.

Bəyim xala dava-dərmanının hamısının xəstəxana tərəfindən verildiyini, hər gün masaj olunduğunu, fizioterapiyadan istifadə etdiyini, tibbi personaldan razı olduğunu bildirir.

Lakin bütün xəstələr Bəyim xala kimi dava -dərmanla əhatə olunmayıb. Misal üçün, insult xəstələri xəstəxanaya çatan kimi ailə üzvləri çağırılır və 10 günlük resept yazılaraq onlara verilir. Çünki insult xəstələri üçün həyati əhəmiyyət daşıyan iynələrin bir çoxu xəstəxanada yoxdur və əgər bu dərmanlar alınıb verilməzsə, müalicə başlanılmayacaq. Müalicə alan xəstənin bəzi iynələri xəstəxanadan verilsə də, əksəriyyəti (MAHH�?Т-i apteklərdən belə, tapmaq müşküldür, hansı ki, beyin üçün vazkeçilməz preparatdır və mütləq lazımdır) aptekdən alınmalıdır, hətta 2 və 5 qramlıq şprislərədək, çünki onlarda əsasən 10 qramlıq şprislər olur.

Ümumiyyətlə, illərlə baxımsızlıqdan bərbad vəziyyətə düşmüş xəstəxananın adı çəkilən şöbəsinin ayaqyolunda ən adi – oturacaqlı çanaq (unitaz) belə yoxdur, yaxud da yataq xəstələrinə vacib lazım olan, həm də qiyməti çox ucuz olan oturacaqlı, daşınan plastik olanları da...

Burada plastik unitazları ortası dairəvi ovularaq kəsilmiş köhnə stullar və vedrələr əvəzləyir – həmin stulların taxta kənarlrından isə mismarlar çıxır.

Qeyd edək ki, xəstəxanada reanimasiya şöbəsi olmadığı üçün insult (beyin qan dövrnının kəskin pozulması) xəstələrinin yanında mütləq bir nəfər qoymaq tələb olunur. Xəstənin yaxınlarına bildirilir ki, onlara baxmağa (yedirtmək, unitaza əyləşdirmək və s.) tibbi personalları yoxdur. Mütləq kimsə işdən icazə alıb, yaxud günəmuzd çalışandırsa çörək pulundan olub xəstəsinin xidmətində durmalıdır – evindəymiş kimi. Və icbari tibbi sığortaya əsasən (belə izah olunur) xəstənin yanında qalacaq şəxsə veriləcək çarpayı üçün gündəlik 12 manat pul da ödəməlisən. Hesablasaq ki, xəstə tam müalicə kursu almaq üçün bəzən 21 gün stasionarda yatmalıdır, demək ki, yanında gecələyən üçün 252 manat pul ödənilməsi deməkdir. Üstəgəl dava-dərman, işə getməyib itirdiyin günlərin pulları, xəstənin yanında qalan şəxsin də ehtiyaclarını ödəmək üçün yanına gəlib-getmək və s. Və buna görə də bu şəraitsiz yerdən hamı maksimum tez bir zamanda can qurtarmağa – xəstəsini ev şəraitində ayağa qaldırmağa çalışırlar.

Xatırladaq ki, 4 saylı xəstəxananın birinci mərtəbəsinin bir hissəsində (4-cü mərtəbəsində də olduğu deylir) 19 məcburi köçkün ailəsinin məskunlaşdığı deyilir. Hazırda 1-ci mərtəbədə yaşayanlar da var. Məlumatlara görə, xəstəxanada əsaslı təmirin məcburi köçkünlərin doğma yurdlarına dönəcəkləri vaxtdan sonra başlanacağı bildirilir.

Amma bu, xəstəxanada ən sadə təmirin belə, aparılması üçün, yaxud ayaqyoluna çox ucuz qiymətə olan oturacaqlı çanaq qoymaq, liftin qapılarını təmir etmək... üçün bəhanə ola bilərmi?

Əslində fotolar xəstəxananın inanılmaz bərbad vəziyyətdə olduğunun göstəricisidir və əlavə şərhə də ehtiyac yox idi.

Biz isə yazdıq, dedik bəlkə bu zavallı insanların üz tutduğu xəstəxanaya rəhmi gələn tapılar, tez bir zamanda minimum problemlər belə, həllini tapmış olar..

Onu da əlavə edək ki, 4280 m² sahəsi olan 4 saylı xəstəxana ötən il yanğına məruz qalmış və 15 nəfər tüstüdən zəhərlənmişdi.

P.S. Deyilənə görə, müstəqillik illərindən bir qədər əvvəl məşhur alim Xudu Məmmədov xəstəliyi ilə əlaqədar Bakıda fəaliyyət göstərən xəstəxanalardan birinə yerləşdirilir. Alimin müalicə aldığı xəstəxana o qədər bərbad vəziyyətdə olur ki, dillə təsvir olunası deyilmiş, hətta tarakanlar da stolun üstündə rahatca qarınlarını doyururmuş... Xəstəxanada müalicə olunduğunu eşidəndə dostu, Xalq şairi Bəxtiyar Vahabzadə Xudu Məmmədovu yoluxmağa gəlir və ora çatan kimi alimi məzəmmət edir ki, niyə indiyədək burada müalicə alması barədə xəbər verməyib?

Xudu müəllim isə üzünü ona tutaraq “Bəxtiyar, mən bu günlər ərzində bir şeyi kəşf etdim – sən demə, bu cür bərbad, zir-zibilli, tarakanlı... xəstəxanada insanlar müalicə olunaraq sağalıb evə gedirlərmiş”....
//tezadlar.az//

Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası: Buraların özünün bərpaya ehtiyacı var...
Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası: Buraların özünün bərpaya ehtiyacı var...
Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası: Buraların özünün bərpaya ehtiyacı var...
Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası: Buraların özünün bərpaya ehtiyacı var...
Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası: Buraların özünün bərpaya ehtiyacı var...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06
Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05
“Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00
DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00
Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42
Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39
Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24
Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06
"Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38
Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34
Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00
Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55
AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53
2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02
Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00
“RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58
"Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11
Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07
Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03
Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01
Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56
"Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51
Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49
“Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42
KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33
Brüssel onlayn platformalara nəzarəti gücləndirir - GƏLİŞMƏ
Bu gün, 12:26
Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı
Bu gün, 12:22
Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:20
Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun
Bu gün, 12:14
Gənc blogerin ölümü ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:10
Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bu gün, 12:08
“Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02
Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48
Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45
Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40
Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru