Azər Zeynalov HƏBS OLUNUB? - İLGİNC İDDİA
Tarix: 17-06-2023, 15:35 |
Çap et
DİA.AZ: - "Azər Zeynalov hardadır?" DİA.AZ bildirir ki, bu sorğu ilə Naxçıvan sakinləri redaksiyamıza müraciət ediblər.
Xatırladaq ki, hələ bir neçə gün əvvəl Naxçıvan Ali Məclisin sədr müavini, Fasif Talıbovun ən sdəaqətli adamı Azər Zeynalovun barəsində ölçü götürüləcəyini xəbər etmişdik.
DİA.AZ-a daxil olan son informasiyalara görə, iki gün öncə Naxçıvan Ali Məclisinin sədr əvəzi Azər Zeynalovu 2-ci reyslə Bakıya gətiriblər.
Mənbə diaaz.space-a bildirir: "Dünən isə onu müvafiq idarədə sorğuya çəkiblər.
Azər Zeynalov hələ də Naxçıvana qayıtmayıb. Görünür, onunla söhbət uzun sürəcək".
Əlavə bilgilərimiz olacaq. İddia ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...