UKRAYNA TRANSXƏZƏR-Ə “HƏ" DEYİR
Tarix: 6-04-2012, 13:21 | Çap et
RUSİYA İSƏ LAYİHƏNİN REAL OLACAĞINA İNANMIR
Ukrayna layihəyə 790 mln avro qoyub Transxəzər qaz kəməri layihəsinə daxil olmaq istəyir. Bir şərtlə ki, ordan Kulevi limanına qol çəkilsin və maye qaz tankerlə Ukraynaya çatdırılsın.
Aprelin 4-də baş nazir Nikolay Azarov prezident Əliyevlə görüşündə bəyan edib ki, Ukrayna Transxəzər qaz kəməri layihəsinə daxil olmaq istəyir. “Layihədə iştirak edən tərəflər razılığa gəlsə, Ukrayna layihədə iştirak məsələsinə baxa bilər”, - deyə o bildirib.
Hələ Ukrayna limanlarında qaz qəbulu müəssisələri yoxdur. Yujnıy limanında maye qazın çevrilməsi üzrə terminalın TİƏ-si ötən həftə başa çatıb. 846 mln avroluq layihəni xarici investorların hesabına həyata keçirmək nəzərdə tutulur. Amma hələ onlarla saziş bağlanmayıb. Terminalın gücü ildə 5 mlrd m3 olacaq. Perspektivdə onu iki dəfə artırmaq mümkün olacaq, deyə UGMK.INFO bildirir.
Azərbaycan Neft Araşdırmaları Mərkəzində hesab edirlər ki, rəsmi Kiyev üçün işin kommersiya tərəfi vacib deyil. Əsas olan Moskvaya Rusiya qazı olmadan keçinməyin mümkünlüyünü göstərməkdir.
Mərkəzin ekspertləri hesab edir ki, Rusiya qazı baha olduğu üçün Kiyev alternativ arayır. Amma Ukrayna çətin ki bu vəzifəni Transxəzər qaz kəməri hesabına həll edə bilsin. Ukrayna bu arzusunu ifadə edən kimi Moskva bəyan etdi ki, “Xəzərdə maraqlarını qorumaq üçün bütün siyasi-iqtisadi arsenalından istifadə edəcək”. Təsadüfi deyil ki, RF xarici işlər naziri Bakıya Ukrayna baş nazirindən bir gün əvvəl gəldi.
Türkmən qazının Kuleviyə çatdırılması üçün ildə 10 mlrd m3 buraxılış qabiliyyəti olan infrastruktur yaratmaq lazımdır. Bunun üçün 1,5 mlrd avro tələb edilir. Kulevi terminalı və Gürcüstan ərazisində boru kəməri tikintisini Azərbaycan özü investisiyalaşdırmalıdır. Bunlar qazın nəql qiymətinə və Odessada maye qazın satış qiymətinə təsir edəcək. Nəticədə Ukrayna qazı yenə baha alacaq. O, perspektivdə qaz bazarını 20-25% diversifikasiya etsə belə, çətin ki daxili bazarda qiymət azalsın.
ARDNŞ prezidenti jurnalistlərə bildirib ki, Ukrayna TANAR-da pay almaq istəyir. Ehtimal edir ki, perspektivdə Türkiyə, Bolqarıstan, Rumıniya və Moldova vasitəsilə qaz (Azərbaycaan və ya türkmən qazı) idxal edə bilər. Kiyevdə unudurlar ki, onlar ucuz qaz almaq istədiyi kimi, Xəzəryanı ölkələr də onu baha satmaq istəyir ki, çoxmilyardlıq infrastrukturun pulunu çıxarsınlar.
" Transxəzər qaz kəməri layihəsi Azərbaycanın yox, Türkmənistan və Aİ-nin layihəsidir. Azərbaycan müşahidəçidir. Bu iki tərəf razılığa gələrsə, ərazimizdən qaz tranzitinin imkan və şərtlərinə baxarıq", - deyə “İnterfaks” ARDNŞ prezidentindən sitat gətirir. O qeyd edib ki, Bakı bu layihədə tərəfdaş deyil. "çünki burada Azərbaycan qazı və ya hansısa marağımız yoxdur", - bunu isə "Moskovskiye novosti" yazır.
Rəsmi Bakının Transxəzər qaz kəməri layihəsi üzrə ritorikasının dəyişməsi Moskva üçün sürpriz olub. İndiyə qədər Azərbaycan kəskin şəkildə olmasa da, Brüssel və Aşqabaddan olan tərəfdaşlarla həmfikir idi. İki gün əvvəl energetika naziri Natiq Əliyev bildirmişdi ki, Transxəzər qaz kəməri üzrə danışıqlar müntəzəm şəkildə davam edir.
Əvvəlcədən aydın idi ki, Transxəzər qaz kəməri layihəsində iştirakın riski Bakı üçün türkmən qazının tranzitinin dividendindən çox böyükdür. Azərbaycan Avropanın qaz bazarında ciddi oyunçu olmaq istəyir. Hərçənd onun Aİ ölkələrinə uzunmüddətli tədarük üçün potensial imkanları ildə 10 mlrd m3 ilə məhdudlaşır (üstəlik, onilliyin sonundan tez olmayacaq), coğrafi cəhətdən əlverişli mövqe və Brüsselin Rusiya qazından asılılığı azaltmaq arzusu Azərbaycana yaxşı start şərtləri verir.
Hətta bu şəraitdə Avropadan olan alıcılar və Türkiyə ilə danışıqlar çətin gedir və başa çatma müddəti uzadılır. Bu gün Azərbaycan qazı satılmayıb, nəql marşrutu müəyyən edilməyib. Bundan başqa, Ankara ilə yenidən fikir ayrılığı yaranıb. Bu, Transanadolu qaz kəməri layihəsində pay bölgüsü ilə bağlıdır.
ARDNŞ (80%) və BOTAS (20%) Türkiyə ərazisindən Avropaya qaz nəqli üçün kəmər çəkmək qərarına gəliblər. İndi hökumətlərarası saziş imzalanması ərəfəsində Ankara tələb edir ki, payı artırılsın. Rövnəq Abdullayev bəyan edib ki, ARDNŞ 51%-i özünə saxlayıb, 29%-i
Azərbaycanda qaz hasilatı layihəsində iştirak edən VR, Statoil və Total arasında bölmək istəyir. Bu fikir ayrılığı təxirə salınma təhlükəsi yaradır.
Bakı öz qazının tədarükü üçün yaxşı şərait yaratmamış Transxəzər qaz kəməri layihəsi barədə ciddi danışmaq niyyətində deyil. Hətta avropalılar və türklərlə razılıq əldə edilməsi heç nəyi dəyişməyəcək. Aİ bazarında türkmən qazının peyda olması rəqabətin artmasına və konyunkturun Azərbaycan üçün pisləşməsinə gətirib çıxaracaq. Tranzit gəlirləri ilə qiymətdə ehtimal edilən ucuzlaşmanı kompensasiya etmək çətin ki baş tutsun. Bundan başqa, Xəzər hövzəsində vəziyyətin kəskinləşməsi riski var. Belə ki, Rusiya ilə İran icazəsiz tikintilərə qətiyyətlə etiraz edir, bu isə cəlbediciliyə, o cümlədən Azərbaycan hasilat layihələrinə mənfi təsir edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Bu gün, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Bu gün, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Bu gün, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Bu gün, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Bu gün, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Bu gün, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Bu gün, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Bu gün, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Bu gün, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Bu gün, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Bu gün, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Bu gün, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Bu gün, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Bu gün, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Bu gün, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Bu gün, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Bu gün, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Bu gün, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Bu gün, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Bu gün, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Bu gün, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24 |
|
|
|
• Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22 |
|
|
|
• "Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18 |
|
|
|
• "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14 |
|
|
|
• ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02 |
|
|
|
• Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57 |
|
|
|
|