“Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” .....                     Benziya niyə hələ də Azərbaycana qayıtmayıb? .....                     Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib .....                     Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib .....                     Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış .....                     Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir .....                     Ermənistan sürpriz edə bilər .....                     “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq .....                     İcra başçısı vətəndaşların müraciətini dinləyib .....                     "Zümrüd hansısa insanların oyununun qurbanıdır..." .....                     Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət .....                     DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... .....                     Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb .....                     Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? .....                     İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti .....                     "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında .....                     Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub .....                     Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... .....                     Nə sən doymaq biləsən, nə səndən doyan ola... .....                     Nazirlikdən getdi, müşavir təyin edildi .....                     Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? .....                     Əməliyyat zamanı ad günü keçirilən klinika .....                     Yeni işğal planı açıqlandı, dünya təşvişdə: .....                     Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: .....                     Regional təhsil idarəsində kütləvi ixtisar... .....                     İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib .....                     Tiktoker "Xan" ilə bağlı .....                     Əməliyyat zamanı doğum gününü qeyd edən həkim .....                     Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib .....                     DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... .....                     Ayxan Hacızadə Paşinyana .....                     Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." .....                     Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı .....                     ADNSU-nun rektorundan daha bir alim şikayət etdi .....                     Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm .....                     Deputat qalmaqallı görüntülərdən danışdı: .....                     "Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi .....                     "İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" .....                     Türkiyə Trampa bel bağlamalı deyil... .....                 

Qərb Rusiya və İranı təbii müttəfiqə çevirir...
Tarix: 26-12-2014, 09:26 | Çap et
Qərb Rusiya və İranı təbii müttəfiqə çevirir...
diaaz.space İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpurun Trend-ə eksklüziv müsahibəsini təqdim edir:

- Uzun illərdir İrandakı layihələrə Hindistan və Çinin maliyyə ayırması məsələsi gündəmdədir, lakin nəticə əldə olunmayıb. Son zamanlar tərəflər arasında razılıqların əldə olunması ilə bağlı məlumatlar dərc edilir. Razılıq əldə olunubmu? Bu iki ölkə neçə layihəni maliyyələşdirməyi planlaşdırır və bu layihələr hansı sahələri əhatə edir?

- Çin uzun illərdir ki, İrandakı layihələri maliyyələşdirir və bu proses hazırda da davam edir. Bu ölkə yaxın zamanlarda İranda bir sıra yeni layihələri də maliyyələşdirəcək. Çin və İran arasında bu məsələdə heç bir maneə yoxdur. İrandakı layihələrin Hindistan tərəfindən maliyyələşdirilməsi məsələsi isə hazırda müzakirə olunur. Ölkələr arasında ilkin razılıq əldə olunub və görünən odur ki, tərəflər tezliklə tam razılığa gələcəklər.

- İran və Rusiya bir neçə il öncə iki ölkə arasında ticarət mübadiləsində dollar və avrodan deyil, milli pul vahidindən istifadə ilə bağlı razılığa gəldi, lakin sonra bu məsələyə dair açıqlamalar verilmədi. Bu sahədə iki ölkə arasında danışıqlar aparılırmı? Rublun dəyərinin azalması ticarət mübadiləsində milli pul vahidindən istifadə riskini artırmırmı?

- Əgər hazırda biz Rusiya ilə hər hansı ticarət mübadiləsi həyata keçiririksə, bu, o deməkdir ki, mövcud durumu dərk edərək və hazırkı vəziyyətdə bu işi görürük. Yəni keçmişdən onların biz hər hansı bir borcu yoxdur ki, rublun dəyərinin düşməsi bizim ticari əlaqələrimizə mənfi təsir göstərsin. İran və Rusiya arasında mövcud ticari əlaqələr qənaətbəxş deyil və artırılmalıdır. Hər iki ölkə müştərək komissiyanın iclasında ticarət mübadiləsinin həcminin artırılmasına qərar verdi. Bu baxımdan demək olar ki, İran və Rusiya əlaqələrində yeni dövr başlayır. Yeni dövrün başlaması mövcud durumda baş verir. Yəni həm rublun, həm də rialın dollara nisbətən dəyərinin nə qədər olduğunu bilirik. Bu baxımdan düşünürəm ki, rublun dəyərinin düşməsi milli pul vahidi ilə ticarət mübadiləsini həyata keçirməyimizə təsir etməyəcək. Əlaqələrimizin inkişafına yeni başlayırıq. İran və Rusiya iqtisadi, ticari və sənaye sahəsində əməkdaşlığı genişləndirməlidir. Hər iki ölkə rəhbərlərinin iradəsi buna imkan verir. Tərəflər ciddi qərar qəbul edərək işə başlayıblar və düşünürəm ki, əlaqələrin inkişafı hər iki ölkənin xeyrinə olacaq. Biz Rusiyaya ixrac, oradan isə idxal edəcəyik. Hər iki ölkənin sanksiyalarla üzləşdiyini nəzərə alsaq, həm İran, həm də Rusiya üçün yeni bazar formalaşır və bu, hər iki ölkənin xeyrinədir.

- İranın nüvə proqramı ilə bağlı müzakirələr davam edir. Ötən ildən müzakirələrdə əldə olunan bəzi razılıqlara əsasən sanksiyalar yumşaldıldı və bu, İranın xarici ticarətinə təsir etdi. İran gömrük xidmətinin statistikasına görə, hələ də İrandan neft və qeyri-neft sektoru məhsulları ixracının 90 faizi Şərq ölkələrinədir. Qərb ölkələrinə ixracat həcminin artması üçün hər hansı proqramınız varmı?

- Biz sanksiyalarla üzləşdiyimiz dövrdə özümüzü yeni statusa uyğunlaşdırdıq və təbii ki, Qərb deyil, daha çox Şərq ölkələri ilə əməkdaşlıq etdik. Elə buna görə də sanksiyalar dövründə ölkədə vəziyyətə yaxşı nəzarət edə bildik. Hazırda Qərb ölkələrinin İrana marağının artdığını görürük. İran bazarı Qərb ölkələri üçün cəlbedici hesab olunur. Hələ sanksiyalar tam ləğv olunmayıb, lakin Qərb ölkələri İranla necə münasibətlər qurması üçün araşdırmalara başlayıblar. Bu, ikitərəfli xeyri ola biləcək səmtləşmədir. Biz yeni şəraitdə öz xarici ticari əlaqələrimizdə balans yaratmaq istəyirik. Amma bu, o demək deyil ki, sanksiyalar dövründə bizimlə əməkdaşlıq edən ölkələri unudacağıq. Hazırda İranın xarici ticarət dövriyyəsi 140 milyard dollar həcmindədir. Sanksiyalar ləğv olunarsa, bizim xarici ticarət dövriyyəmiz 200 milyard dollar, hətta daha çox olar. Bu, təbii prosesdir. Biz hazırkı əməkdaşlığımızı davam etdirməklə yanaşı, yeni ölkələrlə yeni imkanları dəyərləndirib işləyəcəyik.

- Nüvə müzakirələri İranda beynəlxalq ictimaiyyət, xüsusilə Qərb ölkələri ilə iqtisadi və siyasi əlaqələrin normallaşmasına nə dərəcədə ümid yaradıb?

- Ümid demək olar ki, hər iki tərəfdə yaranıb. Həm Qərb ölkələri, həm də İranın daxilində müzakirələrə ümid var. Düşünürəm ki, hər iki tərəf "uduş-uduş" prinsipi ilə müzakirələri davam etdirir. Eləcə də həm İran, həm də Qərb ölkələrinin bir sıra tələb və gözləntiləri var. İran xalqı keçmişdə çətin günlər keçirib və o qədər də sadəlövh deyil. Müzakirələrə ümid var, lakin həm də tədbir var və bu ikisi bir-birini təkmilləşdirir. Biz çalışırıq ki, həm bizim üçün, həm də digər ölkələr üçün daha yaxşı və əlverişli vəziyyət yaransın.

- Siz bundan öncə çıxışlarınızda İranın "İslam Dövləti" mövqelərinə hava hücumları həyata keçirdiyini demişdiniz. İran bu hücumları davam etdirəcəkmi? İraq və Suriyaya İD təhlükəsi ilə mübarizə üçün İran nə kimi yardımlar etməyi düşünür?

- İranın rəsmi Bağdad, eləcə də İraqın Kürdistan əyaləti ilə əməkdaşlığı davam etdiriləcək. Onlar bizim müttəfiqlərimizdir və bizdən hər hansı bir yardım istəsələr, biz köməyimizi əsirgəməyəcəyik. İraq və İranın təhlükəsizliyi bir-birinə bağlıdır. Onlar bizim müttəfiqlərimiz olduğu üçün onlara müxtəlif yardımlar etmişik və edəcəyik. Terrorizmə qarşı birgə mübarizə aparacağıq. Bu, Suriya ilə bağlı da belədir. Dünya bilir ki, Suriyada terrorizmlə mübarizə apardıq. İran Suriyanın da müttəfiqidir. Sevindirici haldır ki, indi Qərb ölkələri də bunu dərk edib ki, Suriyada hakimiyyət boşluğu yaranmamalıdır. Orada hakimiyyət boşluğu yaranarsa, insanlığa zidd qüvvələr bu boşluğu doldurmağa çalışacaq və buna imkan verilməməlidir. Görünən odur ki, Suriya və İranın müqaviməti region və dünya üçün faydalı olub. Əgər bundan öncə İrana qarşı ittihamlar irəli sürürdülərsə, indi bu ittihamlar azalıb. Onlar İrana Suriyada hakimiyyət boşluğunun yaranmasına imkan vermədiyi üçün minnətdar olmalıdırlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43
Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40
Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35
Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32
Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02
Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42
“Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39
İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37
"Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01
Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58
DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53
Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18
Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02
İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00
"Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58
Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53
Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10
Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07
Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01
Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58
Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54
Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49
Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45
Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42
İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39
Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Dünən, 17:31
Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Dünən, 17:22
DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:21
Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Dünən, 17:03
Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Dünən, 17:02
Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Dünən, 16:55
ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Dünən, 16:46
Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Dünən, 16:42
Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Dünən, 16:41
"Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Dünən, 16:39
"İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Dünən, 16:30
Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Dünən, 16:29
Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Dünən, 16:26
ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Dünən, 16:23
Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Dünən, 16:12
Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Dünən, 16:10
"Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Dünən, 15:53
Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Dünən, 15:50
Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Dünən, 15:48
“Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Dünən, 15:46
Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Dünən, 15:42
Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru