ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası Ukrayna münaqişəsinin həlli ilə bağlı strategiyası barədə hələ tam qərar verməyib.
APA xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti Trampın yaxın ətrafı ilə son həftələrdə görüşən avropalı rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, dəqiq plan olmadığına görə Tramp administrasiyası respublikaçının inauqurasiyasından sonra Kiyevə yardımı davam etdirə bilər.
"Trampın bütün komandası gücə və güclü görünməyə meyllidir, ona görə də onlar Ukraynaya yanaşmalarını yenidən nəzərdən keçirirlər", deyən mənbələrdən biri Trampın yaxın ətrafının ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılması ilə yaşanan fəlakətin təkrarlanmasını istəmədiyini bildirib.