Ermənistan üçün ABŞ TORPİLİ... - AXI NİYƏ?
Tarix: 21-10-2023, 09:19 | Çap et
ABŞ son bir ayda 50-dən çox xarici şirkəti Rusiyaya sanksiyalara baxmayaraq, ona yardımına görə qara siyahıya salıb. Onların çoxu Çindən, İrandan, Birləşmiş Ərəb Əmirliklərindən, Avropadan, Türkiyədən, Qazaxıstandan və digər ölkələrdəndir. Avropa İttifaqı isə daha çox - 100-ə yaxın şirkətə qarşı bu addımı atıb.
Azərbaycanın öz ərazisində terrorçu hərbi birləşmələrə qarşı keçirdiyi antiterror əməliyyatını az qala lupa ilə araşdıran hər iki mərkəzin Rusiyaya qadağan olunan malların reixracında ən mühüm həlqələrdən biri olan Ermənistanı görmək niyyəti hələ də hiss olunmur. İndiyədək ABŞ və Aİ yalnız 2 Ermənistan şirkətini qara siyahıya salıblar, hər ikisinin sahibi Rusiya vətəndaşları olan ruslardır.
Erməni əsilli olan yalnız bir sahibkar ABŞ Maliyyə Nazirliyinin qara siyahısına salınıb. Avqust ayında nazirlik Rusiya, Qazaxıstan və Slovakiya şirkətlərini qara siyahıya saldığını açıqlayıb. Məlum olub ki, həmin şirkətlər Şimali Koreya ilə Rusiya arasında silah satışının təşkilində iştirak edirlər. Qara siyahıya Rusiyanın “Verus”, Slovakiyanın “Versor” (hərbi sənaye məhsulları ilə ticarət edir)və Qazaxıstanın Defense Engineering şirkətləri daxil edilib. RBK-nın şirkətlərlə bağlı bazasındakı məlumatdan aydın olur ki, 2021-ci ildə Moskvada qeydiyyata alınmış “Verus” MMC qeyri-elektrik məişət avadanlıqlarının istehsalı ilə məşğuldur. Onun təsisçisi Azərbaycanda anadan olmuş, hazırda Slovakiya vətəndaşı olan erməni əsilli Aşot Mkrtıçov, baş direktoru isə Rafael Qazaryandır.
A.Mkrtıçov qara siyahıya salınan Defense Engineering şirkətinin də təsisçisidir. 2018-ci ildə Astanada qeydiyyata alınan şirkət “geniş spektrli məhsulların ticarəti” ilə məşğuldur. ABŞ Maliyyə Nazirliyinin araşdırmasına görə, Aşot Mkrıtıçov Slovakiyanın “Versor” şirkətinin də sahibidir və eyni səbəbdən Böyük Britaniyanın da qara siyahısındadır.
Avropa İttifaqı artıq iki dəfə Birləşmiş Ərəb Əmirliklərinə Rusiyaya ixracı qadağan olunan məhsulların çatdırılması, oradan alışı qadağan olunan malların alınmasına görə xəbərdarlıq edib. Amma burada da Ermənistan “yaddan çıxıb”. Axı məhz Ermənistan ABŞ-nin Rusiyadan alışına sanksiya tətbiq etdiyi işlənməmiş almazları alır, cüzi emaldan sonra BƏƏ-yə satır. Bu alverin sayəsində yanvar-avqustda iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artmaqla 642,5 milyon dollara çatıb. Bunun nə az, nə çox - 593,4 milyon dolları Ermənistanın BƏƏ-yə ixracıdır. Bu göstərici ötən ildəkindən 2,6 dəfə çoxdur. İxracda əsas yeri emal olunmuş qiymətli daşlar tutur.
Halbuki Qərb mətbuatında Ermənistanın Qərb tərəfindən qadağan olunan məhsulların Rusiyaya çatdırılmasında aktiv roluna dair məlumatların ardı-arası kəsilmir. Avqust ayında Bloomberg Agentliyi 2022-ci ildə Ermənistanın yarımkeçiricilər ixracının həcminə görə dünyada 4-cü yeri tutduğuna dair məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu göstərici üzrə Ermənistan Yaponiya, Almaniya və Hindistanı arxada qoyub. Onun satdığı məhsulun əsas alıcısı isə Rusiyadır.
Bloombergin əldə etdiyi məlumata görə, ötən il Ermənistandan Rusiyaya yarımkeçiricilər ixracı 187 faiz artmaqla 1,2 milyard dollar təşkil edib. Agentlik bunu Ermənistanda yarımkeçirici istehsalının artması ilə izah edib. Lakin Ermənistan statistikasında bu istehsalın artmasına dair hər hansı məlumata rast gəlmək mümkün deyil. Ermənistan Dövlət Statistika Komitəsinin rəsmi statistikasına əsasən 2022-ci ildə Ermənistanın sənaye sektorunda cəmi 3,3 faizl illik artım qeydə alınıb. Bu sektorda istehsal olunan 6,1 milyard dollar və ya 2 trilyon 683 milyard dramlıq məhsulun 1,8 trilyon dramı13,5 faiz artım nümayiş etdirən emal sənayesində əldə olunub. Bu zaman emal sənayesinin kompüter, optik, elektrik və elektron avadanlıq istehsalı sahələrində 11,4 faizlik geriləmə qeydə alınıb. 2023-cü ilin birinci rübündə isə bu sahələrdən kompüter və elektrik avadanlıqları istehsalında 26 faiz, elektron və optik avadanlıqlar istehsalı sahəsində 39,5 faiz geriləmə baş verib. Bu halda təbii olaraq sual yaranır ki, Ermənistan Rusiyaya ixrac etdiyi yarımkeçiriciləri haradan alıb? Sualın cavabı, əlbəttə, aydındır: onun satışını Rusiyaya qadağan edən Qərb ölkələrindən.
Avqust ayında müstəqil “Verstka” nəşri Rusiya Gömrük Komitəsinin gizli statistikasını əldə edərək çox maraqlı məlumatlar yayıb. Həmin məlumatlardan aydın olur ki, Rusiyaya ikili idxalda Ermənistan şirkətləri aktiv şəkildə iştirak edirlər. Məsələn, Rusiyanın “Pobeda” şirkəti bu ilin yanvarında iki dəfəyə 580 min dollarlıqdan yuxarı Honeywell şirkətinin məhsulu olan qeyri-hərbi məqsədli radiolokasiya aparatları gətirib. Hər iki halda göndərici Ermənistanın “A Trade service” şirkətidir.
Nəşr müəyyən edib ki, Ermənistan vasitəsilə idxalda İran da iştirak edir. Belə ki, əgər gətirilən mal böyük partiyadırsa, onu təyyarə ilə Rusiyaya çatdırmaq baha başa gəldiyinə görə TIR-larla İrana keçirilir, oradan isə gəmilərlə Xəzər dənizindən Rusiya limanlarına daşınır. Ermənilər belə yükləri Gürcüstan üzərindən göndərə bilmirlər - gömrük orqanları sərt nəzarət tətbiq edir. Portala danışan Ermənistanın Right-flow şirkətinin təmsilçisi Armen bildirib ki, ölkəsi kiçik partiya malların Rusiyaya çatdırılmasında aktiv rol oynayır. Böyük partiya mallar üçün daha böyük iqtisadiyyata malik ölkələr seçilir: sifarişlər Ermənistan iqtisadiyyatı üçün ağlabatan olmur və istehsalçıda şübhə oyadır. Honkonq, Çin, BƏƏ kimi ölkələrdən isə iri partiyaları rahat sifariş edə bilirlər.
2023-cü ilin ötən dövründə bu kimi məlumatlar çoxsaylı Qərb nəşrləri tərəfindən ictimailəşdirilib. Bu ilin aprelində “The New York Times” ABŞ Ticarət Nazirliyinin rəsmi statistikasına əsaslanaraq yazıb ki, 2022-ci ildə Ermənistan şirkətləri bu ölkədən aldıqları çip, mikrosxem və prosessorların Rusiyaya ixracını 515 faiz artırıblar. Avropa mənşəli çip və prosessorların Ermənistan üzərindən Rusiyaya satışı isə 212 faiz artıb.
“Financial Times” qəzeti başqa bir fakta diqqət yetirib. Qəzetin yazdığına görə, Ermənistandan Rusiyaya avtomobil ixracı 2023-cü ilin yanvar ayında 225 dəfə artaraq 180 milyon dollara çatıb. “Financial Times” həmçinin yazır ki, 2022-ci ilin yanvarında Ermənistan ABŞ-dan 2,8 milyon dollar dəyərində avtomobil idxal edib, bir il sonra isə bu məbləğ 29,5 milyon dollara yüksəlib.
Yeri gəlmişkən, Gürcüstan məhz Qərbin təzyiqi ilə avqustun 1-dən etibarən ABŞ mənşəli avtomobillərin Rusiyaya ixracı və reixracını dayandırır. Gürcüstan Maliyyə Nazirliyinin bununla bağlı yaydığı məlumatda qeyd olunur ki, Avropa istehsallı avtomobillərlə bağlı eyni qərar sentyabrın 26-dan qüvvəyə minib. Çünki Avropa İttifaqının Rusiyaya qarşı 11-ci sanksiya paketində bu ölkəyə yeni və mühərrikinin həcmi 1.9 litrdən yuxarı olan işlənmiş avtomobillərin ixracı 26 sentyabrdan qadağan edilir.
Ermənistan isə bununla bağlı nəinki hər hansı addım atmayıb, əksinə, Rusiyaya avtomobil ixracını dəfələrlə artırıb.
“Bild” nəşri isə Almaniyanın sənaye məhsullarının MDB ölkələri vasitəsilə Rusiyaya çatdırılması yollarına dair araşdırma aparıb. Nəşrin əldə etdiyi məlumata görə, 2022-ci ildə Almaniyadan Ermənistana avtomobil və onun ehtiyat hissələri ixracı 761 faiz, kimya məhsulları ixracı 110 faiz, elektrik avadanlıqları 344 faiz, ağac məmulatları 301 faiz artıb. Nəşr bildirir ki, Almaniya dövlət qurumları bu cür artımı qəbuledilməz hesab edirlər. Lakin buna baxmayaraq, bu ilin 8 ayında Ermənistanın Almaniyadan idxalı illik ifadədə 85,2 faiz artmaqla 390,2 milyon dollar təşkil edib.
Ümumilikdə 2023-cü ilin səkkiz ayında Ermənistanın xarici ticarəti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 53 faiz artmaqla 12 milyard dollara çatıb. Bu ticarətdə Rusiyanın payı 4,2 milyard dollardır. Yəni ötən ilin eyni dövrünə nəzərən alverin həcmində 56,3 faiz artım var. Bu artımın əsas hissəsi Ermənistanın Rusiyaya ixracındakı 2,1 dəfəlik çoxalma ilə bağlıdır. İrəvanın fəxrlə dediyi kimi, tarixdə ilk dəfə Ermənistanla Rusiya arasındakı ticarətdə müsbət saldo yaranıb: 8 ayda Rusiyaya 2,3 milyard dollarlıq mal ixrac edib, oradan 1,9 milyard dollarlıq mal alıblar.
Yanvar-avqustda Ermənistanla ABŞ arasında 2,1 dəfəlik artımla 505,1 milyon dollarlıq alver qeydə alınıb. Bu zaman Ermənistanın ABŞ-dən idxalı illik ifadədə 2,6 dəfə artmaqla 473,3 milyon dollara çatdığı halda, bu ölkəyə ixracı 40 faiz azalaraq 31,8 milyon dollara düşüb. İdxalda əsas paya mikroçiplər malikdir.
Rəsmi statistikadan o da aydın olur ki, Ermənistanın idxal-ixracında üstünlük eyni mal qruplarındadır: “maşın və mexanizmlər, avadanlıqlar” , “yerüstü, hava və su nəqliyyatı vasitələri” , “qiymətli və yarımqiymətli daşlar,qiymətli metallar və onlardan hazırlanan məmulatlar”.
Rusiyaya bu qədər açıq yardımın müabilində Ermənistana qarşı hansısa ciddi addımın atılması hələ də müşahidə olunmur. Belə görünür ki, İrəvan özü Moskva ilə əlaqələrini pozub, ticarəti zəiflətməsə ABŞ və Avropadakı havadarları onun Ukrayna xalqının qırğınına verdiyi dəstəyi gözardı etməyə davam edəcəklər... “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Bu gün, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Bu gün, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Bu gün, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Bu gün, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Bu gün, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Bu gün, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Bu gün, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Bu gün, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Bu gün, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Bu gün, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Bu gün, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Bu gün, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Bu gün, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Bu gün, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Bu gün, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Bu gün, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Bu gün, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Bu gün, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
|