Sülh heç üfüqdə də görünmür .....                     Üçtərəfli görüşdə fiasko: .....                     Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil .....                     Milli kimliyimizə təhlükə: .....                     “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” .....                     Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək .....                     “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” .....                     Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... .....                     Xaçmaza yeni polis rəisi təyin olunub .....                     “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” .....                     “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” .....                     Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər .....                     “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” .....                     Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı .....                     Bəşər Əsədin həyat yoldaşının .....                     MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! .....                     Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur .....                     “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” .....                     Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur .....                     Sement ixracı bu il Azərbaycana 48 milyon dollar .....                     Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi .....                     Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib .....                     "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..." .....                     Axşam.az 12 yaşında! .....                     27 il talayasan... VƏ CƏZASIZ QALASAN... .....                     “LukOyl” benzin əvəzinə su satır? .....                     Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? .....                     İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı .....                     Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... .....                     Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı .....                     ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib .....                     Rus general Bakı və İrəvana nəyin mesajını verir? .....                     Bank kart kodlarını naməlum şəxslərə verməyin .....                     `Azəriqaz` yanvarın borcunu indidən yazır? .....                     AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib .....                     Həmin direktorun diplomu saxta imiş .....                     Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR .....                     "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" .....                     Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ .....                     Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib .....                 

İsrailin “11 sentyabrı” - HƏR ŞEY NECƏ BAŞ VERDİ...
Tarix: 11-10-2023, 10:54 | Çap et
İsrailin “11 sentyabrı”
Oktyabrın 7-də Fələstinin HƏMAS təşkilatının yaraqlıları İsrailə qarşı genişmiqyaslı hücum əməliyyatı həyata keçiriblər. Terrorçular 7 sərhəd icmasına soxula, İsrail ordusunun bazalarından birinin texnikasını ələ keçirə, İsrail hərbçilərini və mülki şəxsləri girov götürə biliblər.

Öz növbəsində İsrail rəsmi şəkildə müharibə vəziyyəti elan edib. Hökumət bu qərarı “40 Əlif” adlanan bəndi işə salaraq qəbul edib. Sonuncu dəfə bu bənd 50 il əvvəl – Məşhər Günü müharibəsi zamanı qüvvəyə minib. Bununla da ordu tam hərəkət azadlığı əldə edib.

Bu arada ABŞ-ın dövlət katibi Entoni Blinken HƏMAS-ın hücumunda əsas məqsədin İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasını pozmaq olduğunu bəyan edib. Deyib ki, HƏMAS, “Hizbullah” və İran Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşmasına qarşıdır.

İsrailin iqtisadi və mədəniyyət mərkəzi adlandırılan Təl-Əviv şəhərində yaşayan soydaşımız, ictimai fəal Əhməd Əhmədov (mövcud durumda təhlükəsizlik səbəbindən fotosunu yerləşdirmirik) AYNA-ya müsahibəsində HƏMAS-ın İsrailə gözlənilməz hücumu, İsrailin müharibə qərarı və digər mövzular ətrafında danışıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- HƏMAS gözlənilmədən İsrailə qarşı genişmiqyaslı hücuma keçdi. Bütün dünyanın diqqəti yaşadığınız ölkəyə yönəlib. Hazırda İsraildə vəziyyət nə yerdədir?

- Burada belə hesab edirlər ki, HƏMAS-ın gözlənilməz hücumu İsrailin müdafiəsində son 50 ilin ən ciddi pozuntusudur. İsrail rəsmiləri düşünürdü ki, HƏMAS əldən düşmüş vəziyyətdədir və bu səbəbdən ondan hər hansı hücum gözləmirdilər. Burada müxtəlif mülahizələr irəli sürülür. Birinci mülahizə ondan ibarətdir ki, HƏMAS özü belə bir rəy yaradıb və İsrail dövləti də buna inanıb. Son iki ildə HƏMAS-ın İsraillə münaqişədən çəkinməsi qarşı tərəfi arxayın saldı. Hətta bu hadisəni ABŞ-ın 11 sentyabr olayları ilə də müqayisə edirlər. Belə bəyanatlara da rast gəlirik ki, son hücum İsrailin 11 sentyabrıdır.

Göründüyü kimi, HƏMAS kəşfiyyat məlumatları əldə edib və həm havadan, həm qurudan, həm də dənizdən hücuma keçiblər. Ciddi itkilər var. Artıq İsrail dövləti rəsmi müharibə elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu qisas alınacağını bəyan edib. Hesab edirəm ki, İsrail bu müharibədə şübhəsiz ki, qalib olacaq. O ki qaldı mövcud vəziyyətə, təbii ki, İsrailə qarşı gözlənilməz hücumlar olub və bu, müəyyən təşviş yaradır.

- Dediyiniz kimi, İsrailin Baş naziri qisas alınacağını bildirib. Rusiya-Ukrayna müharibəsinin ardınca bu müharibə Üçüncü Dünya müharibəsinin başlanğıcı kimi qiymətləndirilə bilərmi?

- Bu müharibə 100 ildən çoxdur davam edir. Bu illər ərazində o qədər hadisələr olub, o qədər gərginliklər yaşanıb, o qədər qan tökülüb ki, bu amansız hücum da bunun davamıdır. Yəhudilər və ərəblər ötən əsrin 40-cı illərinə qədər Fələstin torpaqlarında milli dövlətçiliyə malik olmadan, Britaniyanın mandatı altında yaşayıblar. Həmin il yeni yaradılmış BMT bu torpaqlarda iki dövlət yaratmaq istəyib - biri İsrail, o biri Fələstin dövləti olacaqmış. Plan yəhudi liderlər tərəfindən qəbul edilsə də, ərəblər regionda heç bir yəhudi dövlətinin yaradılmaması məsələsində israr ediblər. Bu isə öz növbəsində beynəlxalq hüququn pozulmasıdır.

Uzun müddətdir ki, terrorçu qruplaşmalar İsrailə qarşı amansız müqavimətlər təşkil edirlər. İsrail dövləti də kifayət qədər güclü bir dövlətdir. Hərbi hazırlığı yüksək səviyyədədir. Məhz bu səbəbdən də HƏMAS və digər terrorçu qruplaşmalar İsrail üzərində qələbə qazana bilməz. Düşünürəm ki, İsrail onları yerinə oturdacaq. Bu, elə də uzun müddət çəkməyəcək.

Amma, heç şübhəsiz ki, bu münaqişə davam edəcək. Bunun 3-cü Dünya müharibəsinə gətirib çıxaracağı qənaətində deyiləm. Bəli, beynəlxalq münasibətlər sistemi kifayət qədər gərgindir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verənlər bunun bariz nümunəsidir. Amma qlobal müharibə gözlənilmir.

- Amerika rəsmiləri bildirirlər ki, İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması Fələstin və İranı qıcıqlandırır. Elə buna görə də, HƏMAS İsrailə hücum edib. Bu iddiaların həqiqət yükü varmı?

- Təbii ki, düşmənlərin ən böyük arzusu İsraili bir dövlət olaraq sıradan çıxarmaq, müxtəlif ölkələrlə təmaslarına mane olmaqdır. Lakin bu siyasət uzun müddətdir davam etsə də, heç bir nəticəyə nail olmayıblar. HƏMAS İsraili təxribata çəkməklə, regionda yeni müharibənin və qanlı toqquşamaların artmasına rəvac verir. Bütün bunlar onu deməyə əsas verir ki, onlar üçün Fələstin belə, maraqlı deyil. Əgər maraqlı olsaydı, bu qədər insanın qanının tökülməsinə səbəb olmazdılar.

İsraillə Səudiyyə Ərəbistanın münasibətlərinə gəlincə, bu, region üçün sülh və rifahın yeni dövrünü açacaq böyük bir irəliləyiş deməkdir. Lakin hər vəchlə buna mane olmağa çalışırlar. 2020-ci ildə İsrail ABŞ-ın vasitəçiliyi ilə dörd ərəb dövləti - Bəhreyn, Mərakeş, BƏƏ və Sudanla eyni anda barışa bilib. Bu siyasət davam edirsə, bunu alqışlamaq lazımdır. Bunlar baş vermirsə, deməli, onların çirkin və məkrli məqsədləri var. Buna isə, heç şübhəsiz nail ola bilməyəcəklər. İran da bu prosesdə qızışdırıcı tərəf qismində çıxış edir.

- İsraildə insanlar bu müharibəyə necə reaksiya göstərirlər? Təlaş, panika mövcuddurmu, yoxsa İsrail vətəndaşları da müharibənin tərəfdarı qismində çıxış edirlər?

- Minlərlə İsrail sakini zərər çəkib. Xeyli sayda ölənlər və yaralananlar var. Ölkədə fövqəladə vəziyyət elan olunub. Rəsmi olaraq müharibə elan edilib. Təbii ki, belə bir şəraitdə təşviş olmalıdır və var. Amma İsrail əhalisi hesab edir ki, regiona sülh və barışın gəlməsi üçün terrorçu qruplaşmlar zərərsizləşdirilməlidir. Artıq bu məqsədlə addımlara başlanılıb və nə qədər itkilər olsa da, yekunda bu müharibənin də qalibi İsrail olacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02
“Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00
Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01
MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57
Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50
“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26
Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48
Axşam.az 12 yaşında!
Dünən, 11:47
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Dünən, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Dünən, 11:34
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Dünən, 11:27
İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Dünən, 11:25
Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Dünən, 11:20
Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Dünən, 11:02
ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Dünən, 11:00
Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Dünən, 10:48
Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Dünən, 10:38
`Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Dünən, 10:37
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Dünən, 10:18
Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Dünən, 10:10
Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Dünən, 10:08
"Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Dünən, 10:06
Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Dünən, 10:03
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Dünən, 09:59
Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Dünən, 09:52
Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Dünən, 09:44
Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Dünən, 09:42
Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 09:18
Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Dünən, 09:07
Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Dünən, 09:06
İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Dünən, 09:00
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Dünən, 08:58
Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Dünən, 08:52
İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Dünən, 08:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru