USAİD hara ayağını basıb təlatümlər gətirib - Qara kabus...
Tarix: 5-10-2023, 08:21 | Çap et
Bir neçə gün əvvəl Gürcüstan DTX bu ölkədə hökumətin devrilməsinə, ölkədə inqilabi proseslərin planlaşdırılmasına ABŞ tərəfindən vəsaitin ayrıldığı barədə məlumat yayıb. Bildirilib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Amerikanın pullarının niyə başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün getdiyini izah etməlidir. Eyni zamanda, məlumdur ki, ölkənin Dövlət Təhlükəsizliyi Xidməti oktyabr-dekabr aylarında Gürcüstanda dövlət çevrilişinə cəhdin olacağı ilə bağlı məlumat yayıb. Qonşu ölkədə baş verən son hadisələr ABŞ kəşfiyyatının orada dövlət çevrilişinə hazırlaşdığını göstərir. Ümumiyyətlə, Gürcüstanda baş vermiş qalmaqal ilk hal deyil. USAID-in adı işlədiyi ölkələrdə daim siyasi proseslərə açıq müdaxilə, hakimiyyət çevrilişlərinə cəhd və digər hadisələrdə hallanıb. Bu təşkilat ABŞ-nin digər ölkələrin daxili işlərinə açıq şəkildə müdaxilə, özünə sərf etməyən hakimiyyətlərin devrilməsi strategiyasında xüsusi rol oynayır. Bu gün Gürcüstanın üzləşdiyi problemləri Azərbaycan çoxdan yaşayıb. Vaxtilə Azərbaycanda da oxşar tendensiyalar müşahidə olunub. ABŞ-nin və Avropanın Azərbaycanda fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatları ictimai-siyasi prosesləri manipulyasiya etməyə çalışıblar. Onlar bəzi sahələrdə Azərbaycan dövləti ilə əməkdaşlıq etsələr də, necə deyərlər, əsas “missiyaları”nı unutmayıblar. USAID, həmçinin vaxtilə Azərbaycanda “NİDA”, “Dalğa” kimi təşkilatları maliyyələşdirib, hökumət əleyhinə qeyri-qanuni aksiyalar təşkil edib. Bu təşkilatın bu və bir sıra digər faktlarla ifşa olunmasına baxmayaraq, o, öz “missiyası”ndan əl çəkmək niyyətində deyil. USAID hələ də digər dövlətlərin daxili işlərinə fəal şəkildə müdaxilə etməyə çalışır. Qeyd edək ki, hazırda USAID-ə ermənipərəst Samanta Pauer rəhbərlik edir. Qatı ermənipərəst mövqe tutan qadının Ermənistan dövləti tərəfindən “dəyərli tərəfdaş” adlandırılması heç də təsadüfi deyil. DİA.AZ-ın məlumatına görə, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "Sherg.az"a bildirib ki, Gürcüstan hökumətinin bu bəyanatı MDB məkanında, Şərqi Avropada yerləşən dövlətlər üçün ciddi xəbərdarlıqdır. Ekspertin sözlərinə görə, dünyada mövcud olan ayrı-ayrı hegemon dövlətlər və dairələr arasında bölgələr uğrunda kəskin mübarizə gedir:
"USAİD kimi təşkilatlar bir sıra ölkələrə nüfuz edərək orada dini, siyasi, milli ideologiya istiqamətində müəyyən işlər aparırlar. Bu siyasət daha çox gənclər, vətəndaş cəmiyyəti institutları, media ilə reallaşdırılır. USAİD həm Ermənistanda, həm də Gürcüstanda artıq üçüncü onillikdir ki, öz fəaliyyətini genişləndirir. Bu fəaliyyət nəticəsində həmin ölkələrdə vətəndaş cəmiyyəti və medianın əksər üzvləri, müxtəlif hərəkatlar USAİD-in maraqlarından çıxış edirlər. Hətta iş o yerə çatıb ki, onlar Azərbaycanla bağlı edə bilmədiklərini də məhz Gürcüstan vasitəsilə həyata keçirmək istəyirdilər. Azərbaycanın müxtəlif fəallarının, ictimai nümayəndələrinin Gürcüstana çağırılması, media və QHT-nin iştirakı ilə müəyyən mövzuların müzakirəsi baş tuturdu. İlk baxışdan mövzular cəlbedici görünsə də, əslində USAİD-in öz siyasi maraqları ön planda idi. Bu maraqlar dövlətlərin suverenliyini dağıtmaq istiqamətinə yönəldilib. 2014-cü ildə USAİD müstəqil medianın inkişafı üçün Azərbaycana 2.4 milyon dollar qrant ayırmışdı. "NİDA", "Dalğa" hərəkatlarını ciddi şəkildə dəstəkləyirdi, onlara maliyyə ayırırdı. Hətta Qarabağda antiterror tədbirlərinin olmaması üçün Azərbaycanda yeni "sülh quşları" meydana çıxarılmışdı. "Müharibəyə yox" deyənlər üzə çıxmışdı ki, onlar da əslində USAİD kimi təşkilatlarla əlbir idilər. Əlbəttə ki, onlar öz məqsədlərinə çatmayacaqlar. Azərbaycan heç bir qrupların, dairələrin ölkəmizə nüfuz etməsinə imkan verməyəcək və bunun qarşısını qətiyyətlə alacaq". Z.Məmmədov diqqətə çatdırıb ki, Gürcüstan və Ukraynada adıçəkilən fondun fəaliyyətə başlamasından sonra bu ölkələrin digər dövlətlərlə münaqişələri, problemləri yaranıb: "Bu ölkələrdə ciddi formada milli identikliklə bağlı, xarici siyasətdəki istiqamətlərlə bağlı ideoloji baxış bucaqlarından fərqlər yarandı, cəmiyyət parçalandı. Azərbaycan hökumətinin apardığı uğurlu siyasət isə bu təhlükənin cəmiyyətimizə nüfuz etməsinə imkan vermədi. Onlar Azərbaycanla bağlı istəklərinə çatmadılar və bundan sonra da çatmayacaqlar. Qonşu ölkələrdən fərqli olaraq biz bunun qarşısını alacağıq".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Dünən, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Dünən, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Dünən, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Dünən, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Dünən, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Dünən, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Dünən, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Dünən, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Dünən, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Dünən, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Dünən, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Dünən, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Dünən, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Dünən, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Dünən, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Dünən, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Dünən, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Dünən, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Dünən, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Dünən, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Dünən, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Dünən, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Dünən, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Dünən, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Dünən, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Dünən, 08:49 |
|
|
|
|