Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                     Avtomobil bazarında bu maşına tələbat artdı... .....                     Xankəndidə “cızılan plan” Tiflisə yönəldi .....                     “Bunsuz sülh olmayacaq!” .....                     Makronun təşəbbüsü keçmədi .....                     Sülh heç üfüqdə də görünmür .....                     Üçtərəfli görüşdə fiasko: .....                     Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil .....                     Milli kimliyimizə təhlükə: .....                     “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” .....                     Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək .....                     “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” .....                     Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... .....                     Xaçmaza yeni polis rəisi təyin olunub .....                     “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” .....                     “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” .....                     Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər .....                     “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” .....                     Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı .....                     Bəşər Əsədin həyat yoldaşının .....                     MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! .....                     Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur .....                     “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” .....                     Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur .....                     Sement ixracı bu il Azərbaycana 48 milyon dollar .....                     Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi .....                     Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib .....                     "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..." .....                 

Hədəf Krımdır, yoxsa ordudakı “yağlı tikə” - Alekseyin əvəzinə Rustem
Tarix: 12-09-2023, 11:01 | Çap et
Hədəf Krımdır, yoxsa ordudakı “yağlı tikə”
Ukrayna Prezidenti Volodimir Zelenski Aleksey Reznikovun müdafiə naziri vəzifəsindən azad edildiyini açıqlayıb. Dövlət başçısının sözlərinə görə, Müdafiə Nazirliyinə Rustem Umerov rəhbərlik etməlidir və o, artıq parlament tərəfindən təsdiqlənib.

Müdafiə naziri Rustem Umerovun əvvəllər ölkənin Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsini tutduğu, Ali Radanın “Qolos” fraksiyasından deputatı, Krım Tatar Məclisinin fəal iştirakçısı olduğu məlum olub. Ukraynalı antikorrupsiyaçılar arasında da müsbət reputasiyası var. Qalmaqallara qarışmayan, əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlarda iştirak edən, çox müsbət bir insan kimi xarakterizə olunur.

Bununla belə, hərbi idarənin nazirinin dəyişməsi aktiv döyüş əməliyyatları, Ukrayna qoşunlarının davam edən əks-hücumları fonunda baş verir. Bu an nə üçün lazım idi? Nazir Reznikov məhz nəyə görə uzaqlaşdırılıb? Hərbi komissarlıq sistemində korrupsiyadan söhbət gedirdi, yoxsa başqa səbəb var? Onun varisi Umerovdan nə gözlənilir? Krım tatarının belə bir vəzifəyə təyin olunması Moskvaya onun Krımı azad etmək əzminə işarədirmi?

DİA.AZ bildirir ki, AYNA-nın suallarını ukraynalı ekspertlər cavablandırıblar.

Penta” Siyasi Araşdırmalar Mərkəzinin direktoru Volodimir Fesenko:

“Ukrayna Müdafiə Nazirliyi hərbi əməliyyatların idarə olunmasına təsir göstərmir. Hərbi əməliyyatlara Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi nəzarət edir. Ukrayna Müdafiə Nazirliyi büdcənin planlaşdırılmasına, hərbi idarə üçün dövlət satınalınmasına, müdafiə məsələləri üzrə siyasi nümayəndəliyə və hərbi sektora siyasi (mülki) nəzarətə cavabdehdir.

Ukraynanın müdafiə naziri ancaq mülki şəxs ola bilər. Hətta Poroşenkonun prezidentliyi dövründə biz (Avroatlantik inteqrasiya prosesinin bir hissəsi kimi) Müdafiə Nazirliyinin siyasi funksiyaları ilə hərbi komandanlıq - Ukrayna Silahlı Qüvvələri və Baş Qərargahın funksiyalarını bir-birindən ayıran islahat keçirdik.

Ukrayna müdafiə nazirinin istefası xəbərləri ilin əvvəlində, hərbçilər üçün ərzaq alış qiymətlərinin külli miqdarda həddən artıq şişirdilməsi ilə bağlı korrupsiya qalmaqalı yarananda yayılmışdı. Bundan sonra müdafiə nazirinin müavinini və Müdafiə Nazirliyinin dövlət satınalmaları üzrə idarə rəisini işdən çıxarıb, saxlayıblar. İndi bu adamlar həbsdədir.

Eyni zamanda, müdafiə nazirinin dəyişdirilməsi planı da yaranıb. Hərbi kəşfiyyatın rəhbəri Kirill Budanovun müdafiə naziri olacağı planlaşdırılırdı. Amma hərbi sahədən getmək istəmədiyi üçün bundan imtina etdi. Nəticədə Reznikov müdafiə naziri vəzifəsində qaldı.

Hərbi komissarlarla korrupsiyanın Müdafiə Nazirliyi ilə əlaqəsi yoxdur. Hərbi xidmətə çağırış və səfərbərlik prosessinə cəlb olunan hərbi komissarlar Müdafiə Nazirliyinə deyil, Silahlı Qüvvələrin rəhbərliyinə tabedirlər.

Lakin yayda yeni qalmaqal yaranıb - Türkiyədən hərbçilər üçün alınan gödəkçələrin baha qiyməti ilə bağlı. Bu vəziyyət ötən il baş verib. Və buna hazırda həbsdə olan keçmiş Müdafiə Nazirliyinin idarə rəisləri də qarışıb. Lakin bu yeni qalmaqal yenidən müdafiə naziri Aleksey Reznikovun reputasiyasına zərbə vurub. Onun nazirlikdə baş verən sui-istifadə hallarında əli olmadığı görünür, lakin bu qanun pozuntularına görə siyasi məsuliyyət daşıyır.

Eyni zamanda, iyul ayında Aleksey Reznikov “Ramştayn platforması”nda təmaslarda çox yaxşı danışıqçı olduğunu sübut etdiyi üçün Reznikovu Böyük Britaniyaya səfir göndərmək planı ortaya çıxdı. Lakin nazir postuna yeni namizəd axtarışları avqustun sonuna qədər uzanıb.

Müdafiə naziri ilk növbədə adıçəkilən korrupsiya qalmaqalları ilə əlaqədar nazirlik ətrafında yaranmış həddindən artıq münaqişə gərginliyini aradan qaldırmaq üçün dəyişdirilir. Yeni nazirin əsas vəzifəsi nazirlik vasitəsilə dövlət satınalmalarında nizam-intizam yaratmaqdır. Həmçinin Reznikovun “Ramştayn platforması”nda Ukraynaya silah tədarükü sahəsində uğurlu işini davam etdirmək lazımdır.

Umerov yaxşı danışıq aparan olduğunu sübut etdi. O, “Taxıl Sazişi”nin hazırlanmasında, əsirlərin mübadiləsinə dair danışıqlarda, eləcə də qeyri-Qərb ölkələrindən Ukraynaya silah alınmasında iştirak edib. Umerov Ukraynanın müsəlman ölkələri, xüsusən də Türkiyə ilə əsas danışıqçılarından biri hesab olunur.

O, Səudiyyə Ərəbistanında da danışıqlarda iştirak edib. Onun ABŞ-da təcrübəsi var. Dövlət Əmlak Fondunun rəhbəri kimi idarəsində korrupsiyaya qarşı mübarizə bacarığını nümayiş etdirib. Ümumiyyətlə, onun yaxşı siyasi reputasiyası var.

Umerov Ukraynadakı Krım tatar icmasının liderlərindən biridir. Ona görə də onun müdafiə naziri vəzifəsinə təyin olunması da Krımın Ukraynaya qaytarılmasının Kiyev üçün əsas prioritetlərdən biri olaraq qaldığını təsdiqləyir”.

Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin Təhlükəsizlik Departamentinin rəhbəri Qleb Parfyonov:

“Əslində, bu, daha çox daxili mübarizəyə bənzəyir, burada korrupsiya ittihamları sadəcə bəhanə və üsuldur. Niyə ittihamlar? Çünki strukturun günahı tam sübuta yetirilməyib, məhkəmə olmayıb. Belə ki, yumurta alqı-satqısı ilə bağlı məlum qalmaqalın saxta olduğu üzə çıxıb, çünki nəticədə qeyd olunan qiymətə alış olmayıb, bazar qiymətinə bərabər və ya ondan aşağı qiymətə alınıb. Qış gödəkçəsi qalmaqalı ilə eynidir.

Ona görə də söhbət daha çox müəyyən qrupların belə mühüm sahəyə nəzarət uğrunda daxili mübarizəsindən gedir. Burada təkcə nazirin özünün fiquru deyil, müavinlərin kim olacağı da önəmlidir. Hazırda ən məhsuldarlar istefa verib və onların yerini kimin tutacağı məlum deyil.

Bəli, Umerovun Krım tatarı olması və Ərdoğanla şəxsən ünsiyyət qurmaq imkanının olması təbii ki, hərbi-siyasi əməkdaşlığa da öz təsirini göstərəcək. Ona görə də ruslar hansısa yolla əməkdaşlığa mane olmaq ümidi ilə Umerovun guya ki, Gülənçi keçmişi ilə bağlı təbliğat aparırlar. Qalanını zaman göstərəcək, mühakimə etmək hələ tezdir, çünki ona təsirli bir etibar krediti veriblər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02
“Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00
Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01
MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57
Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50
“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26
Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48
Axşam.az 12 yaşında!
Dünən, 11:47
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Dünən, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Dünən, 11:34
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Dünən, 11:27
İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Dünən, 11:25
Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Dünən, 11:20
Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Dünən, 11:02
ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Dünən, 11:00
Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Dünən, 10:48
Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Dünən, 10:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru