İsveçin NATO-ya üzvlüyü Rusiya üçün fəlakətin başlanğıcı deməkdir - NİYƏ?
Tarix: 11-07-2023, 17:34 | Çap et
Mövzuya keçməmişdən əvvəl bu suala cavab axtarmağa çalışaq: İsveçin NATO-ya üzvlüyünə Türkiyə niyə razılıq verdi? Cavab: çünki İsveçdən öz istədiklərini böyük ölçüdə aldı. Məlum olduğu kimi, Türkiyə 30 İyun 2022 NATO Madrid Sammitində İsveç və Finlandiya ilə imzaladığı üçlü protokolun öhdəliklərinin yerinə yetirilməsini istəyirdi. İsveç isə bu istiqamətdə bəzi addımlar atmışdı. Türkiyəyə qarşı müdafiə sənayesi embarqosunu ləğv etmiş, Konstitusiyasını dəyişib, antiterror qanunu çıxarmışdı. Bir növ Türkiyənin tələblərinin hüquqi bazasını yaratmışdı, sadəcə onu praktik olaraq həyata keçirməmişdi; terrorçu ünsürlərin fəaliyyətinə qadağa qoyulmamış, Türkiyənin tələb etdiyi terrorçuları ona təslim etməmişdi. Zənnimcə, praktik fəaliyyət hüquqi bazanın yaradılmasından sonra həyata keçirilə bilər. Bunun üçün isə zaman lazımdır. İsveçin indiki hakimiyyətinin Madrid sammitində üzərinə götürdüyü öhdəlikləri hələ ki yerinə yetirə bilməməsi onun yumşaq qarnı ilə bağlıdır. Bildiyimiz kimi, İsveçin indiki hökuməti çox incə teldən asılıdır. Ötən il Türkiyənin irəli sürdüyü şərtləri qəbul edə bilməyən sol blok hökumətinin dağılmasından sonra quruldu. 173 səsə qarşı 176 səs müqabilində. Ona İsveç Demokrat Partiyası da kənardan dəstək verdi. Deməli, mövcud hökumətin ictimai rəydə xoş qarşılanmayan hər hansı addımı onun da devrilməsi ilə nəticələnə bilər. Beləcə, İsveçin NATO-ya üzvlüyü daxili səbəblərdən baş tutmaz. Ölkənin təhlükəsizlik məsələləri isə NATO-ya üzvlük hədəflərinin dərhal reallaşmasını tələb edir və Stokholm bunu sonrakı mərhələyə saxlaya bilməz. Bu baxımdan mümkündür ki, İsveçin NATO-ya üzvlüyü tam reallaşdıqdan sonra hökumət bu addımları atsın, əgər hökumət dağılarsa, erkən seçimlərə getsin. İsveçin qarşısında dayanan ən böyük əngəllərdən biri də bəzi qüvvələrin islama həqarət edən addımları idi. Xüsusilə Quranın yandırılması kimi əməllər Türkiyəni qıcıqlandırmaq məqsədi güdür və böyük ehtimalla Moskvaya bağlı qruplar tərəfindən həyata keçirilirdi. Fikrimcə, Ankara da bu təxribatın fərqindədir və İsveç hökumətinin zəifliyini nəzərə alıb bu məsələnin üstünə çox getməyəcək. Əks halda təxribatı planlaşdıranlar öz məqsədlərinə çatmış olarlar. Yeri gəlmişkən, NATO-nun Baş katibi Yens Stoltenberq də yəqin ki, bunu nəzərdə tutaraq, İsveçin NATO-ya üzv olmamasının Rusiyanı və İranı sevindirir demişdi. Bəs, İsveçin NATO-ya qəbulu bu alyansa nə verəcək? İlk öncə, NATO-nun ən zəif həlqəsi Baltikyanı ölkələrin və Finlandiyanın təhlükəsizliyini ciddi şəkildə möhkəmləndirəcək. Məlum olduğu kimi, bu ölkələrin bir yerdə cəmi 12 milyon civarında əhalisi var: 5.5 milyon Finlandiya + 1.5 milyon Estoniya + 1.9 milyon Latviya + 2.8 milyon Litviya. Bu qədər az əhalisi olmasına baxmayaraq, ərazi Rusiyanın NATO ölkələri ilə sərhədlərinin böyük hissəsini təşkil edir. Təkcə Finlandiya ilə Rusiyanın sərhədi 1350 km-dir. Təbii ki, bu qədər geniş ərazinin qorunması üçün ölkələrə xeyli sayda əsgər lazımdır. Region ölkələri bunu təkbaşına reallaşdıra bilməzlər. Odur ki, həmin ölkələr mütləq NATO müttəfiqlərinin hərbi qüdrətindən də faydalanmalıdırlar. 2. Suvalki dəhlizi güvəncə altına alındı Litva ilə Polşa arasında 100-120 km sərhəd var. Suvalki dəhlisi adlanan bu sərhəd bir tərəfdən Belarus, digər tərəfdən isə Rusiyanın Kalininqrad eksklavının təzyiqi altındadır. Rusiya Kalininqrada quru kommunikasiya əlaqələrini bərpa etmək bəhanəsini irəli sürüb dəhlizi ələ keçirsə, Baltikyanı ölkələrlə Finlandiyanın NATO ölkələri ilə bütün əlaqələri kəsilə bilər. Belə bir ağır perspektivlə üzləşməmək üçün Finlandiyanı NATO müttəfiqləri ilə birləşdirən torpaq ərazisi də alyansın nəzarəti altında olmalıdır. Bu isə İsveç deməkdir. Belə çıxır ki, İsveçin NATO-ya daxil olması regionun bir vahid kimi birləşdməsi günün ən aktual məsələlərindən biri idi. Türkiyə İsveçə razılıq verməklə bu problemin həllini asanlaşdırdı. 3. Baltik dənizi Rusiyanın əlindən tamamən çıxdı Rusiyanı Avropaya və dünyaya bağlayan ən önəmli su hövzələrindən biri Baltik dənizidir. Baltik dənizinə Rusiyanın iki çıxışı vardı: Leninqrad və Kalininqrad. Baltik dənizinin suyu yarım şirin olduğundan ilin mühüm hissəsi don altında olur. Xüsusilə onun şərq hissəsi həm duzsuzluğu, həm də dayazlığı səbəbindən daha uzun müddətə donur. Duzluluq nisbəti Baltikin qərbinə doğru irəlilədikcə artır. Rusiya məhz buna görə Baltik donanmasını Kalininqradda saxlayırdı. İsveçin NATO-ya daxil olmasından sonra bölgəyə ABŞ və Qərb ölkələrinin hərbi gəmiləri lövbər salacaq. Beləcə, Rusiyanın Baltik donanması da tamamilə hərəkətsiz hala düşəcək. 4. Rusiyanın ən yaxın müttəfiqi Belarusun 3 tərəfdən mühasirəsi daha da möhkəmlənəcək. Nəticədə bu ölkənin getdikcə nəfəsi daralacaq və iqtisadi, siyasi təzyiqlər ölkə əhalisinin Lukaşenko hakimiyyətinə qarşı ayaqlanmasına yol açacaq. 5. Baltik dənizinin tam ortasında 3 böyük ada yerləşir: Qotland, Saare və Oland. Xüsusilə İsveçin Qotland adası Baltik dənizinə və sahil dövlətlərinə nəzarətin açarı sayılır. Bu xüsusiyyəti ilə onu Qara dənizdəki Krım yarımadasına bənzədə bilərik. İsveçin NATO-ya daxil olması ilə Qotland da ABŞ-ın nəzarətinə keçəcək. Beləcə, Rusiyanın həyati boğazı ABŞ-ın çaynağında olacaq. 6. Baltik dənizi Rusiyanın balıqçılıq və ticarət sektorları üçün də çox vacib su hövzələrindədir və İsveçin NATO-ya üzvlüyündən sonra Moskva bu avantajını da itirəcək. Qısası, İsveçin NATO-ya daxil olması Rusiya üçün fəlakətin başlanğıcı anlamına gəlir.
Heydər OĞUZ - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ərdoğanın Suriya səfəri... GÖZLƏNİLƏNDİR!
Bu gün, 08:39 |
|
|
|
• "Bu əsasla Əmək müqaviləsinin ləğv edilməsi..." - Ekspert danışır...
Bu gün, 08:35 |
|
|
|
• BU FAKTDIR: `Azəriqaz` işçiləri öz hesablarına avadanlıq alır... - "Deyirsiniz `Azəriqaz` ziyanla işləyir, AMMA..."
Bu gün, 08:31 |
|
|
|
• Suriyanın yeni sahibi NECƏ DAVRANACAQ... - Hər kəsi YAXŞI TANIYIR...
Bu gün, 08:19 |
|
|
|
• Ceyhun Bayramov Serbiyaya səfər edib
Bu gün, 08:17 |
|
|
|
• `Azercell` istehlakçı hüquqlarını NECƏ POZUR... - NARAZILIQ VAR...
Bu gün, 08:14 |
|
|
|
• Makronun BATIRDIĞI FRANSA... - İNCƏLƏMƏ
Bu gün, 07:15 |
|
|
|
• İranın sərhəddə 150 minlik ordusu var, ancaq Azərbaycan… - GƏLİŞMƏ
Bu gün, 07:11 |
|
|
|
• "HƏMAS, Hizbullah, İslami Cihad bizim deyil" - Xamenei İranın proksi qüvvələrindən imtina etdi
Bu gün, 06:19 |
|
|
|
• Ermənilərdən “Dubay şokoladı” ilə bağlı ŞOK iddia: Şuşa detalı - Rəsmən xəstədirlər...
Bu gün, 06:17 |
|
|
|
• "Valmarket Şəbəkə Supermarket" dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:12 |
|
|
|
• Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43 |
|
|
|
• İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36 |
|
|
|
• Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39 |
|
|
|
• "İçim parça parçadır"
Dünən, 22:34 |
|
|
|
• "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37 |
|
|
|
• Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35 |
|
|
|
• Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33 |
|
|
|
• Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Dünən, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Dünən, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Dünən, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Dünən, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Dünən, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Dünən, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Dünən, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Dünən, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Dünən, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Dünən, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Dünən, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Dünən, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Dünən, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Dünən, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Dünən, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Dünən, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Dünən, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Dünən, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Dünən, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Dünən, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
21-12-2024, 20:22 |
|
|
|
|