Kreml rəsmi İrəvanla bağlı NƏ ETMƏK İSTƏYİR? - ŞƏRH
Tarix: 22-04-2023, 09:09 | Çap et
Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatının missiyası Azərbaycanla şərti sərhəddə vəziyyəti müşahidə etmək üçün Erməniustana göndərilə bilər.
Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin missiyasını qəbul etməyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bu yaxınlarda rəsmi Ermənistan buna hazır olacağı təqdirdə, missiyanın gələcəyini bəyan etmişdi. Artıq Ermənistan missiyanı qəbul etməyə hazır görünür. Ancaq Rusiya və Ermənistan arasında ziddiyyətlərin qalması bölgədə geosiyasi maraqlar toqquşması üçün zəmin yaradır.
Baş verə biləcək proseslər və Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması ehtimalı ilə bağlı “Cümhuriyət”in suallarına sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavab verib. DİA.AZ həmin müsahibəni təqdim edir:
- Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasını öz ərazisində yerləşdirməyə hazırdır. Ancaq görünür, tərəflər mübahisəli məsələləri həll edə bilmir. Necə hesab edirsiniz, bu missiya sərhədə gələcəkmi?
- KTMT-nin missiyası ilə bağlı Ermənistanda çoxsaylı fikirlər səslənir. Amma bu missiyanı rolu həlledici ola bilməz. Çünki KTMT-də əsas söz sahibi Rusiyadır. İkincisi, Ermənistan-Rusiya əlaqələrinə nəzər salsaq görərik ki, KTMT-dən başqa bu iki ölkə arasında qarşılıqlı hərbi müqavilə imzalanıb. Hətta müştərək hərbi birləşmələr yaradılıb. Gümrüdə və Zvartnosda yerləşən hərbi bazalar və bir neçə hərbi birləşmə mövcuddur. Söhbət ondan gedir ki, Ermənistan bununla Rusiyadan təhlükəsizlik zəmanətləri tələb edir. Amma İkinci Qarabağa müharibəsüində və ondan sonra bu çağırışlar cavabsız qaldı. KTMT üzvü olan ölkələrin əksəriyyəti Azərbaycanla daha yaxşı münasibətdə olduğuna görə Ermənistan bu dəstəyi dolayı yolla qazanmağa çalışır. Ermənistan digər strukturları və öhdəlikləri yada salmadan gəlib KTMT-də ilişib. Bunlar isə siyasi oyunlardır. Mən əminəm ki, bu məsələ qeyri-rəsmi səviyyədə də Rusiya rəhbərliyi ilə müzakirə olunub və cavablar alınıb.
İndi isə Paşinyan istəyir ki, Rusiyanın sərhədlərdə öhdəliklərdən yayınması məsələsini ictimailəşdirsin. Rusiyaya qarşı bu cür ittihamları səsləndirməyə onun siyasi iradəsi yoxdur. KTMT mövzusu bir neçə ildir gündəmdə olsa da bu, heç bir nəticə vermir. Paşinyan yaxşı başa düşür ki, Rusiya ona lazım olan köməyi göstərməyəcək. Çünki hazırda Rusiya çətin vəziyyətdədir. Amma Ukrayna müharibəsindən əvvəl də Rusiya Ermənistanın müraciətlərinə cavab vermədiyi üçün İrəvan öz istəklərinə nail olmayıb. Bu baxımdan, Rusiyanın Ermənistandan uzaqlaşdığını görürük. Bu prosesi dayandırmaq mümkün deyil.
- Avropa İttifaqı missiyasının öhdəlikləri müəyyən edilib. Ancaq KTMT-nin missiyasının öhdəlikləri, sayı, yerləşəcəyi ərazi hələ aydın deyil. Bu məsələlərdə razılaşma əldə edilə biləcəkmi?
- Əslində, bu mandatdır. Avropa İttifaqı öz missiyasına mandat verib. Nəzərə almalıyıq ki, bu, hərbi missiya deyil. Sonra da bu mandatın əsasında xüsusi bir sənəd imzalanmalıdır. Həmin memorandumda missiyanı qəbul edən ölkə öz üzərinə öhdəliklər götürür. Amma KTMT Ermənistana necə daxil olacaq, mandat müəyyən olunandan sonra nə olacaq? Bu oyunlar Azərbaycana qarşıdır. Ermənilər görüntü yaratmaq istəyirlər. Rusiya istəyir ki, Zəngəzur dəhlizi işlək vəziyyətdə olsun, özü də ona nəzarət etsin. Ermənistan isə bununla razılaşmır. Ümumiyyətlə, dəhlizlə bağlı bir sıra ölkələrin öz maraqları var. Qənaətim belədir ki, Ermənistanın Qərbə inteqrasiyası qaçıqlmaz görünür. Həm də məsələ yalnız təhlükəsizliklə bağlı deyil. Ermənistanın problemi həm də iqtisadi böhranla bağlıdır. Onların öz dövlətçiliyini qorumaq üçün sponsora ehtiyacı var. Bundan öncə Ermənistanın hamisi Rusiya idi. Avropa başa düşür ki, Rusiya indi Ermənistanı kreditlər və investisiyalar vasitəsilə saxlamaq imkanına malik deyil. Onun yerini Qərb tutmalıdır. Ona görə də iqtisadi maraqlar Ermənistanı Qərbyönlü kurs seçməyə vadar edəcək.
- Aprelin 11-də Laçınla sərhəddə atəşkəsin pozulması Rusiyanın hərbi təxribatı kimi dəyərləndirildi. Yəni KTMT-nin hərbi missiyası bölgəyə gəlməsə eskalasiya davam edəcək...
- Eskalasiya onsuz da davam edəcək. Çünki tərəflərin sərhəd məsələsində mövqeləri fərqlidir. Ermənistan Azərbaycan sərhədini tam şəkildə tanımaq istəmir. Onlar Qarabağ mövzusunun davam etməsində maraqlıdırlar. Ona görə də Laçın dəhlizi adlanan beş illik öhdəlik onlar üçün vacibdir. Eyni zamanda, ermənilər həm də Zəngəzur dəhlizi ilə bağlı öhdəlikdən qaçırlar. Bu, Rusiyanın da xoşuna gəlmir. Çünki Rusiyanın Türkiyə ilə quru əlaqəsi yaratması mümkün olmur. Sərhəddə gərginliyin baş verməsi üçün kifayət qədər əsaslar var. Ən əsası ona görə ki, Azərbaycanın sərhəddə yerləşən 8 kəndi hələ işğal altındadır. Ermənistan anklavları qaytarmaqdan imtina edir. İkincisi, sərhədlərin müəyyənləşməsi üçün Sovet dövrünə aid hansı ilin xəritəsinin əsas götürüləcəyi də məlum deyil. Bununla bağlı da müxtəlif baxışlar var.
- Deməli, KTMT-nin missiyasının gəlib-gəlməməsindən asılı olmayaraq, sərhəddə yenə toqquşmalar ola bilər..
- Missiya gəlməmişdən qabaq Rusiya sərhədçiləri 44 günlük müharibədən sonra dörd post qurub. İndi isə avropalı müşahidəçiləri cəlb ediblər. KTMT-nin gəlməsilə vəziyyətin dəyişəcəyinə əmin deyiləm. Gərginliyi yaradan isə Ermənistandır. Bununla da Ermənistan beynəlxalq “oyunçu”ların diqqətini bölgəyə cəlb etmək və müşahidəçiləri sərhəddə yerləşdirmək istəyir. Belə təxribatlar törətmək və sonra da bizi ittiham etməklə artıq Avropa İttifaqının missiyasının gətirilməsinə nail olublar. Rusiya hərbçiləri əvvəllər Ermənistanın Türkiyə ilə sərhədində yerləşmişdisə, indi Qazax istiqamətində postlar qurublar. Bunlar Ermənistanın taktikasıdır.
- Laçında baş verən hadisələrin arxasında Rusiyanın və İranın dayanmasına dair rəylər daha çox səsləndi. Sizin fikrinizcə, bu təxribatın baş verməsində Ermənistan maraqlıdır...
- Paşinyan KTMT-nin missiyasını açıq şəkildə sərhədə dəvət edir. Onlar da gəlmir. İndi Rusiya istəyir ki, qarşıdurma yaratmaqla gəlsin? Bu yanaşmanı başa düşmürəm. Ötən ilin noyabr ayında KTMT-nin İrəvanda keçirilən sammiti zamanı Paşinyan Putinin təklif etdiyi yekun bəyanatı imzalamaqdan imtina etdi. Sənədin Ermənistanda fəaliyyəti genişləndirmək məqsədilə hazırlanmışdı. Ruslar başa düşür ki, Ermənistanın çağırışları səmimi deyil. Rusiya da Ermənistana gəlməkdə maraqlı deyil. Ruslar yaxşı başa düşür ki, Ermənistan onlardan bir şey istəyir-sərhədi bağla, amma mən Qərbə daha çox meyil edim. Yəni təhlükəsizliyimi sən təmin et, özüm isə Qərbin tərəfinə keçim. Çünki iqtisadi yardım Qərbdən gələ bilər. Ümumiyyətlə, Ermənistanın xarici siyasətinin problemi ondadır ki, uzun müddət təhlükəsizliyini Rusiya təmin edib, amma iqtisadi baxımdan lazım olan dəstəyi göstərməyib. İndi isə ermənilər düşünür ki, Qərbdən maliyyə dəstəyi almaq üçün rusları qovsunlar. Biz bu ziddiyyətlərin nəticəsini görürük.
- Ermənistandakı rəy sorğusuna görə, əhalinin 75 faizi təhlükəsizliyin təminatçısı kimi İranı görür. Rusiyaya inananların sayı azalaraq 40 faizə düşüb. Hakimiyyətin Qərbyönlü siyasət yürütdüyünü bura əlavə etsək, üçqütblü ziddiyyət yaranır. Sizcə, bu nə ilə nəticələnəcək?
- Ermənilər iki stulda oturmaq istəyirlər. Bu isə mümkün deyil. Ermənistanın işğal və ilhaq siyasətini həyata keçirmək üçün potensialı yoxdur. Biri Rusiyaya güvənir, biri İrana, digəri Qərbə. Amma İran onlara dəstək verməz. Əgər Təbrizdə soydaşlarımız “Nə oldu, Paşinyan?” mahnısını oxuyursa, ictimai rəyin belə olduğunu görən İran Ermənistana dəstək verməyəcək. Qərb də deyir ki, sən rusları qovmasan, mən sənə iqtisadi yardım göstərməyəcəyəm. İkincisi, Azərbaycana qarşı ərazi iddialarına son qoymalısan. Bu da ABŞ-ın mövqeyidir. Ermənilər də müxtəlif bəhanələrlə bu tələblərdən yayınır. Ermənistanın xarici siyasətini ziddiyyətli geopolitik əsaslarla davam etdirmək istəyir. Dünyada heç kim buna nail olmayıb. Deyirlər, Rusiya bizi qorusun, özümüz də Qərbdən yardım alaq. İkili oyun olmamalıdır. İki yoldan birini seçməlisən. Digər variant isə işğalçılıq siyasətindən əl çəkməkdir. Rusiya üçün Ermənistanın işğalçılıq siyasəti maraqlı deyil. Azərbaycan Rusiya üçün daha mühüm əhəmiyyətə malikdir. Çünki bütün tranzit yollar Azərbaycandan keçir. Ermənistanın xülyaları heç kimə lazım deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 'Kargolux' müştərilərə problem yaradır - VƏTƏNDAŞ BU ŞİRKƏTDƏN ŞİKAYƏTÇİDİR...
Bu gün, 01:39 |
|
|
|
• “Sülhlə bağlı eyforiyaya qapılmaq təhlükəlidir...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:34 |
|
|
|
• Kremlin duel təklifində iki məqsəd - Avropa reaksiya verəcək, ABŞ isə...
Bu gün, 01:31 |
|
|
|
• Keçmiş prezidentlərdən Paşinyanın debat çağırışına CAVAB
Bu gün, 01:26 |
|
|
|
• Paşinyan əl çəkmir - Köçəryan və Sərkisyana yeni müraciət
Bu gün, 01:23 |
|
|
|
• O tərbiyəsizliyə sponsorluq edən kimlərdir? - FOTO
Bu gün, 01:19 |
|
|
|
• "İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur - TƏRKİBİNDƏN 2 ŞİRKƏT AYRILIR
Bu gün, 00:05 |
|
|
|
• Qalib KOMANDAN... - Bu gün onun doğum günüdür...
Bu gün, 00:04 |
|
|
|
• Azərbaycanda ilk dəfə: - ŞİRKƏTİN BORCU SATIŞA ÇIXARILDI
Bu gün, 00:02 |
|
|
|
• Bu bayramın İrəvanda qeyd olunması... - Sübhani
Dünən, 23:36 |
|
|
|
• Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağı qıtlığı var? - NƏ BAŞ VERİR?
Dünən, 23:11 |
|
|
|
• Nazirlikdəki əməliyyat zamanı bu həkimlər saxlanılıb - ADLARI
Dünən, 23:01 |
|
|
|
• Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib
Dünən, 22:58 |
|
|
|
• Gözəlləşmək üçün həyatını riskə atanlar - Bəziləri 10-15 dəfə əməliyyat etdirir…
Dünən, 22:55 |
|
|
|
• Tiktokerlər saxlanıldı: Aralarında Azər Zahid də var - TƏFƏRRÜAT
Dünən, 22:49 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi - FOTO
Dünən, 22:18 |
|
|
|
• Sənubər İsgəndərli də dələduzların hədəfi olub - FOTO
Dünən, 22:05 |
|
|
|
• Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı - KİV
Dünən, 22:01 |
|
|
|
• Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb - onlardan biri...
Dünən, 22:00 |
|
|
|
• İcra Hakimiyyəti 23 min manata yolka alır
Dünən, 20:29 |
|
|
|
• Ermənistan tezliklə bu əraziləri itirəcək – Gevondyan
Dünən, 20:25 |
|
|
|
• Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
Dünən, 20:21 |
|
|
|
• “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Dünən, 19:31 |
|
|
|
• Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 19:25 |
|
|
|
• "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Dünən, 19:02 |
|
|
|
• Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Dünən, 18:58 |
|
|
|
• Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Dünən, 18:24 |
|
|
|
• ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Dünən, 18:21 |
|
|
|
• Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Dünən, 18:16 |
|
|
|
• Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Dünən, 18:14 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Dünən, 18:10 |
|
|
|
• Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Dünən, 17:55 |
|
|
|
• Baydendən növbəti əfv qərarı
Dünən, 17:51 |
|
|
|
• 4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Dünən, 17:47 |
|
|
|
• “Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Dünən, 17:45 |
|
|
|
• “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Dünən, 17:38 |
|
|
|
• Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Dünən, 17:26 |
|
|
|
• Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Dünən, 17:19 |
|
|
|
• Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Dünən, 17:14 |
|
|
|
• Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Dünən, 17:11 |
|
|
|
• Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Dünən, 17:04 |
|
|
|
• Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Dünən, 16:59 |
|
|
|
• Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Dünən, 16:58 |
|
|
|
• Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Dünən, 16:57 |
|
|
|
• Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Dünən, 16:52 |
|
|
|
• Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Dünən, 16:47 |
|
|
|
• “Benzində su olmur axı...” - İddialara cavab
Dünən, 16:39 |
|
|
|
|