Putin Obamanın İran sövdələşməsini necə barmağına doladı...
Tarix: 16-01-2014, 12:28 | Çap et
Rusiya ilə İran arasında ABŞ Dövlət Departamentinin bildirdiyi kimi, “olduqca narahat edən” neft sövdələşməsinə dair gizli danışıqlar gedir.
Virtualaz.org saytı xəbər verir ki, Rusiya İrandan istənilən həcmdə neft almağa, əvəzində bu ölkədə Rusiya istehsalı olan mallar göndərməyə hazırdır.
Belə danışıqlar haqda əvvəlcə “Röyter” agentliyi məlumat yayıb. İran rəsmiləri xəbəri təkzib ediblər. Buna baxmayaraq “Kommersant”a məlum olub ki, tərəflər danışıqları sürətləndiriblər və məsələ İran xarici işlər naziri Cavad Zərifin bu gün Moskvaya səfəri zamanı müzakirə ediləcək. Həmçinin Rusiya prezidenti Vladimir Putinin Tehrana gözlənilən səfəri zamanı danışıqlar həlledici fazaya daxil olacaq.
“Röyter”in xəbərinə görə, Rusiya ilə İran arasında gözlənilən svap-razılaşmanın həcmi ayda 1,5 milyard dollar qiymətləndirilir. Bu razılaşma İrana olduqca sərfəli olacaq, neft ixracını 50 faiz artırmağa imkan verəcək və İran ayda əlavə 1,5 milyard dollar qazanacaq.
Yanvarın 15-də Ağ Evin rəsmi nümayəndəsi Cey Karni bildirib ki, Rusiyanın İran neftini almasına dair razılaşma Tehranın nüvə proqramlarına dair Cenevrədə “altılar” qrupu ölkələri ilə əldə edilmiş razılaşmaya zidd olardı. Cey Karninin sözlərinə görə, Birləşmiş Ştatlar bu xəbərlərdən “fövqəladə dərəcədə narahatdır”.
Cenevrə razılaşmasına əsasən Qərb ölkələri İrana qarşı tətbiq edilmiş sanksiyaları qismən yumşaldır və bu ölkənin xarici banklarda dondurulmuş aktivlərinin bir hissəsinə çıxış imkanı yaradır. Razılaşma fevralın 1-dən qüvvəyə minəcək. Həmçinin razılaşmanın sonrakı mərhələsində İran dünya bazarlarına daha çox neft çıxara biləcək. Əvəzində İran uranın yüksək faizli zənginləşdirilməsi prosesini dayandırmağa razılaşıb.
Cenevrə razılaşması ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqi İsrailin, o cümlədən Səudiyyə Ərəbistanının ciddi narazılığı ilə müşayiət olunmuşdu.
Bəs Rusiya ilə İran arasında gizli danışıqlar barədə xəbərlərin sızdırılması ABŞ-ı niyə ciddi narahat edir? Rusiyanın özünün də iştirakı ilə əldə edilmiş Cenevrə razılaşmasını əhəmiyyətini azaldan bu sövdələşməyə getməkdə məqsədi nədir?
Tamamailə aydındır ki, İran Rusiyaya istənilən həcmdə neft satmaq imkanı əldə etsə, Cenevrə razılaşmasının əhəmiyyəti kəskin azalacaq. Hətta bu razılaşma mənasız kağız parçasına çevriləcək. Çünki İranı nüvə məsələsində müəyyən güzəştə getməyə məcbur edən əsas səbəb məhz neft sanksiyaları idi və Qərb ölkələrinin tətbiq etdiyi qadağalara əsasən İran bazara gündə cəmi 1,5 milyon barrel neft çıxara bilirdi.
Lakin indi İran Rusiyaya istənilən həcmdə neft sata, əvəzində bu ölkə istehsalı olan mallar, o cümlədən silahlar ala bilər. Rusiya isə sərfəli şərtlərlə aldığı İran neftini öz adından dünya bazarlarına çıxarmaqda sərbəstdir.
Rusiya ABŞ-ın və müttəfiqlərinin İrana qarşı neft sanksiyalarına qoşulmadığından bu qadağanı legitim saymır və beynəlxalq hüquq baxımından heç bir günah işlətmir.
İranla mümkün neft razılaşması Rusiya üçün iqtisadi baxımdan da kifayət qədər sərfəlidir və bu ölkədə istehsal olunan mallar üçün əlavə bazar imkanları açacaq.
Lakin Putinin məqsədi qətiyyən iqtisadi dividendlər əldə etmək deyil. Söhbət Rusiya prezidentinin son bir neçə ildə ABŞ-ın dünyada mövqelərini zəiflətməyə yönələn aqressiv siyasətindən gedir.
Bu siyasət Suriyada Bəşər Əsədi hakimiyyətdə saxlamaqla Qərbin regiondakı planlarını pozdu. Əsədin hələ də hakimiyyətdə qalması İranın da bölgədə güclü təsir imkanlarının qalması deməkdir.
Yaxud Putin Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünə böyük zərbə vuraraq əvvəl Ermənistanı, daha sonra Ukraynanı Avropa yolundan döndərdi.
İndi Putin İrana sərfəli neft sövdələşməsi təklif etməklə Tehranın nüvə proqramlarını davam etdirməsi üçün əla fürsət yaradır. Demək olmaz ki, Rusiya İranın nüvə silahına malik olmasında maraqldır.
Lakin Rusiya bunu da istəmir ki, İran nüvə məsələsində ciddi güzəştlərə gedərək Qərblə anlaşsın. Çünki belə anlaşma Rusiyanın geosiyasi maraqları ilə uzalaşmır.
Cenevrə razılaşmasından dərhal sonra Tehran elan etdi ki, iri Qərb enerji şirkətlərini İrana çağırır və artıq bəzi şirkətlərlə danışıqlar gedir. Yaxud sanksiyalar cüzi də olsa yumşalan kimi Amerika istehsalı olan avtomobillərin İran bazarına axını başladı.
Deməli, nüvə anlaşması daha da irəli getsə də İrana qarşı bütün sanksiyalar götürülsə, Qərb ölkələri İran bazarını tamamilə tutacaqlar. Rusiya mallarının belə şəraitdə Qərb istehsalı olan mallarla rəqabətə girməsi mümkün olmayacaq. İranın iri neft-qaz yataqları da Qərb şirkətlərinin nəzarətinə keçəcək.
Digər tərəfdən, uzun müddətdir ki, Qərb İranı yola gətirmək üçün Rusiya ilə güzəştli siyasət yürüdür. İranı BMT Təhlükəsizlik Şurasında beynəlxalq sanksiyalardan uzun müddətdir qoruyan məhz Rusiya və Çin olub. Bu da Rusiyaya İran məsələsində ciddi siyasi üstünlük verir və Cenevrə razılaşmasının əldə olunmasında da bu amilin mühüm rolu olmuşdu.
Ancaq Rusiya İranın onun nəzarətindən çıxmasına da yol vermək niyyətində deyil. Ona görə də İranın Qərblə daha çox yaxınlaşmasını ənglləmək üçün Cenevrə razılaşmasından dərhal sonra hərəkətə keçib. Xəbərlərə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov neft sövdələşməsi barədə təklifi Cenevrə razılaşmasından az sonra Tehrana etdiyi səfərdə çatdırıb. Başqa sözlə, Putinin Obamanın İran razılaşmasını barmağına dolayıb və ABŞ bu razılaşmanı bayram etməyə imkan tapmamış Rusiyanın hiyləgər planı ilə üzləşib.
Ağ Ev rəsmisi Cey Karni bildirib ki, əgər belə razılaşma əldə edilsə, ABŞ-ın ciddi narahatlığına səbəb olacaq və Cenevrə razılaşmasını pozacaq. Ona görə də ABŞ bu sövdələşmənin bütün iştirakçılarına qarşı sanksiyalar tətbiq edə bilər. Dövlət Departamentinin rəsmisi Meri Harf da Rusiya ilə İran arasında bu cür sövdələşmə əldə edilərsə, ABŞ-ın sanksiyalara əl atacağı haqda xəbərdarlıq edib.
Ancaq belə görünür ki, söhbət kifayət qədər ciddi maraqlardan və geosiyasi qüvvələr nisbətindən getdiyi üçün Rusiyanı ABŞ-ın sanksiya xəbərdarlıqları narahat etməyəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM - “Gürcü arzusu” hökuməti TANINMAYACAQ
Bu gün, 02:26 |
|
|
|
• Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? - AKTUAL
Bu gün, 02:21 |
|
|
|
• Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Əmlak xidməti qanunları necə çeynəyir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:11 |
|
|
|
• “Nar”ın dəstəyi ilə debat forum keçirildi - FOTO
Bu gün, 02:02 |
|
|
|
• Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 01:59 |
|
|
|
• Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi - GƏLİŞMƏ
Bu gün, 01:57 |
|
|
|
• "Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..."
Bu gün, 01:55 |
|
|
|
• Keşiş Baqrat "səhvlərini" etiraf edib - KİV
Bu gün, 01:53 |
|
|
|
• Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:50 |
|
|
|
• Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı - Novella Cəfəroğlu
Bu gün, 01:47 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib - HESABAT
Bu gün, 00:04 |
|
|
|
• Putinin üzrxahlığının PƏRDƏARXASI: - Kremlin planı nədir?
Bu gün, 00:02 |
|
|
|
• "Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir - İspan KİV
Dünən, 23:59 |
|
|
|
• “Burada gecələyəcəyəm” - Zurabişvili
Dünən, 23:58 |
|
|
|
• Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Dünən, 23:55 |
|
|
|
• 4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
Dünən, 21:17 |
|
|
|
• “Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” - Başqa cür ola da bilməz...
Dünən, 21:13 |
|
|
|
• Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Dünən, 21:08 |
|
|
|
• "Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Dünən, 19:04 |
|
|
|
• Daha 24 cənazə Azərbaycana gətirilir
Dünən, 18:57 |
|
|
|
• Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Dünən, 18:53 |
|
|
|
• Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Dünən, 18:50 |
|
|
|
• Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Dünən, 18:00 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Dünən, 17:59 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Dünən, 17:58 |
|
|
|
• Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Dünən, 17:57 |
|
|
|
• Zelenski İlham Əliyevə zəng edib
Dünən, 17:54 |
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Dünən, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Dünən, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Dünən, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Dünən, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Dünən, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Dünən, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Dünən, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Dünən, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:41 |
|
|
|
• "Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Dünən, 11:39 |
|
|
|
• Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Dünən, 11:38 |
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Dünən, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Dünən, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Dünən, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Dünən, 11:18 |
|
|
|
• Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Dünən, 11:15 |
|
|
|
• Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Dünən, 11:02 |
|
|
|
• “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:57 |
|
|
|
• Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Dünən, 10:56 |
|
|
|
• İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Dünən, 10:54 |
|
|
|
|