Rusiyanın Qərbə mesajı və qəbul edilməyən şantaj - Ukrayna yeni hücum silahlarını gözləməlidir
Tarix: 18-01-2023, 08:14 | Çap et
Yanvarın 14-də Dnepri raketlərlə vuruldu. Rusiyanın qanlı cinayətindən əvvəl isə Ukrayna üçün vacib və çoxdan gözlənilən xəbər gəldi: beynəlxalq tərəfdaşlar hücum silahları verəcəklər.
Məlumdur ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak 14-ə qədər “Challenger 2” tankı, həmçinin 30 ədəd AS90 özüyeriyən artilleriya qurğusunun Ukraynaya göndərilməsi planını təsdiqləyib. Həqiqətən də söhbət Britaniyanın bizə ilk 4-6 döyüş tankını vermək niyyətindən gedir. Amma bu məsələdə tankların bu partiyasını yalnız ilk transfer kimi elan edən İngiltərə müdafiə naziri Ben Uollesin açıqlamasına diqqət yetirilməlidir. Çox güman ki, onlar hələ yoxlama aparmayıblar, həmçinin öz müdafiə qabiliyyətinə zərər vermədən Ukraynaya nə qədər tank ötürə biləcəklərini müəyyən etməyiblər.
Və bu məlumat rəsmi olaraq Britaniya hökumətinin saytında yalnız bazar günü ortaya çıxsa da, onlar başa düşməlidirlər ki, Rusiyanın Dneprə raket hücumu əslində işğalçının tankların Ukraynaya verilməsi qərarına cavabıdır.
Ruslar çoxdandır ki, tankların Ukraynaya verilməsinin müharibəni ağırlaşdıracağını deyirlər. Və belə bir gərginliyi nümayiş etdirməyə bilməzdilər.
Digər nüans odur ki, ruslar bu dəfə infrastruktur obyektlərinə dəqiq zərbələr endirə bilmədilər. İnsanlarımız xəsarət aldı, lakin əvvəlki raket hücumları ilə müqayisə etsək, 14-15 yanvarda Rusiya Federasiyası daha az hədəfi atəşə tutdu və daha az kütləvilik mü.ahidə edildi.
Bütün bunlar belə bir fikrə gətirib çıxarır ki, Dneprin atəşə tutulması Rusiyanın mesajı idi. Axı biz yeni silah növünün istifadəsini, ballistikanın potensial istifadəsini gördük. Beləliklə, Rusiya Federasiyası növbəti dəfə hədələri artırmağa çalışır.
Lakin Qərbin bunu şantaj kimi qəbul etmədiyini görürük. Axı ingilislər, polyaklar, fransızlar bizə silah ötürməyə hazırdırlar. Xatırladaq ki, Fransanın müdafiə naziri Sebastyan Lekornu Ukraynanın tezliklə AMX-10RC tanklarını alacağını bildirib.
Ümumiyyətlə, Rusiya eskalasiyasının döyüş sursatı, eləcə də spesifik raket növlərinin istifadəsi baxımından artımına nəzər salsaq, rusların nəyə eyham vurduğu aydın olar.
Amma məsələ ondadır ki, rusların gələcəkdə vəziyyəti gərginləşdirəcək aləti yoxdur. Gördük ki, artıq raketlərdən nüvə yükü daşıya bilən hissəni çıxarırlar və standart raket atırlar.
Sonra nə olacaq? Ruslar əvvəllər etdikləri hər şeyi davam etdirməyə çalışacaqlar: mülki hədəfləri atəşə tutmaq, qorxutmaq, İranla raketlərin ötürülməsi ilə bağlı danışıqlara nail olsalar, enerji infrastrukturunun kütləvi şəkildə atəşə tutulmasını davam etdirmək. Yeri gəlmişkən, qərbli həmkarlar arasında getdikcə Rusiya Federasiyasının da kimyəvi silahdan istifadə edə biləcəyi barədə danışılır. Belə bir ehtimal var, çünki bu da mümkün eskalasiya ssenarilərindən biridir.
Digər tərəfdən, rusların indi çox məhdud strateji manevr imkanları var. İrandan raket alsalar da, bu, az miqdarda olacaq. Fakt budur ki, İranda vəziyyət çox qeyri-sabit olaraq qalır. İranın Yaxın Şərqdə eskalasiya kursunu dəyişmədiyini görürük. O, həm İsrail, həm də Səudiyyə Ərəbistanı ilə, faktiki olaraq ABŞ-ın regiondakı bütün müttəfiqləri ilə gərginlik içərisindədir. Yəni ki, ilk növbədə İranın özünə raket lazımdır. Ona görə də Rusiyaya silah transferləri edilsə də, çox məhdud sayda olacaq.
Bundan əlavə, ABŞ-ın yeni sanksiyalar tətbiq etməsinin başqa bir amili də var ki, bu da İranın Rusiyaya təkcə silahları deyil, həm də ehtiyac duyduğu bütün resursları və komponentləri ötürməsinin qarşısını alacaq. Yəni ki, bu və ya digər şəkildə İran raketlərinin Rusiya tərəfindən qəbulu ehtimalı azalır. Ancaq Ukrayna yeni hücum silahlarını gözləməlidir.
Müəllif: Aleksandr Kraev - "Ukrayna Prizması" Xarici Siyasət Şurasının eksperti Mənbə:UNİAN Qeyd: tərcümə AYNA-ya məxsusdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Bu gün, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Bu gün, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Bu gün, 18:09 |
|
|
|
• Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Bu gün, 17:55 |
|
|
|
• AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Bu gün, 17:51 |
|
|
|
• Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Bu gün, 17:42 |
|
|
|
• Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Bu gün, 17:37 |
|
|
|
• Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:29 |
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Bu gün, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Bu gün, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Bu gün, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Bu gün, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Bu gün, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Bu gün, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Bu gün, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Bu gün, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Bu gün, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Bu gün, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Bu gün, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Bu gün, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Bu gün, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Bu gün, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Bu gün, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Bu gün, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Bu gün, 15:59 |
|
|
|
• “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Bu gün, 15:32 |
|
|
|
• Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Bu gün, 15:25 |
|
|
|
• "Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Bu gün, 15:18 |
|
|
|
• Daha iki "TikToker" həbs edildi - FOTO
Bu gün, 15:17 |
|
|
|
• NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Bu gün, 15:14 |
|
|
|
• Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 14:02 |
|
|
|
• Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Bu gün, 13:11 |
|
|
|
• Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Bu gün, 13:09 |
|
|
|
• Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Bu gün, 13:07 |
|
|
|
• Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Bu gün, 13:01 |
|
|
|
• Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:55 |
|
|
|
• Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Bu gün, 12:51 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48 |
|
|
|
• Yanğınsöndürən Babək “Sea Breeze”də niyə öldü? - İşdən sonra fəhləlik edirmiş
Bu gün, 12:44 |
|
|
|
• Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər – Amma Ukraynanı suçlayırlar
Bu gün, 12:42 |
|
|
|
• Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir? - AKTUAL
Bu gün, 12:34 |
|
|
|
• "Təyyarə qəzasını quru sərhədlərlə əlaqələndirənlər avtomobil qəzalarını nə ilə əlaqələndirirlər?" - deputat
Bu gün, 12:27 |
|
|
|
• "Ekipaj üzvləri vəzifələrini qəhrəmancasına yerinə yetirib" - AZAL-ın prezidenti
Bu gün, 12:23 |
|
|
|
• Sənan Əsədzadə maşın almaq istəyən vətəndaşın 27 min manatını qaytarmır - Nə maşından xəbər var, nə də puldan!
Bu gün, 12:20 |
|
|
|
• "Şəhər açıq şəkildə görünürdü... lakin eniş etməyə icazə vermədilər" - Hökümə xanım sanki öləcəyini hiss etmişdi...
Bu gün, 12:08 |
|
|
|
|