ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM .....                     Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? .....                     Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR .....                     Əmlak xidməti qanunları necə çeynəyir .....                     “Nar”ın dəstəyi ilə debat forum keçirildi .....                     Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? .....                     Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi .....                     "Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..." .....                     Keşiş Baqrat "səhvlərini" etiraf edib .....                     Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar .....                     Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı .....                     “Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib .....                     Putinin üzrxahlığının PƏRDƏARXASI: .....                     "Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir .....                     “Burada gecələyəcəyəm” .....                     Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib .....                     4 fenomen saxlanıldı, 3-ü isə axtarılır .....                     “Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” .....                     Bakı "qara qutu"nu necə açdı: .....                     "Heç bir güzəştdən söhbət gedə bilməz" .....                     Daha 24 cənazə Azərbaycana gətirilir .....                     Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi .....                     Azərbaycanda polis generalı təqaüdə göndərilib .....                     Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib .....                     Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub .....                     AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb .....                     Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib .....                     Zelenski İlham Əliyevə zəng edib .....                     Təzyiqlərin heç bir nəticəsi olmayacaq .....                     Paşinyan niyə keçmişə qayıdır? .....                     “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? .....                     Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı .....                     Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: .....                     Bakıda yumurtanın qiyməti artıb? .....                     Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA .....                     “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” .....                     "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" .....                     "Düzgün qərar kimi dəyərləndirmək olar" .....                     Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək .....                     Nazirlik bu işə görə Harvard Universitetinə .....                 

Türkiyənin yeddi bəndlik bəyanatındakı “kod”lar: - PKK, Yunanıstan, Azərbaycan-Ermənistan toqquşması
Tarix: 30-09-2022, 08:30 | Çap et
Türkiyənin yeddi bəndlik bəyanatındakı “kod”lar:
Türkiyə Milli Təhlükəsizlik Şurası sentyabrın 28-də iclas keçirdi. İclasın sonunda yeddi maddəlik bəyanat qəbul edildi.
Bəyanat Türkiyə-Yunanıstan münasibətlərinin müharibə həddinə çatması ilə yedəyə alınan digər risk faktorlarının qiymətləndirilməsi, perspektiv müdafiə marşrutlarının dəqiqləşdirilməsi istiqamətini müəyyən edir.
Birinci maddə PKK, FETÖ və İŞİD kimi terror təşkilatlarının terror-təxribat fəaliyyətinin təhlilinə əsaslanır və gələcək üçün Türkiyənin həyata keçirə biləcəyi gizli və ya açıq əməliyyatların konturlarını göstərir.
Bu xüsusda Türkiyənin Suriyadakı mövcudluq şkalasını qaldırması, həmçinin PKK və FETÖ-yə qarşı isə həm daxildə, həm də başqa ölkələrdə yeni fəaliyyət dairəsi cızacağı qaçılmaz hala gələcək.
İkinci maddə Türkiyənin İraqdakı maraqlarının müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsini ehtiva edir, amma hiss edilir ki, Ankara İraqdakı proseslərin xarakterinin fərqliliyini nəzərə alaraq bu ölkəyə dair planını ayrıca xətt üzrə icra edir. Nəzərə alınmalıdır ki, İraqda hökumət qurulması prosesində problemlər müşahidə edilir.
Türkiyə İraq hakimiyyətində rıçaqlara yiyələnmək meyillərini bu ölkədəki PKK-ya qarşı mübarizə ilə paralel şəkildə diqqətdə saxlayır.
Təhlükəsizlik Şurası Yunanıstanla gərginlik mövzusunu 3-cü bəndə daxil edib. Yəqin, göstərilir ki, Türkiyənin Suriyada genişmiqyaslı hərbi əməliyyatlar keçirməsi və İraqdakı “Pəncə-Kilit” əməliyyatının miqyasını genişlətməsi digər oyunçuların maraqları ilə toqquşduğundan onlar Yunanıstan kartına kapital qoyurlar.
Bu nöqtədə Türkiyə daha çox ABŞ və Fransaya vurğu edir, çünki Yunanıstanın həlledici dəstəkçiləri bu iki ölkədir. Görünür ki, masada hərb variantı mövcuddur, yoxsa Təhlükəsizlik Şurası Yunanıstanın hərbi hərəkətliliyinə qarşı beynəlxalq hüququn icazə verdiyi bütün vasitələrdən istifadə etməklə cavab veriləcəyini bəyan etməzdi!
Dördüncü maddədə ABŞ-ın Cənubi Kiprə silah embarqosunu aradan qaldırması dəyərləndirilib, bunun Aralıq dənizində sülh və balansı mənfi istiqamətə sürükləyəcəyi qeyd olunub.
Türkiyə cavab olaraq Şimali Kipr Türk Respublikasının beynəlxalq səviyyədə tanınmasının vacibliyini önə çəkib, hiss etmək çətin deyil ki, Türkiyənin rəqibləri həm də bu çağırışın önünə keçmək üçün müxtəlif vasitələri işə salaraq onları yerbəyer edirlər.
Bəyanatın 6-cı maddəsi Ukraynadakı müharibənin yaratdığı humanitar fəlakətin qarşısının alınması üçün Türkiyənin səylərini davam etdirəcəyini, 7-ci maddə isə Liviyadakı proseslərdə Ankaranın mövqeyinin möhkəmləndirilməsi istiqamətlərini göstərir.
Türkiyə Təhlükəsizlik Şurasının yaydığı sənədin 5-ci bəndinin şərhini isə sona saxladıq.
Bu bənd Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalar fonunda kənar oyunçuların hansı mövqedə dayanmasına işarə edir. Ankara hesab edir ki, Ermənistan özünə təqdim edilən sülh fürsətlərini dəyərləndirmək əvəzinə, təxribata təhrik edilib.
Bunun açması odur ki, Ermənistan özünün havadarları ilə Azərbaycana qarşı hərəkətə keçib. Toqquşmalardan sonra ən çox ABŞ, Fransa və İrandan İrəvana dəstək ifadə olunduğunu nəzərə alsaq, Ermənistanın hansı qaynaqlardan ruhlandığını görmək mümkündür.
Təhlükəsizlik Şurasının birinci maddəsinin məğzini 5-ci maddəyə də proyeksiya etmək lazımdır, bu mənada hesablamaq çətin deyil ki, Türkiyə Cənubi Qafqaz regionunda hansısa terror fəaliyyətinin canlanacağından ehtiyat edir.
Diqqətdə saxlamağa ehtiyac var ki, Ermənistan PKK terrorçularının gizlənməsi üçün əlverişli yerlərdən biridir. Üstəgəl, Cənubi Qafqazda İŞİD düşüncəli təhlükələr, FETÖ mərkəzli hərəkətlər baş qaldırarsa, buna qarşı da Türkiyə preventiv tədbirlərini gücləndirəcək.
NƏTİCƏ olaraq qeyd edə bilərik ki, bütün proseslər bir-birilə zəncirvari bağlıdır.
Aqşin Kərimov
DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM - “Gürcü arzusu” hökuməti TANINMAYACAQ
Bu gün, 02:26
Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? - AKTUAL
Bu gün, 02:21
Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR - DETALLAR
Bu gün, 02:18
Əmlak xidməti qanunları necə çeynəyir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:11
“Nar”ın dəstəyi ilə debat forum keçirildi - FOTO
Bu gün, 02:02
Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 01:59
Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi - GƏLİŞMƏ
Bu gün, 01:57
"Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..."
Bu gün, 01:55
Keşiş Baqrat "səhvlərini" etiraf edib - KİV
Bu gün, 01:53
Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:50
Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı - Novella Cəfəroğlu
Bu gün, 01:47
“Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib - HESABAT
Bu gün, 00:04
Putinin üzrxahlığının PƏRDƏARXASI: - Kremlin planı nədir?
Bu gün, 00:02
"Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir - İspan KİV
Dünən, 23:59
“Burada gecələyəcəyəm” - Zurabişvili
Dünən, 23:58
Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Dünən, 23:55
4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
Dünən, 21:17
“Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” - Başqa cür ola da bilməz...
Dünən, 21:13
Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Dünən, 21:08
"Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Dünən, 19:04
Daha 24 cənazə Azərbaycana gətirilir
Dünən, 18:57
Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Dünən, 18:53
Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Dünən, 18:50
Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Dünən, 18:00
Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Dünən, 17:59
AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Dünən, 17:58
Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Dünən, 17:57
Zelenski İlham Əliyevə zəng edib
Dünən, 17:54
Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Dünən, 14:02
Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Dünən, 14:00
“Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Dünən, 12:05
Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Dünən, 12:03
Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Dünən, 12:01
Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Dünən, 11:59
Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Dünən, 11:57
“Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Dünən, 11:56
"Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:41
"Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Dünən, 11:39
Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Dünən, 11:38
Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Dünən, 11:32
Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Dünən, 11:29
Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Dünən, 11:27
Belarus Prezidenti 20 nəfəri əfv edib
Dünən, 11:24
Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Dünən, 11:21
Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Dünən, 11:18
Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Dünən, 11:15
Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Dünən, 11:02
“Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:57
Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Dünən, 10:56
İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Dünən, 10:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru