Hökumət ziyanın yarısından niyə döndü? .....                     Zəngəzur dəhlizinin açılması ilə İran da qazanan tərəflər arasında yer ala bilər .....                     Makron Maskı digər ölkələrdəki seçkilərə müdaxilədə günahlandırıb .....                     2025-ci ildə dünyanı nə gözləyir? .....                     “Avrora Qrup”da yeni təyinat .....                     Zəngəzur dəhlizi: İran Türkiyə ilə “böyük bazarlığa” gedir? .....                     Güc itirən Rusiyanın yenidən SSRİ və ona bənzər birlik qurması... .....                     "BakuBus"da sürücü ilə sərnişinlər arasında İNSİDENT .....                     "Ter-Petrosyanın çıxışı bizə məhkəmədə lazım olacaq" .....                     Pul qazanmaq istəyərkən 1 milyon itirən eks-məmurun oğlu imiş .....                     2 min 548 epizod, milyardlarla ziyan... .....                     Azərbaycanda dərmanlar niyə bahadır? .....                     Eks-deputatlığa namizəd, sabiq mətbuat katibi vəfat edib .....                     “Azericard” şirkətində yeni təyinat olub .....                     Emil İsmayılov ölkədən külli miqdarda valyuta çıxarıb? .....                     Aprel döyüşlərinin iştirakçısı Rusiyada vəfat etdi .....                     Naxçıvan polisinə yeni avtomobillər verilib .....                     "Əsrlərlə İrana hökm edən Türklər fars dilinə toxunmadı, .....                     Moskvadan gələn SİFARİŞ: .....                     Rusiya Yaxın Şərqdən çıxmaq istəmir .....                     POZULAN ATƏŞKƏSİN SƏSİ... .....                     Vassermanın ABSURD MƏNTİQİ... .....                     Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədrinə şərti cəza verilib .....                     Çindəki təhlükəli virus Azərbaycana da çatıb? .....                     Üç nəfərin 4 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilən şəxsin .....                     Petrosyanın etirafı: İrəvan artıq buna məcburdur .....                     Çörəkçi yoldaşını öldürən hakim qarşısında .....                     Sahibkarların qiymət tələsi: .....                     Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb .....                     Rusiya tərəfi günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir .....                     Ukrayna zəif deyil... AMMA... .....                     Kreml nə vaxta qədər SUSACAQ? .....                     Əmlak Məsələləri Dövlət Xidmətinin “Akif Çovdarovu”ndan Xankəndidə yeni il şousu... .....                     Sabiq nazirimizin qohumunu 13-cü mərtəbədən atdılar .....                     Bakıda həbsdə olan Qarabağ separatçılarının məhkəməsinin vaxtı məlum olub .....                     Bakıda əməliyyat keçirilib, altı kiloqram narkotik aşkarlanıb .....                     Paşinyandan rəqiblərinə “sui-qəsd” .....                     Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... .....                     “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” .....                 

“Üzr istəyirəm ki, Yaponiya xalqının bütün dəstəyinə baxmayaraq, vəzifəmi tərk edirəm” - Unudulmaz ABE...
Tarix: 16-07-2022, 08:51 | Çap et
“Üzr istəyirəm ki, Yaponiya xalqının bütün dəstəyinə baxmayaraq, vəzifəmi tərk edirəm”
İyulun 8-də səhər saatlarında Yaponiyanın keçmiş Baş naziri Şinzo Abenin həyatına sui-qəsd edildi. Siyasətçi hakim partiyanın namizədini dəstəkləmək üçün keçirilən təşviqat mitinqində çıxış edərkən keçmiş hərbçi arxadan ona yaxınlaşaraq əldəqayırma odlu silahdan iki dəfə atəş açıb. Abe boyun və döş qəfəsindən yaralanıb, həkimlərin səyinə baxmayaraq bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib. “Lenta.ru” saytı Şinzo Abenin ölkə daxilində və xaricdə niyə sevildiyini, Yaponiya tarixində ən uzun müddətli Baş nazir olmasının səbəblərini araşdırıb. AYNA məqaləni istinadla təqdim edir:

İrsi siyasətçi

Şinzo Abe üçün siyasi karyera sanki beşikdə hazırlanıb. Ailəsi - həm ata, həm də ana tərəfdən nüfuzlu siyasətçilərdən - parlament üzvlərindən, nazirlərdən və hətta iki Baş nazirdən ibarət idi. Ailə əlaqələri Yaponiya siyasətinin “şahzadəsi”nə karyera nərdivanını sürətlə yüksəlməyə kömək etdi. O, atası - xarici işlər naziri Şintaro Abenin katibi kimi fəaliyyətə başladı.

Sürətli karyera

1993-cü ildə Abe Liberal Demokrat Partiyasından Yaponiya Parlamentinin Nümayəndələr Palatasına seçilib, altı ildən sonra isə partiyanın sosial məsələlər şöbəsinə rəhbərlik edib. 2000-2003-cü illərdə Yoşiro Mori və Juniçiro Koizumi hökumətlərində Nazirlər Kabinetinin baş katibinin müavini vəzifəsində çalışıb. Bundan sonra partiyada ən nüfuzlu vəzifə olan Yaponiya Liberal Demokrat Partiyasının baş katibi təyin edilib.

İlk Baş nazirlik postu

2006-cı ildə 52 yaşlı Abe Yaponiyanın Baş naziri vəzifəsinə seçilərək ölkə tarixində ən gənc hökumət başçısı oldu və cəmi 13 il ərzində sıravi parlamentaridən ən yüksək vəzifəyə qədər olan yolu qət etdi. Onun ilk müddəti nəticə vermədi: əvvəlcə hakim partiya parlament seçkilərində son dərəcə uğursuz nəticələr əldə etdi, sonra isə kənd təsərrüfatı naziri Toşikatsu Matsuoka korrupsiya qalmaqalı səbəbindən intihar etdi. İki ay keçməmiş Matsuokanın varisi də korrupsiyada ittiham olunurdu.

2007-ci ilin avqustunda Abe yeni kabinet təyin etdi, lakin növbəti ay o, vaxtından əvvəl istefa verməyə məcbur oldu. Siyasətçi xoralı kolitdən - yoğun bağırsağın iltihablı xəstəliyindən əziyyət çəkirdi. Xəstəliyin daha da kəskinləşməsi ona öz vəzifələrini yerinə yetirməyə davam etməyə imkan vermədi.

Siyasi rekordçu

Abenin gedişi ilə Yaponiyada Baş nazirlərin bir sıra təyinatları və istefaları başladı: 2006-cı ildən 2012-ci ilə qədər ölkədə altı hökumət başçısı olub. 2012-ci ildə Abe yenidən Baş nazir postunu tutdu və səkkiz il bu vəzifədə qaldı. O, nəinki siyasi sabitlik gətirdi, həm də Yaponiya tarixindəki sələflərindən daha çox Baş nazir kürsüsündə qaldı.

"Üç ox" Abe

Abe Baş nazir kimi qarşısına illərdir durğunluq yaşayan Yaponiya iqtisadiyyatını dirçəltmək vəzifəsini qoymuşdu. Yapon siyasətçi iqtisadi böhrana “üç ox” atmaq qərarına gəldi. Birincisi, deflyasiyanı aradan qaldırmaq üçün monetar siyasətin yumşaldılması idi. İkincisi, infrastrukturun qurulması və təbii fəlakətlərdən zərər çəkmiş rayonların bərpası, habelə şirkətlərin vergi yükünün azaldılması üçün büdcə vəsaitlərinin ayrılması idi. Nəhayət, üçüncüsü, Yaponiya iqtisadiyyatının uzunmüddətli inkişafını təmin etmək və investisiya cəlb etmək üçün nəzərdə tutulmuş struktur islahatları idi. Baş nazirin həyata keçirdiyi islahatlar “Abenomiks” adlanırdı. İxracın artmasına və işsizliyin azalmasına baxmayaraq, Abenin “oxları” öz məqsədlərinə tam nail ola bilmədi və 2020-ci ilə qədər ÜDM-in 600 trilyon yenaya (Yapon pulu) çatdırılması tapşırığı yerinə yetirilmədi.

Sağçı baxışlar

Abe heç vaxt millətçi fikirlərini gizlətməyib. O, mütəmadi olaraq Yasukuni məbədini ziyarət edirdi, burada yaponlar həlak olmuş döyüşçülərin, o cümlədən İkinci Dünya müharibəsi iştirakçılarının ruhlarına dualar oxuyurdu. Bundan əlavə, Baş nazir İkinci Dünya müharibəsi zamanı yapon əsgərlərinin koreyalı qadınlardan seks köləsi kimi istifadə edildiyi fikrini rədd edirdi.

Abenin əsas siyasi ambisiyalarından biri Yaponiya Konstitusiyasının ölkənin müharibələrə girməsini və hərbi güc yaratmasını qadağan edən pasifist 9-cu maddəsinə dəyişiklik etmək idi. Yaponiya əlbəttə ki, dünyada beşinci ən güclü Özünümüdafiə Qüvvələrinə malikdir və ABŞ Asiyadakı müttəfiqini qorumağa sadiqdir. Lakin Abe əmin idi ki, ölkənin öz tamhüquqlu ordusu lazımdır. Bunun üçün ona parlamentin hər iki palatasının deputatlarının üçdə ikisinin təsdiqi, eləcə də referendumda ölkə əhalisinin əksəriyyətinin dəstəyi lazım idi. Amma bu planı həyata keçirmək son dərəcə çətin oldu - İkinci Dünya müharibəsində məğlub olan və nüvə bombalarından sağ çıxan Yaponiyada pasifist əhval-ruhiyyə hökm sürür. Abe hökuməti yalnız 9-cu maddənin təfsirində dəyişikliyə nail ola bildi. Yaxın tərəfdaşlardan birinə hücum edildiyi təqdirdə Özünümüdafiə Qüvvələrinin kollektiv müdafiəni təmin etmək üçün istifadəsinə icazə verildi.

Xarizmatik və xarici liderlərin sevimlisi

Sələflərindən - simasız funksionerlərin ardıcıllığından fərqli olaraq, Abe əsl xarizmatik lider oldu. O, asanlıqla dinləyicilərin diqqətini çəkməyi bacarırdı, fikrini çatdırmaq üçün çox parlaq və nəfis sözlər seçirdi. Onun keyfiyyətləri xaricdə də yüksək qiymətləndirilib - siyasətçi asanlıqla demək olar ki, istənilən xarici liderin “açarlarını” əldə edə bilirdi.

O, xüsusilə Amerika prezidentləri, həm Demokrat Partiyasından Barak Obama, həm də Respublikaçılar Partiyasından Donald Trampla yaxşı münasibət qura bilmişdi. 2016-cı ildə Abe Obamanı həqiqətən tarixi addım atmağa yönəltdi - Amerika lideri ABŞ tarixində ilk dəfə olaraq Xirosimaya səfər etdi və nüvə bombası qurbanlarının xatirəsinə əklil qoydu.

Abe hətta Donald Trampla da anlaşıb – axı Amerikanın sabiq Prezidenti Asiyadakı müttəfiqlərini kifayət qədər tənqid edirdi. Lakin yapon həmkarı ilə müntəzəm sammitlər keçirildi və 2019-cu ilin mayında yeni imperator taxta oturduqdan və yeni Reyva dövrü başlayandan bəri ABŞ Prezidenti Yaponiyaya səfər edən ilk xarici lider oldu.

Abe qonağını əyləndirmək üçün əlindən gələni etdi. Onlar qolf oynadılar və birgə selfi yayımladılar. Tramp qalibə təhvil verilməsi üçün kubokun verildiyi sumo çempionatında iştirak etdi. Naharda isə Amerika liderinə Amerika istehsalı mal əti ilə ikiqat çizburger təqdim edildi. Ətin Yaponiyaya tədarükü 2003-cü ildən bəri ilk dəfə - Trampın səfərindən bir qədər əvvəl bərpa olundu. ABŞ Prezidenti səfərindən o qədər məmnun idi ki, həmin ilin noyabrında Osakada keçirilən G20 sammitində sumo çempionatı ilə bağlı təəssüratlarını bölüşdü. Və 2020-ci ildə o, Abenin "Yaponiya tarixinin ən yaxşı baş naziri" olduğunu söylədi.

Ərazi ambisiyaları: “Vladimir, siz və mən eyni gələcəyi görürük. Gedək, Vladimir”

Abe Rusiya Prezidenti Vladimir Putinə yaxınlaşmağı da bacarmışdı. Baş nazir olduğu səkkiz il ərzində o, Rusiya Prezidenti ilə rekord sayda - 27 görüş keçirib. Liderlər bir-birlərinə “siz” deyə müraciəti əsirgəmirdilər, cüdo yarışlarında birlikdə iştirak etdilər və ümumiyyətlə, çox isti şəxsi münasibət saxladılar. Yaponiyanın Baş naziri Rusiyaya qarşı kifayət qədər praqmatik siyasət yürüdür və iqtisadi əməkdaşlığın qurulmasına səy göstərirdi. 2016-cı ildə o, Putinə səkkiz bənddən ibarət iqtisadi əməkdaşlıq planını təqdim etdi: səhiyyə, şəhərsalma, kiçik və orta biznes, enerji, Rusiyanın sənaye strukturunun şaxələndirilməsi, Rusiyanın Uzaq Şərqində ixrac bazasının yaradılması, qabaqcıl texnologiya və humanitar mübadilələr. Elə həmin il Abe Rusiya liderini kiçik vətəninə, Yamaqata prefekturasının kiçik Naqato şəhərinə dəvət etdi. Putin səfəri bəyənmişdi. “Çox gözəldir, xüsusən də bu gün – səhərdən qar yağmağa başladı, orada sadəcə inanılmaz bir atmosfer var. Mən əyalətin və şəhərin sakinlərinə səmimi qəbula görə təşəkkür etmək istəyirəm”, - Putin Abe ilə görüşündə söyləmişdi.

Baş nazirliyi boyunca Abe ardıcıl olaraq Rusiya ilə sülh müqaviləsinin imzalanmasına və Kuril adalarının cənub hissəsi - İturup, Kunaşir, Şikotan adaları və Habomai qrupu ilə bağlı ərazi mübahisəsinin həllinə çalışırdı. 2018-ci ildə o, müəyyən irəliləyiş əldə edə bildi: Yaponiya və Rusiya liderləri 1956-cı il Sovet-Yapon bəyannaməsi əsasında danışıqları intensivləşdirməyə razılaşdılar. Bu sənəd sülh müqaviləsinin imzalanmasından sonra xoşməramlılıq jesti olaraq Şikotan adasının və Habomai arxipelaqının Tokioya köçürülməsini nəzərdə tuturdu.

“Vladimir, siz və mən eyni gələcəyi görürük. Gedək, Vladimir. Rus gəncləri üçün. Gələcək əllərində olan yaponların xatirinə”, - Abe Vladivostokda son şəxsi görüşündə Putinə səslənmişdi və demişdi - “Gəlin birlikdə tarix yaradaq”. Lakin onlar tarix yarada bilmədilər: dalana dirənmiş danışıqlar nəhayət, Rusiya Konstitusiyasına Rusiya ərazilərinin özgəninkiləşdirilməsini qadağan edən düzəlişlərin qəbulundan sonra dalana dirəndi. Yaponiyanın Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra Moskva birtərəfli qaydada sülh danışıqlarından çıxdı.

“Super Mario” olimpiyaçısı

Abenin digər mühüm nailiyyəti Tokioda Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ əldə etməsi oldu. Rio-de-Janeyroda keçirilən Olimpiadanın bağlanış mərasimində Yaponiyanın Baş naziri əfsanəvi yapon “Super Mario” video oyununun qəhrəmanı obrazında göründü. Abe Tokio Olimpiya Oyunlarını mümkün qədər davamlı etmək istəyirdi: medallar Yaponiya vətəndaşları tərəfindən bağışlanan təkrar emal edilmiş elektronikadan, Olimpiya kəndi üçün çarpayılar isə təkrar emal olunmuş kartondan hazırlanmışdı.

Koronavirus tətili

Təəssüf ki, koronavirus pandemiyası Yaponiya hakimiyyətini Olimpiadanı bir il təxirə salmağa məcbur etdi. Virus Çindən sonra Yaponiyanı vurdu və sürətlə bütün ölkəyə yayıldı. 2020-ci ilin fevral ayının əvvəlində, göyərtəsində SARS CoV-2 daşıyan “Diamond Princess” kruiz gəmisi Yaponiyanın Yokohama limanında ilişib qaldı. Yüzlərlə insan bir neçə həftəni kabinələrdə qapalı vəziyyətdə keçirdi - onların təcrid olunması qlobal kilidləmənin xəbərçisi oldu. Abe hökumətinin koronavirusun yayılması ilə mübarizədəki uğursuzluqları onun bəyənmə reytinqinin rekord dərəcədə aşağı düşməsinə səbəb oldu.

Məcburi istefa

Abe heç vaxt özünü reabilitasiya edib Tokio Olimpiyadasını gözləyə bilmədi: 2020-ci ilin avqustunda siyasətçi xoralı kolitin kəskinləşməsi səbəbindən istefa verməyə məcbur oldu. “Üzr istəyirəm ki, Yaponiya xalqının bütün dəstəyinə baxmayaraq, səlahiyyət müddətimin bitməsinə tam bir il qalmış vəzifəmi tərk edirəm”, Abe göz yaşlarını saxlaya bilməyərək dedi.

Narada qətl

İyulun 8-də səhər Yaponiyanın keçmiş naziri Şinzo Abe Narada keçirilən təşviqat mitinqində çıxış edib - ölkədə bazar günü parlament seçkiləri təyin olunmuşdu və nüfuzlu siyasətçi partiyasının namizədini dəstəkləməyə gəlmişdi. Əvvəllər Yaponiya Özünümüdafiə Qüvvələrində xidmət edən 41 yaşlı Tetsuya Yamaqami Abenin arxasına keçərək əllə hazırlanmış ov tüfəngindən iki dəfə atəş açıb – siyasətçi dərhal yerə yıxılıb. Ağır vəziyyətdə o, yerli xəstəxanaya çatdırılıb. Həkimlər bir neçə saat onun həyatı üçün mübarizə aparıblar. Şinzo Abe yerli vaxtla saat 17:03-də reanimasiyada qan itkisindən dünyasını dəyişib. Ölümündən bir müddət əvvəl həyat yoldaşı Akie Tokiodan xəstəxanaya gəlib. Cütlüyün uşaqları olmayıb. Bununla da Yaponiyada “Abe əfsanəsi” sona çatmış oldu.

Müəllif: Turan Abdulla
//ayna//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hökumət ziyanın yarısından niyə döndü? - Yeni vergi tənzimləməsi – keçmişə qayıdış
Bu gün, 19:00
Zəngəzur dəhlizinin açılması ilə İran da qazanan tərəflər arasında yer ala bilər -ŞƏRH
Bu gün, 18:58
Makron Maskı digər ölkələrdəki seçkilərə müdaxilədə günahlandırıb
Bu gün, 18:11
2025-ci ildə dünyanı nə gözləyir? – Zirəddindən SENSASİYA
Bu gün, 18:04
“Avrora Qrup”da yeni təyinat - ƏMR
Bu gün, 18:00
Zəngəzur dəhlizi: İran Türkiyə ilə “böyük bazarlığa” gedir? - GƏLİŞMƏ
Bu gün, 17:59
Güc itirən Rusiyanın yenidən SSRİ və ona bənzər birlik qurması... qeyri-mümkündür!
Bu gün, 17:53
"BakuBus"da sürücü ilə sərnişinlər arasında İNSİDENT - VİDEO
Bu gün, 17:49
"Ter-Petrosyanın çıxışı bizə məhkəmədə lazım olacaq" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:44
Pul qazanmaq istəyərkən 1 milyon itirən eks-məmurun oğlu imiş - FOTO
Bu gün, 17:42
2 min 548 epizod, milyardlarla ziyan... - DETALLAR
Bu gün, 17:39
Azərbaycanda dərmanlar niyə bahadır? - ŞƏRH
Bu gün, 17:34
Eks-deputatlığa namizəd, sabiq mətbuat katibi vəfat edib - AÇIQLAMA
Bu gün, 17:29
“Azericard” şirkətində yeni təyinat olub - ƏMR
Bu gün, 17:20
Emil İsmayılov ölkədən külli miqdarda valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:17
Aprel döyüşlərinin iştirakçısı Rusiyada vəfat etdi
Bu gün, 17:13
Naxçıvan polisinə yeni avtomobillər verilib
Bu gün, 17:10
"Əsrlərlə İrana hökm edən Türklər fars dilinə toxunmadı, indi Türk uşaqlarına Türkcə adı qadağa edirlər"
Bu gün, 17:01
Moskvadan gələn SİFARİŞ: - “Rusiya bunda maraqlıdır”
Bu gün, 16:58
Rusiya Yaxın Şərqdən çıxmaq istəmir - “Carnegie Think Tank”
Bu gün, 16:53
POZULAN ATƏŞKƏSİN SƏSİ... - əslində HARDAN GƏLİR?
Bu gün, 16:49
Vassermanın ABSURD MƏNTİQİ... - Onda inanaq ki...
Bu gün, 16:46
Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədrinə şərti cəza verilib - BELƏ DƏ OLUR...
Bu gün, 16:44
Çindəki təhlükəli virus Azərbaycana da çatıb? - AKTUAL
Bu gün, 16:38
Üç nəfərin 4 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLADI
Bu gün, 16:33
Petrosyanın etirafı: İrəvan artıq buna məcburdur - ŞƏRH
Bu gün, 16:31
Çörəkçi yoldaşını öldürən hakim qarşısında - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 16:26
Sahibkarların qiymət tələsi: - “İtirən alıcı, qazanan isə şəbəkə olur”
Bu gün, 16:20
Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 16:17
Rusiya tərəfi günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir - ÇAĞIRIŞ
Bu gün, 16:16
Ukrayna zəif deyil... AMMA... - GƏLİŞMƏ
Bu gün, 16:14
Kreml nə vaxta qədər SUSACAQ? - AKTUAL
Bu gün, 16:12
Əmlak Məsələləri Dövlət Xidmətinin “Akif Çovdarovu”ndan Xankəndidə yeni il şousu... - 30 minlik viski, nadir ov əti və 300 minlik hədiyyə...
Bu gün, 16:09
Sabiq nazirimizin qohumunu 13-cü mərtəbədən atdılar - SƏBƏB
Bu gün, 16:06
Bakıda həbsdə olan Qarabağ separatçılarının məhkəməsinin vaxtı məlum olub - TƏFƏRRÜAT
Bu gün, 16:05
Bakıda əməliyyat keçirilib, altı kiloqram narkotik aşkarlanıb - VİDEO
Bu gün, 16:03
Paşinyandan rəqiblərinə “sui-qəsd” – Qərbi azərbaycanlılar və Zəngəzur məsələsi masada
Bu gün, 15:39
Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN
Bu gün, 15:32
Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... -ŞƏRH
Bu gün, 15:22
“Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” – Elçin Göyçaylı DANIŞDI
Bu gün, 15:16
Məktəbdə direktor və kollektiv arasında QALMAQAL - “Tfu üzünüzə, arsızlar”
Bu gün, 15:13
“Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
Bu gün, 15:10
Aygün Bəylərin ailəsində qalmaqal: Bacılar arasında gərginlik və ittihamlar - “Sağlığında yaxınlaşmayanlar indi şou göstərirlər”
Bu gün, 15:06
Naxçıvan təhsil nazirinə yeni müavin təyin olunub - SƏRƏNCAM
Bu gün, 14:58
"Təhkim" olunmağı və "təhkimçi" olmağı rusdan öyrəndik, amma... - REPLİKA
Bu gün, 14:55
Azərbaycanın bütün şərtləri ədalətlidir - ŞƏRH
Bu gün, 14:52
"Casus işi" üzrə məhkəmə başladı: Martin Ryan hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 14:51
Xalqımızın qəhrəman övladlarına verdiyi dəyərin növbəti təzahürü - İsrafil Kərimovun yazısı
Bu gün, 14:47
"Sevilya" ilə anlaşan Juninyo İspaniyaya yollanır
Bu gün, 14:44
Hayların köhnə bayatılarla narahatlıq duymaları təəccüblü deyil -RƏY
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru