Nazirlikdən getdi, müşavir təyin edildi .....                     Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? .....                     Əməliyyat zamanı ad günü keçirilən klinika .....                     Yeni işğal planı açıqlandı, dünya təşvişdə: .....                     Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: .....                     Regional təhsil idarəsində kütləvi ixtisar... .....                     İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib .....                     Tiktoker "Xan" ilə bağlı .....                     Əməliyyat zamanı doğum gününü qeyd edən həkim .....                     Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib .....                     DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... .....                     Ayxan Hacızadə Paşinyana .....                     Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." .....                     Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı .....                     ADNSU-nun rektorundan daha bir alim şikayət etdi .....                     Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm .....                     Deputat qalmaqallı görüntülərdən danışdı: .....                     "Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi .....                     "İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" .....                     Türkiyə Trampa bel bağlamalı deyil... .....                     Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır .....                     ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... .....                     Yeni qaydalar kredit faizlərini aşağı sala bilər .....                     Paşinyan Kremli şantaj edir, .....                     "Yeməyə yox, kefimizə soğan doğrayacağıq" .....                     Bakıdan verilən mesaj İranı çalxaladı .....                     Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir .....                     “Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, .....                     Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır .....                     Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib .....                     "Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı" .....                     Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib .....                     “Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" .....                     Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq .....                     Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? .....                     Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır .....                     İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq .....                     “Bakı Kart”ın operatoru “K Group” ölkədən pul çıxarıb? .....                     İmperiya xülyası: həm gülməlidir, həm də ağlamalı .....                     "Zəngəzur dəhlizi məsələsi indi elə mərhələyə çatıb ki..." .....                 

Barıt çəlləyi üstündəki İran: sosial tələbli etirazlar siyasi müstəviyə keçərsə... - GƏLİŞMƏ
Tarix: 18-05-2022, 14:55 | Çap et
Barıt çəlləyi üstündəki İran: sosial tələbli etirazlar siyasi müstəviyə keçərsə...
Xəbər verdiyimiz kimi, İranın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir. Etirazların başlamasına səbəb kimi ölkədə ərzaq məhsullarının qiymət artımı və bəzi qida məhsullarının çatışmazlığı göstərilir.

Mayın 6-dan start götürən aksiyalar zamanı çox sayda etirazçının saxlanıldığı, Şəhri-Kurdda iştirakçılarla hökumət qüvvələri arasında qarşıdurma yarandığı bildirilir. Polisin əhaliyə qarşı ehtiyatlı davrandığı üçün İnqilab Keşikçiləri Korpusu (SEPAH) və xüsusi qüvvələrin cəlb olunduğu qeyd olunur. İddialara görə, mitinqlər təkcə sosial problemlərdən qaynaqlanmır və kökündə həm də siyasi səbəblər dayanır. DİA.AZ xəbər verir ki, Böyük Britaniyada yaşayan həmyerlimiz, tanınmış jurnalist Zülfüqar Rüfətoğlu AYNA-ya açıqlamasında İrandakı kütləvi aksiyaların siyasiləşəcəyini gözləmədiyini deyib: “İranda son dövrlər başlayan etiraz aksiyalarının inqilab hərəkatına çevriləcəyinə inanmıram. Son etirazlar bir neçə şəhərdə, əsasən çörəyin bahalaşması ilə bağlı olub. İnsanlar qiymət artımına və onun doğurduğu nəticələrə etiraz edirlər”.

“Ümumiyyətlə, İranda 40 ildir ki, bərqərar olmuş molla hakimiyyəti yerini etibarlı şəkildə möhkəmləndirib. Bu dini hakimiyyət Rusiyada qurulan korrupsiyaçı rejimdən heç nə ilə fərqlənmir və ona görə də devrilməsi asan olmayacaq. Korrupsiya ağacından hamıya az da olsa, pay düşür. Rejimlə barışmayanlar çıxıb gediblər. Yəni, mühacirətə üz tuturlar. Daxildəki qüvvələrin isə molla rejimini sarsıtmaq gücü yoxdur”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, mövcud şəraitdə İranın nüvə proqramı Qərbi elə də ciddi narahat etmir: “Bu barədə nə qədər çox danışılsa da, əslində Qərbi İranın nüvə proqramı və raketləri narahat etmir. Şimali Koreyada bunların hamısı var. Qərbi narahat edən İranın Yaxın Şərqdə terrorçu təçkilatları dəstəkləməsidir. Həm də Amerikanın müttəfiqlərinə qarşı olan qruplaşmalardan söhbət gedir. Lakin böyük planda ABŞ İranın üzərindən sanksiyaların qaldırılmasında maraqlıdır. Çünki bu, İran neftini bazara qaytarar, Putinin dilini qısa edərdi”.

“Üstəlik gələcək perspektiv üçün İranın nəhəng qaz ehtiyatları mövcuddur. Bu qaz bazara çıxsa, Rusiya daha heç yerdə lovğalıq edə bilməyəcək. Qərb maraqlıdır ki, İrandan Rusiyaya qarşı təzyiq aləti kimi istifadə etsin. Xüsusilə son dövrlər baş verən hadisələr bu məsələni yenidən aktuallaşdırıb”, - deyə Rüfətoğlu söyləyib.

Əlavə edib ki, dünyada baş verən iqtisadi böhran nəticəsində bir çox ölkələrdə sosial etirazlar gözlənilir: “Bu, təkcə İranda yox, bir çox dövlətlərin ərazisində baş verə bilər. Bu baxımdan hökumətlər iqtisadi böhranın doğurduğu fəsadları aradan qaldırmaq istiqamətində ciddi addımlar atmalıdır”.

ABŞ-da yaşayan Cənubi Azərbaycandan olan siyasi mühacir, “Günaz” TV-nin qurucusu Əhməd Obalının AYNA-ya söylədiyinə görə isə, İran hökuməti son etiraz aksiyalarından ciddi şəkildə narahat olub və saxta vədlər verməklə məşğuldur: “İddia edirlər ki, guya sosial problemlər müvəqqəti xarakterlidir və qısa müddət sonra aradan qalxacaq. Müəyyən addımlar atılacağını bəyan edirlər. Lakin bunu necə həyata keçirəcəklər, bu barədə ictimaiyyətə heç bir açıqlama vermirlər. Bu isə öz növbəsində fars rejiminin şirnikləndirici vədlər siyasətinin davamıdır və onlar buna adət ediblər. Halbuki hökumətin borcudur ki, vətəndaşların problemlərini həll etsin. Lakin onlar bunu etmirlər”.

“İran iqtisadiyyatı idarə olunan iqtisadiyyatdır və əhalinin əsas tələbi də odur ki, rejim bu siyasətdən imtina etsin. Liberal bazar iqtisadiyyatı yeganə çıxış yoludur və alternativi yoxdur. Fars rejimi bundan imtina etmədikcə etirazlar davam edəcək. Müəyyən repressiv üsullarla bunun qarşısını alsalar da, bu, uzun müddət davam etməyəcək. Əhalini susdurmaq, haqqını tələb etməkdən çəkindirmək yolunu tutmaqdansa, molla rejimi konkret və real islahatlara başlamalıdır”, - deyə müsahibimiz vurğulayıb.

O, İran iqtisadiyyatının yerində saydığını qeyd edib: “Təsəvvür edin ki, dünyada milli valyutalar mütəmadi olaraq yenilənir. İranda isə köhnə əskinaslar qalmaqdadır. Pulların əksəriyyəti köhnəlib, üzərində Xomeyninin fotoları itib. İnteqrasiya olunmuş iqtisadi dünyada bu cür üsullarla uzağa getmək olmaz. Bu siyasət Rusiyanı sonu görünməyən yola gətirib çıxaxdı. Eyni aqibət İranı da gözləyir. Onlar düşünürlər ki, bunun qarşısını ala biləcəklər. Lakin unudurlar ki, dünya sürətlə dəyişir və artıq İran vətəndaşları da öz haqlarını tələb edəcəklər”.

“Bu gün İranda baş verənlər bunun bariz nümunəsidir. Əhalidən tələb edirlər ki, evdə oturun və baş verənlərə etiraz etməyin. Artıq hamı başa düşür ki, məzlumun haqqını yeyən zalıma qarşı susmaq - onun əməllərinə şərik olmaqdır. Fars rejimi hər vəchlə Güneydə yaşayan soydaşlarımızın hüquqlarını pozur, onları təqib altında saxlamağa çalışır. Güneydəki soydaşlarımız da bu aksiyalarda fəal iştirak edirlər”, - deyə Obalı bildirib.

Mühacir fəal İranda etirazların davam edəcəyi qənaətindədir: “Dünya ciddi dəyişikliklər ərəfəsindədir. Belə bir şəraitdə şər rejimlərinin, eləcə də İran rejiminin ənənəvi siyasəti keçərli olmayacaq. Nəhayət, İranda yaşayan soydaşlarımız da ayağa qalxacaq və molla rejiminə öz yerini göstərəcəklər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Bu gün, 18:01
Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Bu gün, 17:58
Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Bu gün, 17:54
Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Bu gün, 17:49
Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Bu gün, 17:45
Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Bu gün, 17:42
İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Bu gün, 17:39
Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Bu gün, 17:33
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Bu gün, 17:31
Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Bu gün, 17:22
DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:21
Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Bu gün, 17:03
Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Bu gün, 17:02
Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Bu gün, 16:55
ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Bu gün, 16:46
Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Bu gün, 16:42
Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Bu gün, 16:41
"Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Bu gün, 16:39
"İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Bu gün, 16:30
Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Bu gün, 16:29
Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Bu gün, 16:26
ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Bu gün, 16:23
Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Bu gün, 16:12
Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Bu gün, 16:10
"Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Bu gün, 15:53
Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Bu gün, 15:50
Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:48
“Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Bu gün, 15:46
Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Bu gün, 15:42
Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Bu gün, 15:37
"Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı"
Bu gün, 15:24
Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Bu gün, 15:17
“Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Bu gün, 15:12
Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Bu gün, 15:10
Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? - TƏFƏRRÜAT
Bu gün, 15:07
Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Bu gün, 15:04
İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq
Bu gün, 15:02
“Bakı Kart”ın operatoru “K Group” ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 14:10
İmperiya xülyası: həm gülməlidir, həm də ağlamalı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
"Zəngəzur dəhlizi məsələsi indi elə mərhələyə çatıb ki..." - İNCƏLƏMƏ
Bu gün, 14:00
Nazirlik "vaksin olunun" deyir, polikilinikalar isə "yoxdur" cavabını verir - NƏ ETMƏLİ?
Bu gün, 13:58
Tanınmış plastik cərrah olan arvadını öldürən Türkiyə vətəndaşına 17 il həbs cəzası verilib
Bu gün, 13:02
İranın “Müqavimət oxu”: - çöküş, yoxsa yeni yüksəliş?
Bu gün, 13:01
İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib
Bu gün, 13:00
Trampın “Yeni Amerika Xəritəsi”: - Sülh, yoxsa Müharibə?
Bu gün, 12:58
ABŞ-də güclü yanğın: - Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular
Bu gün, 12:56
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:53
Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır - FAKT BUDUR!
Bu gün, 12:52
İlyas İsmayılovun vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Bu gün, 12:50
Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb - TƏFƏRRÜAT
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru