İQBAL MƏMMƏDOVUN QARDAŞI MEYDAN SULAYIR
Tarix: 6-11-2013, 09:31 | Çap et
ADAMIN KƏSDİYİ BAŞA SORĞU YOXDUR... DİA.AZ: - Lerik rayonunun Piran kəndi ərazisində beton zavodu və quşçuluq fabriki fəaliyyət göstərir. Bu müəssisələrdə 200-ə yaxın sakin işləyir. İşsizliyin olduqca ciddi problem olduğu Lerikdə bu imkandan faydalananlar olsa da, narazılar da az deyil. Onlardan biri də kənd sakini Elsevər İbrahimovdur. O, işlədiyi beton zavodunda döyüldüyünü iddia edir. Piran kəndində onunla görüşərkən, hadisədən bir neçə gün keçməsinə baxmayaraq, üzündəki zərbə yeri də aydın görünürdü. Onun sözlərinə görə, bu müəssisələr Lerik rayonundan deputat seçilmiş Hacı İqbal Məmmədovun qardaşı Çingiz Məmmədova məxsusdur. Elsevər də bu müəssisələrin birində - betonzavodda sürücü işləyir. Onu döyən də deputatın qardaşı Çingiz Məmmədov olub. O, döyülməsinin səbəbini belə izah edir:
“Saat 11 radalərində məni göndərdilər “Relaksa”, yük göndərməyə. Saat 3-ə işləmiş qayıdıb gəldim, nahar da etməmişdim. Bir də gördüm ki, zavodun müdiri Çingiz məni yanına çağırır. Mən də gəldim . Gördüm bir nəfərlə söhbət edir, gəldim, qaldım onun yanında. Birdən mənə tərəf dönüb “Küçük, bu nə təhər duruşdu, qalmısan yanımda”, - deyib, sonra qəflətən mənə bir sillə vurdu, boğazımdan tutub yıxdı yerə. Sonra ətrafdakılar bizi zorla ayırdı, mən də çıxıb getdim evə”.
O deyir ki, döyüldükdən sonra heç bir səbəb göstərilmədən işdən də qovulub.
“Açarları aldı məndən, dedi, çıx get. Müqavilə olmayıb, ayda 220 manat pul verirdi. Qol çəkirdik, 100 manat bir verirdi, 120 manat bir”.
O, zavodda 50 nəfərdən şox sürücünün işlədiyini deyir. Onun bildirdiyinə görə, sürücülərin heç biri ilə müqavilə bağlanmayıb. Elsevər döyülməsinin səbəbini bu günə qədər dəqiq bilmir. O həm də özünü təhqir olunmuş sayır. “Həmyaşıdlarımın qarşısına çıxa bilmirəm” , - deyir. Elsevər bununla bağlı rayon polis şöbəsinə şikayət etdiyini də bildirir...
Elsevərin atası Mirməmməd İbrahimov Lerikdə özbaşınalığın hökm sürdüyünü, belə hadisələrin çox vaxt cəzasız qaldığını bildirir.
“Saat 6-da gəlmişəm işdən, gördüm uşağın burnu yaradır. Soruşdum burnuva nə olub? Hadisəni danışdı. Kim Çingizə ixtiyar verib ki, oğlumu döysün. Saat 11 idi, zəng elədim Çingiz Məmmədova. Dedim, mən Elsevərin atasıyam. Siz Elsevəri nə üçün döymüsünüz, nə üçün ona əl qaldırmısınız. Dedi, əcəb eləmişəm, əlim qüvvətlidir. Dedim, dövlət bu qədər sizə icazə verib ki, sən gedib fəhləni döyəsən? Dedi, əcəb edirəm, sonra da telefonu söndürdü. Ondan sonra DİN-in, Baş Prokurorluğun “Qaynar xətl”lərinə məlumat verdim. Lerikin prokuroruna, polis idarəsinə muraciət etdim. Məni it yerinə saymadılar”.
O deyir ki, qardaşının deputat olması hesabına hamı ondan qorxur. Onun sözlərinə görə, bu qardaşlar Lerikdə qorxu sindiromu yaradıblar.
“Qardaşı Lerikin deputatıdır - Məmmədov Hacı İqbal, hamı ondan qorxur. Bu Lerik rayonu onların əlindədir. Nəhayət, cənab prokurorun xətti ilə zəng edəndən sonra məni qəbul elədilər. Apardım uşağı ekspertizaya, şəklini çəkdim. Şəkilin birini də Prezidentə göndərmişəm, Milli Məclisə göndərmişəm. Hal-hazırda iş polisdədir”.
Piranda kənd sakinləri ilə də görüşdük. Sakinlər betonzavodun və quşçuluq fabrikinin ətraf mühitə böyük ziyan vurduqlarını deyirlər. Betonzavod xammalını kəndin ortasından keçən çaydan götürür. Çayın çınqılının daşınması hesabına ətrafda yarğanlar əmələ gəlib. Çay dibi ildən ilə genişlənir. Nəticədə, yaxınlıqda olan evlərə təhlükə yaranır. Quşçuluq fabrikində kəsilən toyuqların çirkabı da çaya axıdılır. Sakinlər üfunətdən, səs-küydən evlərində normal əyləşə bilmədiklərini söyləyirlər.
“Əhmədov Əlimərdan (kənd sakini): -Görürsünüz, bu ağaclar quruyub. Evimdə neçə yerdən çatlar əmələ gəlib. Göstərdim də sizə. Yenə də qazmaq istəyirlər. Dəfələrlə müraciət etmişəm, qazmayın, evim uçulur. Eşitmirlər. Deyirlər buranı almışıq, bura bizimdir”.
“Fuad Əbdül oğlu (kənd sakini): - İş icraçısına dedim ki, buranı qazmayın, evdə rahat oturmaq olmur. Dedi, mənə şər atırsan. Başa düşmək olmur. Səs-küydən mənim uşağım dərs oxuya bilmir. Bir qonaq gəlir, gərək qonağımın qulağının dibində danışam, qonaq məni eşidə. Mənə deyir, get, kimə şikayət edirsən, elə. Belə çıxır ki, biz vətəndaş deyilik. Şəxsən, mən bu kənddən köçmək istəyirəm. Deyir, buranı almışam. Mən burda yaşaya-yaşaya buranı necə ala bilər? Bu ağaclarımı çək, evimi çək, çatdaq-çatdaqdır da. Amma məni günahkar bilirlər. Ya bizi departasiya eləsinlər, ya da bizə bir əlac etsinlər”.
Zavodun sahibi Çingiz Məmmədov isə ona böhtan atdığını bildirir. Onun sözlərinə görə, hər iki müəssisə 2011-ci ildən fəaliyyət göstərir. Burda işləyənlərin əksəriyyəti də kənd sakinləridir.
“O, mənə şər atır. Atası ilə münasibətim var. Məndən xahiş etmişdi, onu işə götürmüşəm. 22 yaşı var, cavan uşaqdır. Bu yaxınlarda yolda hadisə olmuşdu, 19 yaşlı uşaq gəlib girmişdi bizim maşının altına. Tapşırmışdım ki, sürətlə sürməyin. Sürət olmasa, ölüm olmaz. Qolu sınar, qıçı sınar. Bir nəfər möhkəm sürən var idi, işdən azad elədim. Həyətdə durmuşdum, gördüm maşın gəldi. Elsevər sürən maşın, yüksək sürətlə. Çağırtdırdım, gəl bura, buna görə tanbeh eləmək istəyirdim. Qayıtdı dedi ki, yaxşı edirəm, mənim sürməyim budur”.
Onun sözlərinə görə, maşını ondan alandan sonra elsevər onun üstünə yeriyib. Ətrafdakılar ayrıb, onu yola salıblar. Atası da ondan işə bərpa etmək üçün xahiş edib. Cingiz Məmmədov isə ona rədd cavab verib. Onun sözlərinə görə, indi atası ondan qisas alır. O deyir ki, oğlu yaşında olan bir şəxsə heç vaxt əl qaldırmaz, buna ehtiyac yoxdur. Onun bildirdiyinə görə, polis bunu araşdırır, həqiqət yerini tapacaq.
Çingiz Məmmədovun sözlərinə görə, müəssisəyə işə girənlərlə qanunla müqavilə bağlanır. O deyir ki, kənd sakinlərinin onlar barəsində şikayətlərinə dəfələrlə baxılıb. Hətta bu işə məhkəmə də baxıb.
“2011-ci ildə bu yerə sərəncam alanda yaxındakı evlər yox idi. Mənim ərazimin çoxu ora düşürdü. Gəlib araşdırdılar, sovetin filan qanuna görə evlər olamlıdır 200 metr aralı. Sovetin texnologiyası ilə bu texnologiyanı eyni tutmasınlar. İçində bütün havalandırma var. İçəri girəndə heç hiss eləmirsən ki, burda toyuq saxlayırlar, ya yox. Şirvan məhkəməsinin qərarı da var bu barədə”.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov kənd sakinlərinin onalara müraciət etdiklərini deyir. Lakin o, bu məsələlərin həllinin icra hakimiyyətindən asılı olmadığını bildirir.
“Onlar bizm səlahiyyətimizə aid olamyan məsələdir. Tikinti ki, aparılıb, quşçuluq ferması ayrı-ayrı vətəndaşlardan alınıb. Ora şəxsi mülkiyyətdə olan torpaq sahələridir”. Bax, belə. Ramiz Rövşən demişkən, hamının günahı var, heç kimin günahı yoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Dünən, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Dünən, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Dünən, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Dünən, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Dünən, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Dünən, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Dünən, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Dünən, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Dünən, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Dünən, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Dünən, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Dünən, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Dünən, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Dünən, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Dünən, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Dünən, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Dünən, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Dünən, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Dünən, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Dünən, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Dünən, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Dünən, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Dünən, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Dünən, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Dünən, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Dünən, 08:49 |
|
|
|
|